Hörmətli Adnan Oktarın yeni açıqlamaları (10 Sentyabr 2012-ci il)

“Mehdi malı bərabər şəkildə insanlara paylayacaq.” Əvvəllər necə idi? Kapitalizm var idi. Vəhşi kapitalizmdə bərabərlik olmayıb. Bərabərlik olsaydı, bərabərliyə yenidən bərabərlik gətirilməzdi. Deməli, bir natarazlıq, uçurum olacaq, kasıblarla varlılar arasında böyük bir uçurum (fərq) olacaq. Bəs, hz. Mehdi (ə.s) nə edəcək? İnsanlara malı bərabər şəkildə paylayacaq.

“Məhəmməd ümmətinin qəlbi zənginliklə dolacaq.” Deməli, əvvəllər insanların qəlbi zəngin olmayacaq. Acgöz, ehtiraslı olacaqlar. Bir çox insanlar var ki, gözü doymaq bilmir. Hətta insanlar belələrinə “Gözün doysun” deyərlər. Hz. Mehdi (ə.s) dövründə qəlblər zənginliklə dolacaq. Yəni, həm maddi cəhətdən zənginləşəcək, həm də qəlbi (mənəvi cəhətdən) zəngin olacaq. Qəlbi zəngin olacaqlarına görə də paylayan, comərdlikdən (əliaçıqlıqdan) zövq alan bir ruh içində olacaqlar.

“Onun ədaləti hər yeri bürüyəcək.” Bu hədisdən başa düşülür ki, ədalət hər yerdə eyni olmayacaq. Bəzi yerlərdə çox, bəzi yerlərdə az olacaq. Hz. Mehdi (ə.s) nə edəcək?  Ədaləti hər yeri əhatə edəcək şəkildə yayacaq.

“İnsanlar hz. Peyğəmbər (s.ə.v)-in sünnə-i səniyyəsiylə (sünnəti ilə) rəftar edəcək.” Yəni, Rəsulullah (s.ə.v) nə edirdi? Vəhyə tabe olurdu, Qurana tabe olurdu. O nə edəcək? O da, Quranla insanlara tətbiqini, üsulunu göstərəcək.

“Hətta birindən, mala ehtiyacı olan kim varsa, çağırmağını istəyəcək” “Mehdinin sözünü yerinə  yetirəndə yalnız bir adam gələcək.… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (13 Sentyabr 2012-ci il)

Tampliyerlərin lideri olan qardaşımızla danışıram, onlar: “Mehdi (ə.s) çıxmadan biz Müqəddəs əmanətləri vermərik. Mehdi (ə.s)-a təslim edəcəyik. İslam dünyaya hakim olacaq. Biz də onun köməkçiləriyik, ona kömək edəcəyik. Bizim vəzifəmiz budur, Allah bizi bu məsələ ilə vəzifələndirdi. İsa Məsih (ə.s)-ı gözləyirik, onun zühurunu gözləyirik. Bizim həmsöhbət ola biləcəyimiz insanlar İsa Məsih (ə.s) və Mehdi (ə.s)-dır, bir çox Müqəddəs Əmanətlər var, onların hamısını təslim edəcəyik onlara” –deyirlər. Tampliyerlər min illərdən bəri müqəddəs əmanətləri gizlədirlər, qoruyurlar. Onların vəzifəsi budur. Məsələn, Zoharın orijinalı da onlardadır.

“Mehdinin çıxışından əvvəl Şam və Misir məlikləri öldürüləcək və Şam əhli, Misir qəbilələri əsir düşəcək.” Bildiyimiz kimi, misirlilər hal-hazırda Suriyada döyüşürlər. Həqiqətən əsir alınırlar.  Suriyada döyüşən misirli əsgərləri çoxdur.  Onların da əsir düşəcəkləri bildirilir. Eyniylə o da olacaq.


“Mehdi çıxmamışdan əvvəl Şam və Misir məlikləri öldürüləcək.”
Burada bəhs olunan öldürülmə təbii ki, mütləq fiziki öldürülmə demək deyil, təsirsiz hala gətirməkdir. Çünki, hədislərdə qatil sözü keçmir. Mənəvi olaraq təsirsiz hala gətirmək deməkdir. Çünki, Dəccal da elədir. Amma insanlar arasında Dəccalın birbaşa öldürüləcəyi kimi bir anlayış var. Halbuki, Bədiüzzaman: “Onun şəxsini bir mikrob, bir soyuqdəymə belə öldürər”– deyir. Yəni, hz. İsanın onları ayağının altına alıb döyməsi, asıb-kəsməsi,… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (14 Sentyabr 2012-ci il)

Peyğəmbərimiz (s.ə.v) buyurur: “Yalançı adam düz adam kimi tanınacaq, düzgün adam yalançı kimi tanınacaq“. Tam əksinə hərəkət edəcəklər. Hal-hazırda da yaxşı olan, səmimi olan müsəlmanları susdurmaq üçün edilən rüsvayçılıqları görürsünüz.

“Xainin əmin hesab edilməsi, əminin xain sayılması axirət əlamətidir.” Məsələn, biri xaindir, amma çox əmin (düz) kimi tanınır. Eləcə də əmin biri də xain kimi tanınınır. Məsələn, Mehdi (ə.s) əmin bir şəxsdir, Allah onu elə yaratmışdır, lakin münafiq və kafirlər hz. Mehdi (ə.s)-ı xain kimi biləcəklər.

“Dünyanın yararsız yerlərinin abadlaşdırılması axirət əlamətidir” Həqiqətən dünyada köhnə binalar təmir olunub abadlaşır. Əvvəllər belə şeylər yox idi. Yalnız kiçik işlər görülürdü, amma hal-hazırda dünyanın hər yerində köhnə binaların hamısı təmir edilir, abadlaşır. Yunesko və başqa yerlər, eləcə də hər kəs bu abadlaşma işlərinə köməklik edirlər. Dövlətlər rəsmi siyasət olaraq bu abadlaşmanı tətbiq edir .

“Yaltaqların, qanmazların çoxalması qiyamət əlamətlərindəndir”. Yəni dedi-qodu edən, fitnəçi, əxlaqsızlar çoxalacaq.

“Qələmin (oxuma-yazma) məşhurlaşması axirət əlamətidir.” Məsələn əvvəllər bu qədər oxuma-yazma yox idi, Peyğəmbərimiz (s.ə.v) axır zamanda oxuma-yazmanın çox inkişaf edəcəyini bildirir. Məsələn, əvvəllər Türkiyənin 10%-i, 20%-i oxumağı -yazmağı bilirdi. İslam aləmində də elə idi, oxuma-yazma nisbəti çox az idi. Amma hal-hazırda əksinə, oxuma-yazma bilməyənlər çox azdır, demək… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (18 Sentyabr 2012-ci il)

“Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun beynini darmadağın edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!.”  (Ənbiya  surəsi, 18) Yəni, Allah, mehdiyyəti dəccaliyyətin üstünə atar O da onun beynini darmadağın edər.” “Beynini darmadağın” dedikdə dəccaliyyətin fikir sistemini, düşüncəsini darmadağın etmək nəzərdə tutulur. Yəni orada beynin özünü, quruluşunu deyil, fikrini darmadağın edəcəyi bildirilir. Allah, burada beyinə xüsusilə diqqət çəkmişdir. Sonra: “Bir də baxarsan ki, o, yox olub getmişdir.” – deyir Allah. Yəni, dəccaliyyət, darvinizm, materializm məhv olar. “(Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!” Burada, uydurma şərhlərlə xalqı səhv məlumatlandırdıqlarına görə “vay halınıza” -deyir Cənabı Allah.

 “Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.”  (Ənbiya surəsi, 19) Bu ayədə, Allah Mələklərin yorulmadan həmişə, davamlı olaraq rukuda, səcdədə, qiyamda olduqlarını bildirir. Allah sonrakı ayədə bunu açıq şəkildə birdirir: Gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər.”  (Ənbiya surəsi, 20)    

“Yoxsa (müşriklər) özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?”  (Ənbiya surəsi, 21) Yəni, Allah: “… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (19 Sentyabr 2012-ci il)

Hammad ibn Nuaym bəzi səhabələrdən belə nəql edir: “Dəccal insan deyil şeytandır.” Yəni, şeytan kimi insandır. “Bir adada zəncirə vurulmuşdur.” – yəni həbs edilmişdir –“zühuru yaxınlaşdıqca Allah, hər il o zəncirin halqalarından birini qıracaq …” Yəni, getdikcə azğınlaşacaq, quduracaq. Həbs olunması kafi deyil. Yəni, adamlarının, ətrafının azacağına işarə edir hədis.

Dəccal  bütün millətlərə, bütün insanlığa bir cadu etdi. İnsanlıq o cadunun təsiri altındadır. Ona görə bütün insanlarda bir ağırlıq var. Yoldakı insanlara baxanda da bunu görmək olur. Yəni, ümumi bir hipnoz halı baş verir. Bu, bir çox narahatlığa səbəb olur. Qəzaların baş verməyinə, diqqətin dağınıq olmağına səbəb olur, insanlar oxuduğunu başa düşmür, diqqətini cəmləyə bilmir, şənlənə bilmir, qəlbən Allaha bağlana bilmir. Şeytan o caduyla insanları Allahdan uzaqlaşdırmağa çalışır. Bu  Dəccalın bir xüsusiyyətidir, Dəccalın bir sifətidir. Cadunu dünyada şeytanlarla etdiyi üçün, onlara çox asanlıqla təsir edə bilir. Çünki, şeytanlar da, məsələn, üç- beş şeytan çağırır, “insanlara bu cadunu çatdırın ” deyir. O da gedir o biri şeytanlara deyir, o da bir başqa şeytalara deyir, beləliklə, o buna, o birisi digərinə çatdırırlar.

Beləcə, şeytanlar bütün dünyaya yayılıb insanlara o cadunu tətbiq edirlər. Hədislərdə də bu var: “Dəccal şeytanları çağırar,… ardı...