Hz. Mehdi ailəsindən və doğma şəhərindən ayrılar və onlardan uzaqda yaşayar

Peyğəmbərimiz (s.ə.v) belə buyurdu: “Fatmanın nəslindən sizə gözəl xəbərlər var! Mehdi qərbdə çıxacaq və dünyanı ədalətlə dolduracaq.” “Ya Rəsulullah! Çıxışı nə vaxt olacaq?” deyə soruşuldu. Dedi ki: “Hakimlərin rüşvət aldığı, insanların əxlaqsız olduğu biz zamanda.” “Mehdinin xüsusiyyəti nə olacaq?”deyə soruşuldu. Dedi ki: “Ailəsindən və qohumlarından ayrılacaq, vətənindən  uzağa gedəcək və evindən uzaqda yaşayacaq.” (Ihqaq al-Haqq, vol. 19, p. 679)

1298628827_www_harikasozler_net_-_cennet_kuular

 

Hz. Mehdi haqqında bəzi zənnə qapılan insanlar günaha girəcəklər

İmam Sadiqdən belə rəvayət olunur: “Zühurundan əvvəlki dövr uzun olduğu üçün yalnız tək bir qrup qərarlı qalacaq, başqa bir qrup isə “Hələ doğulmadı!” deyəcək. Bəziləri: “Doğuldu və öldü.”- deyəcəklər. Digərləri: “İmam Mehdi, başqasının bədənində yenidən gəldi və danışır” – deyərək günaha girəcəklər. (Montakhab-ul-Athar, p. 260 and Kamaluddin, vol. 2, section 34, tradition 51)

images

 

Hz. Mehdi insanları tək bir ümmət halına gətirəcək, İslam Birliyi olacaq

Onun təkrar zühur etdiyi zaman onun ətrafında 313 nəfər tərəfdarı toplanar.  Söyləyəcəyi ilk sözlər belə olacaq: Əgər bilsəydiniz, Allahın elçisi sizin üçün ən yaxşısıdır.” və sonra da belə demişdir: “Mən Allahın elçisi və Allahın Xəlifəsiyəm və Onun sizə bir dəliliyəm.” Hər müsəlman onu aşağıdakı şəkildə salamlayacaq: “Salamatlıq üzərinə olsun, ey Allahın bu dünyakı elçisi.”  Nə bir yəhudi, nə xristian, nə də Allahdan başqasına tapınanlardan kimsə qalmaz – hamısı ona inanacaq və onun haqqında şahidlik edəcək və tək bir ümmət olacaq və İslam  Birliyi olacaq.

“Həqiqətən səmadan bir atəş enəcək və dünyanın hər künc-bucağında Allahdan başqasına  tapanlar yanacaqdır.”(Al Fusulul Muhima Ibnə Sabbagh Maliki sf.248)

1

 

Hz. Mehdini gözləmək ibadətdir

“Qaimimiz Mehdinin yoldaşları arasında olmağı ümid edən kəslər onu gözləməli, şəfqətli və yaxşı davranışları mənimsəməlidir.” (Remembrance of The Beloved, Questions and Answers About Imam Mahdi (p. b. u. h), By Seyed Husain Husaini)

header-resim1

 

Hz. Mehdinin zühuru gözlənilmədən olacaq

Kumaitdən: İmam Baqirdən soruşdum: “Qaim Məhəmməd Mehdi nə vaxt zühur edəcək?” Belə cavab verdi: “Eyni sual Allahın elçisinin qarşısında da soruşulmuşdu və o belə demişdi: “Onun çıxışı gözlənilmədən olan yenidən diriliş anına bənzər”.  (Remembrance of The Beloved, Questions and Answers About Imam Mahdi (p.b.u.h) , By Seyed Husain Husaini)

clip_image002