Saff surəsi, 9-cu ayəsinin təfsiri

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. “Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.”

 

ADNAN OKTAR: Bütün dinlərə üstün etməsi nə deməkdir? Yəni dünyada İslamdan başqa din qalmayacaq. Bunu Allah Təala hz.İsa Məsih (ə.s) ilə edəcəyini söyləyir, ayə var: “Sənə inananları, səni sevənləri qiyamətə qədər dünyaya hakim edəcəyəm”. “Qiyamətə qədər dünyaya hakim edəcəyəm” deyir. Hakimiyyət nədir bilirsənmi? Siyasi, hərbi hər tərəfli hakim etmək mənasını verir. Dünya hakimiyyətidir.

 

ALTUĞ BERKER: Əbcədi 2021-ci il.

 

ADNAN OKTAR: Əbcədi 2021-ci il. Cübbəli bunları oxumur. Bunları oxutmağa çalışırıq.

images (5)

 

Məryəm surəsi, 77-84, 94-95-ci ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Ayələrimizi inkar edib: mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” – deyən adamı  gördünmü? “ Həm Allahı inkar edir, həm də mən mal qazanacağam, uşaqlarım da olacaq, dünya mənim olacaq deyir. “Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vəd almışdır?! Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq”. Allah əzabının artması üçün onlara imkan verəcəyik deyir, inşaAllah. “Onun dediyi şeylər Bizə qalacaq”, yəni onun ifadəsini Biz alacağıq deyir Allah. “hüzurumuza tək-tənha gələcəkdir”.

Yəni malını -mülkünü, uşağını hamısını buraxacaq, hesab vermək üçün Mənə tək başına gələcəklər, deyir Allah. “Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar”. Budur, məsələn, bir şəxsi ilah hesab edir, hər hansı qrup özünü ilah hesab edir, darvinizmi ilah hesab edir. Xeyr! Qiyamət günü o bütlər onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar”. Məsələn, Darvin axirətdə onların sözünü qəbul etməyəcək. Hamısı pərişan olurlar, o dəhşət anını yaşayırlar və “ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar” deyir Allah. Yəni bir-biriləri ilə ziddiyyət təşkil edəcəklər. İnkarçıların dediklərini qəbul etməyəcəklər. “Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?”

Darvinistlərə, materialistlərə, ateistlərə şeytanlar müsəllət olacaqlar. Axırzamanda dəccaliyyətin törətdiyi hadisə budur.… ardı...

 

Taha surəsi, 8-10-cu ayələrinin təfsiri

ADNAN OKTAR: “Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır! Musanın əhvalatı sənə gəlib çatdımı? O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” Deməli, diqqət yetirən insan atəşi görə bilir, bir hadisəni görə bilir. Diqqət yetirməyən görə bilmir. Baxın, digərləri görə bilmir. İmanın nuru iti olduğu üçün hz.Musa (ə.s) görür. İlk atəşi o görür. Deməli, mehdiyyətlə əlaqədar atəşi görmək də imanın nuru ilə olur. Mehdiyyətin əlamətlərini, axırzamanın əlamətlərini də görmək imanın nuru ilə olur, təkcə Mehdi (ə.s)-ı deyil, Mehdi (ə.s)-ın çıxış əlamətlərini görmək də imanın nuru ilə olur.

Məsələn, Kəbədə qan axıdılmasını milyonlarla insan görə bilmədi. Amma mehdiyyət və Mehdi (ə.s) tələbələri imanın nuru ilə gördülər. Məsələn, 15 gün ara verməklə Ay və Günəş tutulmalarını insanlar görə bilmədi. Amma Mehdi (ə.s) və tələbələri imanın nuru ilə gördülər. Firatın suyunun kəsilməsini milyonlarla insan görə bilmədi. Amma Mehdi (ə.s), mehdiyyət və Mehdi (ə.s) tələbələri gördülər. Ona görə də bütün mehdiyyət əlamətləri yalnız imanın nuru ilə görülər. Mehdi (ə.s) da imanın nuru ilə görülər. İsa (ə.s), dəccal imanın nuru ilə görülər. Dəccalın əlamətlərini… ardı...

 

Zuxruf surəsi, 28, 29-cu ayələrinin təfsiri

ADNAN OKTAR: Xeyr, Mən bunlara da, atalarına da haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.” Əbcədi 2015-ci il. “O bunu (“lə ilahə illəllah” kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi.” Hz.İbrahim (ə.s)-ın sonu Mehdi (ə.s) ilə nəticələnmirmi? Əbcədi 1999-cu il tarixini verir. Baxın, Allah, “ardında (öz nəsli arasında) daimi qalıcı bir kəlimə etdi” deyir. Tövhid inancını, Allah birdir deyilməsini, Allahın kitabına  uymasını və “bu soyda bu inanc davam edəcək” Allah Təala deyir. Əbcədi 1999-cu il tarixini verir, inşaAllah. Bu əbcədlər,  Bədiüzzamanın tələbələriylə birlikdə hazırladığı və Bədiüzzamanın təsdiq etdiyi əbcədlərin bir qismidir. Onları da ayrıca ifadə edəcəm.

images (5)

 

Ənkəbut surəsi, 24-cü ayəsinin təfsiri

ADNAN OKTAR: “Qövmünün cavabı isə ona (İbrahimə) ancaq: “Ya onu öldürün, ya da yandırın!” – demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət var”  Mehdi (ə.s)-ı da yandırmağa çalışacaqlar, amma yandıra bilməzlər. Özləri yanacaqlar. Mehdi (ə.s) şeytanları yaxşı yandırar, inşaAllah.

images (5)