Saffat surəsi, 86-113-cü ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Saffat surəsi, 86: Allah Təala Saffat surəsi, 86-cı ayədə buyurur: “Hz.İbrahim (ə.s) deyir ki: “Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?” Adamlardan bəziləri Abdullah Öcalanı özünə ilah hesab edir, bəziləri Stalini, digərləri Lenini ilah hesab edir, o dövrün pozğunları da o cür hərəkət edirdilər.

87-ci ayə: “Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”. Məsələn, “Allaha inanırsınızmı?” soruşarkən o da onda: “Allaha inancınız necədir?” deyə soruşur. Baxın deyir ki, 88-ci ayədə: “O, ulduzlara bir nəzər salaraq”. Bu elmi- ledündür, ledün elmidir. Bunu diqqətli bilən qardaşlarımız məni də anlayaraq çox şeyi həll edəcəklər. Hz.İbrahim (ə.s) göydəki ulduzlara baxır.

89-cu ayədə: ““Mən xəstəyəm!” – dedi”. Bu ledün elmidir. Hz.İbrahim (ə.s) xəstə deyildi. Ulduzlardan da məna çıxartmırdı. Müsəlman ulduzlardan məna çıxartmaz, elə bir şey yoxdur. Amma onlara elə deyir, ledünün gərəyi olaraq bunu edir.

90-cı ayə: “Onlar ondan üz çevirib çıxıb getdilər”. Ledün elminin nəticəsini əldə etmişdir. Batini elmin nəticəsini əldə etmişdir. Bu ledün elmi hz.Yusif (ə.s)-da da, hz. İbrahim (ə.s)-da da var idi, hz. Mehdi (ə.s)-da da olacaq.

91- ci ayə“(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?”. Baxın ilahlarını, bütlərini nəzakəti ilə lağa qoyur, alçaldır,… ardı...

 

Taha surəsi, 90-91, 93, 97-ci ayələrinin təfsiri

ADNAN OKTAR: “Bundan əvvəl (Musa Tur dağından qayıtmamışdan) Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin! Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!” – dedilər”. Yəni qlobal inanclar, insanların yaratdığı inanclar, “biz bunlara bağlı olacağıq” deyirlər. Bax,  hz. Musa (ə.s) qardaşına deyir ki: “Niyə arxamca gəlmədin? Niyə əmrimdən çıxdın?”. “Dedi ki: Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma”. Buradan aydın olur ki, Harun (ə.s)-ın saqqalı və saçı uzun olub. Saqqallının, saçının uzun olduğu aydın olur.

“Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum”― baxın “İsrailoğulları arasında ayrılıq saldın”, İsrailoğulları kimlərdir? O dövrün müsəlmanları idi. Ayrılıq çıxarmaması üçün nə qədər də ciddi yanaşır, görürsənmi? “Sözümə baxmadın!” – deyəcəyindən qorxdum. Musa dedi: “Məqsədin nə idi, ey Samiri?”. “Dedi ki: “Mən onların görmədiklərini gördüm”. “Müsəlmanların görmədiklərini gördüm” deyir. “O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydum).”

Yəni Allahın hökmünü dəyişdirir… ardı...

 

Yusuf surəsi, 7-9-cu ayələrinin təfsiri

ADNAN OKTAR: “Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır“. Hz.Yusif (ə.s) surəsi Mehdi (ə.s)-ı izah edən bir surədir. “Yusif və qardaşlarında “―yəni Mehdi (ə.s) və qardaşlarında soruşanlar üçün ayələr vardır. Əbcədi 2019-cu il tarixini göstərir. “Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin”. Baxın, o dövrdəki müsəlmanlar ona həsəd aparırlar, qısqanırlar, öldürməyi belə fikirləşirlər. Həsəddən, paxıllıqdan onu öldürməyi belə gözə almışlar.

images (5)

 

Həcc surəsi, 11-ci ayəsinin təfsiri

ADNAN OKTAR: Həcc surəsi 11-ci ayə, şeytandan Allaha sığınıram. Allah Təala belə buyurur: “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edər”. Namazını qılır, gecə zikrlərini edir, sünnədə olan qovun, plov və s. onları yeyir, amma cihad etməyə gələndə belə deyir: “İnsanıq, o qədərinə gücümüz çatmaz ki”. Mənafeylərinə uyğun gələn ibadətləri edərlər. Yəni özünə maddi problem yaradan hadisələrə girişmir, yaxud ictimai təhlükə yaradan, sıxıldığı hadisələrə girişmir. Baxın Allah da bunu vurğulayır “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir”. Sıxılanda sarıqla, cübbə ilə camaatla namaz qılmağa, dəstəmaz almağa gedirəm deyir. Bu cür düşüncədə olan çoxlu sayda insan var. Baxın, Allah Təala deyir ki: “Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar” (Xeyirinədirsə onunla rahatlıq tapar).

images (5)

 

 

İsra surəsi, 7-ci ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Allah Təala deyir: “Əgər yaxşılıq etsəniz özünüzə yaxşılıq etmiş olarsınız”. Yəni yaxşılıq etsəniz yalnız özünüzə yaxşılıq etmiş olarsınız. Taleyinizdədir və axirətiniz üçün, özünüz üçün xeyirli olar.  “Əgər pislik etsəniz o da sizin əleyhinizədir”, yəni pislik onu edəni əhatə edir, çünki psixoloji olaraq çökər, Allah içinə çətinlik salar, canını yandırar, axirətdə pərişan edər, üzərindən bərəkət gedər, iztirab çəkər. İndi Allah həlli söyləyir: “Sonda vəd gəldiyi zaman” sonda, son nədir? Zamanın sonu, axırzamanda. “Vəd”  Allahın vədi, yəni Mehdi (ə.s) gəldiyi vaxt, inşaAllah. Bunu qiyamət olaraq da axırzaman əlaməti, hz. İsa Məsih (ə.s)-ın enişi, Mehdi (ə.s)-ın zühuru olaraq da qəbul edə bilərik. “Üzlərinizi qara etsinlər”. Darvinizm, materializm, küfr yıxılınca buna deyir “üzlərinizi qara etsinlər”. Adamın üzü necə olur ? İztirab əlamətləri olur. Mehdi (ə.s) çıxdı, Mehdi (ə.s) gəldi desən, adamda nə olar? Mehdi (ə.s) düşmənidirsə, Mehdi (ə.s)-a ziddirsə, ağzı-burnu əyilir. Özlərinə görə pis xəbərdir. Nə oldu deyə soruşarsan, halsızlaşar, qanı qaralar. Bax ayədə deyir ki: “Sonda vəd gəldiyi zaman üzünüzü qara (sizi xəcil) etmək”.  Mehdi (ə.s)-ın edəcəyi budur. Onların (inkarçıların) Mehdi (ə.s) müjdəsindən, İsa Məsih (ə.s)-ın gəlişindən qanları qaralar.“Birincisində girdikləri kimi məscidə (Qüdsə) girsinlər və ələ keçərdiklərini darmadağın… ardı...