Şərh surəsi, 4-cü ayəsinin təfsiri

ADNAN OKTAR: “Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?!” ayəsinin əbcədi 2009-cu ildir, inşaAllah. Görəsən bu vəziyyətdə bizlər də, Mehdi (ə.s) dünya səviyyəsində məhşur olduğu və televiziya, internet kimi vasitələrlə zikrini, şanını ucaltdığı tarixin 2009-cu il olduğunu düşünə bilərikmi? Əlbəttə.

images (5)

 

Şuəra surəsi, 1-6-cı ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın Adı ilə.

“Ta, Sin, Mim. Bunlar açıq-aydın olan Kitabın ayələridir”. Deməli, Quran bağlı deyil, açıq-aydındır. “Onlar imana gəlməyəcəklər deyə özünü həlakmı edəcəksən?”Allah Təala peyğəmbərimiz (s.ə.v)-i xəbərdar edir. Çünki Allah onları küfr üçün yaradıbsa, onlar küfr içində qalarlar. “Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi”. Göydən enən möcüzə, məsələn hz.İsa (ə.s)-ın enişi bir möcüzədir, əbcədi 2022-ci il tarixini verir.“O, qiyamət üçün bir əlamətdir”.Yəni hz.İsa Məsihin enişi qiyamət əlamətidir. Allah Təala bunu təkcə hz.İsa (ə.s) üçün söyləyir. Başqa heç bir peyğəmbər üçün söyləmir. “O (İsa Məsih), qiyamət üçün bir əlamətdir”―qiyamət əlamətidir, inşaAllah. Təbii ki, ayənin bir çox mənası var, bir mənası da budur. “Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.” Məsələn, Mehdi (ə.s) gələcək deyirsən, Mehdi (ə.s)-ın əlamətləri çıxdı deyirsən, əlamətləri tək-tək sayırıq qəbul etmir.Allah Təala nə deyir? “Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər. Onlar  yalan hesab etdilər”. “Elə şey olarmı?” deyir, “İslam Birliyi, Türk-İslam Birliyi elə bir şey yoxdur, mehdiyyətdə, İsa (ə.s) da yoxdur, gəlməyəcək” deyirlər. “Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir. Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir”. Tezliklə, həm Mehdi (ə.s)-ı görəcəklər, həm İsa Məsihi görəcəklər. Məsxərəyə qoyduqları şəxsləri qarşılarında görərkən çox peşman olacaqlar.

images (5)

 

Taha surəsi, 1, 3, 7-ci ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adı ilə.

“Ta, Ha”. Bu hərflərin mənaları tezliklə ortaya çıxacaq, yaxında biləcəyik, inşaAllah. “Biz sənə bu Quranı çətinlik çəkməyin üçün endirmədik”. Deməli, münafiqlərin dediyi kimi din iztirabın, əziyyətin, nemətlərdən ayrı qalmağın qaynağı deyil. Əksinə sevincin, nemətləri yaşamağın qaynağıdır. Allah Təala “Hz.İbrahim (ə.s)-ın dini kimi asandır” deyir. “Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər” deyir. Dini çətinləşdirmək haramdır. Quran ayələri var, Allah: “Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər” deyir. Bəziləri isə “yox mən çətinlik” diləyirəm deyir. Peyğəmbərimiz (s.ə.v) hədisləri ilə də bildirmişdir.

Allah Təala: “Çətinləşdirməyin, asanlaşdırın” deyə buyurur. “Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik”. Yəni Allahdan içi titrəyərək qorxanlara göndərilib. Televiziya ekranlarında çıxıb Allahdan qorxmayanlara, azğınların xurafatlarına təlxəklik etmək, onları əyləndirib, güldürmək deyil. Din içi titrəyərək qorxanlara, Qurana hörmət edənlərə izah edilməlidir. Elə manyaklara isə hörmətsizdirsə ya uzaq durursan, əvvəl hörməti öyrədirsən, ondan sonra iman həqiqətləri izah edirsən. Amma  bütünə vursan, gülməyə halı qalmaz. Əvvəlcə havalanmış (haqqı inkar edən) adamın bütünə vurmaq, bütünü əlindən almaq lazımdır.

Bütü qırılarkən əvvəlki kimi dişini ağarda bilməz, kişnəyə bilməz. Yəni bütünə vuranda qanı qaralar. Bütü ilə yaşadığı üçün bütünü əlindən alıb başına vurub parçalamaq… ardı...

 

Məryəm surəsi, 84-cü ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.

 

 “Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə”. Tələsmək Quran əxlaqına uyğun davranış deyil. Müsəlman tələsik davranmamalıdır, səbirli olmalıdır.“Biz onların günlərini bir-bir sayırıq”. Yəni Allah “davamlı onların günahlarını təsbit edirik, onları həlaka yaxınlaşdırırıq, müsəlmanları da dayanmadan bərəkətə, bolluğa, zəfərə yaxınlaşdırırıq” deyir.

images (5)

 

Nisa surəsi, 19-cu ayəsinin təfsiri

ADNAN OKTAR: Baxın, hər hansı bir ayə açdım, Nisa surəsi çıxdı. Şeytandan Allaha sığınıram. “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir!”. Allah qadınlara güc tətbiq etməyin, təzyiq etməyin deyir. Baxın, qadın haqlarını qoruyan bir hökmdür.“Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün), ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuş olsun.”

images (5)