Kəhf surəsi, 40-cı ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, “Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar (sürüşkən, ayaq basılası mümkün olmayan, heç bir şey bitməyən qupquru) bir yer olsun!”. Müsəlmanlar, Allah, Mehdi tərəfdarları dəccaliyyətin imkanlarını ələ keçirəcəklər, inşaAllah. Onun üstünə, göydən Allahın qüdrət əli ilə yandırıb yıxan bir fəlakət, yəni onları yerlə-yeksan edən vəziyyət olacaq, inşaAllah. “Hamar (sürüşkən, ayaq basılası mümkün olmayan, heç bir şey bitməyən qupquru) bir yer olsun”. Axırzamanda torpağın keyfiyyəti dəccaliyyətin təsiri ilə itir, bu bir fəlakət, bəla olaraq axırzamanda özünü göstərir. Ona da diqqət çəkmiş olur. “Daha yaxşısını” hər şeyin daha xeyirlisi, yaxşısı var. Allah: “Göydən bir bəla endirsin”deyir. Məsələn, hal-hazırda döyüşlər göydən gəlir, elə deyilmi? Raketlər, havadan bombardman, ona da işarə etmiş olur, inşaAllah.

images (5)

 

Ənam surəsi, 133, 134, 135-ci ayələrin təfsiri

ADNAN OKTAR: Məsələn, Qurani-Kərimdən hər hansı bir səhifə açıram, Bismillahir-rəhmanir-rəhim. Qovulmuş şeytandan Allaha sığınıram. Allah Təala Ənam surəsi, 135-ci ayədə buyurur: “De: “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Bu yurdun (dünyanın) sonu, kimindir, bilib-öyrənəcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!” Burada mövzu nədir? İmansızlıq. Buradakı problem nə şəriət, nə də təqva problemidir. Buradakı problem, imansızlıq problemidir. “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Bu yurdun (dünyanın) sonu, kimindir, bilib-öyrənəcəksiniz”. Əgər ayənin  zahir mənasına baxsaq “Bu yurdun (dünyanın) ) sonu”, yəni axırzamanın aqibətinin. “kimindir…” hz. Mehdi (ə.s), hz.İsa Məsih (ə.s)-ındır. “Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!”.  Dəccaliyyət mütləq məğlub olacaq, iddia edilən Ərgənakon terror təşkilatının heç bir şəkildə qurtuluşu yoxdur, çünki zalımlar mütləq yox olacaqlar.

 

“Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizi başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə bir başqasını gətirər”. (Ənam Surəsi, 133)

Məsələn, o dövrdə İslamı ən yaxşı qoruyanlar ərəb qardaşlarımız idi. Sonra bu vəzifə türklərə keçdi. Allah Təala nə deyir? “Yerinizə bir başqasını gətirər”. Yəni başqa bir qövm. Türk qövmü gəldi, inşaAllah.

 

“Sizə… ardı...

 

Kəhf surəsi, 25, 31-ci ayələrin təfsiri

ADNAN OKTAR: Kəhf surəsi çox mənalıdır. Məsələn, bax, Harun Yəhyada əbcəd 300 çıxır. Şeytandan Allaha sığınıram. Allah Kəhf surəsi, 25-ci ayədə buyurur: “Onlar mağaralarında üç yüz il qaldılar” deyir. “Sonra üstünə doqquz il də artırdılar”. A9-un da hikməti buradan meydana çıxır, inşaAllah. İkisi birləşdiyində 309 edir. Hz.İsa (ə.s) ilə 310, hz.Xızır (ə.s) ilə 311, hz. Mehdi (ə.s) ilə 312 edir. Hz.Cəbrayıl (ə.s) hz.Mehdi (ə.s)-a davamlı olaraq kömək edir. Həmişə yanındadır. Cəmi 313 nəfər edirlər, inşaAllah. Ayələrdəki uyğunluqlar həmişə maraqlıdır. İnsanların düşünməsi üçün Allah tərəfindən yaradılır. Qədərin qavranması baxımından hikmətlidir. Bir çox işarəsi, mənası var, maşaAllah.

 

Şeytandan Allaha sığınıram, Kəhf surəsi, 31-ci ayədə Allah buyurur: ” Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək”. İnsanda  qızıl bilərziyə qarşı bir təsirlənmə gücü var. İnsan qadının qolunda qızıl bilərzik gördüyündə təsirlənir, xoşuna gəlir. Qızıl, metal bilərzik şəklindədir. Allah bunları bizə sevdirib. “Nazik və qalın ipəkdən  yaşıl paltarlar geyinəcəklər”. Həqiqətən, ən gözəl rəng yaşıldır. İnsanın ruhuna ən çox təsir edən rəngdir. Cənnətdə də yaşıl hakimiyyəti var. İpək  parça insanların xoşuna gələn parça növüdür. Allah ipəyə diqqət çəkib. “Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər”. Gözəl işləməli, bəzəkli kreslolar insanın xoşuna gəlir. “O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!”.

images (5)

 

Zumər surəsi 32, 34, 36, 37-ci ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala Zumər surəsi, 32-ci ayədə buyurur: “Allaha qarşı yalan uydurandan, özünə gələn həqiqəti (Quranı) təkzib edəndən daha zalım kim ola bilər?” Quranı açıqlayırıq, bəziləri isə Quranın kafi olmadığını deyirlər. “Bir də büt əlavə edək, bütlə də şərh edək” deyir. Allah hər şeyi Quranda açıqladığını, əksik bir şey buraxmadığını deyir. “Xeyr, Quran əksikdir” deyirlər. “Nə ilə tamamlayacaqsınız?”― deyə soruşuruq. Onlar: “Bütlə tamamlayacağıq” deyirlər. “Həqiqəti (Quranı) təkzib edəndən daha zalım kim ola bilər? “Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!”. “Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir”. Allah Quranı kafi bilib, haqqı gətirən və onu təsdiq edənlərə “müttəqi” deyir, inşaAllah.

“Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur!

Allah (bununla) onların etdikləri ən pis işlərin üstünü örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır”.

“Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!”. “Onlar (müşriklər) isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kəsə heç kəs yol göstərə bilməz”. Mənə darvinizmi, materializmi izah etməkdən saxlamaq üçün xeyli maneə yaratdılar. Mən mehdiyyəti ilk dəfə izah edəndə xurafat dəstəsi qudurub, havalanmışdılar. Belə bir şey edəcəyimi ümid etmirdilər. Hədə-qorxu gəlib təzyiq göstərirdilər. Amma çox… ardı...

 

Rum Surəsi, 33-cü ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala Rum surəsi, 33-cü ayədə buyurur: “İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar“. “Ya Rəbbim, məndən bu bəlanı, xəstəliyi uzaqlaşdır” ―deyə dua edərlər. “Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur”. “Mən etdim” deyərlər, halbuki, Allah edir. Orada Allahı unudur. Yaxşı, xəstəliyi, bəlanı “Allah verdi” deyirsən, bəs o birisini kim verir? “Onu mən öz qabiliyyətimlə qazandım, özüm əldə etdim”―deyir. Bu Allaha şərik qoşmaqdır. İnsan Allahın bəla verdiyini qəbul etdiyi kimi neməti, imkanı da Allahın yaratdığını bilməlidir. Əksini etsə şirk içində olar, çox səmimiyyətsiz davranmış olar.

 images (5)