Ərəb irqinin dərisinin rəngi, Peyğəmbər (s.ə.v)-in olduğu kimi qırmızı ilə (əsmərlə) qarışıq ağdır.

 

Rəvayətlərdə Peyğəmbərimiz (s.ə.v)-in dəri rəngi belə bildirilir:

• Ənəs ibn Malik (r.ə) izah edir: “Peyğəmbər (s.ə.v) orta boylu idi; uzun da deyildi, qısa da deyildi; xoşagələn görünüşü vardı. Saçı isə nə buruq, nə də düz idi. Mübarək (İlahi xeyirin olduğu şey, bərəkətlənmiş, çoxalmış, xeyirli, uğurlu) üzlərinin rəngi isə nurani ağ idi”. (Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 2. cilt, Hilal Yayınları, Ankara, 1976, s. 7-8)

• Hz. Həsən (r.ə) nəql edir: “Rəsulullah (s.ə.v), yaradılışdan heybətli və möhtəşəm idi. Saçları nə buruq idi, nə də düz; əgər öz-özünə ikiyə ayrılmışdısa onları başının hər iki yanına salar, əksinə olanda özü ayırmazdı. Uzatdıqları təqdirdə saçları qulaqlarını keçərdi. Peyğəmbər əfəndimiz (s.ə.v)-in rəngi əzhərul-ləvn (çox ağ və parlaq rəng) idi, yəni nurani ağ idi. Alnı açıq idi. Qaşları hilal kimi gur… Boynu saf mərmərdən meydana gələn heykəllərin boynu kimi gümüş aydınlığında idi. Bədəninin bütün üzvləri bir-biri ilə uyğun olub yaraşıqlı vücuda sahib idi…” (Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 18-22-23)

• Ənəs ibn Malik (r.ə) izah edir:

“Rəsulullahın boyu nə çox uzun, nə də çox qısa… ardı...

 

Hz. Mehdi (ə.s) hz. İsa (ə.s)-a imamlıq edəcəkdir

İbni Sirin belə deyər: “Vəd edilmiş hz. Mehdi (ə.s) bu ümmətdəndir. İsa ibn Məryəm (ə.s)-a imamlıq edən də odur”. 

 

Adalet Güneşi, Ayetullah İbrahim Emini, Dünya Ehli Beyt Kurultayı Kültürel Yardımcılığı (Mekatil-ut Talibiyyin (Eb-ul Ferec-i İsfahani), Necef baskısı, s.167)

60

 

 

Hz. Mehdi (ə.s) ərəbcə çox yaxşı bilməyəcək

Muhyəddin İbnul Ərəbi– kuddisə sırruh həzrətləri, Hakim ət-Tirmizi-kuddisə sırruh-həzrətlərinin “Hatmül-övliya” da soruşduğu sualları cavablandırmaq üçün yazdığı “əl-Cəvabül-Müstəqim” adlı əsərində belə buyurmuşdur:

“(Hz. Mehdi (ə.s.)), Buna haqq qazanan, cəddinə (yəni Məhəmməd əleyhissalama) çox bənzəyən bir kimsədir. O ƏRƏBCƏ ÇOX YAXŞI DANIŞA BİLMƏZ, lakin əxlaqı barəsində ondan fərqli də olmaz. O, ORTA BOYLU ƏRLƏRDƏNDİR. MÜLKÜN DÖVRÜ ONUNLA BİTƏR VƏ VƏLAYƏT ONUNLA SONA ÇATAR … ”

(El-Cevabü’l-Müstakim amma Seele anhü et-Türmizi el-Hakim, Bayezid, no: 3750, 242b yarpağı)
41