Hicri 1400-cü ilə gələnə qədər, Mücəddidlər niyə axırzamanın böyük Mehdisi ola bilməzlər?

Peyğəmbərimiz (s.ə.v)-dən  rəvayət edilən səhih hədislərdə axır zamanda zühur edəcək olan hz. Mehdi (ə.s.)-ın həm fiziki xüsusiyyətləri, həm də zühurundan əvvəl və sonra baş verəcək olan əhəmiyyətli hadisələr çox təfərrüatlı bir şəkildə bildirilmişdir. Bütün bu dəlillər hz. Mehdi (ə.s.)-ın mütləq bir şəxs olaraq zühur edəcəyini göstərərək, onun mənəvi şəkildə bir şəxs olaraq gələcəyini iddia edənlərə cavab verir. Həmçinin ustad risalələrində təxminən 70 dəfə, müxtəlif yerlərdə hz. Mehdi (ə.s.)-ın  “bir şəxs, bir zat” yəni yaşayan bir adam olacağını vurğulayaraq risalələrində əsla Mehdi olmayacağına da cavab vermişdir. Yəni, hz. Mehdi (ə.s.) bir mənəvi şəxsiyyət olacaq deyil, məhz bir şəxs olacaq. Risaləi Nurları özünə bir proqram (öndər, əsas hesab edən) edərək insanların imanının xilas olmasına vəsilə olacaq.

Birincisi : Fənn və fəlsəfənin tasallutu ilə (təsiriylə) və maddiyyun və tabbiyyun taunu (materializm və darvinizm idealogiyasının) bəşər içinə intişar etməsiylə (yayılması ilə), hər şeydən əvvəl fəlsəfəni və materializm, darvinizm və ateizm fikrini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. ….Hər halda o vəzifəni ondan əvvəl bir tayfa (bir qrup) bir yöndə yerinə yetirəcək . O şəxs, o tayfanın uzun təqdiqatları nəticəsində yazdıqları əsərləri özünə hazır olunmuş bir proqram edəcək, onun ilə o… ardı...

 

Hz. Mehdi (ə.s) zühur etdiyində yalançı, inkarçılar ona qarşı mübarizə aparacaqlar

Mufazzal ibn Ömər, imam Əbu Abdullah Cəfəri Sadiq (r.ə)-ın belə buyurduğunu bildirdi: “…VƏ XALQIN ƏN ƏDƏBSİZLƏRİ OLDUĞU ZAMANDA, ZÜHUR BAŞ VERƏCƏK (HZ. MEHDİ (Ə.S.) ORTAYA ÇİXACAQ). ” (Gaybet-i Nümani, səh. 187)

 

Hz. Mehdi (ə.s) axırzamanda darvinizmin, kommunizmin, materializmin və ateizmin yəni başqa sözlə desək, dəccaliyyətin insanlar və cəmiyyətlər üzərində ən şiddətli təxribat apardığı bir dövrdə zühur edəcək. Dəccaliyyət insanların Allahdan, iman etməkdən uzaqlaşmalarına, bir çox ölkədə dindarların cəmiyyət içində yadlaşmasına, din əxlaqının yaşanmasının və izah edilməsinin günah kimi qəbul edilməsinə səbəb olacaq. Peyğəmbərimiz (s.ə.s)-in digər hədislərində də xəbər verdiyi kimi, müsəlmanları sanki əsir götürəcək, Quran əxlaqının yaşanmasına mane olacaq. Dəccaliyyətin bu təzyiqi və zülmü indiki vaxtda açıq bir şəkildə görünür. Dünyanın bir çox ölkəsində müsəlmanlar yalnız dinlərinə görə təzyiq altına alınırlar, ibadətlərini istədikləri kimi yerinə yetirə bilmirlər.

Dinlərini azad şəkildə yaşamalarına mane törədilir, inanclı, iman sahibi insanların bir-birləriylə görüşmələri, söhbət etmələri belə az qala cinayət kimi qarşılanır. Kainatı və içindəkiləri yəni Allahın yaratdığı həqiqəti, heç bir elmi məlumat və dəlilə söykənmədən inkar edilir, bütün varlığın guya kor təsadüflərin bir nəticəsi olduğu kimi ağıl və elmdən kənar bir nəzəriyyə olan təkamül nəzəriyyəsi insanlara zorla qəbul etdirilməyə… ardı...

 

Prof. Dr. Hüseyn Xatəmi: Hz. Mehdi İstanbuldan çıxacaq

Prof. Dr. Hüseyn Xatəmi, Iğdırda təşkil olunan mehdiyyət haqqında olan yığıncaqda, İslam aləmini, peyğəmbərimiz (s.ə.v)-in səhih (doğru) hədislərinə və Quran ayələrinin işarə olunan mənalarına əsasən hz. Mehdi (ə.s)-ın 5 il ərzində İstanbuldan açıq şəkildə ortaya çıxacağını müjdələmişdi.

Hörmətli Xatəmi çıxışlarında bunları dedi:

“Bu gün İslam ölkələri güclü deyil. Hz. Mehdi gələcək və İSLAMI QARŞILAŞDIĞI ZÜLMLƏRDƏN QURTARACAQ…  İSTANBULDA ORTAYA çıxacaq. Peyğəmbərimiz bunu bildiyindən hz. Eyyubu, İstanbula Mehdiyə bələdçilik etsin deyə göndərmişdir. HZ. MEHDİ 5 İL SONRA GƏLƏCƏK. Əlamətləri artıq çıxmışdır. Allah bu gəlişi görməyi mənə nəsib edər inşaAllah. Ümidinizi kəsməyin, Allah dünyanı sevgi üzərinə yaratmışdır.”

 

Göründüyü kimi hörmətli Xatəmi;

* Dəccaliyyətin İslam dünyası üzərindəki təzyiqinin və əsarətinin hz. Mehdi (ə.s) vəsiləsiylə sona çatacağını,

* Hz. Mehdi (ə.s)-ın İstanbulda fəaliyyət göstərəcəyini,

* Allahın izni ilə 2015–ci illərdə mehdiyyətin çox güclü və ictimai olaraq ortaya çıxacağını,

* Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın gəlişiylə əlaqədar xəbər verdiyi yüzlərlə əlamətin bu əsrdə ortaya çıxdığını və bunun hz. Mehdi (ə.s)-ın bu əsrdə gəlişinin açıq isbatı olduğunu,

* Hz. Mehdi (ə.s)-ın sevgi və sülhsevər insan olacağını, yer üzünə sevgini hakim edəcəyini demişdir.

Hörmətli Xatəmi ifadə etdiyi bu məlumatların hamısı Muhbiri-Sadiq (yəni, sözünə etibar olunan, həmişə… ardı...

 

Hz.Mehdi (ə.s) da imam Rəbbani həzrətlərindən təxminən 400 il sonra gələcəkdir

Bəziləri hz.Mehdi (ə.s)-ın İmam Rəbbani həzrətlərindən təxminən 400 il sonra gəlməsini, İmam Rəbbaninin dəyərinin azalması ilə əlaqələndirirlər və hz.Mehdi  (ə.s)-ın İmam Rəbbanidən 1000 il sonra gəlməyini iddia edirlər. Halbuki Hz.Mehdi (ə.s)-ın İmam Rəbbani Həzrətlərindən təxminən 400 il sonra gəlməsi, Rəbbani həzrətlərinin dəyərini, qiymətini azaldacaq bir səbəb deyil. Allah,

Peyğəmbərimiz (s.ə.v)-i böyük iradəyə sahib olan peyğəmbər hzsa (ə.s)-dan yalnız 571 il sonra göndərmişdir. hzsa (ə.s)-dən qısa bir müddət sonra, yeni bir şəriət və kitabla hz.Məhəmməd (s.ə.v) gəlmişdir. Yəni iki böyük peyğəmbər arasında 571 il vardır. Hz.Mehdi (ə.s) da İmam Rəbbani Həzrətlərindən təxminən 400 il sonra gələcəkdir. Onsuz da bunu İmam Rəbbani Həzrətləri özü şəxsən… ardı...

 

Məşhur Osmanın 3000 illik izahı ilə əlaqədar olan səhvi

Məşhur Osman İmam Rəbbani Həzrətlərinin “Məktubatı-Rəbbani” əsərində hz. Mehdi (ə.s)-ın zühur vaxtı ilə əlaqədar olaraq verdiyi dəqiq vaxtı açıq-aşkar rədd edib. İddiasına görə hz. Mehdi (ə.s)-ın peyğəmbərimiz (s.ə.v)-dən sonrakı 3 min ildə deyil, imam Rəbbanidən 1000 il sonra, yəni 3000 il ərzində zühur edəcəyini ifadə etmişdir. Halbuki, bu iddiası həm peyğəmbərimiz (s.ə.v)-in bu mövzu ilə əlaqədar olan hədis-i şəriflərinə həm də bu istiqamətdə böyük İslam alimlərinin açıq izahlarına uyğun gəlmir.

 

Məsələn, Məktubatın heç bir yerində hz. Mehdi (ə.s)-ın zühurunun Rəbbani həzrətlərindən sonrakı 1000 ildə olacağına dair bir izah yoxdur. Ancaq buna baxmayaraq məşhur Osman əsası olmayan belə bir iddia ilə ortaya çıxmışdır və: “Rəbbani Həzrətləri hz. Mehdi (ə.s)-ı və hz. İsa (ə.s)-ın peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra deyil, özündən (İmam Rəbbani Həzrətlərindən) 1000 il sonra gələcəyini deyir” kimi çox yanlış bir şərh vermişdir. Buna görə də həm hz. Mehdi (ə.s)-ın, həm də hz. İsa (ə.s)-ın bu əsrdə gələcəklərini rədd edərək peyğəmbərimiz (s.ə.v)-in hədislərinə zidd gəlir. Digər tərəfdən də İslam əxlaqının dünya hakimiyyətini və Türk-İslam Birliyinin qurulmasını 600 il sonra olacağını və bütün müsəlmanların əmin-amanlığa və hüzura qovuşacaqları Qızıl Dövrün yaşanacağı dövrün əsrlər sonra olacağını iddia edir.

 

Halbuki, İmam Rəbbani… ardı...