Nəml surəsi, 44-cü ayənin təfsiri

Adnan Oktar: Bax Cənabı Allah deyir: Nəml surəsi, 44: Səba Məlikəsi Belkısa: “Ona: “Saraya daxil ol!” -deyildi. O, sarayı gördükdə onu dərin bir su hesab etdi”. Hz. Süleyman (ə.s) çox şirin, çox gözəl: hovuz görünüşündə, dalğalanırmış kimi işıq hərəkətləri ilə xüsusi düzəltdirib. Açıq-açkar hovuz, dərin su varmış kimi görünür. Qadına deyir ki, Səba Məlikəsi Belkısa: “buyurun, hovuza girin” -deyir. Qadın da baldırlarını açır, hovuza girmək istəyir. Zarafat edir. “O, sarayı gördükdə onu dərin bir su hesab etdi”. Diqqət yetirin, dayaz bir su deyil, dərin bir su sandı və baldırlarını açır. Süleyman dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!”” Həqiqətdə, “hovuz deyil” -deyir. Səba Məlikəsi Belkıs:Qadın dedi: “Ey Rəbbim! Mən həqiqətən özümə zülm etdim” -deyir. İndi isə Süleymanala birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!” Hz. Süleyman (ə.s)- ın gözlərinin içinə baxa-baxa söyləyir. Hz. Süleyman (ə.s) da onun gözlərinin içinə baxa-baxa bunu söyləyir. Baldırını açacağını bilir, buna baxmayaraq “hovuza gir” deyir.

images (5)

 

Yusuf surəsi, 23-24-cü ayələrin təfsiri

Adnan Oktar: Bax, məsələn, Yusuf surəsi 23-cü ayə, Şeytandan Allaha sığınıram. “Evində qaldığı qadın”. Kiminlə qalır? Hz. Yusuf (ə.s) ilə qalır. “Evində qaldığı qadın”. Hz. Yusuf (ə.s) ilə birlikdə eyni evdə qalırlar. Xurafatçıların düşüncəsinə görə haşa hz. Yusuf (ə.s) fasiqdir, günaha girir. Allah, “eyni evdə qalırlar” -deyir. Qadın yanında normal, yaxası açıq donla gəzir. “Ondan murad almaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” -dedi” -deyir. Qadın sevişmək istəyir. “(Yusuf) Dedi: “Allaha sığınaram””. Nə üçün Allaha sığınır? “Cinsi əlaqəyə girmərəm” -deyir. Çünki nikahı yoxdur. “Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” And olsun qadın onu arzulamışdı”. Hz. Yusuf (ə.s) -ulu babam- çox cazibədardır. Bütün Peyğəmbərlər çox çəkicidir, çox gözəldirlər. Yəni qadınlara fövqəladə təsir edəcək gözəllikdədirlər. Hz. Musada elə idi. Hətta Fironun kitabələrində də var. Bax orada kafirlərin gücləri çatmamış, hz. Musa üçün “yəhudi alimi cadugərdir” -deyir. “Qadınlara təsir etməkdə çox mahirdir” -deyir. Bax kafirlər dillərini tuta bilməmiş onu söyləmək vəziyyətində qalmışlar. Hz. Musa (ə.s)-ın yeddi cəddinə rəhmət olsun. Ulu babamın, maşaAllah. “(Yusuf) Dedi: “Allaha sığınaram. Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” And olsun qadın onu arzulamışdı”. Hz. Yusuf dünya gözəli olduğu… ardı...

 

Qasas surəsi, 23-26-cı ayələrin təfsiri

Adnan Oktar: Cənabı Allah O, Mədyən sularına gəlib çatanda -deyir, 28-ci surə, 23-cü ayə: quyunun başında heyvanlarına su verən adamlar gördü“. Qadın, kişi. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız gördü“. Xurafatçılar olsa hər halda qaçacaqlar. Hz. Musa (ə.s) yanlarına gedir. “Sizə nə olub?” – dedi. Xurafatçı nə edər? Qaçar. Hz. Musa nə edir? Yanlarına gedir. Nə deyir? “Bu halınız nədir?” Kömək etmək istəyir. Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik“”. Çünki çobanların əxlaqsızlıq etmələrindən çəkinirlər. Yanlarına getmirlər. Hz. Musa (ə.s)- dan təhlükə gəlməyəcəyini və namərd insan olmadığını hiss edirlər. Nə deyir? Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır. Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyirə ehtiyacım var!”” Xeyir istəyir. “Bir qədər sonra qızlardan biri utana-utana onun yanına gəlib”. Xurafatçıların düşüncəsinə görə Peyğəmbər xanımı da, Peyğəmbərin qızı da harama girmiş olur. O da onun yanına gəlir. Hz. Musa (ə.s)- ın yanına gedir, o da onun yanına gəlir. “Dedi: “Atam bizim yerimizə qoyunları sulamağının haqqını ödəməkdən… ardı...

 

Ali İmran surəsi, 45-55, 61-ci ayələrin təfsiri

Adnan Oktar: Cənabı Allah hz. İsa (ə.s) üçün, Şeytandan Allaha sığınıram. Ali İmran surəsi, 48: Allah ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək“. Kitabı, Quran, hikməti, Quranın hikmətini və hər cür hikməti, Tövratı və İncili öyrədəcək. Baxın, Allah ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək“. Bir, Quran, ona Kitabı, iki: hikməti, üç: Tövratı, dörd: İncili öyrədəcək. 49: Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir ayə gətirdim”. Deməli, İsrailoğullarına ciddi bir şəkildə xitab edəcək. Hz. İsa (ə.s) gəldikdə də, “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir ayə gətirdim”.

Bir ayə gətirdim, Quran ayəsi. Bir möcüzə. “Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar”. Hanı, burada təkamülmü var? Baxın, ilk yaradılışda insanın yaradılışının eynisi. İzah edir, deyir ki: “Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib”-deyir. İki əlimlə edərəm deyir. Palçığı götürüb ona forma verərəm. Hz. İsa (ə.s)-ın oradan da sənətçi olduğunu anlayırıq. Yəni palçıqdan quş formasında bir şey düzəltmək asan bir şey deyil. Baxın, “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir ayə gətirdim”. Bir ayə gətirdim, Quran… ardı...

 

Zuxruf surəsi, 57, 59-63-cü ayələrin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram, Zuxruf surəsi, 57-ci ayədə Cənabı Allah Peyğəmbərimiz (s.ə.v)- ə belə xitab edir: Məryəm oğlu misal çəkilincə sənin qövmün dərhal”- İsa Məsih haqqında- “onun haqqında (keflə danışıb) qəhqəhələrlə gülürlər”. Yəni məntiqsiz hesab edirlər. Allah İsa Məsih mövzusunu lağ mövzusu edildiyini deyir.

59-cu ayədə Allah: “O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur“- deyir.

60cı ayədə Allah belə buyurur: Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq“. Cənabı Allah, “Yəni siz mələk gözləməyin”- deyir. Əgər insanlar mələk olsaydı, əvəzləyici olaraq da mələk gələrdi. Amma siz insansınız, insan olduğunuza görə yerinizə əvəzləyici olaraq yenə insan gəlir.

61-ci ayədə Allah belə deyir: “Həqiqətən, İsanın yer üzünə enməsi Saatının (qiyamət) yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! 62-ci ayə. “Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir“- və 63- cü ayədə də- Allah “ İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!buyurur.

images (5)