Əhzab surəsi, 19-cu ayəsinin təfsiri

Adnan Oktar: “Sizə qarşı xəsis və eqoistdirlər”. Yəni, “sizlərə heç bir şeylərini vermək istəməzlər” -deyir Allah. Əhzab surəsi, 19-cu ayədə. Eqoistdir, yəni öz mənfəətlərinin arxasındadır. Heç bir şey vermək istəməz, öz mənfəətlərini düşünürlər. Özlərinin zəngin olmasını, özlərinin yaxşı dolanmasını, özlərinin rahat yaşamasını istəyirlər. Onlara qorxu gəldikdə“, yəni çətin vəziyyətə düşsələr, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən“. “Baxışları pozular” -deyir. Belə dəli kimi, axmaqca, avam bir baxışla baxarlar. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar“. Mala və dünyaya ehtiras göstərərək, bu səfər dilləri bir anda azğınlaşır, kəkinləşir və müsəlmanlara acı dilləri ilə hücum başlayırlar, təhqir, böhtan, oyunla. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir“. Amma mütləq boşa çıxır. Bunlar münafiq olaraq yaradıldığı üçün məğlub olaraq da yaradılırlar. Etdikləri boşa çıxır. “Bu, Allah üçün çox asandır” -deyir Allah.

images (5)

 

Munafiqun surəsi, 7-ci ayəsinin təfsiri

Adnan Oktar: Münafiqlər deyirlər ki, Munafiqun surəsi, 7-ci ayədə, “Məhz onlar: “Allahın Elçisi yanında olanlara”” yəni, Mehdinin, Peyğəmbərimiz (s.ə.v)-in, o dövrün Mehdisi olan Peyğəmbərimiz (s.ə.v)-in. Peyğəmbərimiz (s.ə.v) ən böyük Mehdidir. “Bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər” “Beş qəpik verməyin” -deyirlər. “Heç bir imkan verməyin. Onlardan alın amma verməyin”. “Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar”. O xəzinələri özlərinin olduğunu zənn edirlər. Halbuki “Mən yaradıram” -deyir Allah.

images (5)

 

Tövbə surəsi, 67-ci ayənin təfsiri

Adnan Oktar: “67: Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur”. Təbliğdən, xeyirdən, bərəkətdən, bolluqdan, müsəlmanlara yaxşılıq edilməsini qadağan edərlər. “Və xəsislik göstərirlər”. Allah, “Dəhşətli dərəcədə xəsisdirlər” -deyir.

images (5)

 

Tövbə surəsi, 98-ci ayənin təfsiri

Adnan Oktar: “98: Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır”. Yəni müsəlmanlara bir şey verdiyində, onu bir bəla kimi, bir xəstəlik kimi sayar. “Və sizə bir bədbəxtlik üz verməsini gözləyir”. “Sizə pis hadisə üz verməsini istəyərlər” -deyir. “Bədbəxtlik onların öz başlarına gələcək. Allah Eşidəndir, Biləndir “. Allah onlara bəlanın gələcəyini söyləyir. “Bədbəxtlik onların öz başlarına gələcək” onsuz da Allah Özü söyləyir. Bəlalarını verəcəyinin mənasını verir.

images (5)

 

Saffat surəsi, 12-14, 16-22-ci ayələrin təfsiri

Adnan Oktar: Saffat surəsi, 12: Cənabı Allah “Sən onlara təəccüb edirsən” –deyir. Şeytandan Allaha sığınıram, “onlar isə səni ələ salırlar” -deyir. Ağılsız, axmaq olduqları üçün. Bu axmağın xüsusiyyətidir. 13: “Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. 14: Bir möcüzə gördükdə isə ona istehza edir”. Yəni meymun kimi ağılsız olduğu üçün, ağılı çatmır. Meymunlara da məsələn yemək göstərdiyində qəribə səslərlə gülər, anormal hərəkətlər edərlər. Başı işləmədiyi üçün, heyvan xüsusiyyətidir. Bəzi avamlarda da o var. “Bir möcüzə gördükdə isə ona istehza edir”. 16: “Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?” Şeytandan Allaha sığınıram. 17: “Ya da atalarımızmı dirildiləcəklər?” Deyə soruşurlar. 18: “De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz””. Allah, “Həm də boyun bükmüş olaraq dirildəcəyəm” –deyir. 19: “Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar”. Allah, “Donmuş vəziyyətdə baxırlar” -deyir. 20: “Günahkarlar deyəcəklər: “Vay halımıza!”” “Bu ki, Haqq-hesab günüdür!” -deyirlər. 21: “Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür”” -deyir Cənabı Allah.

images (5)