“Evlərinizdə oxunan Allahın ayələrini və hikmətini xatırlayın”. (Əhzab surəsi, 34)

Bütün kainatı yoxdan var edən, hər şeyin doğrusunu bilən Allah dünyanı bizə Quranla tanıdır. Doğru olanları ehtiva edən Quran bir möminin ömrü boyu üz tutacağı hidayət rəhbəridir. Quran hər mövzuda Allahın hz. Məhəmməd (s.ə.v)-ə vəhy etdiyi doğru məlumatları ehtiva edir. Allah Əhzab surəsindəki bu ayəsində bütün möminləri Quranı oxumağa təşviq edir. Möminlər evlərində Quran oxuyar və ayələri də yada salarlar.

Quranın ən əhəmiyyətli xüsusiyyətlərindən biri günümüzə qədər heç bir dəyişikliyə uğramadan, Peyğəmbərimiz (s.ə.v)-ə vəhy olunduğu şəkildə günümüzə gəlib çatmasıdır. Bundan əlavə Quran hər insanın anlayacağı, sadə və aydın bir üsluba və bənzərsiz bir hikmətə malikdir. Quranın ehtiva etdiyi hökmlər və ayələrdə tövsiyə edilən gözəl əxlaq son dərəcə açıq, başa düşülən formadadır. Allahın hidayət verdiyi, səmimi niyyətli hər insan Quranda qeyd olunanı rahat şəkildə anlaya bilər. Eləcə də anladıqlarını Allahın izni ilə bütün rəftarlarında və düşüncələrində ən gözəl şəkildə tətbiq edə bilər.

Allah Quranı insanların oxuyub başa düşmələri, içində yazılanları öyrənmələri, bütün kainatı yoxdan var edən Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib çəkinmələri üçün göndərmişdir. Müxtəlif nümunə və qissələrdə ayələrini bir-bir, müxtəlif formalarda açıqlamışdır. Allahın “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq …” (Ənam surəsi, 38) ayəsi ilə də… ardı...

 

“Şübhəsiz, Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik…. (Kəhf surəsi, 7)

Uca Allah ayəsində qullarını dünya həyatında sınayacağını bildirir və buna görə dünya həyatını xüsusi olaraq insanların xoşuna gələcək bəzəklərlə birlikdə yaratmışdır. Bu bəzəklər Allahın bir sınağıdır və insanı yanıltmamalıdır. Hamısı müvəqqəti və aldadıcıdır. İnsanın dünyadakı vəzifəsi Uca Allaha və axirətə iman etmək, Quranda bildirildiyi şəkildə gözəl əxlaq sahibi bir insan olmaq, Allahın sərhədlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır.

 

İnsanların həyatları boyunca sahib olmaq istədikləri və bu məqsədlə böyük bir səy və əzmlə çalışdıqları hər şey əslində yaşadıqları bu həyatın bəzəkləridir. Dünya üzərindəki hər şey, insana ilk baxışda çox cazibədar və gözəl görünür. Dünya üzərindəki gözəlliklər insanlar üçün bir nemətdir. Hər insan ətrafında gördüyü və ya sahib olduğu bütün bu nemətlərin özünə verilməsinin səbəbini yalnız Uca Rəbbimiz Allahın bir sınağı olduğunu unutmamalıdır. Sahib olduğu və ya olacağı hər şeylə Allahın razılığını qazanacaq gözəl davranışlarda olması lazımdır.

Allah verdiyi hər nemətlə birlikdə insanın Özünə şükür edib etmədiyini, gözəl əxlaq göstərib göstərmədiyini də sınayar. İnsanın əsl məqsədi bütün bu gözəllikləri bizə verən Rəbbimizə ibadət etmək, Ona ən gözəl şəkildə şükür etmək və Quranda bildirdiyi gözəl əxlaqı göstərməkdir. Əlbəttə, yaşadıqlarının bir imtahan olduğunun fərqinə varan və Allahın razılığına uyğun… ardı...

 

“Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm”. (Hicr surəsi, 49)

İnsan qəflətə düşə bilən, unudan, yanılan, səhv edən bir varlıqdır. Hər an bir çox mövzuda səhv düşünə bilər, səhv qərar verə bilər, yanlış davrana bilər. Həmçinin, onu daima Allaha üsyana etməyə təhrik edən, vəsvəsə verməyə çalışan şeytan kimi düşməni də vardır. Ancaq insana səhvlərini qarşılığı üçün bir yol göstərilmişdir. O da tövbə etməkdir.

 

Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük lütf, nemətdir. Uca Allah sonsuz mərhəməti ilə insanlara səhvlərinə görə həmişə bağışlanma diləmək və tövbə etmək imkanı vermişdir. Səmimi olaraq günahlarının bağışlanılmasını istəyən hər bir insan Allahın onu bağışlamasına ümid edə bilər.

 

Mömin bilərəkdən yaxud bilməyərəkdən, qəflətə düşərək və ya nəfsinə tabe olaraq səhv edərkən bu səhvlərdən nəticə çıxarmalı, ibrət almalıdır. Peşman olub doğru olana yönəlmək, vaxt itirmədən Rəbbimizə sığınmalı və bir daha o səhvi təkrarlamamaq üçün səy göstərməlidir. Əlbəttə ki, səhv etməməkdə, günaha girməməkdə, Rəbbimizin sərhədlərini qorumaqda diqqətli olmalıdır. Lakin buna baxmayaraq səhv edəndə də Allahdan bağışlanma diləməsi gözəl mömin xüsusiyyətidir.

Uca Allah Quranda, “Əfv edən”, “Bağışlayan” və “Qoruyan” olduğunu xəbər verir. Bu möminlər üçün bir rəhmətdir. Rəbbimizin “Tövbələri qəbul edən” (Təvvab), “Bağışlayan” (Qaffar), “Mərhəmət edən” (Rəhman) adları da səhvlərindən peşman olan və tövbə edib… ardı...

 

tavuskusu2Tovuz quşu tüklərindəki naxışlara baxan bir insan bunlardakı gözəlliklərə heyran olmaya bilməz. Elm adamlarının son araşdırmalarından birində bu naxışın təməlində təəccüb doğuran bir dizayn olduğu ortaya çıxarıldı.

 

Çinli elm adamları tovuz quşunun tüklərində olan və işığın fərqli dalğa uzunluqlarını süzüb əks etdirə bilən kiçik tüklərin olduğu həssas bir mexanizmi ortaya çıxardılar. Şanxaydaki Fudan Universiteti fiziklərindən Jian Zi və yoldaşlarının “Proceedings of the National Academy of Sciences” jurnalında nəşr olunan tədqiqatlarına görə tüklərin parlaq rəngləri piqmentlər tərəfindən deyil, iki ölçülü və kristala bənzəyən kiçik strukturlar tərəfindən hazırlanır.1

Zi və həmkarları tüklərdəki rənglərin təməlini ortaya çıxarmaq üçün güclü elektron mikroskoplardan istifadə etdilər. Yaşıl erkək tovuz quşunun (Pavón rnuticus) gövdəsindən çıxan tüklərin üzərindəki daha da kiçik tükcükləri araşdırdılar. Mikroskop altında soldakı ağ-qara şəkildə görünən ələk formalı dizaynla qarşılaşdılar. Bu bir növ zülal olan melanindən hazırlanmış çubuqların  tavuskusu1            keratinlə (bir başqa zülal növü) bağlanmasından meydana gəlirdi. Tədqiqatçılar hər biri insan saçından yüz dəfələrlə daha incə olan bu 2 ölçülü kiçik strukturların tükcüklər üzərində ardıcıl sıralandığını gördülər. Elm adamları əlavə optik araşdırmalar və hesablamalarla kristalların arasındakı boşluqları və bunların təsirlərini araşdırdılar. Nəticədə bu ələk formalı dizaynda boşluqların ölçülərinin və formalarının işığın müxtəlif bucaqlarda əks olunmasına, beləcə, rəngdəki… ardı...

 

Təkamül nəzəriyyəsi Quranla ziddiyyət təşkil edir

İndiki vaxtda bəzi müsəlmanlar təkamül nəzəriyyəsinə inanan dairələrin sayca çox olmalarından və ya bu kəslərin ümumiyyətlə “elm adamı” sifəti ilə tanınmalarından səhv istiqamətdə təsirlənir, bu səbəblə də təkamül nəzəriyyəsini yanlışlıqla müdafiə edirlər. Halbuki bu kəslərin əllərində Allahın insanları təkamüllə yaratdığına dair nə elmi bir dəlil, nə də bu iddialarını Qurandan təstiqləyən hər hansı bir ayə var.

Təkamül nəzəriyyəsini müdafiə edən müsəlmanlar, darvinizmin təsadüf iddiasını görməməzlikdən gəlirlər.

Təkamül nəzəriyyəsinin Yaradılış ilə ziddiyyət təşkil etmədiyini irəli sürənlərin ən əhəmiyyətli yanılması, təkamül nəzəriyyəsinin təməl iddiasının “canlıların bir-birlərindən inkişaf edərək ortaya çıxdığı” müddəası olduğunu zənn etmələridir. Bu yanılma içində də, “Allah canlıları bir-birlərindən təkamülləşdirərək yaratmış ola bilər, bunda qarşı çıxacaq nə var?” deyə düşünürlər. Halbuki gözardı etdikləri əhəmiyyətli bir həqiqət vardır: Təkamülü müdafiə edənlər ilə yaradılışı müdafiə edənlər arasındakı təməl fərqlilik, “canlılar ayrı-ayrımı ortaya çıxdılar, yoxsa bir-birlərindən inkişaf edərəkmi ortaya çıxdılar” sualı deyil. Əsl mövzu, “canlılar təsadüflərlə və təbiət hadisələriyləmi meydana gəldilər, yoxsa şüurlu bir şəkildəmi yaradıldılar?” sualıdır.

Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində bir yerə gələrək, yenə təsadüfən inkişaf edən təbiət hadisələri nəticəsində canlılığın elementlərini və nəhayət canlılığı meydana gətirdiyini iddia edər. Fərqli canlı növlərinin də, yenə təsadüflər və təbiət hadisələri ilə, heç bir şüurlu müdaxilə və… ardı...