İnsanlar, elə güman edirlər ki…. (Ənkəbut surəsi, 2)

Bu ayədə Allah “iman etdim” deyən qullarını dünya həyatında imtahan edəcəyini bildirir. Allah insanlardan həqiqi və səmimi bir iman istəyir. Bu isə insanın yalnız “mən inandım” deməsi ilə əldə edilməz. İnsanın dünyadakı vəzifəsi Uca Allaha və axirətə iman etmək, Quranda ifadə edildiyi şəkildə gözəl əxlaq sahibi bir insan olmaq, Allahın sərhədlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır.

Buna görə hər insan Allaha və Onun dininə həqiqətən inandığını, şeytanın özünü azdırmaq üçün göstərəcəyi bütün səylərə baxmayaraq doğru yoldan dönməyəcəyini göstərməlidir. Eyni şəkildə kafirlərə uymayacağını, öz nəfsinin ehtiraslarını Allahın razılığını qazanmaqdan üstün tutmayacağını doğrultmalıdır.

Bunu isə qarşılaşdığı hadisələrə verdiyi reaksiyalarla ortaya qoyacaq. Allah din əxlaqını yaşamağı qəbul edən insanın qarşısına səbir etməsi lazım olan bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi münasibətlərə görə onu imtahan edəcəkdir.

 

Həqiqət bu ikən mömin qarşısına çıxan hər hadisəyə imtahan gözü ilə baxmalı, Allaha təvəkkül etməli və Onun rizasına uyğun olan rəftarı göstərməlidir. Allah Quranda möminləri qorxu, aclıq, mal, can və məhsullardan azaltmaqla sınayacağını bildirir. (Bəqərə surəsi, 155)

 

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın bir imtahanıdır. Allah verdiyi hər nemətlə bərabər insanın Ona şükür edib etmədiyini də sınayar. Nemətlərlə yanaşı Allah insanın qarşısına həyatı boyu qərar… ardı...

 

Sizin nə xərclədiyinizi, şübhəsiz, Allah bilir. (Ali İmran surəsi, 92)

Bu ayədə çox əhəmiyyətli bir həqiqət bildirilmişdir. İnsanları həqiqi mənada yaxşılığa çatdıracaq ən əsas əxlaq xüsusiyyətlərindən biri “fədakarlıq”dır. Həqiqi mənada fədakarlıq insanın Allah rizası üçün dəyər verdiyi şeylərdən heç düşünmədən və sevə-sevə imtina etməsidir. Sonsuz güc sahibi Uca Rəbbimiz üçün lazım hər cür çətinlik və çətinliyi gözə alması, bu mövzuda əlindən gələnin ən çoxunu edəcək şövq, əzm və iradəni özündə tapmasıdır. Öz mənfəətləri ilə, Allah rizası arasında seçim etməsi lazım olarkən öz mənfəətlərindən imtina etməsi, bu uğurda maddi-mənəvi hər cür fədakarlıq etməsidir.

 

Ancaq insan nəfsi-müdafiə, eqoistlik kimi müxtəlif pis əxlaq xüsusiyyətlərinə uyğun bir quruluşda yaradılmışdır. Nəfsini tərbiyə etmədiyi təqdirdə, bu eqoist duyğular insanın bütün əxlaqına hakim ola bilər. Belə bir adam isə, ümumiyyətlə, hər kəsdən çox yalnız özünü düşünər. Özü üçün daim hər şeyin ən yaxşısını, ən gözəlini, ən mükəmməlini istəyər. Ona qarşı hər kəsin anlayışlı və fədakar münasibəti ilə yanaşmasını gözləyər. Hər hansı bir çətinliklə qarşılaşarkən, ətrafındakı insanların özü üçün hər cür təhlükə və çətinliyi gözə almalarını, öz mənfəətlərindən imtina etmək bahasına da olsa, ona dəstək olmalarını gözləyər. Gizli-gizli həmişə öz istək və maraqlarını qorumaq, öz rahatlığını təmin etmək istəyər. Əks halda isə maraqlarını qorumaq və ona bir… ardı...

 

Ayədə Peyğəmbərimiz (s.ə.v)-in dövründə baş verən bir hadisə xəbər verilir.

 

Peyğəmbərimiz (s.ə.v) dövründə müsəlmanlar çətin hadisələrlə qarşılaşmış, zahirən bəzi çətinliklər çəkmişlər. Möminlər zahirən çətin bir mübarizə içində kimi görünür. Ancaq ayələrdə bildirildiyi kimi bu hadisə də Allahın izni ilə reallaşmış və möminlərə zərər verməyə çalışan münafiqlərin ortaya çıxmasına səbəb olmuşdur. Yəni nəticəsi həmişə olduğu kimi möminlərin xeyrinə olmuşdur.

Möminlər Allahın dünya həyatında onlar üçün yaratdığı çətinliklərin bir imtahan olduğunu bilirlər. Bu sınaqların, saleh müsəlmanlarla “ürəklərində xəstəlik olan” və səmimi olaraq iman etməyən kəslərin ayırd edilməsi üçün xüsusi olaraq yaradıldığını dərk edərlər. Quranda xəbər verilən həqiqətləri bildikləri üçün, zahirən pis kimi görünən bir hadisəni və ya çətinlik anını, səmimiyyətlərini, Allaha olan bağlılıqlarını və təvəkküllərini göstərmək üçün gözəl bir vəsilə olaraq qiymətləndirərlər. Dünyada həm çətinliklərlə, həm də nemətlərlə sınandıqlarını heç vaxt unutmazlar. Bu gözəl əxlaqlarının və təslimiyyətlərinin bir nəticəsi olaraq Allah zahirən pis kimi görünən hadisələri və çətinlikləri saleh qullarının lehinə çevirir. (Kuran Ahlakı)
Allaha könüldən iman edən bir insan yalnız Allaha güvənər, çünki Allahın hər şeyə hakim olduğunu, hər şeyə gücünün çatdığını, Allahın icazəsi olmadan bir yarpağın belə düşmədiyini bilər. Qədərdən kənar çıxmağın ya da qədəri dəyişdirməyin mümkün olmadığını bildiyi üçün qarşılaşdığı hər vəziyyətdə Allaha yönələr və Allahın onun üçün… ardı...

 

Allahdan Ona layiq olan tərzdə qorxun…. (Ali İmran surəsi, 102)

Ayədə Allah qorxusunun əhəmiyyəti bildirilmişdir. Necə ki, Quran əxlaqı  Allah rizası və qorxusu üzərinə qurulmuşdur. Allahdan lazımi qədər qorxanlar və yalnız Allahın razılığını axtaranlar din əxlaqını səmimi olaraq yaşaya bilərlər.

 

“Allahdan necə qorxub çəkinmək lazım olduğu” Quranda son dərəcə açıq və təfərrüatlı xəbər verilmişdir. Möminin Allah qorxusu:

• Son dərəcə səmimi və hörmət dolu bir qorxudur.

• Digər qorxular kimi insana çətinlik və əzab verən bir qorxu deyil. Tamamilə əksinə, insana qul olduğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açıb inkişaf etdirən, insanı üstün bir əxlaq səviyyəsinə çatdıran və Allaha yaxınlaşdıran hörmət dolu bir qorxudur.

• Möminin axirətə olan həsrətini artıran, ümid və şövqünü alovlandıran, onu pisliklərdən uzaqlaşdırıb, Allahın razılığına, rəhmətinə və cənnətinə yaxınlaşdıran, buna görə də çox böyük mənəvi həzz ehtiva edən bir duyğudur.

• Mömini Allahın sərhədlərini qorumaqda, Allahın razılığını qazanmaqda son dərəcə yüksək bir şüura, diqqətə və tələbkarlığa çatdırar.

 

Mömin Allahdan qorxarkən Allahın şəfqətini, mərhəmətini, bağışlayıcılığını;  Onun nemətlər lütf edən, tövbələri qəbul edən olduğunu da xatirindən çıxarmaz. Bu da hiss etdiyi səmimi qorxuyla birlikdə, digər tərəfdən də içində çox güclü bir ümid daşımasına səbəb olur. İçindəki Allah qorxusu Allahın bu sifətlərini də… ardı...

 

Xeyr, siz dünya həyatını seçib üstün tutursunuz… (Əla surəsi, 16-17)

Allah dünyanı, cənnəti xatırladacaq bir çox gözəl nemətlə doldurmuşdur. Lakin bu gözəlliklərin yanına cəhənnəmə aid olan əksiklik, çirkinlik və qüsurlar qatılmışdır. Əlbəttə, dünya həyatının əksikliyi, bu dünyada gözəl şeylərin olmadığı mənasını verməz.

Dünyada imtahan mühitinin hikməti odur ki, cənnət və cəhənnəmə aid xüsusiyyətlər bir yerdə olur. Bu şəkildə möminlər həm cənnət, həm cəhənnəm haqqında məlumat əldə edər, həm də özlərini dünyadakı qısa və keçici həyata həsr etmək əvəzinə, həqiqi, qüsursuz, tam və sonsuz bir həyat olan axirətə yönələrlər. Allahın qulları üçün seçib bəyəndiyi həyat da elə bu axirət həyatıdır. Axirət Quran ayələrində insanların həqiqi və əbədi yurdu olaraq təsvir edilir.

Ancaq ayədə də bildirildiyi kimi bəzi insanlar dünya həyatını axirətdən üstün tutarlar. Bu insanlar dünyada mükəmməl bir həyat qurulacağını zənn edərlər. Dünya həyatına xas böyük qüsur və əksiklikləri isə son dərəcə təbii xüsusiyyətlər hesab edərlər. Məsələn, xəstə olmaq bir çox insana təbii gəlir. Eyni şəkildə yorğunluq, ağrı-acı, çətinlik kimi anlayışlar da adi şəkildə qarşılanar. Halbuki, dünya həyatına aid bütün əksiklikləri Allah çox böyük hikmətlərlə yaratmışdır. İnsana düşən bu hikmətlər üzərində dərindən düşünmək və bunlardan ibrət almaqdır. (Kütüphane Net)

2008-11-07 15:25:04

images (5)