O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər…. (Ənfal surəsi, 29)

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Allah Quranın bu ayəsində, ancaq Özündən qorxub pis əməllərdən çəkinənlərə verdiyi xüsusi bir anlayış olduğunu bildirir. Doğrunu səhvdən ayıran bu anlayış şübhəsiz “ağıl” dır. Lakin Allah, ağılı insanlara ancaq səmimi iman ilə birlikdə verər. Quranda, ağlın, insanlara çox üstün bir həyat tərzi, çox irəli bir qavrayış və düşünmə qabiliyyəti təqdim edən böyük bir nemət olduğu bildirilmişdir. Ağıl, Allahın insanlar üçün təyin etdiyi və əməl edildiyində ən mükəmməl nəticələrə çatdıran və adamın Quran əxlaqını yaşamasından və Allah qorxusunu hiss etməsinə qaynaqlanan bir üstünlükdür.

Ağıllı bir insan, qarşılaşdığı hadisələrdə bir çox insanın görə bilmədiyi təfərrüatları bilər, incə diaqnozlar edə bilər, hadisələrdən ən doğru və ən hikmətli nəticələri çıxara bilər. Keçmişdəki təcrübələrini ən yaxşı şəkildə qiymətləndirərək, bunları ən lazımlı yerlərdə ən ağıllı şəkildə istifadə edə bilər. Bütün bunların yanında ağıl, adamın ruhunda, gözəlliklərdən çox zövq ala bilməsini təmin edən bir dərinlik də meydana gətirər. Bu səbəblə bir çox insanın sıravi qarşıladığı və böyük bir vərdişlə baxdığı bir çox şeyin ardında gizlənən gözəllikləri, ağıl sahibi insanlar… ardı...

 

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir… (Ənam surəsi, 59)

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

 

Allah ayəsində qeyb məlumatının tək Özünə aid olduğunu, Onun məlumatı xaricində heç kimin bu məlumatlardan xəbərdar ola bilməyəcəyini  bildirir. Allah zamandan və məkandan münəzzəh olan, əzəli və əbədi olandır. Allah görünən və görünməyən hər şeyin məlumatına sahib olan, qeybi biləndir.

 

Qeyb, “insanın duyğuları  vasitəsi ilə qəbul edə bilmədiyi, görünməyən, bilinməyən, şahid olunmayan məlumatlar, gələcəyə və keçmişə dair hadisələr” mənasını verər. İnsanlar üçün Allahın icazə verdiyi ölçüdə məlumatına çatdığı, gördüyü, duyduğu və anladıqlarının xaricində olan hər şey qeybə aiddir. Hər hadisənin iç üzünü, əsl həqiqətini, bütün incəlikləriylə, dərininə, hər istiqamətiylə bilən və bunların hamısına hər an hakim olan Uca Allahdır. Allahın xaricində isə heç bir varlıq Allahın icazə verdiyi qədəri xaricində hər hansı bir məlumatdan xəbərdar ola bilməz.

 

Ayədə kainatdakı canlı-cansız bütün varlıqların Allahın idarəsi altında olduğu bildirilir. Yer üzündəki milyonlarla insanın həyatlarının hər anı başlarına gələn hadisələrdən,… ardı...

 

Zalımlar öz hiylələrini qururdular.(İbrahim surəsi, 46)

Rəbbimiz bu ayədə, inkar edənlərin heç bir zaman möminlərə zərər verə bilməyəcəklərini; Allah qatında, onların qurduqları tələlərə qarşı mütləq özlərinə qurulmuş bir tələ olduğunu bildirir.

 

Kafir olanlar, möminlərə qarşı etdikləri mübarizələrində hər cür hiyləgər üsula müraciət edərlər. Bu üsulların ən çox işlədilənlərindən biri də möminlərin əleyhində ittifaq quraraq onlara müxtəlif tələlər qurmaqdır. Gizli-gizli qurduqları hiylələrinin müvəffəqiyyətli olacağını düşünən inkarçılar, planlarını edərkən iki adamın üçüncüsünün, üç adamın dördüncüsünün Allah olduğunu unudurlar. Allahın insanlara şah damarından daha yaxın olduğundan isə tamamilə qəflətdədirlər. Halbuki, Allah, gizləsələr də, açıq-aşkar etsələrdə “sinələrində gizli olanı biləndir”. İnkarçıların möminlərin əleyhinə ağıllarından keçirdikləri hər fikri, qurduqları hər tələni, etdikləri hər planı, Allah ən incə təfərrüatına qədər bilir. İnkar edənlərin quracaqları tələlər qədərlərində təyin olunmuşdur. Yenə Allah qədərdə onların hiyləsini pozacaq hadisələri də təyin etmişdir. Bu səbəbdən, möminlərə qarşı qurulan hər tələ əslində əvvəldən pozulmuş olaraq meydana gəlir. Nə qədər ağıllı, nə qədər hiyləgərcəsinə, nə qədər böyük olursa olsun, möminlərin əleyhinə qurulan bütün tələlər, hər şeyin Yaradıcısı olan Allah tərəfindən əvvəlcədən pozulmuşdur. Allah Quranda “kafirlərin hiylələrinin boşa çıxaracağını” bildirir. (Ənfal surəsi, 18)

 

Möminlərin, Allahın inkarçıların tələlərini boşa çıxaracağına dair etibarları tamdır. Allahın köməyinin hər an özləriylə birlikdə olduğunu bilərək daim… ardı...

 

spiderman
Bu günlərdə hər yaşda insanın maraqla izlədiyi yeni bir film daha viziondadır: “Hörümçək adam-2”.

Amerika Birləşmiş Ştat-larında 2 il bundan əvvəl yayınlanmağa başladıqda bütün zamanların ən yüksək “ilk 3 gün” hasilatı rekordunu vuran filmin ikincisi də yeni rekordlara imza atmağa namizəd görünür. Film Şimali Amerikada əldə etdiyi kassa hasilatıyla ‘ilk gün’ rekordunu vurdu və viziona girdiyi ilk gün, kassalara 40.5 milyon dollarlıq hasilat buraxdı.

Filmin mövzusu qısaca belədir:

Mülayim xasiyyətli Peter Parker (Tobey Maguire) bir tərəfdən güclərinin ona təmin etdiyi üstünlükləri insanların faydalanması üçün istifadə edib bir tərəfdən buna görə qarşılaşdığı çətinliklərlə mübarizə apararaq, bir tərəfdən də Hörümçək adam ilə tələbə şəxsiyyəti arasındakı tarazlığı qorumaq məcburiyyətindədir. Peter bu dəfə güclü, çox qollu pis ürəkli Dr. Octopus (Ahtapot) yəni qısaca “Doc Yan” (Alfred Molina) ilə qarşı-qarşıyadır. Peterin bu səkkiz qollu dəli adamı dayandırmaq üçün bütün super qəhrəman gücünü toplaması lazımdır.

Budur, Hörümçək adam-2 filmi bu həyəcanlı hekayəni mükəmməl vizual effektlərlə birləşdirərək tamaşaçılara vizual ziyafət verir.

“Spider-Man / Hörümçək-adam” klassikləşmiş Marvel Comic cizgi roman obrazına söykənir. Marvelin meneceri Stan Lee ilə şirkətin xarakter dizayneri Steve Ditkonun qurduqları obraz, Hörümçək adam ilk olaraq 1962-ci ildə çox da müvəffəqiyyətli olmayan cizgi roman “Amazing Fantasy”nin (inanılmaz Fantaziya) son buraxlışında göründü. Obraz elə sürətli bir şəkildə… ardı...

 

Allah iman gətirənlərin Himayədarıdır …(Bəqərə surəsi, 257)

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

 

İnsanın həm dünyada, həm də axirətdə tək bir həqiqi dostu və köməkçisi vardır. Bu dost aləmlərin Rəbbi olan Allahdır. Rəbbimiz, ayədə bu həqiqəti bildirmişdir. Allah hər çətinlikdə qulunun yanındadır və onun köməkçisidir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. İman edən qulunu hər vəziyyətdə qoruyar.

 

Ayənin davamında, Allah iman edən qullarını qaranlıqdan nura çıxaracağını yəni içlərində olduqları qəflətdən qurtaracağını müjdələmişdir. İnsan iman etmədiyi təqdirdə həyatının böyük bir hissəsini kədər, çətinlik, qısqanclıq, ümidsizlik, kin, nifrət kimi duyğular içərisində keçirir. Ancaq bu qaranlıq ruh halı, Allaha iman edildiyində, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olunduğunda bir anda ortadan qalxar. Allah Quranda Özünə iman edənləri hər cür əskiklikdən və səhvdən təmizləyəcəyini xəbər verir.

 

Rəbbimiz Özünü inkar edənlərin (Uca Allahı tənzih edirik) dostunun isə, insanları Allahın yolundan uzaqlaşdırmağa çalışan şeytan olduğunu bildirir. Şeytan özünü dost edən insanları cəhənnəm atəşinə sürüyər. Ayənin sonunda da xəbər verildiyi kimi iman etməyənlər axirətdə sonsuz cəhənnəm əzabıyla cəzalandırılacaq və orada əbədi qalacaqlar.

 

Allaha iman edən, imanında da səmimi olan insanlar isə artıq içində heç məğlubiyyəti olmayan şərəfli və xeyirli bir həyatın içinə girmiş olarlar. Çünki Allah inananlara, din əxlaqına uyğun gəldikləri və sözlərinə sadiq olduqları müddətcə dinc bir həyat nəsib edəcək. İman edənlərə əsl böyük qarşılığı isə cənnətdə verəcəkdir.

images (6)