agaclar

 

Şimali Arizona Universitetindən olan tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqat nəticəsində ağacların böyüməsini idarə edən faktorları aşkara çıxardılar. (1) (2)

 

Ağacda açıq-aşkar bir dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su daşıyıcılar, budaqlar və yarpaqları meydana gətirəcək şəkildə mütəşəkkil təşkil olunmuşdur. Hüceyrələr ağacın həyatını davam etdirməsi üçün lazımlı funksiyaları yerinə yetirəcək hissələri meydana gətirir və bu hissələr arasında da müntəzəm uzlaşma həyata keçirilir.

 

Həmçinin bir ağacı kimyəvi məhsul istehsal edən nəhəng bir fabrikə də bənzətmək olar. Burada çox mürəkkəb kimyəvi proseslər qüsursuz plan daxilində həyata keçirilir. Bu prosesləri həyata keçirən orqanların kompüter kimi hesablamalar apardığına dair dəlillər mövcuddur. (3)

 

Ağacla bağlı həqiqətlərdən ən təəccüblüsü odur ki, bu cür mütəşəkkillik və sistemlərin məlumatı ağac hələ kiçik bir toxum ikən DNT-sinə yüklənmişdir. Toxum DNT-sinə yüklənmiş təlimatları ardıcıl yerinə yetirərək özünün görünüş və ölçüsünə heç bir bənzərliyi olmayan nəhəng bir ağaca çevrilər. Bir toxumun torpağa düşdükdən və bir az nəmləndikdən sonra kök salıb budaqlanaraq bir ağaca çevrilməsi Allahın qüsursuz yaratdığına açıq-aydın bir göstəricidir.

 

Bu möcüzəvi canlıda böyümənin müəyyən bir mərhələdən sonra dayanması da Allahın yer üzündə yaratdığı tarazlığın bir hissəsidir. Əgər ağacları meydana gətirən hüceyrələr nəzarətsiz şəkildə dayanmadan böyüsəydilər, yer üzündə həyatın məhv olmasına… ardı...

 

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı…… (İbrahim surəsi, 32)

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (İbrahim surəsi, 32)

Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. (İbrahim surəsi, 33)

 

Yuxarıdakı ayələrdə Allah, göylərin və yerin Yaradıcısı olduğunu, böyük bir nemət olan suyu insanlara xüsusi olaraq endirdiyini bildirmişdir. Hər an milyonlarla kub metr su, okeanlardan atmosferə, oradan da quruya daşınar, torpaq da bu su sayəsində məhsulunu bol-bol verər. Allahın böyük bir neməti olan bu nəhəng su dövranı sayəsində insanlar ehtiyaclarını qarşılayıb, həyatlarını rahatlıqla yaşayırlar.

 

Ayədə həmçinin, gəmilərin dənizlərdə üzməsini də, Allahın insanlara verdiyi bir nemət olduğu xəbər verilmişdir. Suyun insanların əmrinə verilmiş olması əlbəttə ki, Allahın insanlara böyük bir lütfüdür. Su, Allah dilədiyi üçün daşıma qüvvətinə malikdir, gəmilər Allah dilədiyi üçün suyun üzərində üzə bilər.

 

Ayənin davamında kainatdakı canlı-cansız bütün varlıqların Allahın idarəsi altında olduğu bildirilmişdir. Allah, kainatı insanın həyatı üçün yaratmış, günəşi, ayı, gündüzü və gecəni insan üçün “ram” qılmış və onu hər cür nemətlərlə zənginləşdirmişdir.

 … ardı...

 

O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin … (Hud surəsi, 3)

Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. (Hud surəsi, 3)

 

Uca Allah bu ayədə Özündən içi titrəyərək qorxan, səhvlərindən və günahlarının  bağışlanması üçün tövbə edən saleh möminləri, dünya həyatında ən gözəl şəkildə nemətləndirəcəyini və onlara lütflər edəcəyini bildirir. Həmçinin ayədə bağışlanma diləmək nemət verilməsinə səbəb olacağına işarə edilir.

 

Mömin özünü yaradan Uca Allahın böyüklüyünün şüurunda olduğu, Onun əmr və qadağanlarına uyğun gəldiyi səhvlərinə görə bağışlanma dilədiyi, Allahın razılığını qazanmaq üçün yaşadığı və cənnəti ümid etdiyi üçün daim Allahın köməyi və ehsanı ilə qarşılıq görər. Allah qullarının bütün xeyirli əməllərinə ən yaxşı əməllərə görə cavab verər. Çünki Uca Allah Özü üçün edilən heç bir ehsanı qarşılıqsız buraxmaz.

 

Allahdan bağışlanma diləmək, tövbə etmək saleh bir mömin xüsusiyyətidir. Bu davranışlar möminin Allah qarşısında nə qədər aciz və zəif olduğunun fərqində olduğunun da bir ifadəsidir. Çünki iman gətirənlər səhvləri və əksiklikləri olduğunu və dünya həyatı boyunca da səhv edə biləcəklərini bilir, bunun üçün… ardı...

 

Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)

 

Allah bu ayəsiylə, insanların həyatlarının hər anında kimsəyə lağ etməyi qadağan etmişdir. Ayədə qadağan edilən mövzuların hər biri, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə görülən pis əxlaq xüsusiyyətləridir.  Ayədə diqqət çəkilən, cəmiyyətlərin bir-birləriylə lağ etməsi, öz mədəniyyətlərini üstün görməsi, digər insanları kiçik görməsi din əxlaqının yaşanmamasının bir nəticəsidir. Halbuki Allah Qatında üstünlük ölçüsü insanların sahib olduqları Allah qorxusu və təqvadır. Yoxsa maddi güc, fiziki xüsusiyyətlər, qabaqcıl bir texnologiya və ya hər hansı başqa bir dünyəvi ölçü insanları bir-birlərindən üstün etməz. İnsanların fərqli xüsusiyyətlərə sahib olması, qadın və ya kişi olması, dəyişik irqlərə mənsub olması, ağ dərili və ya qara dərili olması bir üstünlük əlaməti deyil.

 

Digər tərəfdən ayədə, qadınların da bir-birləriylə lağ etməsi qadağan edilmişdir. Xüsusilə qadınların bir-birlərinə qarşı lağlağa sözlər istifadə etmələri, iynələyici danışıqları cahil cəmiyyətlərdə daha sıx rast gəlinən davranışlardandır. Hətta bu davranışlar elə “alışılmış” hadisələrdir ki,… ardı...

 

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! …….(Fussilət surəsi, 34)

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. (Fussilət surəsi, 35)

 

İnsanlar, həmişə dinc, rahatlıq içində yaşadıqları, dostluq və sevincin olduğu mühitləri istəyərlər. Ancaq, bunu istəyərkən bir çox insan belə mühitlərin meydana gəlməsi üçün bir səy göstərməz, hətta şəxsən özləri başqalarına dinclik və narahatlıq verərlər. Rahatlığı, dostluğu və təhlükəsizliyi təmin etməyi isə hər kəs qarşı tərəfdən gözləyər. Bu ailə içi əlaqələrdən, bir şirkət işçilərinə, ictimai hüzurdan ölkələr arası əlaqələrə qədər belədir. Halbuki, gözəlliklər, dostluqlar, dinclik və rahatlıq fədakarlıq istər. Əgər hər kəs öz istəyinin olmasını istəsə, hər kəs danışıqlarda və qərarlarda özünün üstün gəlməsi üçün səy göstərərsə, hər kəs öz rahatlığını düşünüb, fədakarlıq etməzsə, əlbəttə ki, insanlar arasında qarşıdurmalar və narahatlıqlar olacaq. Ancaq Allahdan qorxan möminlər fərqli davranırlar. Onlar, həm fədakar, həm bağışlayandır, həm də səbirlidirlər. Özlərinə haqsızlıq edildiyində belə, haqlarından istifadə edərək, cəmiyyətin dinclik və təhlükəsizliyini öz nəfslərindən üstün tutar, ən gözəl rəftarı göstərərlər. Bu, Allahın möminlərə əmr etdiyi üstün bir əxlaq xüsusiyyətidir.

 … ardı...