Bəşər tarixində əhəmiyyətli bir dönüş nöqtəsi

Allahı inkar edən materialist fəlsəfənin artıq son çırpınışlarıdır və insanlar yaşadığımız 21-ci əsrdə materializm, darvinizm kimi yalanlardan xilas olaraq əsl yaradılış məqsədinə qayıdır.

Bəşər tarixinin əhəmiyyətli bir dönüş nöqtəsində yaşayırıq. Bu dönüş nöqtəsinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri bir vaxtlar elmilik maskası altında bütün dünyaya təlqin edilən materialist fəlsəfənin məhz elm tərəfindən süquta uğradılmasıdır. Materializm, yəni hər şeyin maddədən ibarət olduğunu hesab edən və Allahın varlığını inkar edən fəlsəfə əslində bütpərəstliyin müasir formasıdır. Məlum olduğu kimi qədimdə bütpərəstlər daşdan və taxtadan hazırlanmış totemlərə, yəni cansız maddi varlıqlara sitayiş edərək bunları özlərinə ilah qəbul edərdilər. Materialist fəlsəfə isə, insanın və bütün canlıların atomlar və molekullar tərəfindən yaradıldığı inancına əsaslanır. Yəni yenə sözü gedən mövzu cansız maddi varlıqları “ilah” qəbul etməkdir.

Materializmdəki bu batil inanca görə cansız atomlar hər hansısa şəkildə təsadüfən öz-özlərini formalaşdırmış, vaxt keçdikcə həyat və şüur qazanmış və ən sonda isə insanı yaratmışlar.

Harun Yəhyanın təkamül nəzəriyyəsinin etibarsızlığını izah edən əsərlərində Arxeopteriksin quşlarla dinazavrlar arasında bir canlı olmadığı, dövrümüzdəki quşlar kimi uça bilən, nəsli kəsilmiş bir quş növü olduğu dəlilləriylə izah edilmişdi. Türkiyədəki təkamülçü nəşrlər isə bu həqiqəti görməməzlikdən gələrək Arxeopteriksi “quşların ibtidai əcdadı” hesab etməyə və “quşların əcdadı dinozavrlardır” nağılını təkrarlamağa davam etdilər.… ardı...

 

Həyatın məlumat bankı olan DNT

İnkişaf etməkdə olan elmin ortaya qoyduğu vəziyyət, canlıların əsla təsadüflərlə ortaya çıxmayacaq qədər qüsursuz bir nizama və son dərəcə kompleks bir quruluşa sahib olduğudur. Bu isə canlıların üstün bir güc və ağıl sahibi olan bir Yaradıcının əsəri olduğunun bir dəlilidir. Məsələn, bu günlərdə İnsan Genom Layihəsi hesabına gündəmdə olan insan genindəki qüsursuz quruluş, yəni Allahın bənzərsiz yaratması bir daha ortaya qoyulur.

Bu layihə çərçivəsində Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 ildir DNT-də iştirak edən 3 milyard kimyəvi hərfi oxumaq və sıralarını müəyyən etmək üçün fəaliyyət göstərdilər. Bunun nəticəsində insana aid 22-ci xromosomda olan məlumatların 85%-i doğru olaraq düzüldü. Bu hər nə qədər həyəcan verici, əhəmiyyətli bir nailiyyət olsa da, İnsan Genom Layihəsinin rəhbəri olan Dr. Frensis Kolinsin də “insanın məlumat kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik” sözləri ilə ifadə etdiyi kimi DNT-dəki məlumatın ifşa olunması üçün hələ ilk addım atılıb. Bu məlumatın ifşa olunmasının niyə bu qədər çox vaxt apardığını başa düşmək üçün DNT-yə yerləşdirilən məlumatın nə qədər böyük olduğunu dərk etmək lazımdır.

dna

Kiçik bir nöqtədəki böyük bank

DNT-nin quruluşu bu əsrin ortalarına qədər bilinmirdi. Canlı hüceyrələrindəki nüvələrin içində olan bu nəhəng molekul ancaq 1950-ci illərdə kəşf edildi. DNT-nin quruluşunu… ardı...

 

Təkamül nəzəriyyəsinə son zərbə: İnsan Genomu layihəsi

Ötən il bəşər tarixi üçün çox əhəmiyyətli nəaliyyət əldə edildi. İnsanın gen quruluşunu açmaq üçün həyata keçirilən işlər İnsan Genom layihəsində əhəmiyyətli bir hissə tamamlandı və ictimaiyyətə çatdırıldı. Bütün dünyada böyük əks-səda doğuran bu tədqiqatın xüsusilə insan sağlamlığı üçün vəd etdiyi nailiyyətlərlə yanaşı ortaya qoyduğu çox əhəmiyyətli bir həqiqət də vardı: Allahın canlıları nə dərəcədə üstün bir yaradılışla yaratması həqiqəti. Bəlkə də, o günə qədər yazılarında və ya xəbərlərində bir dəfə də olsun Allahın adını anmayan insanlar belə Allahın bu yaradılış möcüzəsi qarşısında heyranlıqlarını dilə gətirməkdən özlərini saxlaya bilmədilər. Darvinizm və ateizm kimi Allahı inkar edən fəlsəfələr üçünsə, şübhəsiz, bu ağır və qarşısı alınmaz bir məğlubiyyət oldu.

Ancaq təkamülçülər son bir cəhdlə əslində öz əleyhlərinə olan bu son nailiyyəti təhrif etməyə və sanki “təkamülə” dəlilmiş kimi göstərməyə çalışdılar. İnsanların böyük əksəriyyətinin, ümumiyyətlə, bu cür mövzularda geniş məlumatının olmamasından istifadə edən bəzi təkamülçü mətbuat orqanları “meymunla qohum olduğumuz isbat edildi” kimi tamamilə yanlış olan şüarlarla mövzunu ictimaiyyətə çatdırdılar. Meymunla qohumluq mövzusunda istifadə etdikləri məlumat isə, insan ilə şimpanze genləri arasında 99% oxşarlıq var iddiası idi.

Şimpanzelərlə insan genlərinin 99% oxşarlıq verməsi düzgün və etibarlı elmi bir nəticə deyil. İnsan Genom Layihəsi çərçivəsində insanın genetik… ardı...

 

1)  MÖMİNLƏRİN YARIŞI NECƏ BİR YARIŞDIR?

 

Quranda “İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?” (Ənkəbut surəsi, 2) ayəsiylə insanlara əhəmiyyətli bir həqiqət xatırladılır. Bu ayədən aydın olur ki, bir insan, “mən iman etdim” dedikdən sonra həyatında, həqiqətən Allahı razı etmək üçün yaşadığını, Onun bəyəndiyi əxlaqı tətbiq etdiyini hərəkətlərində də göstərməlidir. Qarşısına çıxan hər cür vəziyyətdə Allahın razı olacağı ümid edilən gözəl əxlaqı yaşamalı və bunun əksinə bir rəftar sərgiləməməlidir. Bir kimsənin həqiqi və səmimi bir mömin olduğunun ən əhəmiyyətli əlamətlərindən biri budur. Başqa bir sözlə adamın səmimiyyəti, Allahın gözəl gördüyü əxlaqı yaşamaq üçün göstərdiyi səy ilə aydın ola bilər.

 

Hər insan, vicdanının səsini dinləyib, səmimiyyətdə güzəştə getmədiyində, Allahın icazəsiylə Quran əxlaqını, Quranda nümunə göstərilən saleh möminlər kimi ən gözəl şəkildə yaşaya bilər. Allah bir ayədə bu mövzunu belə açıqlayır:

 

Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatir surəsi, 32)

Ayədə açıqlandığı kimi, bəzi insanlar Allah (c.c)-nin çağırdığı doğru yola gəlməyib zərərə uğrayarlar. Ancaq bəziləri də yarışıb önə keçər və qurtuluşa… ardı...

 

R0250

 

Son dövrlərdə təbiətdə olan sistemlər təqlid edilərək bir çox texnoloji məhsul, sistem və mexanizm inkişaf etdirilir. Bu fəaliyyətlər texnologiya sahəsini inkşaf etdirməklə yanaşı canlı həyatı bənzərsiz bir sənət və qüsursuz tərzdə yaradan Allahın sonsuz yaratma gücünün dəlillərini bir daha gözlər önünə sərir. İngiltərədəki Nottingham Universitetindən bir qrup elm adamının apardığı tədqiqatlar da bunun nümunələrindən biridir.

İmmunitet sisteminin hücuma məruz qalmış hüceyrələrə etdiyi müdaxilə ingilis elm adamlarının kompüter şəbəkələrini virus və xakerlərdən qorumaq üçün inkişaf etdirdikləri yeni üsula ilham qaynağı oldu.

Bu üsul kompüter alimi Uve Ekelin (Uwe Aickelin) və qrupu tərəfindən inkişaf etdirildi. Sözü gedən sistem virus hücumuna məruz qalmış kompüterlərdən gələn “çətin vəziyyət” siqnallarını eşidərək fəaliyyət göstərir. Sistemin məqsədi isə kompüter şəbəkələrini e-mail viruslarının və xidmət hücumlarının zərərlərindən qorumaqdır.1

Təxminən on ildən bəri eyni qoruma sistemləri hazırlanır, bu sistemlər üçün insan bədənindəki immunitet sistemi təqlid edilərək ağ qan hüceyrələrinin yad molekullardan (virus, bakteriya, parazit kimi) özlərini qoruma xüsusiyyətlərindən istifadə edilirdi. Amma bir virusun adi bir e-mail görünüşündə sistemə daxil olaraq təhlükəli fəaliyyət həyata keçirməsinin qarşısını alacaq bir həll hələ tapılmamışdı.

Həll kompüter alimi Uve Ekelin (Uwe Aickelin) və qrupundan gəldi. İngilis elm adamları insan bədənindəki immunitet sisteminin bədənə daxil olan yad molekullara dərhal hücum etmədiklərini, ancaq problem… ardı...