Bayquşlar havada səssizcə süzülmələrini təmin edən çox xüsusi tük quruluşuyla təchiz edilmiş, çox zəif səsləri də təsirli şəkildə qəbul edə bilən, üstün yaradılış sərgiləyən canlılardır. Bayquşların bu xüsusiyyətləri “National Geographic tv”-nin bu sənədli filmində təhrif edilib təkamüllü müddətin məhsulu kimi önə sürülməyə çalışıldı.

Təkamüllü söz oyunlarına müraciət edilərək “Bayquşların üz və başları səsi eşitmək və qüvvətləndirmək üçün təkamülləşmişdir” və ya “Qaranlıqda sualtına dala bilən balıq bayquşu mütəxəssis olaraq təkamülləşmişdir” şəklində nağıllar izah edildi. Bu kimi söz oyunları, nəzəriyyələrini dəstəkləmədə heç bir elmi dəlilə sahib olmayan təkamülçülərin çarəsizcə müraciət etdiyi aldatmaca üsullarıdır. (Bunların niyə elmdən kənar olduğu haqqındakı yazımızı buradan oxuya bilərsiniz).

 

Bayquşların üstün xüsusiyyətləri, açıq plan sərgiləyən anatomiyaları sayəsində mümkün olmaqdadır. Təkamül nəzəriyyəsinin əsaslandığı mexanizmlərin bayquşun anatomiyasını meydana gətirə biləcək heç bir gücü yoxdur. Bir planın varlığı, onu şüurlu olaraq var edən ağılın qəti dəlilidir. Bayquşlar təsadüflərə əsaslanan müddətdə təkamülləşməmiş, sahib olduqları bütün xüsusiyyətləriylə birlikdə hər şeyin yaradıcısı olan Uca Allah tərəfindən yaradılmışlar. Bayquşlarda elə mükəmməl yaradılış vardır ki, hərbi dizaynerlər bayquş qanadlarını təqlid edərək, xəyalət təyyarələri səmada fərq edilmədən uçura bilmənin yollarını axtarmaqdadırlar. Beləsinə üstün xüsusiyyətlərin təkamüllə ortaya çıxdığı nağılına müraciət etmələri, təkamül nəzəriyyəsinə heç bir dəstək meydana gətirməməkdə, yalnız təkamülçülərin içində olduğu sayıqlamanı gözlər önünə sərməkdədir. (Bayquşlardakı yaradılış dəlilləri haqqında baxın.)

 

“National Geographic TV”, hər vaxt etdiyi kimi bu sənədli filmdə də xəyali təkamül hekayələrini art arda sıraladı. Proqramda bəzi canlıların özlərini müalicə etmək üçün otlardan faydalanmaları ilə insanların tibb məlumatı arasında bənzətmələr yoluyla darvinist nağıllar hazırlandı. Üsul yenə eyni idi.

Canlıların mövcud xüsusiyyətlərinə baxılaraq bu xüsusiyyətlərdəki mükəmməlliklər sayılarkən “vardır” demək yerinə “inkişaf etdirdilər”, “təkamülləşdirdilər” kimi təkamüllü etiketlər yapışdırma üsuluna müraciət edildi. Bu hekayə üsulu heç bir şəkildə elmi olmayan və yalnız təkamül təbliğatı məqsədiylə davam etdirilən yalandır. Bu mövzudakı yazımızı buradan oxuya bilərsiniz. Bunun əksinə istiqamətdəki bütün səylər nəticəsiz qalacaq.

 

TRT 1 tərəfindən ekrana gətirilən sənədli filmdə, ictimai mühitlərdə yaşayan heyvanların ağıllı davranışları mövzu edildi.

 

Böcəklərin ictimai davranışlarının araşdırıldığı bir səhnədə, bu canlıların 200 milyon il əvvəl təkamülləşdikləri iddia edildi. Qartalların yer aldığı hissədə isə bu yırtıcı quşların ölüm maşını kimi təkamülləşdikləri hekayəsi izah edildi.

 

Ancaq bu iddialar yalnız təkamülçü ön fikirlərdən qaynaqlanan şərhlərdən ibarətdir. Təkamülü doqma olaraq mənimsəyən sənədli film prodüserləri, təkamül nağıllarını böcək və qartallara görə uyğunlaşdırmaqdadırlar. Bu uyğunlaşdırma isə “təkamülləşmişlər” etiketinin təkrar istifadə edilməsinə əsaslanır. Əlbəttə, bənzər şəkildə çox sayda qəlibləşmiş izahat etmək mümkündür. Məsələn, “əqrəblər zirehli vasitələr kimi təkamülləşmişlər” ya da “fil xortumu hər cür işi edə biləcək robot qol kimi təkamülləşmişdir” kimi qəliblər də yaradıla bilər.

Ancaq bunlar, hər hansı elmi dəlilə əsaslanmayan söz sənətlərindən ibarətdir. Bunlar, iddia edilən təkamülləşməyə dair heç bir şərh gətirməz, yalnız sahiblərinin fəlsəfi qəbullarına işarə edər.

 

Necə ki, “necə?” sualına cavab üçün bir az araşdırma edəcək olan biri, iddia edilən təkamülləşmələrin, müdafiə olunduqları görünüşün əksinə, heç bir həqiqət daşımadığını görəcəkdir. Böcəklərin sözdə təkamülləri tamamilə qaranlıqdadır; bu canlılar fosil təbəqələrində birdən və qüsursuz strukturlarıyla ortaya çıxmışlar. Məsələn, hörümçək, gənə və qırxayaqların 380 milyon illik fosilləri bu gün yaşayan nümunələrindən fərqsizdir. Belə ki, tapıntıları araşdıran elm adamlarından biri,… ardı...

 

Sənədli filmdə lamantinlərin (tropiklərin Atlantik sahillərində görülən və bitki ilə bəslənən bir növ su məməlisi) fillərlə bənzərlikləri ələ alındı və bunların ortaq atadan təkamülləşdikləri qarşıya qoyuldu.

 

Ancaq bu iddia elmi dayağı olmayan, yalnız təkamülçü ön fikirlərə əsaslanan fərziyyədən ibarətdir.

Hər iki canlı da təkamülçülər tərəfindən yaradılan Afrotheria adlı üst dəstə içində yer almaqdadır. Bu üst dəstə, son illərdə genetik analizlərin sürət qazanmasıyla yaradılmışdır. Yəni “National Geographic TV” ekranında ortaya qoyulan təkamüllü qohumluq iddiası, bu iki canlının DNT məlumatlarının təkamülçü dünyagörüşündən şərh olunmasından ibarətdir.

Afrotheria, saxladığı sözdə təkamüllü qohumlar baxımından olduqca qəribədir. Fillər lamantinlərlə bu dəstənin içindəki qohumlar olaraq qəbul edilməkdədir, ancaq lamantinin həyat sahəsi və şəkli fildən tamamilə fərqlidir. Fillər quruda, lamantinlər isə suda yaşayar. Ayrıca anatomiyaları arasında (təməl məməli dizaynı xaricində) bənzərlik yoxdur. Bu dəstədə yer alan və təkamülçülərin hər iki canlıya qohum kimi göstərdiyi bir başqa canlı da kiçik çöl siçanıdır ki, bu canlı, yaradılan Afrotheria dəstəsinin qəribəliyini daha da artıran rol oynamaqdadır. Bu iddiaların nə qədər məcbur etmə olduğu təkamülçülər arasında yaşanan müzakirələrdən də açıqca aydın olmaqdadır.

 

Anatomik baxımdan bu cür fərqli canlıların eyni qrupa daxil edilməsi qarşısında, anatomiyaçı təkamülçülər də səssiz qala bilməmiş, DNT və molekulyar bənzərlikləri təməl alan təkamülçülərlə, anatomik bənzərlikləri təməl alan… ardı...