Təkamül nəzəriyyəsinin süqutu

“Bədi”, Uca Allahın bir adıdır. “QÜSURSUZ VƏ HEYRƏTVERİCİ ALƏMLƏR İCAD EDƏN” mənasını verir.

Bəzi insanlar Rəbbimizin bu Uca Sifətini tam olaraq qavraya bilməzlər. Bəziləri isə qavradıqları halda görməzlikdən gələrlər. İnkar edə bilmək üçün yol axtararlar. Allah, məhz bu şəxslərin vəziyyətini ayələrində belə xəbər vermişdir:

 

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

 

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 73-74)

 

Allahın Qədrini haqqıyla təqdir edə bilməyənlər, həmişə eyni səhvə yol verərlər. Öz iddialarını təsdiqləyəcək dəlillər gətirmək yerinə (ki, iddialarını təsdiqləyəcək tək bir dəlilləri yoxdur), Rəbbimizin heyranlıq oyandıran üstün yaradışında özlərinə görə qüsurlar axtarmağa cəhd edərlər (Allahı tənzih edirik). Bunu edən şəxslər ümumiyyətlə, Allahı inkar etmək məqsədiylə ortaya çıxmış olan ateistlər və darvinistlərdir. Darvinistlər, 21-ci əsrin gəlişi ilə birlikdə, 150 illik tarixlərində yaşadıqları ən böyük məğlubiyyəti dadmışlar. Yaradılış dəlillərinin milyonlarla olması və təkamülü dəstəkləyən TƏK BİR DƏLİL… ardı...

 

Darvinistlər, 150 il boyunca davamlı olaraq insanlardan üzr istəmək məcburiyyətində qaldılar; “bağışlayın, saxtaymış” dedilər, “səhv etmişik, insan deyil, donuz dişiymiş” dedilər, “bağışlayın; güvələr ağac qabıqlarına qəsdən yapışdırılmış”, “kəllə oynanmış,” “dinozavra əllə tük əlavə olunmuş”, “məgər bu canlı hələ yaşayırmış və ara fosil deyilmiş,” “ilk atmosfer belə deyilmiş…” dedilər. “Embrionlar belə deyilmiş, şəkillər saxtaymış” dedilər. “İnsanın atası demişdik, amma məgər sıravi meymunmuş” dedilər. Davamlı üzr istədilər və bütün iddialarını geri aldılar. Fosilləri tələm-tələsik muzeylərdən çıxardılar. Jurnallarının bir sayında ara fosil elan edərkən ikinci sayında üzr istədilər. Bu, günümüzə qədər eyni şəkildə davam etdi.

Bunun səbəbi budur: DARVİNİZM YALNIZ AZĞIN İDEOLOGİYADIR, ELMLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR. TƏK BİR ELMİ DƏLİLLƏ BELƏ DƏSTƏKLƏNİLMƏMİŞDİR. Məhz buna görə darvinistlər davamlı olaraq saxta dəlil çıxararlar. Saxtakarlığın ömrü isə əlbəttə, çox qısadır.

Saxtakarlıq ortaya çıxınca darvinistlər də ictimaiyyətin qarşısına çıxıb üzr istəmək məcburiyyətində qalarlar. Piltdaun Adamı, Nebraska Adamı, Sənaye İnqilabı kəpənəkləri, Hekkelin embrion şəkilləri, Coelacanth, Lusi, Archaeoraptor, atın təkamülü ardıcıllığı, insanın xəyali təkamülünə dəlil göstərilməyə çalışılan kəllələr, Archaeopteryx və son olaraq Ida gəlib-keçmiş ən böyük saxtakarlıq nümunələri olaraq tarixə keçmişdir. Bütün dünyada sanki şou şəklində təqdim edilən Ida, bunun son nümunəsi olmuş, “insanın xəyali atası” deyilərək haqqında sənədli filmlər çəkilən, mətbuat konfransları təşkil edilən və dünyanın ən… ardı...

 

Hekkelin saxtakarlığı ile ilgili görsel sonucu

Ernst Hekkel 1868-ci ildə yazdığı Natürliche Schöpfungsgeschichte (Təbii Yaradılış Tarixi) adlı kitabında insan, meymun və it embrionlarını istifadə edərək bəzi müqayisələr etdiyini qarşıya qoydu. Çəkdiyi şəkillər, bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı embrionlarından meydana gəlirdi. Hekkel, bu şəkildən yola çıxaraq bəhsi keçən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etmişdi.

Amma əslində vəziyyət fərqli idi. Hekkel, tək bir embrion şəkili çəkmiş, sonra da bunu qəsdli olaraq kiçik fərqliliklərə uğradaraq insan, meymun, it embrionu deyə yan-yana gətirmişdi. Yəni açıqca saxtakarlıq etmişdi.

Məhz Darvinin “İnsanın Mənşəyi” kitabına qaynaq olaraq göstərdiyi saxta “elmi iş”(!) bu idi. Əslində Darvin bu kitabı yazmazdan əvvəl, Hekkelin şəkillərinin təhrif etmədən ibarət olduğunu fərq edən kəslər olmuşdu. Hətta Hekkelin özü də saxtakarlığının ortaya çıxmasının ardından etdiyi bu böyük elmi yalanın etirafını edirdi:

Bu etdiyim saxtakarlıq etirafından sonra özümü ayıblanmış və qınanmış olaraq görməliyəm. Lakin mənim təsəllim budur ki; günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə yoldaş, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların çıxardıqları ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənim dərəcəmdə edilmiş saxtakarlıqlar, qəti olmayan məlumatlar, az çox təhrif edilmiş, sxematizə edilib yenidən təşkil edilmiş şəkillər var.

Amma darvinistlərə görə, darvinizm mövhümatının ayaqda qala bilməsi üçün, əldəki tək-tük saxta dəlillərdən birinin o və ya bu… ardı...

 

19-cu əsrin ortalarında İngiltərədə sənaye inqilabının başladığı sıralarda, sənaye ağırlıqlı bölgələrdəki ağacların qabıqları açıq rənglidir. Bu səbəblə bu ağacların üzərinə qonan Biston betularia növündəki kəpənəklərin tünd rəngli variantları (melanik kəpənəklər), burada bəslənən quşlar tərəfindən asan fərq edilər və ov olarlar. Lakin əlli il sonra sənaye çirkliliyinin nəticəsində ağacların gövdələrini əhatə edən bir növ yosun olan şibyələr ölər və ağac gövdələri qaralar. Bu dəfə açıq rəngli kəpənəklər ağac gövdələrində daha diqqətə çarpan olduqlarından quşlar tərəfindən sıx olaraq ovlanmağa başlarlar. Nəticədə açıq rəngli kəpənəklər sayca azalarkən, tünd rəngli melanik kəpənəklər yem olmadıqları üçün çoxalarlar.

Təkamülçülər bu vəziyyəti, təbii seleksiya ilə təkamül iddialarına əhəmiyyətli dəlil olaraq böyük hərarətlə sahibləndilər. Ardından da hər zamankı saxtakarlıq üsulundan istifadə edərək, açıq rəngli kəpənəklərin zamanla təkamül keçirərək tünd rəngli kəpənəklərə çevrildiyi kimi cəfəngiyata əl atdılar. Bu iddia, guya “iş başındakı təkamül” (evolution en action) tərifiylə bütün dünyaya tanıdıldı. Halbuki, gerçəklər çox daha fərqli idi, bu kəpənəklər heç bir şəkildə təkamüllü dəyişikliyə məruz qalmadıqları kimi, ortada böyük darvinist saxtakarlıq vardı.

Darvinist tibb həkimi və həvəskar bioloq olan H. B. D. Kedlvell, 1953-cü ildə bir sıra təcrübə apararaq bu hadisəni müşahidə etməyə qərar verdi. İngiltərənin çöllərində bu kəpənəklərin həyat sahələrində müşahidələr apardı və təcrübələr keçirdi. Kedlvell, təcrübələri nəticəsində, açıq… ardı...

 

Piltdaun insanı saxtakarlıqdır ile ilgili görsel sonucu

Məşhur həkim və eyni zamanda da həvəskar paleontoloq olan Çarlz Douson, 1912-ci ildə, İngiltərədə Piltdaun yaxınlarındakı çuxurda, çənə sümüyü və kəllə parçası tapdığı iddiasıyla ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Ələ keçərilən fosillərə “Piltdaun insanı” adı verildi, 500 min illik tarix biçildi və fosil insanın xəyali təkamülünə ən əhəmiyyətli dəlil olaraq İngiltərədəki “British Museum”da sərgilənməyə başladı. 40 ildən çox müddət boyunca haqqında bir çox elmi məqalələr yazıldı, şərhlər edildi və şəkillər çəkildi. Dünyanın fərqli universitetlərindən 500-dən çox alim, Piltdaun insanı üzərinə doktorantura tezisi hazırladı.

 

Məşhur amerikalı paleoantropoloq H. F. Osborn da 1935-ci ildə “British Museum”u ziyarətində, “Təbiət sürprizlərlə dolu; bu, insanlığın tarix əvvəli dövrləri haqqında əhəmiyyətli görüşdür” deyirdi.

Halbuki Piltdaun Adamı, böyük saxtakarlıq, şüurlu şəkildə edilmiş böyük hiylə idi.

1949-cu ildə isə “British Museum”un paleontologiya hissəsindən Kened Okley yeni yaş təyin etmə üsulu olan “flüor testi” metodunu, bəzi köhnə fosillər üzərində sınamaq istədi. Bu üsulla, Piltdaun Adamı fosili üzərində də sınaq edildi. Edilən testdə Piltdaun Adamının çənə sümüyünün heç flüor ehtiva etmədiyi aydın oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az miqdarda flüor ehtiva edən kəllə isə yalnız bir neçə min illik olmalı idi.

Flüor metoduna əsaslanaraq… ardı...