Təkamül nəzəriyyəsinin süqutu

Science daily internet səhifəsində 16 may tarixli Sciene jurnalında dərc olunan yazıya əsaslanaraq edilən açıqlamada güney Kaliforniyada göstərmələr həşəratı (stick insect) təbii seleksiya ilə eyni zamanda paralel olaraq iki ayrı növə təkamül keçirdi iddiası yer alır.

Yazıda Timema cristinae adlı göstərmələr həşəratının nazik budaqlara bənzər böcək olduğu izah edilir və əynində kamuflyaj xüsusiyyətinə malik ağ zolağı olan və ağ zolağı olmayan iki variasiya olduğu bildirilir. İynə kimi Adenostoma kol yarpaqları ilə qidalanan göstərmələr həşəratının belində olan ağ zolaq ilə kamuflyaj etdiyi bilinir, digər növ isə Ceonathus adlı geniş yaşıl yarpaqlarla qidalanır və çiynində zolaq yoxdur.

Eyni növün variasiyası olan və piqmentasiya fərqi olan böcəkləri araşdıran elm adamları darvinist dünyagörüşü ilə fərqi guya təbii seleksiya ilə təkamül kimi təqdim edirlər.

Halbuki, VARİASİYANIN TƏKAMÜL İLƏ ƏLAQƏSİ YOXDUR. Çünki, variasiya yeni genetik məlumat, yeni zülal, yeni orqan olmadan genlərin müxtəlif kombinasiyalarına verilən addır.

Canlıların malik olduqları və ilk ortaya çıxdığı andan etibarən var olan genetik informasiya milyonlarla il ərzində dəyişmir, sadəcə, genlərin müxtəlif kombinasiyalarına görə növ içində fərqlər yaranır. Yoxsa yeni genetik məlumat, yeni zülal və orqanları olan YENİ NÖV TƏKAMÜL İLƏ YARANMIR.

Bəzən coğrafi maneələrlə, məsələn, quru hissəsinin dağılması və ya keçmişdə olduğu kimi qitələrin bir-birindən ayrılması nəticəsində, cinsiyyətli çoxalan… ardı...

 

Nature jurnalının 29 oktyabr sayında, “Test borucuğunda yaradılan bir fermentlə həyatın ortaya çıxışı izah oluna bilər” başlıqlı məqalə dərc edilib. Buna görə elm adamları “ribozam” adını verdikləri bir molekulu test borucuğunda yaratmışdılar və bu inkişafın təkamülə dəlil olduğunu iddia edirdilər. Əvvəla, darvinistlərin bu iddiası yeni deyil və “təcrübə borucuğunda təkamül” iddialarına daha əvvəl verilmiş cavabımız vardır. (Nümunə: http://www.harunyahya.org/tr/works/3773/Darwinistlerin-Bilmek-Istemedikleri-Gercekler/chapter/4247/Cumhuriyet-Bilim-Teknik-genlerle-ilgili-deneyleri-saptiriyor)

Məqalədə iddia edilənin əksinə, bu təcrübədə sıfırdan və təsadüfən əmələ gələn bir molekuldan söz gedə bilməz, təcrübə balonunun daxilində istifadə edilən onsuz da var olan bir RNT-dir və bunun üzərində dəyişiklik edilib. Belə ki, məqalənin içində rast gəldiyimiz bir çox ziddiyyət və daim təkrarlanan “necə olur da ilk RNT yarandı və ferment necə olub ki, belə çalışır?” kimi suallar da sınağın nəticəsinin təkamülə dəlil gətirmədiyini bizə göstərməsi baxımından əhəmiyyətlidir.

Yenə də vurğulamaq lazım gələrsə çalışmada “onsuz da var olan bir RNT”-dən bir parça götürülür və bu parça da orijinal RNT dolamanı istinad edərək replikasiya edir.

Məqalə tamamilə xəyali fərziyyələrə əsaslanan elmi dəlillərdən məhrum demaqoqluqlarla bəzədilmiş vəziyyətdədir. Təkamülçülər həyatın başlanğıcını yaratdıqlarını iddia etdikləri ilk molekulun təbii şərtlərin təsiri ilə, guya təsadüfən əmələ gəldiyini fərz edirlər. Beləliklə, təkamülə dəlil təşkil etməsi üçün laboratoriyadakı bu “təcrübə borucuğunda təkamül” çalışmasında molekul da belə əmələ gəlməlidir.… ardı...

 

International New York Timesa bağlı, Pakistanda dərc olunan The Express Tribune qəzetinin 8 noyabr 2014-cü il tarixli sayında, “Təkamül 101: Həkimlərə görə “Genetik sübutlar sığırlarla balinaların qohum olduğunu söyləyir”” başlıqlı məqalə dərc etdi. Bu cavab yazımızda haqqında danışılan məqalədəki bəzi iddiaların məntiqi ziddiyyətləri və məqalədəki elmə zidd şərhlər ələ alınır.

balina ile ilgili görsel sonucu

Balinalar dənizdə yaşayan yer üzünün ən böyük canlılarıdır. Metabolizmləri, çoxalma, tənəffüs, görmə, eşitmə və qan dövranı sistemləri özlərinə məxsus olub digər suda yaşayan heyvanlardan tamamilə fərqlidirlər. Məhz bu fərqlər təkamül tərəfdarları üçün həmişə çox əhəmiyyətli çıxılmaz vəziyyət olmuş və bu səbəbdən digər dəniz canlıları ilə balinalar arasında qohumluq qura bilməmişdirlər.

Nəzəriyyələrinə görə dəniz məməliləri üçün quruda yaşayan əcdad tapmaq məcburiyyətində olan darvinistlər, bəzi məhdud oxşarlıqlardan yola çıxaraq “əcdad namizədləri” müəyyənləşdirir və mülahizələr yürüdürlər. Haqqında danışılan məqalədəki “əcdad” isə sığırlar olmuşdur.

Çox maraqlıdır ki, keçmişdə də Çarlz Darvin balinaların əcdadı kimi özünə görə çaylarda balıq ovlayan ayılara işarə etmişdir:

(Bax. http://www.harunyahya.org/tr/Makaleler/4918/national-geographicten-yeni-bir-balina)

“Bir qrup ayının təbii seleksiya ilə, yaşayış sahələrində getdikcə daha suya uyğun hala gəlməsi, getdikcə daha böyük ağız qazanmaları və bunun balina qədər böyük bir canlıya çevrilmiş olmalarında heç bir çətinlik görmürəm”.

(Charles Darwin, On the Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press,… ardı...

 

harun yahya ile ilgili görsel sonucu

Yaşadığımız 21-ci əsrdə bütün dünyaya, əhəmiyyətli gerçəyin xəbəri verildi. İnsanlara, illərcə özlərinə gerçək kimi izah edilən, məktəblərdə oxudulan, jurnallarda, yazılarda, televiziyalarda, filmlərdə mövzu edilən, davamlı haqqında xəbər çıxarılan təkamül nəzəriyyəsinin yalan olduğu izah edildi. İnsanlar, həyatlarında ilk dəfə elmi dəlillərlə qarşılaşdı, bu dəlillərin təkamülü heç bir şəkildə dəstəkləmədiyi qərarına gəldilər.

Və bütün dünyada gerçəklərin başa düşülməsi ilə təkamülə qarşı çıxan dirçəliş başladı. Uzun zamandır davam edən bu böyük dirçəlişin əks-sədaları isə keçdiyimiz həftələrdə ard-arda dünya mətbuatında gündəmə gəldi. Dünyanın ən böyük nəşr orqanlarının başlıqlarında bu ortaq başlıq yer alırdı: BÜTÜN DÜNYAYA YARADILIŞÇILIQ YAYILIR, BU AXININ LİDERİ İSƏ CƏNAB ADNAN OKTARDIR.

Darvinistlərin təkamül nəzəriyyəsini canlandırmaq adına son cəhdləri, müsəlman ölkə olan Misirdə təkamül mövzusunda konfrans vermək olmuşdu. Ancaq Misir İskəndəriyyədə reallaşdırılan təkamül konfransında darvinistlər, təbliğatlarının artıq bir işə yaramayacağını anlamış olacaqlar ki, intensiv olaraq dünyada get-gedə artan Yaradılışçılıq axınından duyduqları narahatlıqları dilə gətirdilər. İfadə etdikləri ortaq nöqtə isə, yaşlı dünya anlayışına sahib Yaradılış axınının TÜRKİYƏDƏ CÜCƏRDİYİ, bunun qabaqcılının CƏNAB ADNAN OKTAR OLDUĞU, elmi dəlillər, internet və Yaradılış Atlası vəsiləsi ilə BU AXININ DÜNYAYA YAYILDIĞI və hal-hazırda olduqca geniş coğrafiyada müəllimləri, şagirdləri, hətta darvinist təhsil almış həkimləri belə təkamül mövzusunda razı salmanın qeyri-mümkün hala gəldiyi istiqamətində idi. Bəhsi keçən darvinistlər, bu axının… ardı...

 

At ile ilgili görsel sonucu

1879-cu ildə dövrün tanınmış təkamülçüləri arasından iki ad, xəyali atın təkamülü ssenarisinə dəlil olaraq göstərilməyə çalışan canlılarla əlaqədar işləri daha da irəli apararaq darvinistlərin uzun illər gündəmdə tutacaqları at ardıcıllığını meydana gətirdilər. Amerikalı fosil tədqiqatçısı Otniel Çarlz Marş ilə Tomas Qeksli (Darvinin buldoqu olaraq da tanınar), bəzi dırnaqlı fosilləri, arxa və ön ayaqlarındakı dırnaq saylarına və diş strukturlarına görə düzərək sxem meydana gətirdi. Daha əvvəl Ser Riçard Ouen tərəfindən 1841-ci ildə Hyracotherium adını verdiyi kiçik məməli fosili, saxta təkamülü xatırladacaq şəkildə yenidən adlandırılmış və “fiafak Atı” mənasını verən Eohippus adını almışdı. İddialarını sxemləriylə birlikdə, “American Journal of Science” adlı jurnalda nəşr edən ikili, bir əsr boyunca muzey və dərs kitablarında Eohippusdan günümüzün atlarına doğru sıralanan -guya təkamülün dəlili olaraq göstəriləcək- silsilənin təməllərini atmışdılar. Bu xəyali silsilənin mərhələləri olaraq göstərilən əhəmiyyətli kateqoriyalar Eohippus, Orohippus, Miohippus, Hipparion və nəhayət günümüzün atı Equus idi.

Bu xəyali silsilə, sonrakı əsr boyunca atın saxta təkamülünə ən böyük dəlil olaraq göstərildi. Dırnaq sayındakı eniş, ölçüdə isə kiçikdən böyüyə doğru gedən nizamlı artım təkamülçüləri razı salmağa kifayət idi.

Qısa bir müddət içində at silsiləsi öz içində ziddiyyətlər sərgiləməyə başladı. Aparılan qazıntılarda rast gəlinən və saxta at silsiləsinə daxil edilməyə çalışılan yeni fosillər problem oldu. Çünki fosillərin yeri,… ardı...