Təkamül nəzəriyyəsinin süqutu

 

Son illərdə Avropa və ABŞ-da reallaşan silahlı məktəb basqınlarında çox sayda şagird qətl edildi. Media çox vaxt bu qırğınları depressiyalı və ya sosyopat davranışlı (antisosial şəxsiyyət pozuqluğu) olan kəslərin əsəri olaraq əks etdirdi. Ancaq diqqətli araşdırıldığında bu qırğınların ardında tam fərqli faktor da gözə dəyir: Həyatın, güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətində Kolumbiya liseyi son sinif şagirdləri olan Erik Haris və Dilan Kleboldun 20 aprel 1999-cu ildə birlikdə reallaşdırdıqları silahlı məktəb qətliamında 13 insanı qətl etmiş və ardından intihar etmişlər. Bir qəzet verdiyi xəbərdə “Kolumbiya liseyinə hücum edərək 13 yoldaşını qətl edən təcavüzkarlar Erik Haris və Dilan Kleboldun Darvinin “təbii seleksiya” nəzəriyyəsindən təsirləndiyi ortaya çıxdı” [1] cümləsi ilə bu qırğının səbəbini açıqlamışdır.

Erik Haris, basqın əsnasında, tətbiq etdiyi şiddətin mənşəyini müəyyən edən köynək geymişdir. Köynəyin üzərində “təbii seleksiya” yazılmışdır. Qətliamçılar video qeydlərində təkamül nəzəriyyəsindəki təbii seleksiya və zəiflərin ayırd edilməsi fikrindən təsirləndiklərini söyləmişlər. Qırğında 13 yaşındakı qızı Raçeli itirən, oğlu Kraiqi çətin qurtaran Darel Skot bu mövzunu belə izah etmişdir:

 

“Qırğının arxa planına baxılmaması çox təəccüblüdür. Qatil Haris şagirdlərə atəş açarkən üzərində “təbii seleksiya” yazılı köynək geyinmişdi. Zəifləri öldürərək təbii seleksiyaya kömək etməyi planladıqlarını etiraf etdikləri video qeydləri ortaya çıxdı. Özlərini… ardı...

 

Londonun qabaqcıl konfrans salonlarından Logan Hallda The Deen Institute adlı vəqf tərəfindən təşkil edilən “Müsəlmanlar təkamülü səhv anladılar” adlı konfransda Dr. Oktar Babuna darvinizmin etibarsızlığını həm elmi tapıntılara söykənərək, həm də Qurandan ayələrlə sübut gətirərək izah etdi.

İngiltərə, ABŞ və Kanadadan alimlərin də qatıldığı konfransda Quranda təkamülə dair heç bir dəlil olmadığı, Allahın ani yaratma ilə yaratdığını geniş olaraq izah edildi. Konfransda fosil sərgisi də təşkil edildi.

Təxminən 1000 adamın tamaşaçı olaraq qatıldığı konfransda təqdimatdan sonra çoxlu alqış oldu.

Konfransdan sonra İngiltərənin böyük qəzetlərindən biri The Guardianda bu konfransla əlaqədar xəbər nəşr olundu. Bu xəbərdə Dr. Oktar Babunanın təkamül mövzusundakı izahatlarının geniş xülasəsi yer aldı.

ingkonf1 050113

 

Təkamülçü elm adamları ötən günlərdə ictimaiyyətə guya yeni ara-fosil tanıtdılar: Archicebus achilles

1(49)

Çində olan sincab böyüklüyündəki 55 milyon illik bu tarsiyer fosili indiki vaxtda yaşayan uzuntopuqlar fəsiləsinə aiddir. 10 il boyunca bu fosili araşdıran təkamülçü elm adamları fosilin topuq və ayaq sümüklərindəki kiçik fərq səbəbiylə bu canlını, insanlarla primatlar arasındakı sözdə ara-keçid forması olaraq ötən günlərdə ictimaiyyətə tanıtdılar. Halbuki, bu fosil indiki vaxtda Cənub-Şərqi Asiyada yaşayan uzuntopuq primatlarıyla eyni xüsusiyyətləri daşımaqdadır. Fosilin kəllə, dişləri, oynaqlı sümükləri, skelet quruluşu indiki vaxtda yaşayan uzuntopuqla eynidir.

2(33)

55 milyon illik bu fosildəki tək fərq topuq və ayaq sümükləridir. Ayaq və topuq sümükləri də indiki vaxtda yaşayan barmaq meymunu ilə eynidir.

3(36)

Fosili araşdırdığımızda kəllədən ayağına qədər mükəmməl bir canlı ilə qarşılaşırıq. Necə ki, 10 il boyunca davam edən araşdırmalarda elm adamları inkişaf etmiş göstərmə texnikalarından istifadə edərək daş fosilin içində olan skelet quruluşunu da detallı olaraq araşdırdılar. Araşdırma nəticəsində bu canlının hər parçasının mükəmməl şəkildə funksiya gördüyü aydın oldu. Heyvana aid funksiyasız ya da yarı funksional hər hansı parçaya rast gəlinmədi. Tamamilə çox yaxşı olaraq qorunmuş olan bu fosilin kəllədən ayaq sümüklərinə qədər hər parçası qüsursuz idi. Ancaq təkamülçü elm adamları hər zaman klassik üsullarına müraciət edib, bu fosilin iki fərqli canlıya aid xüsusiyyətlər daşımasını… ardı...

 

İstehsal təsisləri sənaye üçün son dərəcə əhəmiyyətli sistemlər saxlayırlar. İstehsalı planlanan maddələr buralarda ardıcıl, keyfiyyətli və idarəli şəkildə meydana gətirilərlər. Tək bir məhsul üçün çox sayda maşın və vəsait lazımdır. Bu maşınların istehsalında isə mühəndislər, elm adamları və işçilər çalışırlar. Detallı hesablar və dizaynlar edilərək ən yaxşı nəticə verəcək sistemlər çıxarılar. Bu iş heç bir zaman təsadüflərə güvənərək edilməz, əksinə hər mərhələsi idarə altında tutular. Müasir biologiya və genetika, eynilə bu nümunələrdə olduğu kimi canlıların dünyasında yüksək texnologiyalı fabriklər və istehsal müəssisələri olduğunu göstərmişdir. Bunlardan biri də amin turşusu adlı bədənin təməl quruluş vəsaitlərinin istehsalı ilə əlaqədardır.

asd

Bir istehsal müəssisəsi gördüyünüzdə, əlbəttə, bunun təsadüfən meydana gəlmədiyini bilərsiniz. Hüceyrələrimizdə də istehsal müəssisələri vardır. Bütün bunlar, canlılardakı bütün sistemlərin yüksək ağılın idarəsində olduğunu göstərir.

 

Amin turşusu möcüzəsi

Amin turşuları, zülalların elementlərdir. Canlılarda 20 növ amin turşusu vardır. Fermentlər və hüceyrədəki kompleks fabriklər amin turşularından istifadə edərək sanki göydələn kimi nəhəng molekulları, yəni zülalları tikərlər. Bu səbəbdən amin turşusunun miqdarının idarəsi çox əhəmiyyətli vəzifədir.

Amin turşuları son dərəcə detallı istehsal zəncirindən sonra meydana gəlir. Amin turşularının istehsalı üçün diqqətlə çalışan fermentlər vardır. Təkcə burada çox maraqlı detal vardır. Fermentlər də zülal quruluşundan yaranır və onlar da nəticədə amin turşularıdan meydana gələr. Bu… ardı...