Təkamül nəzəriyyəsinin süqutu

İctimai darvinizmin irqçiliyə, faşizmə və imperializmə və digər tərəfdən də kommunizmə təmin etdiyi guya elmi dəstək ümumiyyətlə bilinən və çox yazılan mövzudur. Çox bilinməyən həqiqət isə, Çarls Darvin də daxil olmaq üzrə bir çox darvinistin, qadınların həm bioloji, həm də zehni olaraq kişilərdən aşağı olduqları yalanına inanmalarıdır.

Təkamülçü elm adamı John R. Durantın da qəbul etdiyi kimi, irqçilik və cinsiyyət ayrı-seçkiliyi təkamül nəzəriyyəsinin müəyyən nəticələrindən ikisidir. Durant Darvinin qadınlara dünyagörüşündəki səhvi belə ifadə etmişdir:

Darvin, qadınların hiss, sürətli qəbul etmə və bəlkə təqlid kimi güclərinin, aşağı irqlərin, bu səbəbdən köhnə və aşağı mədəniyyət səviyyəsindən insanların xüsusiyyətlərinə bənzər olduğunu düşünürdü. (1)

Durantın dediyi Darvinin yanılmaları, “İnsanın törəməsi” adlı kitabında belə keçir:

Ümumiyyətlə qadınlarda, hiss, sürətli qavrama və bəlkə təqlid gücü kimi xüsusiyyətlərin, kişilərə nisbətlə çox daha diqqətə çarpan olduğu etiraf edilər; ancaq bu qabiliyyətlərdən (heç olmasa) bəziləri, aşağı irqlərə və bu səbəblə də köhnə və aşağı mədəniyyət səviyyəsinə aid xüsusiyyətlərdir. (2)

Evliliyin öz fikirlərinə görə niyə faydalı olduğunu açıqlayarkən belə Darvinin qadınları alçaltdığı görülməkdədir:

…uşaqlar, daimi bir yoldaş, maraq göstərəcək (yetkin yaşda yoldaş), seviləcək və oyun oynanacaq biri… Hər şeyə baxmayaraq bir itdən daha yaxşı bir şey. Ev və evlə maraqlanacaq bir adam. Musiqi və havadan sudan söhbətlər. Bunlar sağlamlıq üçün… ardı...

 

“İkiayalı ginkqo” ağacı Permian dövründən (270 milyon il əvvəl) günümüzə qədər varlığını davam etdirmiş olan yaşayan fosildir. Belə ki, dinozavrların yaşadığı çağlarda ginkqolar da varlıqlarını davam etdirirdilər. 2016-cı il noyabrda “Giga Science” jurnalındakı elmi məqalədə, İkiayalı ginkqo ağaclarının gen düzülüşü nəşr olunmuşdur. Araşdırmanı icra edən Pekin Genom Elmi İnstitutu, Zheijiang Universiteti və Çin Elmlər Akademiyasından elm adamları, birlikdə 10 milyard DNT hərfindən ibarət olan çox böyük bir genomu (bir orqanizmin xromosomlarında olan genetik şifrələrin hamısı) araşdırdılar və həll etməyə çalışdılar.

Elm adamları nautilus və Merostomata kimi yaşayan qalıq nümunələrindən biri olması səbəbiylə, bütün çətinliklərə baxmayaraq bu bitki üzərindəki işlərini davam etdirdilər. Pekin Genom Elmi İnstitutundan Venbin Çen, araşdırmada məlumatların çoxluğu və genomların birləşdirilməsindəki hesablama tutumları üçün 2 TB (terabayt: 1 trilyon bayt) kimi çox böyük miqdarda işlənməmiş məlumat yaradıldığını açıqladı. Ağacın 40.000-dən çox geninin ilk analizi, müxtəlif müdafiə etmə mexanizmləri təmin edən gen ailələrinin geniş diametrdəki yayılımını göstərməkdədir. Patojenlərə (xəstəliyə səbəb olan hər cür orqanizm və maddə) qarşı müqavimət təmin edən genlər, bu ağacın genomunda sıxlıqla təkrarlanmaqdadır.

Zheijiang Universitetindən prof. Yunpenq Zao isə, ginkqonun yaşayan beş qrup toxumlu bitkidən birini təmsil etdiyini  vurğulamaqdadır. Ginkqo bənzəri olmayan, bütünlüklə özünə xas bir ağacdır. Botanikaçılar tərəfindən, bitkilər (Plandaya) aləmi içindəki ayrı bir… ardı...

 

1974-cü ildə Afrikada tapılan 3.2 milyon illik “Lüsi” fosili təxminən 43 ildir ki, təkamül təbliğatı aparmaq məqsədilə müəyyən fasilələrlə gündəmə gətirilir. Amma elmin və texnologiyanın inkişaf edən imkanları ilə yanaşı illərdir təkamül nəzəriyyəsi üçün “dəlil” kimi göstərilməyə çalışılan bu fosilin əslində təkamül nəzəriyyəsinə çox böyük zərbə endirdiyi məlum olub.

Lüsi fosili guya meymundan insana keçidi təmsil edən ara forma kimi göstərilməyə çalışılsa da, son illərdəki kəşflər bu iddianın tamamilə yanlış rəylərə əsaslanaraq ortaya atılmış ssenari olduğunu isbat edib.

Artıq dövrümüzdə akademik heyətdən ibarət beynəlxalq elm jurnallarının hamısı bir-bir Lüsi ilə vidalaşır. İndi bu vaxta kimi Lüsi haqqında jurnallarda yer alan bəzi etiraflara baxaq:

 

Təkamülçülərin 1999-cu ildəki etirafı: “ƏLVİDA LÜSİ”

1999-cu ilin may ayında məşhur “Science et Vie” jurnalının üz qapağında “Adieu Lucy” (Əlvida Lüsi) başlığı qoyulmuş və avstralopitek növü meymunların insanın nəsil ağacından çıxarılmalı olduğu yazılmışdır. St W573 kodlu yeni avstralopitek fosilinə əsaslanaraq yazılan məqalədə bu cümlələrə yer verilib:

Yeni bir nəzəriyyə avstralopitek cinsinin insan nəslinin mənşəyi olmadığını söyləyir… Avstralopitek və homo növləri (insanlar) eyni budaqda yerləşmirlər.

Ancaq bu vidalaşma yalnız bir jurnalla kifayətlənməyib. Sonradan da “Lüsi” fosilinə dair etiraflar gəlməyə davam edib.

 

Təkamülçülərin 2000-ci ildəki etirafı: “Lüsini artıq gündəmə gətirməyək”

2000-ci ildə “Nature” jurnalında dərc olunan bir… ardı...

 

Son dövrdə bəzi elm saytlarında və jurnallarda, Avstraliya Victoria muzeyində sərgilənən Aetiocetid növü Alfred adlı 25 milyon illik balinaya aid bəzi fosilləri, balinaların təkamülü üçün guya dəlil olaraq qarşıya qoyulur.

Bu son dərəcə maraqlı vəziyyətdir, çünki əslində yaradılışı isbat edən bu fosillərdəki tək bir dişdən yola çıxaraq, balinaların təkamülü nağılına dəstək vermək məqsəd qoyulur və Alfred ara-keçid forması olaraq önə sürülməyə çalışılır.

Bığlı balinalar təkamül nəzəriyyəsi baxımından həmişə böyük çıxılmaz vəziyyət meydana gətirmişdir. Bu günə qədər dişli balinalarla, çənəsində diş yerinə sümük adı verilən daraqlı süzgəc quruluşuna sahib balinalar arasında təkamül nağılı uydurmaq mümkün olmamışdır. Bu çıxılmaz vəziyyətin səbəbi isə sözü keçən balinalardakı bənzərsiz sümük quruluşudur.

Balina ile ilgili görsel sonucu

Bığlı balinaların ağızlarında diş yerinə olan və Kril ya da kiçik balıqları süzüb tutmalarını təmin edəcək darağa bənzər quruluşdur. Sümük şəkil olaraq çubuğa bənzədiyi üçün; bu balina növü xalq arasında çubuqlu balina olaraq da deyilir.

Məhz bu kompleks və mükəmməl sistemi açıqlamaqda çətinlik çəkən təkamülçülər, “dişli balinaların dişlərinin zaman içərisində bığa çevrildiyi nağılını” ortaya atmışlar. Soyu tükənmiş balina növünə aid Alfred adlı bu qalığı da bu sözdə ara-keçid formasına dəlil olaraq qarşıya qoymağa çalışmışlar.

Ancaq bu iddiada bir çox elmi səhv var.

Əvvəlcə, Alfred bir Aetiocetid növüdür. Aetiocetidlər bığlı balinanın əcdadı deyil; soyu tükənmiş… ardı...

 

Paleontologiya elmi, hər keçən gün torpağın altından yeni fosil çıxarır və kəşf edilən hər yeni tapıntı ilə birlikdə, təkamül nəzəriyyəsi yenidən çıxılmaz vəziyyətə düşür.

Keçmişdən günümüzə gələn heyvan qalıqları içərisində xüsusilə trilobitlər təkamülçülər üçün çox cansıxıcıdır. Təkamülçülərin tez-tez dilə gətirdiyi, “ilk başlarda həyat ibtidai idi, sonradan kompleks halını aldı” iddiasına, trilobitlər möhkəm zərbə vurur.

Bunun səbəbi, təkamülçülər tərəfindən həyatın “ibtidai” olması lazım olduğu iddia edilən dövrdə yaşamış və soyu tükənmiş bu canlının əslində son dərəcə kompleks olmasıdır.

Nyu Yorkda kəşf edilən 450 milyon illik qalıq da, bu səbəblə təkamülçülər tərəfindən səssiz şəkildə qarşılanmışdır. Qərbi İllinoys Universitetindən geoloq Doç. Dr. Tomas Heqnanın rəhbərlik etdiyi 3 nəfərlik qrup tərəfindən araşdırılan fosilə, təkamül təbliğatı edən bir çox nəşriyyat yer vermək istəməmişdir.

Bu günə qədər bir çox trilobit fosili tapılmışdır. Ancaq bu fosili xüsusi edən, bir daşın içərisində 3 ölçülü olaraq çox yaxşı şəkildə qorunmuş və yanında yumurtaları ilə birlikdə kəşf edilən ilk trilobit fosili olması və bənzərinin tapılmamasıdır.

 Trilobit fosili ile ilgili görsel sonucu

 

450 MİLYON İLLİK TRİLOBİT QALIĞI

 

Trilobitlər, buğumayaqlılar içərisində kompleks bədən strukturları ilə elm adamlarını heyrətə salan canlılardır.

 

Trilobitin gözündəki qüsursuzluq

Darvinistlərə görə trilobitləri təhlükəli edən göz strukturlarıdır. Canlının gözlərindəki texnologiya, kor təsadüfləri təməl alan təkamülləşmə ilə açıqlana bilməyəcək qədər mükəmməldir.

Trilobitin gözü ile ilgili görsel sonucu

Gözlər,… ardı...