Təkamül nəzəriyyəsinin süqutu

Canlıların ən əsas struktural vahidi olan hüceyrələr insanı heyrətə salacaq dərəcədə mürəkkəbdir. Tək bir hüceyrənin varlığı qədər, hüceyrənin içindəki harmoniya və əməkdaşlıq da son dərəcə diqqətçəkicidir. Hüceyrənin quruluşu və içindəki sistemlər araşdırılıb yeni detallar tapıldıqca bu qüsursuz sistem daha dəqiq anlaşılır.

Tək bir hüceyrəni bütün çalışma sistemləri, kommunikasiya şəbəkəsi, nəqliyyatı və idarəçiliyi ilə böyük bir şəhərə bənzətmək olar. Hüceyrənin sərf etdiyi enerjini istehsal edən stansiyalar; Həyat üçün zəruri olan ferment və hormonları istehsal edən zavodlar; Hasil ediləcək bütün məhsullarla bağlı məlumatların qeydiyyatda olduğu məlumat bankı; Bir regiondan digərinə xammalı və məhsulları nəql edən kompleks daşıma sistemləri, boru kəmərləri; Kənardan gələn xammal növlərini işə yarayacaq parçalara ayıran inkişaf etmiş laboratoriya və zavodlar; Hüceyrənin içinə daxil olunacaq və ya xaric ediləcək materialların giriş-çıxış nəzarətini edən ixtisaslaşmış hüceyrə membranı proteinləri bu mürəkkəb quruluşun yalnızca bir hissəsini təşkil edir.

Şəhərlərdəki kimi hüceyrələrin içində də sanki “sallar üzərində hərəkət edən”, “insan kimi yeriyən”, “əl-ələ tutuşan” molekulların, “orqanoidləri daşıyan tırların” səbəb olduğu intensiv nəqliyyat axını vardır. Ancaq bu axın şəhərlərdəki tıxac qarışığının əksinə, hüceyrə içində mükəmməl bir nizam içində baş verir.

Sözügedən mükəmməl nizamı gözlər önünə sərən bir araşdırma, keçdiyimiz günlərdə Exeter Universitetində baş tutdu və nəticələri Nature Communications” jurnalında nəşr olundu. Bu… ardı...

 

Akentosteqa (Acanthostega) dəniz canlısıdır və qəlsəmələri var. Yaşının 360 milyon il olduğu təxmin edilir. Kembric Universiteti paleontoloqu Ceni Klak (Jenny Clack) 1987-ci ildə apardığı tədqiqatlar nəticəsində bu fosilin bir ələ və bu əl üzərində səkkiz ədəd barmağa malik olduğunu, buna görə də bunun balıqlarla tetrapodlar (dörd ayaqlı quru onurğalıları) arasında ara forma olduğunu irəli sürdü. Təkamülçülər bu şərh və fosildən yola çıxaraq balıqların quruya çıxdıqdan sonra ayaqlarının əmələ gəldiyi əvəzinə, əvvəl ayaqlarının əmələ gəldiyini sonra quruya çıxdığını iddia edirlər. Halbuki bu iddia əsassızdır. Əvvəlcə Klak, bir təkamülçü olmasına baxmayaraq, Akentosteqanın quruya çıxıb-çıxmadığını bilmədiyini açıq şəkildə bildirir. Dənizlərdə yaşayan bir canlını üzgəclərində sahib olduğu bəzi sümükvari quruluşlara görə sudan quruya keçid mərhələsində olan ara forma kimi qəbul etmək böyük bir yanlışlıqdır. Təkamülçülərin bu xətaya düşməsi bundan 65 il əvvəl baş verən Selekant (Coelacanth) səhvini tez unutduqlarını göstərir.

Təkamülçülər 1930-cu illərin sonuna qədər Selekantı ara forma kimi göstərdilər. 200 milyon illik fosilin üzgəclərindəki sümüklərin ayaqlara çevrildiyi və quruya çıxdıqda balığın yeriməsinə imkan yaratmış ola biləcəyi hesab edilirdi. Halbuki 1938-ci ildə Selekantın hələ də yaşadığı ortaya çıxdı və təkamülçülər böyük bir sarsıntı yaşadılar. Madaqaskar sahillərində ova çıxan balıqçıların ovladığı Selekant araşdırılarkən 200 milyon il ərzində heç bir dəyişikliyə məruz qalmadığı, hətta quruya çıxan… ardı...

 

“New Scientist” jurnalının 10 dekabr 2016-cı il tarixli nəşrində və internet saytında “Daş dövrü pəhrizi: Ətin yanında tərəvəz mərasimi” başlıqlı məqalə nəşr olundu. Məqalədə insandan sözdə mərhələ-mərhələ inkişaf etmiş və təkamülləşmiş heyvan növü olaraq danışılarkən, qidalanma vərdişləriylə insanın sözdə təkamülü arasında əlaqələr qurulmağa çalışılırdı.

Məqalə, İsrailin şimalında Qeşer Benot Yaqov adı verilən qazıntı sahəsində 780.000 il əvvəl yaşamış insanların gündəlik qidalanma vərdişləri üzərinə idi. Araşdırma boyunca İsrail Ban İlan Universitetindən Yoel Melamed, Naama Qoren-İnbar və həmkarları, o bölgədə “insanların yaşadığı dövr”dəki bitki qalıqlarının müxtəlifliyi və bolluğu ilə əlaqədar məlumatları yığdılar.

Həm də eyni bölgədə “insanların yaşamadığı dövr”lərə aid qatlardakı bitki qalıqlarını araşdırdılar. İki məlumatı müqayisə etdiklərində əldə edilən tapıntılar, həmin bölgədə insanların yaşadığı dövrdə 55 fərqli növ bitki, tərəvəz, meyvə və toxum yetişdirildiyini, bu yeməklərin bilərəkdən toplandığını və istehlak edildiyini göstərirdi.

Məqalədə verilmək istənən təəssüratın əksinə bu heç bir təkamüllü mərhələni təsdiqləmirdi. Yalnız, daha əvvəlki işlərdə köhnə dövrlərdə ən çox ət ilə qidalanıldığı iddia edilərkən, bu araşdırma ilə birlikdə insanların ət ilə birgə tərəvəz və bitki ilə də qidalandıqları təsbit edilmiş oldu. Ancaq məqalədə “İnsan təkamülü hələ də davam edən bir müddət və bu səbəblə qidalanma pəhrizləri daimi olaraq dəyişiklik göstərir” kimi heç bir elmi dayağı olmayan cümlələrlə, oxucuların şüuraltına… ardı...

 

8 dekabr 2016-cı il tarixində Science jurnalında, təkamülün sözdə dəlili olaraq təqdim edilən məqalə nəşr olundu. Buna görə, şimal-şərq ABŞ sahillərində yaşayan fundulus balıqlarının (Fundulus heteroclitus), son illərdə artan sənayeləşmə ilə, tullantıların (aromatik hidrokarbonlar) dəniz sularına qarışması nəticəsində bir qisminin, yaranan çirklənməyə qarşı təkamüllü dəyişmə müddəti ilə uyğunlaşma təmin etdiyi iddia edildi. Yenə iddiaya görə bu sözdə təkamüllü müddət sürətli olaraq inkişaf etmişdi və fərqli bölgələrdə bir-birindən müstəqil olaraq təkrar etmiş və eyni nəticəyə gəlinmişdi.

Fundulus balıqları New York şəhərinə qonşu, təxminən 300 km-lik sahil xəttində yerləşən 8 nöqtədən toplanmışdır. Balıqlar zəhərə həssas və müqavimətli qruplar olmaq üzrə uyğunlaşdırılmışdı. Bu cütləşmədə nümunələr arası uzaqlıq bir neçə kilometrə qədər düşürdü. Yazıda müqavimətli balıqlarda yaranan sözdə dəyişmələrlə, Aril Hidrokarbon qəbuledicilərinə (AHR) bağlı siqnal yollarının təsirsizləşdirildiyi, beləcə müqavimət qazanıldığı qarşıya qoyulmuşdu; Atlantik fundulus balıqlarının bu sürətli və öldürücü dəyişməyə qarşı sözdə təkamül keçirərək uyğunlaşma təmin etmək üçün olduqca uyğun yerdə yaşadıqları iddia edildi.

İndi bu məqalədə yer alan əsassızlıqlara və səhv iddialara cavab verək.

Yuxarıda da bəhs etdiyimiz kimi balıq nümunələri çox kiçik bölgədən alınmışdır; hətta zəhərə həssas və müqavimətli balıq nümunələrinin yaşadığı deyilən bölgələr bir-birinə çox yaxındır. Bu qədər yaxın yaşayan fundulus balıqlarının bir-birindən təcrid olması mümkün deyil. Bir bölgədə yaşayan balıqlar… ardı...

 

Bir-birlərindən fərqlilik göstərən milyonlarla canlı növü əslində bənzər sistemlərlə yaradılmışdır. Bədənimizdəki həzm sisteminin və ya qanımızdakı insulin mexanizminin digər canlılarda da eyni şəkildə olduğu çox düşünülməz. Halbuki suda yaşayan bir balığın qanında da limfa sistemi ya da makrofaqlar olar və bir çox canlı bizim orqanizmimiz qədər kompleks strukturlara malikdir. Hətta bəzi növlər bizim sahib olmadığımız üstün xüsusiyyətlərlə yaradılmışlar. Məsələn timsahlar, çox mikroblu sularda yaralansalar belə, qanlarında olan antibiotik təsirli maddələr səbəbiylə infeksiyaya yoluxmazlar. Elmi araşdırmalarla canlıların bu və bənzəri xüsusiyyətlərinin insanlığın faydasına təqdim edilməsi məqsəd qoyulmaqdadır. Avstraliyalı elm adamları da bu istiqamətdə yeni araşdırma apardılar. Bu yeni işdə Avstraliyaya xas məməli cinsi olan ördəkburun və yexidnaların insulin tənzimlənməsində (insulinin təşkil edilməsi) fövqəladə sistemə sahib olduqlarını ortaya çıxartdılar. Bu yeni kəşfin insanlardakı II tip diabet üçün də yeni müalicələrin yolunu aça biləcəyi düşünülməkdədir.

 

Ördəkburunun zəhərli tapançası

Ördəkburunu ile ilgili görsel sonucu

Ördəkburun, bəzi çöl siçanı növləri və kiçik böcək yeyənlə birlikdə yer üzündəki nadir zəhərli məməli heyvanlardandır. Hər ördəkburun arxa ayağının üzərində, 1,5 santimetr uzunluğunda zəhər iynəsi ilə doğular. İlk ilin sonunda dişinin zəhər pəncəsi düşər, erkəyin isə cütləşmə dövründə zəhərli hala gələr. Zəhər, omba üzərindəki bezdən çıxarılar və çox təsirlidir. Bu zəhər, məsələn itə verildiyində ürək ritmi pozular və tənəffüsü iflicə uğrayaraq canlı sürətli… ardı...