Təkamül nəzəriyyəsinin süqutu

Elm həqiqətə çatmaqda əhəmiyyətli bir yoldur. Ancaq istifadə edilən üsulların tərəfsiz olması və elmi həqiqətlərin təhrif edilməməsi şərtilə… Halbuki, bir çox darvinist fəaliyyət və tədqiqatda, müxtəlif heyvan və insan növləri arasında müqayisə edilərkən əslində elmi həqiqətlərə deyil, kobud üsullara əl atılır. Məsələn, “Topoqrafik anatomiya” adlandırılan və darvinistlərə görə istifadə edilən bir üsulda, kəllə böyüklüyü, sümük uzunluğu və qalınlığı, sümüklərin əyri-düz olması, diş ölçüsü və yerləşməsi kimi müşahidə əsaslı faktlar qiymətləndirilərək, guya növlər arası qohumluq əlaqələri ortaya qoyulmağa çalışılır. Məsələn, insanın guya ortaq əcdadı kimi göstərilən meymunların kəllə sümükləri həcmlərinə görə kiçikdən-böyüyə sıralanaraq;

  • Sanki qohumluq əlaqəsinin olduğu və tədricən beyinin böyüdüyü;
  • Beləliklə, zəka və sosial həyatın getdikcə daha da inkişaf etdiyi;
  • Bütün bunların nəticəsində isə müasir vəziyyətə çatdığı şəklində bir düşüncə formalaşdırılmağa çalışılır.

Bəzən tapılan tək bir diş və ya bir neçə sümük parçası, həqiqətlə əlaqəsi olmayan modellər yaradılaraq bütöv bir orqanizm halına gətirilmiş, hətta inandırıcılığın artması üçün o canlı xəyal məhsulu bir sosial həyat içində təsvir edilərək təqdim olunmuşdur. Eyni dövrdə yaşayan və tamamilə fərqli olan növlər, yenə kiçikdən-böyüyə düzülərək bir-birinin guya əcdadı kimi göstərilməyə çalışılmışdır. Hətta bunun uğrunda ideoloji baxımdan bəzi saxtakarlıqlar edilərək “itmiş halqa tapıldı” şəklində uydurma məlumatlar hazırlanmış, uydurma elmi məqalələr çap olunmuş, illərlə muzeylərdə saxta fosillər… ardı...

 

Bu günlərdə darvinizm müdafiəsinə qalxmış elmi bəzi jurnal və internet saytlarında həmrəylik nümayiş olunur. Ötən illərdə tapılmış, çatışmazlığı və əsassızlığı sübut olunmuş bəzi canlılara aid daşlaşmış qalıqlar yenidən gündəmə gətirilir və təkamülə dəlil kimi təqdim olunmağa çalışılır.

Bunun ən son nümunələrindən biri də “sciencemag” və “dailymail” kimi saytlarda dərc olundu. Kiçik bir barmaq sümüyü parçası və bir neçə diş gündəmə gətirilərək darvinist xəyal gücünü bir daha göstərən hekayələr məqalələrə mövzu edildi.

 

Denisovan insanı necə yaradıldı?

Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında “Nature” jurnalında nəşr olunan bir məqalə ilə yeni kəşf edilən, “nəsli tükənmiş yeni insanabənzər növün tapıldığı” elan edilmişdi. Sibirin Altay dağlarındakı Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilən məlumatlarla bu nəticəyə gəlindiyi üçün bu uydurma yeni növə Denisovan İnsanı (və ya Homo Altay) adı verildi. Denisovanlar -əldə heç bir dəlil olmasa da – indiki insandan guya fərqli bir insanabənzər növ və müasir insanın bir alt-növü imiş kimi tanıdıldı.

Darwinistlər tərəfindən iddia edildiyinə görə nəsli tükənən denisovanlar, eynilə neandertallar kimi Afrikadan 400-500 min il əvvəl çıxmışdılar. Neandertallar Avropaya yayılarkən, denisovanlar da Asiyaya doğru köç etmişdilər.

Yenə iddiaya görə denisovanlar təxminən 40-50 min il əvvəl də sonradan Afrikadan köç edən bugünkü insanların əcdadları ilə gen mübadiləsi aparmışdılar. Bundan yola… ardı...

 

PNAS-ın RNT dünyası təcrübəsi əslində Yaradılışı sübut edir

 

Elmi dəlillər əksini ortaya qoysa da eyni iddialar bəzi darvinistlər tərəfindən təkrar-təkrar gündəmə gətirilir. Darvinizmi yaşatmaq adına istifadə edilən üsullardan biri də budur. Belə ki, illər ərzində baş verən elmi irəliləyişlər darvinist dairələri, istəmədən də olsa, zülal və DNT molekullarının təsadüfən əmələ gəlməsinin mümkünsüzlüyü həqiqətini qəbul etməyə vadar etdi. Belə bir proses hüceyrə və lazımi zülallar eyni anda mövcud olmadan mümkün deyildi.

Bu vəziyyətdə edilməli olan elmi həqiqətləri qəbul edib darvinizmin əsassızlığını elan etməkdir halbuki, tam əksinə, darvinistlər son bir ümidlə əsassızlığı illər əvvəl ortaya qoyulmuş olan “RNT dünyası” fərziyyəsini yenidən gündəmə gətirmişlər. Bu məqalədə sözügedən fərziyyənin əsassızlığı bir daha xatırladılacaq və RNT haqqında çox əhəmiyyətli məlumatlara yer veriləcəkdir.

 

“RNT dünyası” fərziyyəsi nədir?

70-ci illərdə ibtidai dünya atmosferinin tərkibindəki qazların amin turşu sintezini mümkünsüz olduğunun başa düşülməsi, kimyəvi təkamül nəzəriyyəsi üçün böyük bir zərbə oldu. Miller, Faks (Fox), Penepruma (Ponnamperuma) kimi təkamülçülərin illər boyu apardığı “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum oldu. Bu səbəblə 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində, ilk əvvəl zülalların deyil, zülalların məlumatını daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.

1986-cı ildə Harvardlı kimyaçı Uolter Qilbert (Walter Gilbert) tərəfindən… ardı...

 

Təkamülçülər həyatın başlanğıcına dair məntiqli bir təkamül xarakterli açıqlama təqdim etmək məqsədilə illərdir ki, böyük zəhmətlər veriblər. Və hər dəfə açıqlamalarının və nəzəriyyələrinin səhv olduğu daha da aydın şəkildə ortaya çıxmışdır. Ən son olaraq da, “RNT dünyası” nəzəriyyəsi təkamülçüləri böyük bir xəyal qırıqlığına uğradaraq çökmüşdür.

Təkamülçülərin xəyallarındakı ssenariyə görə, ilk RNT ibtidai dünyada hər hansısa bir şəkildə, təsadüflər nəticəsində əmələ gəlmiş ola bilər, yenə təsadüflər nəticəsində DNT-yə çevrilmiş ola bilərdi. Əvvəla RNT son dərəcə mürəkkəb bir molekuldur və əmələ gəlməsində təsadüfə qətiyyən yer yoxdur. DNT isə altı milyard hərfin hər birinin doğru bir şəkildə mükəmməl düzülüşü ilə əmələ gələn, içində tək bir xətaya dair yer olmayan, qeyri-adi kompleks bir maddədir.

Qısaca xatırlamaq lazım gələrsə, açılanda cəmi 4 metrlik zolaq olan DNT 10 nanometrelik (10-6 m) bir sahəyə mükəmməl şəkildə yerləşdirilmişdir və tərkibində 1.000.000 ensiklopediya səhifəsinə bərabər məlumat vardır. Bu məlumat, dünyanın ən böyük ensiklopediyasının 40 qatı qədərdir və 100 trilyon hüceyrənin hər birində yerləşir. Həmçinin bu nəhəng məlumat bankında hər hərf tam olaraq doğru yerdə olmalıdır, əks təqdirdə DNT və bilavasitə həyat olmayacaq.

Ona görə bu qüsursuz formaların əmələ gəlməsində təsadüfi hadisələrin, təsadüflərin rol oynadığını iddia etmək son dərəcə gülünc yanaşmadır.

Təkamülçülərin xəyali ssenarilərinə görə RNT “hər hansısa bir… ardı...

 

31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı “BBC News”da “həyatın başlanğıc sirrini tapmağa artıq daha yaxın olduğumuzu” iddia edən bir yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist bir açıqlamanın mümkün olduğu təəssüratını vermək idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatına” başladılar.

Yazının daha əvvəlində bu yazının yaradılış həqiqətinə ideoloji bir etiraz olaraq hazırlandığı açıq şəkildə bildirilirdi.

“Həyat necə başladı? Bəşəriyyət tarixi boyu demək olar ki, hər kəs fövqəltəbii qüvvələrin bunu etdiyinə inandı. Fərqli bir yanaşma düşünülmədi. Bu artıq düzgün deyil. Ötən əsr boyu bəzi elm adamları həyatın ilk dəfə necə ortaya çıxdığını izah etməyə çalışdılar. Öz laboratoriyalarında təsadüfi yeni bir həyatı ortaya çıxarmağa cəhd etdilər. Bu günə qədər bunu bacaran olmadı, lakin uzun bir yol qət etdik. Bu gün həyatın mənşəyi üzərində çalışan elm adamlarının çoxu düzgün yolda olduqlarına əmindir, təcrübələri də bu inamlarını dəstəkləyir”.

Göründüyü kimi darvinistlər əllərində hələ də bir sübut olmadığını daha başdan etiraf edir, amma “çox yol qət etdikləri” məlumatı ilə insanların düşüncələrini idarə etməyə çalışırdılar. Məlum olduğu kimi, sübut olunmamış bir iddiaya inanmaq elmi deyil, ideoloji yanaşmadır. Yazını qələmə alan Marşal, “Yer üzündə həyatın başlanğıcı sirri” başlığı ilə oxucularına bir sirri açıqlayacağı imicini… ardı...