Təkamül nəzəriyyəsinin süqutu

Əl balığının sinə üzgəcləri olduqca inkişaf etmişdir və əli xatırladar.

        Əl balığı əllərindən istifadə edərək dəniz dibində gəzərək hərəkət edər.

        Bu canlı, eynilə Coelacanth kimi okeanın dərinliklərində yaşayan dib balığıdır.

        Əgər bu balığın soyu tükənmiş olsaydı və fosilləri darvinistlər tərəfindən tapılmış olsaydı, təkamülçülər heç tərəddüd etmədən bu canlının sudan quruya keçiddə aralıq forma olduğunu və inkişaf etmiş üzgəclərinin inkişaf etməkdə olan ayaqlar olduğunu iddia edərdilər.

        Lakin bu gün yaşayan mükəmməl balıq olması etibarilə, ehtimal olunan iddialar bir anda ortadan qalxır.

 

        Hal-hazırda darvinistlər tərəfindən önə çıxarılan və aralıq forma deyilən canlılar da, eynilə əl balığı kimi, mükəmməl və qüsursuz canlılardır. Əl balığından tək fərqləri, soyu tükənmiş olmaları və bu səbəblə darvinistlər tərəfindən rahatlıqla fərziyyə vəsaiti olaraq istifadə edilə bilmələridir.

 

Cəmi 50 cinsdən ibarət olan bu familiyaya aid balıqlar, inkişaf etmiş üzgəclərini qanad kimi istifadə edib qısa məsafələri uçaraq qət edə bilərlər.

        Uçan balıqlar 1,5 metr yüksəklik ilə 2,5 metrə qədər havalana bilərlər.

        Bu canlılar bu gün yaşayan canlılardır, son dərəcə mükəmməl varlıqlardır və YARADILIŞ MÖCÜZƏSİDİRLƏR.

        100 milyon il əvvələ əsaslanan fosilləri vardır və milyonlarla il boyunca HEÇ DƏYİŞMƏYİBLƏR.

        Əgər bu canlıların soyu tükənmiş olsa və yalnız fosilləri tapılsa, bu fosillər darvinistlər tərəfindən ehtimalla aralıq forma olaraq göstərilər və dünyanın ən məşhur nəşrlərində təkamülün ən böyük dəlili olaraq irəli sürülərdilər.

        Lakin canlının bu gün yaşaması, darvinist fərziyyələrin önünü kəsmişdir.

        Darvinistlər tərəfindən aralıq forma deyə tanıdılan bütün digər soyu tükənmiş canlılarda, məhz bu yalana üz tutulur, tam mənasıyla qüsursuz və möhtəşəm canlılar, təkamülçü nəşrlərə aralıq forma olaraq girir.

 

Platypus mozaik canlıdır. Yəni birdən çox növün xüsusiyyətlərini üzərində saxlayar.

        Məməli olmasına baxmayaraq, yumurtlayaraq çoxalar, tükləri vardır, süd vəzlərinə malikdir, balalarını əmizdirər.

        Quş dimdiyinə bənzər ağzı vardır və yenə su quşları kimi pərdəli ayaqlara malikdir.

        Sürünənlər kimi zəhəri vardır və yenə sürünənlər kimi yumurtalarını bədənlərində bir bölməyə buraxar.

        Bu canlının dinozavr dövründən qalma fosillərinə rast gəlinmişdir (208-146 milyon il arası). Və canlı heç bir şəkildə dəyişməmişdir.

        Əgər bu soyu tükənmiş bir canlı olsaydı və darvinistlər bu canlının fosilinə rast gəlmiş olsaydılar, ehtimalla digər bir çox nümunədə olduğu kimi Platypusu da məşhur aralıq forma olaraq irəli sürəcəkdilər.

        Halbuki Platypus, indiki vaxtda yaşayan və 200 milyon ildir HEÇ DƏYİŞMƏMİŞ OLAN TAM VƏ MÜKƏMMƏL BİR CANLIDIR

 

Keçdiyimiz günlərdə Çində tapılan bir fosil, “dörd qanadlı quş” olaraq darvinist mediada tələm-tələsik yayımlandı. Darvinistlər dərhal bu fosilin “quşların əcdadı” ola biləcəyini iddia etdilər. Həmişə etdikləri kimi bu canlıya dərhal bir də ad qoydular. Fosilə; ateist, təkamülçü və 32-ci dərəcədən mason olan Darvinin bulldoqu olaraq bilinən Tomas Huksleyin xatirəsinə Anchiornis huxleyi dedilər.

Fosil, qanadları olan eyni zamanda da arxa ayaqlarında da tüklər olan bir quş fosili idi. Darvinistlərin heç cür açıqlaya bilmədikləri bu fosil, əslində təkamül nəzəriyyəsinin öz iddiaları ilə də ziddiyyət təşkil edirdi. Bilindiyi kimi Arxeopteriks (Archaeopteryx) mükəmməl bir quş olmasına baxmayaraq, darvinistlər tərəfindən tamamilə uşaqca iddialarla ara fosil olaraq qəbul edilir. (Arxeopteriksin mükəmməl bir quş olduğuna dair elmi dəlilləri buradanburadan oxuya bilərsiniz.)

151-161 milyon il əvvələ aid layların arasında tapılan bu yeni qalıq isə, Arxeopteriksdən yaşlı idi. Lakin darvinistlər baxımından Arxeopteriksə doğru getməli olan xəyali aralıq-keçid xüsusiyyətlərini göstərmirdi. Canlı, darvinistlərin ifadəsi ilə desək sahib olduğu “dörd qanadı” ilə əslində darvinist nəzəriyyə baxımından böyük bir çıxılmaz vəziyyət təşkil edirdi. Darvinistlər, iki qanadın xəyali təkamülünü açıqlamaqla məşğul olarlarkən, indi nə dinozavrlarda, nə uçan sincablarda, nə də quşlarda görünməyən üçüncü və dördüncü qanadları açıqlamaq məcburiyyətində idilər. Bu vəziyyət, əlbəttə ki, darvinistlərin iki ayaqlı dinozavrlardan təkamülləşmə iddiasına dərin və böyük… ardı...

 

Darvinistlər son vaxtlarda, onlarla il əvvəl tapılmış olan fosillərin arxasına düşdülər. “Görəsən hansını ara fosil deyə gündəmə gətirə bilərik?” deyə heç dayanmadan fosil axtarırlar. Əvvəl 1983-cü ildə tapılan İda fosilini dünyanın səkkizinci möcüzəsi deyə bütün dünyaya elan etdilər. Bunun uğursuz cəhd olduğu ortaya çıxınca, tələm-tələsik İda ilə əlaqədar bütün iddialarını geri götürdülər. İndi isə baş rollarda ARDİ var.

1994-cü ildə tapılan ARDİ (Ardipithecus ramidus), aradan 15 il keçdikdən sonra müdhiş bir kəşf kimi gündəmə gətirildi. Darvinistlər hər zamanki kimi axtarılan o xəyali itkin halqanı tapdıqlarını iddia etdilər. Darvinist mətbuat yenə iş başında idi. Bir neçə gün içində ARDİ-nın adının keçmədiyi yer demək olar ki, qalmadı. 150 ildir davam edən klassik aldatma üsullarının hamısı tətbiq olunurdu. Darvinist təbliğat tam planlandığı şəkildə işləyir, hər şey Darvinist diktatorluğun qaydalarına uyğun edilirdi.

 

Əvvəl canlının mükəmməl bir itkin halqa olduğu iddia edildi. “4.4 milyon il əvvələ aid olmasına baxmayaraq dik yeriyir” deyildi. Robot şəkilləri çəkildi, bu şəkillər kompüter mühitində canlandırıldı. Dimdik, əmin addımlarla gedən bir meymun görünüşü bütün Darvinist nəşrlərdə öz yerini aldı. Təbliğatın vizual qisimi tamamlanmışdı. Geriyə yalnız demaqoqluq qalırdı. Darvinistlər isə demaqoqluğa onsuz da  öyrəşdiklərindən, bu mövzu da dərhal həll edildi. Hər vaxt olduğu kimi bu fosildə də darvinist təbliğat üsullarının… ardı...