Təkamül nəzəriyyəsinin süqutu

Darvinizmin təməlində materializm durur. Materializmin səhv fikrinə əsasən maddə sonsuzdur və maddədən üstün bir güc yoxdur. Başqa sözlə desək, materializm, bütün kainatı maddənin yaratdığını, ona hakim olan, onu həmişə nəzarəti altında saxlayan üstün bir Yaradıcının varlığını rədd edir. (Allahı tənzih edirik) Maddənin mütləq varlığının ön qəbulu ilə irəli sürülmüş Darvinizmi dik tutmaq səyinin, bu səy üçün bütün yalanların, saxtakarlıqların gözə alınmasının yeganə səbəbi, bütün varlıqları üstün və güclü bir Yaradıcının yaratdığı həqiqətinin qəbul edilməsinə mane olmaqdır. Darvinistlər son 150 ildir ki, belə səylər göstərmiş və bunun üçün mübarizə aparmışlar. Darvinizmin saxta bir din olaraq mənimsənilməsinin ən böyük səbəbi məhz budur.

Ancaq bu həqiqət insanlardan ümumiyyətlə gizlədilir, çünki bu vəziyyət geniş xalq kütlələrinin Darvinizmə rəğbət göstərməsinə maneə törədəcəkdir. Xüsusi ilə Allaha iman edib dərin hörmət edən inanclı insanlara mənfi təsir göstərəcəkdir. Darvinizmin Allah inancına qarşı bir nəzəriyyə olması, Darvin dövründə də dindarların etirazına səbəb olmuşdur, dövrün insanları nəzəriyyəni asanlıqla mənimsəməmişdir.

Mənimsənməyə başlanması, darvinist təlqinlər və təbliğatlar nəticəsində olmuşdur. Hal-hazırda da, məktəblərdə insanın meymundan əmələ gəldiyini, dinozavrların qanad açıb uçmağa başladığını öyrənən insanlar, təkamül nəzəriyyəsinin zərərsiz elmi bir nəzəriyyə olduğunu düşünürlər. Nəzəriyyənin əsl üzündən isə xəbərsizdirlər. Dünyadakı dinsizliyin, diktator idarəçiliyinin, müharibələrin, qırğınların, zalımlığın, degenerasiyanın, terrorun, ölkəmizdə əsgərlərimizin şəhid edilməsinin əsas səbəbinin elmdən… ardı...

 

Darvinizmin bir yalan olduğunun açıq-aşkar deyilməsi, təkamül nəzəriyyəsini təkzib edən sübutların bir-bir bütün təfərrüatları ilə üzə çıxamsı, şübhəsiz 150 illik tarix boyunca təkamül nəzəriyyəsinin heç qarşılaşmadığı bir şey idi. İnsanların böyük qismi, inanclarına zidd gəlməsinə və saxta bir din olduğunu başa düşmələrinə baxmayaraq, darvinizmə qarşı həmişə susub dayanır, bu yalnış sistemi qəbul etməyə məcbur edilirdilər. Təlimçilər ağıla, məntiqə, elmi sübutlara və inanclarına zidd olmasına baxmayaraq, şagirdlərinə təkamülü öyrətmək məcburiyyətində qalırdılar. Çünki bu insanlar üzərində hədə-qorxu siyasəti tətbiq olunurdu. Darvinizm, ancaq təzyiq, şiddət və zorakılıqla yaşadılırdı.

Amma artıq vəziyyət dəyişmişdir. Darvinizmin etibarsızlığı qəti və inkar edilə bilməz elmi sübutlarla üzə çıxmışdır. Darvinizmin böyük bir yalan olduğu, illərdir insanları aldatdığı, saxtakarlıqlarla yaşatmağa çalışıldığı açıq və qəti bir şəkildə isbat edilmişdir. Möhtəşəm əsər “Yaradılış Atlası”, elm adamlarının, universitet professorlarının, ölkə idarəçilərinin evlərinə girmiş, şagirdlər də daxil olmaqla mövzuya maraq duyan hər kəs bu əsəri internetdən asanlıqla əldə etmişlər. Bu vəziyyət, darvinistlər tərəfindən çaşqınlıqla, dəhşətlə, qorxu və narahatlıqla qarşılanmış, təkamül tərəfdarları öz ağıllarına görə “Yaradılış Atlası”nın oxunmasına maneə törətməyə çalışmış, lakin müvəffəqiyyətli ola bilməmişlər. Nəzəriyyələrinin böyük bir çıxılmaz vəziyyətlə qarşı-qarşıya olduğunu özləri də açıq-aşkar görməyə başlamışlar.

Bu həqiqətlər qarşısında darvinistlər cəbhəsində artıq dərin bir səssizlik hakimdir. Bir sıra qatı darvinistlər isə, təkamülü çürüdən çox… ardı...

 

Bir həqiqət heç vaxt unudulmamalıdır ki, yarım əsrdir insanları aldadan Darvinizm fitnəsinin qaynağı olan dəccal, Allahın nəzarətində olan bir varlıqdır. Dəccaliyətin, yəni masonluğun fitnəsi, səmimi iman edənlər xaricində, hardasa bütün insanları təsiri altına sala biləcəyi böyüklükdə bir fitnədir. Lakin masonların hiyləsi nə qədər böyük olursa-olsun, bir həqiqəti unutmamalıyıq ki, qurulan bütün hiylələrə ən gözəl cavabı Uca Allah verəcək. Allah, insanları sınamaq, saleh müsəlmanları üzə çıxartmaq, onları öyrətmək və bir çox hikmətin gərəyi olaraq şeytanın yer üzündəki fəaliyyətlərini və bir sözlə dəccaliyəti də taledə yaratmışdır və dəccaliyəti mütləq məğlub olacaq şəkildə yaratmışdır. Bu səbəbdən inkar edənlərin hiylələri, Allahın icazəsi ilə, heç vaxt müvəffəqiyyət qazana bilməyəcək. Allah, bir ayəsində bu sirri belə xəbər verir:

 

Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)

 

Tarix boyu inkar edənlər və insanları inkara sövq edənlər müxtəlif hiylələr qurmuşlar. Ancaq qurulan bütün hiylələr, Allahın vədinə görə lazımınca pozulmuş və öz sahibinə dönmüşdür. Bu, Allahın bir qanunudur. Rəbbimiz, ayələrində belə bildirir:

 

… Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar… ardı...

 

Darvinistlərin, rədd üslublarının ardındakı gizləyə bilmədikləri qəbul, müxtəlif elm adamları və şəxsən darvinistlər tərəfindən bu şəkildə ifadə edilir.

                                       darvinistlər ile ilgili görsel sonucu

Bioloq Villiam Fiks (William Fix):

“Araşdırmanın ön planında olan elm adamları klassik darvinizmə öldürücü bir zərbə vurmuşdur. Bu xəbəri doğrudan insanlara verə bilmirlər, bunu yalnız texniki yazılarına və gizli tövsiyələrinə saxlayırlar.”

 

Darvinist antropoloq Robert A. Martin:

“1972-ci ildə, Amerikan Təbiət Tarixi Muzeyindən Niles Eldredge və Harvard Universitetindən Stefan Cey Qould, “sıçramalı təkamül” anlayışını ortaya atan bir məqalə nəşr etdi. Təkamül yavaş, nizamlı və mərhələli bir şəkildə irəliləyirsə, bu vəziyyətdə növlər arasında olmalı olan bütün aralıq-keçid formalarının harada olduğunu soruşdular. Bəlkə də bunları tapmağın bu qədər çətin olmasının səbəbi, əslində mövcud olmamalarıdır”

 

İllinois Universiteti ekologiya Bölməsindən Darvinist T.H. Frazzetta:

Hər keçən il təkamülün olduqca sadə fikirləri məğlubiyyətə doğru getməyə davam edir.

 

Fransız darvinist Jean Pierre Lehman:

Keçmişdəki sadə halıyla Darvinizm artıq məğlubiyyətə uğrayır.

 

Elm redaktoru darvinist Qordon Ratrey Teylor (Gordon Rattray Taylor):

“Toplanan dəlillər bioloqların kəşf etdiyi möhtəşəm şəkildə koordinasiya… ardı...

 

Uca Rəbbimiz, dünya həyatının sonunun yaxınlaşdığı Axırzaman adı verilən dövrdə, bütün çətinliklərin, müharibələrin, terrorun, degenerasiyanın və qorxuların hökm sürdüyü bir dövrdə, dünyaya mübarək bir şəxsi göndərəcək və onun vəsiləsiylə bütün zülm və ədalətsizliyi sona çatdıracaq. Bu mübarək şəxs hz. Mehdi (ə.s)-dır. hz. Mehdi (ə.s)-ın zühurunun ardından hz. İsa (ə.s.) yenidən yer üzünə gələcək və hz. Mehdi (ə.s) ilə birlikdə, bütün dünyaya İslam əxlaqını hakim edəcək.

Hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl dünyanın böyük bir münaqişə içində olacağı və dünyaya dinsizliyi, əxlaqi pozğunluğu, zülmü, haqsızlığı və qan tökməyi yayan dəccaliyətin ortaya çıxacağı bildirilmişdir. Allah adətullahı gərəyi olaraq zidd düşüncələri birlikdə yaradar. Allah, hz. Musanı yaradanda onun ziddi olan Fironu da yaratmışdır. Hz. İbrahimi yaradan Allah, ona qarşı çıxacaq olan Nəmrudu da yaratmışdır. Allah, Axırzaman dediyimiz və rəvayətlərə görə yaşadığımız bu dövrdə isə masonların idarəsindəki dəccaliyəti və dəccaliyətin əhəmiyyətli oyunlarından biri olan darvinizmi yaratmışdır.

Axırzamanda hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın insanları gözəl əxlaqa, imana, əmin-amanlığa və təhlükəsizliyə dəvət etmələri qarşısında, qarışıqlığı və münaqişəni müdafiə edən, mərhəmətsizliyi və eqoistliyi təlqin edən, insanları ziyana və həlaka aparan dəccaliyət, yəni masonluq, bu məqsədlə darvinizmdən istifadə edir. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi Həzrətləri, “Emirdağ Lahikası”-da hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin,… ardı...