Təkamül nəzəriyyəsinin süqutu

Darvinizm, dünya tarixinin ən böyük kütlə yalanıdır. Elmdən istifadə edərək ortaya atılmış olan bu saxta nəzəriyyə, tək bir ədəd belə elmi dəlillə dəstəklənilməmişdir. Lakin buna baxmayaraq, bu yalan, saxta fosillər və intensiv demaqoqluq üsulu ilə bütün dünyada yayılmış, məktəb kitablarına girmiş, universitetlərdə zəruri dərs olaraq öyrədilmişdir. Dünyanın ən tanınmış elmi jurnal və nəşrlərində sanki qəti gerçəkmiş kimi bu yalanın təbliğatı edilmişdir. Məhz bu, 150 ildir bütün dünyaya hakim olan darvinist diktatorluğun sistemli fəaliyyətinin nəticəsidir. Darvinist diktatorluğun qəbul etmə üsulu isə ümumiyyətlə bu üsulla olar:

Bir elm adamı, olduqca uzun bir təhsil alar, əmək verər, səy göstərər, fədakarlıq edər və nəticəsində kitablar dolusu məlumata sahib mütəxəssis adam vəziyyətinə gələr. Ona illərcə ən yaxşı məktəblərdə, onun “elm adamı” ola bilməsi üçün inanması şərt olan məlumat öyrədilmişdir: Təkamül. Hələ uşaqlıq yaşlarında xəyali meymun atalarının şəkillərini görmüş, saxta kəllə şəkillərindən bu canlılardan təkamülləşdiyini zənn etmiş, saxta fosil şəkillərindən canlıların bir-birlərindən ara keçidlərlə törədiyinə inanmışdır.

Ona, “təkamülün dəlilləri var” deyilmiş və önünə yenə şəkillər qoyulmuşdur. Sudan quruya addımını atmaq üzrə olan qəribə canlılar, uçmağa hazırlaşan qəribə dinozavr bu saxta keçidin dəlilləri olaraq təqdim edilmişdir. Ağlına heç bir zaman bu xəyali ara canlıların gerçək fosillərini görmək gəlməmişdir. Darvinistlərin niyə tək bir ədəd belə ara fosil gətirib… ardı...

 

Son vaxtlarda ölkəmizdə tanınmış bəzi din alimləri, darvinizm fikrinin ilk olaraq müsəlman alimlər tərəfindən ortaya atıldığını iddia edərək, “atamız xurma idi” yalanının müdafiəçiliyini edirlər. Eynilə Darvin kimi Türkləri aşağı irq olaraq görən bir şəxsin fikirlərinə sahib çıxmaqda və xalqımıza “atalarımız xurma idi” yalanını mənimsətməyə çalışmaqdadırlar.

Ancaq bu, darvinist diktatorluğun davam edən oyunlarından bir başqasıdır.

Xurmanı insanın atası olaraq göstərməyə çalışan məntiq son dərəcə aciz məntiqdir. Bu iddia, normal şərtlərdə ibtidai məktəb uşaqlarının belə güləcəyi son dərəcə uydurma izahdır. Lakin mövzu gündəmdə olduğundan, iddianın etibarsızlığını izah etmək yerində olacaq.

Bütün digər canlılar kimi, bitkilər də milyonlarla il boyunca dəyişməmiş, eyni qalmışlar. İlk bitki qalıqları Daş kömür dövrünə yəni günümüzdən təxminən 350 MİLYON İL ƏVVƏLİNƏ AİDDİR. Və bu dövrə aid bitkilər günümüzdəkilərlə EYNİDİR. Bəzi kəslərin “atamız” olduğunu iddia etdikləri XURMA BİTKİSİNİN YARPAĞININ İSƏ, TƏBAŞİR DÖVRÜNƏ (146-65 MILYON İL ƏVVƏL) AİD FOSİLİ VAR. Bitki, təxminən 140 milyon il boyunca HEÇ BİR DƏYİŞMƏYƏ UĞRAMAMIŞDIR. Zamanla qolları, ayaqları inkişaf etməmiş, insana çevrilməmişdir. “Atalarımız mikrob idi”, “atalarımız soxulcan idi”, “atalarımız xurma idi” şəklində zaman-zaman gündəmə gətirilən bu tip iddialar, elmi inkişafların və dəlillərin artıq çox yaxşı fərqində olan insanlarımızı yalnız güldürməkdədir.

 

Bütün bunların kənarında, darvinizm tərəfdarları, xurma haqqında bəhs olunan demaqoqluqda təkid edərkən, xurmanın özünün… ardı...

 

Celal Şengör, hər il 40 min növün yox olduğunu və bunun yerinə 1000 ayrı növün təkamülləşdiyini iddia etmişdir. Lakin yeni növlərin təkamülləşdiyi iddiası etibarsızdır.

Yer üzündə hər il yeni növlərin kəşf edildiyi doğrudur. Bunun iki şərhi ola bilər:

   Yeni olan növlər, onsuz da hal-hazırda dünyada yaşamaqda olan, ancaq bu ana qədər kəşf edilməmiş növlər ola bilər. Necə ki, bəhsi keçən növlərin tapıldığı bölgələr, daha əvvəl ətraflı araşdırma edilməmiş insan ayağı dəyməyən torpaqlar, uzaq dənizlər və ya dəniz dibləridir. Araşdırma edildikcə ortaya çıxan bu növlərin, onsuz da illərdir varlığını davam etdirən, lakin kəşf edilməmiş növlər olması güman olunur.

   İkinci ehtimal olaraq da bu yeni növlər o an yaradılmış varlıqlar ola bilər. Allahın yoxdan yaratması, insanlardan uzaqda, gözlə görülməyən yerlərdə reallaşmaqdadır. Ən doğrusunu Allah bilər. Allah bunu möcüzə olaraq yaratmaqdadır. Yoxsa insanların gözlərinin qarşısında, məsələn, zooparklarında belə bir vəziyyət, Allahın diləməsi xaricində, reallaşmaz.

Burada ifadə edilməli olan iki əhəmiyyətli nöqtə vardır:

   Birincisi, bəhsi keçən növlərin təkamülləşdiyinin iddia edilə bilməsi üçün, bu mükəmməl növləri tapa bildiyimiz kimi, yeni təkamülləşməkdə olan növləri də tapa bilməyimiz lazımdır. Hər il 1000 yeni növ çox saydır, mütləq bu saxta təkamülləşmənin izləri də görülməlidir. Amma buna dair tək bir… ardı...

 

Celal Şengör, bəhsi keçən proqramda insanın atasının mağaralarda yaşayan primitiv varlıqlar olduğunu iddia etmişdir. Bu, “daş dövrü” yalanı uzun illər insanlara təkamül fikrini təlqin edə bilmək üçün təqdim edilən yalandır.

Müxtəlif arxeoloji qazıntılarda on minlərlə il əvvəl mükəmməl mədəniyyət xüsusiyyətlərinə aid bütün dəlillər əldə edilmiş olaraq var. Lakin əlbəttə, on minlərlə ildən geriyə taxta qalmaz; dəmir isə oksidləşər və çürüyər. Geriyə qalan tək şey ümumiyyətlə daşlar və sümüklərdir. Daş və sümük fosillərinə baxaraq darvinistlər “daş dövrü” adını verdikləri bir dövr içində xəyali insanabənzər qəribə varlıqların primitiv həyat yaşadığını iddia edərlər. Halbuki, o dövrdən geriyə qala bilmiş daş və sümük fosillərindən belə o dövrdə mükəmməl mədəniyyətin var olduğunun dəlilləri ortaya çıxmışdır. Darvinistlərin Neandertal olaraq adlandırdıqları insan irqinin yaşadığı dövrə aid fleyta, tikiş iynəsi və daha bir çox tapıntı bu iddiaları yalanlamaqdadır. Təxminən 60 min il əvvələ aid olduğu aydın olan fleyta, tam və yarım notların qüsursuz olaraq təyin olunduğu müasir fleytadır. Sümükdən düzəldilmiş olan tikiş iynəsi isə son dərəcə düzdür və iplik keçirilməsi üçün açılmış dəliyə malikdir. Əlbəttə, musiqi zövqü olan, tikiş iynəsinə ehtiyac duyacaq qədər geyim mədəniyyətinə sahib olan insanlara primitiv deyilməsi qeyri-mümkündür. Mövzu haqqında ətraflı məlumat üçün baxın. http://www.kabatasdevri.com./

 

Celal Şengör, “kiçik təkamüllə” fotosintez edən bakteriyaların ortaya çıxıb oksigen istehsal etdiklərini iddia etmişdir. Bu iddia böyük yalandır:

Bu iddiaya görə bakteriyaların bir anda xlorolasta sahib olub, bir anda fotosintez etmələri lazımdır. Xloroplast kimi kompleks bir molekulun isə təsadüfən “kiçik təkamüllə” yaranması qeyri-mümkündür. Ayrıca, fotosintez hələ insan tərəfindən süni mühitdə belə reallaşdırıla bilməmiş, təfərrüatları tam aydın ola bilməmiş son dərəcə mürəkkəb hadisədir.

Təkamülçü Əli Dəmirsoy bu mövzuda bunu söyləyir:

“Fotosintez olduqca mürəkkəb hadisədir və bir hüceyrənin içərisindəki orqanoiddə ortaya çıxması qeyri-mümkün görülür. Çünki bütün addımların birdən meydana gəlməsi qeyri-mümkün, tək-tək ortaya çıxması da mənasızdır.” 1

Darvinist Corc P. Stavropoulosun bu mövzudakı etirafı isə belədir:

“Fotosintez, bütün həyati proseslər və həyatın özü, kompleks və ya qəsdli olaraq kompleksləşdirilmiş şərhlərə baxmayaraq, hələ də termodinamik, ya da bir başqa qəti elm sahəsi vasitəsiylə aydın ola bilməmişdir.” 2

 

  1. Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara, Meteksan Nəşrləri, 1984, s. 8
  2. Corc P. Stavropoulos, “The Frontiers and Limits of Science”, American Scientist, cild 65, noyabr-dekabr 1977, s. 674