Peyğəmbərlər tarixi

Peyğəmbərimiz (s.ə.v)-in səhabələrin saçlarını uzatdıqlarına dair bəzi hədisləri

(Sünen’i Neseî, Cild 7-8, Hadîs No: 5030) “Bera (rədiyallahu ənh)-dən; Rəsulullah (Səlləllahu əleyhi vəsəlləm)-ə qədər gözəl kimsə görmədim. Qırmızı jiletini geyinmiş, saçları çiyinlərinə çatırdı.” (Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3635.)

 53

(Kütüb-i Sitte, Cild 7, Hadîs No: 2122)  “…Əbu Katadə (rədiyallahu ənh) izah edir: – “Ey Allahın Elçisi! dedim. Mənim çiyinlərimə qədər tökülən (gur) saçlarım var, darayıb tənzimləyimmi? Bəli! dedi. Ona qulluq et (saçlarına fikir ver). Ravi deyir ki: “Əbu Katadə “Bəli ona (saçlarına) qulluq et! Sözünə görə, gündə iki dəfə qulluq edər və saçlarını yağlayardı.”

                                   53                                           

(Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3631)“(Əbu Talibin qızı) Ümmü Hanı (rədiyallahu ənh) belə demişdir: – “Rəsulullah… ardı...

 

İmam Cəfəri Sadiq xəyal, hissetmə qabiliyyəti elmini belə izah etmişdir

“… Əbu Abdullah (İmam Cəfəri Sadiq) dedi:

” Ey Hişam, neçə cür hissetmə qabiliyyətin var?”

Dedi : “Beş cür var.”

Buyurdu : “Bunlardan hansı daha kiçikdir?”

Dedi : “Görmə hissi.”

Buyurdu : “Yaxşı, görmə hissinin diametri nə qədərdir?”

Dedi : “Bir mərcimək qədər və ya ondan daha kiçikdir.”

Buyurdu : “Ey Hişam! Ön tərəfinə və üst tərəfinə bax və mənə nə gördüyünü izah et. ”

Dedi : “Göyü, yeri, evləri, sarayları, qara parçaları, dağları və çayları görürəm. ”

Dedi : “Sənin gördüyün bu qədər varlıqları bir mərciməyin və ya ondan daha kiçik bir şeyin içinə yerləşdirməyə qadir olan Allah, dünyanı balacalaşdırıb və yumurtanı da böyütmədən bütün dünyanı yumurtanın içinə yerləşdirə bilər.”

Hişam dərhal İmamı qucaqladı, əllərini, başını və ayaqlarını öpməyə başladı və belə dedi: ” Ey Rəsulullahın (s.ə.v) oğlu, Bu qədəri mənə bəs edər, (Üsul-i Kafi, Əl Kuleyni, səhifə 104-105)

3 (2)

 

Peyğəmbərimiz (s.ə.v)-in möcüzələri və böyük xüsusiyyətləri.

Cəlaləddin əs Suyiti, Tərcümə Ömər Təmizəl, NƏŞRİYYAT, sf. 345 də iştirak edən dörd hədis bu şəkildədir:

1-ci Təbərani İbni Ömərin belə dediyini xəbər verir: “Peyğəmbər (s.ə.v.) buyurdu: “Həqiqətən, Allah dünyanı qaldırıb mənə göstərdi. Dünyada qiyamətə qədər olacaq şeyləri (ən böyük və mühüm olanlarını) gözümün önünə gətirdi və mən də bunlara baxıb məlumat əldə etdim. Allah bu məlumatları mənə daha əvvəlki peyğəmbərlərinə təcəlli etdirdiyi kimi təcəlli etdirdi” (275).

2-ci  Əhməd Səmura ibn Cündübdən bu xəbəri nəql etmişdir: “Bir dəfə günəş tutulmuşdu. Peyğəmbərimiz də qalxıb bu münasibətlə namaz qıldı, sonra belə buyurdu: “Mən bu namaz qıldığım mövqedə sizlərin dünyada və axirətdə qarşılaşacağınız şeyləri gördüm. Bunları mənə Allah göstərdi.” (276)

3-cü “Allah mənim üçün yer üzünü büküb göstərmişdir. Mən də bu sayədə yer üzünün şərqini də, qərbini də gördüm! Mənə, həqiqətən, Cəbrayıl  göstərilən yerlərə qədər ümmətimin mülkünün çatacağını xəbər verib müjdələmişdir.” (275)

4-cü Buxari və Müslimin rəvayətində: “Mən, bundan əvvəl mənə göstərilməyən şeyləri bu mövqedə gördüm! Mənə bu mövqedə cənnət və cəhənnəm belə göstərilmişdir” buyrulmuşdur. (276)

DİGƏR QAYNAQLARDA İŞTİRAK EDƏN BU MÖVZUYLA ƏLAQƏDAR HƏDİSLƏR İSƏ BELƏDİR:

•    İmam Tabəraninin nəqlində İbni  Ömər (r.ə.) kainatın müəllimi Əfəndimiz Həzrətlərindən rəvayət edir:… ardı...

 

Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v.)-in fədakar əxlaqı

Allahın razılığı üçün birlik və bərabərlik içində hərəkət etmək möminlərin çətinliklər qarşısında uğur əldə etməsində əhəmiyyətli bir imani sirrdir. Müsəlmanların tarix boyu yaşadıqları hadisələrə baxdıqda da sıxıntı və çətinliklərin öhdəsindən həmişə bu şəkildə gəlindiyini görürük. Başda Allahın bütün insanlara örnək etdiyi Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v.) və səhabələr olmaqla, müsəlmanlar bu əxlaqı ən gözəl şəkildə yaşamış, göstərdikləri üstün fədakarlıqla İslamiyyətin və Quran əxlaqının bütün dünyaya yayılmasına vəsilə olmuşlar.

Peyğəmbərimiz (s.ə.v.) göndərildiyi müşrik cəmiyyəti o günə qədər yaşadıqları azğın inanclarını tərk etməyə və yalnız bir olan Allaha qulluq etməyə çağırmışdır. Rəsul-i Əkrəm bu təbliği əsnasında çox böyük çətinliklərlə qarşılaşmışdır. İslam əxlaqının cəmiyyətdə yayılmasının öz mənfəətlərini zədələyəcəyini düşünən müşriklər Peyğəmbərimiz (s.ə.v.)- ə və inananlara qarşı əlbir olmuş, əllərindəki bütün imkanları istifadə edərək böyük bir mübarizə aparmışlar. Atalarının şirk dinini dəyişdirməyi qəbul etməmiş, Peyğəmbərimiz (s.ə.v.)- ə tələlər qurmağa cürət etmişlər. Rəsulullahdan nəfslərinə uyğun bir ayə gətirməsini istəmiş, onu öldürməyə, yaşadığı yerdən sürgün etməyə, ya da həbs etməyə cəhd etmişlər.

Allahın Rəsulunun təbliğinin insanlar üzərindəki təsirinin qarşısını ala bilmək üçün, Peyğəmbərimiz (s.ə.v.)-ə dəlilik, cadugərlik, əqli çatışmazlıq, yalançılıq, şairlik kimi əsassız böhtanlar yağdırmışlar. Peyğəmbərimiz (s.ə.v.) inkarçıların sözlü və əməli olaraq etdikləri bütün bu böhtan və hücumlara qarşı çox üstün bir… ardı...

 

PEYĞƏMBƏRİMİZ (SƏV)-İN TƏBLİĞİ

Hz. Məhəmməd (s.ə.v) Allahın “… Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də, yalnız Onadır”.  (Şura Surəsi, 15) ayəsi ilə də, bildirdiyi kimi insanları xəbərdar etməklə vəzifələndirilmiş son Peyğəmbərdir. Peyğəmbərimiz (s.ə.v) bütün digər elçilər kimi insanları doğru yola, Allaha iman etməyə, axirət üçün yaşamağa və gözəl əxlaqa çağırmışdır. Bu dəvəti zamanı, istifadə etdiyi üsullar, mövzuları izah etmək şəkli, üslubu hər müsəlmana nümunə olmaq idi. Hər müsəlman insanları dinə dəvət edərkən Peyğəmbərimiz (s.ə.v) kimi danışmalı və davranmalıdır.

Quranda Peyğəmbərimiz (s.ə.v)-ə özünün insanları xəbərdar etməklə vəzifəli olduğunu ifadə etməsi belə əmr edilmişdir:

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. (Yusuf Surəsi, 108)

Peyğəmbərimiz (s.ə.v) insanları xəbərdar etmək üçün əlindən gələni artıqlaması ilə etmiş, insanları xəbərdar etmək üçün səy göstərmişdir. Bir ayədə belə bildirilir:

De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə, onunla sizi və ona (gələcəkdə) yetişəcək olan hər kəsi xəbərdar edib, qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O,… ardı...