Kitab Əhli və Peyğəmbərlər

1 2 3 7

TAHA SURƏSİNDƏN AYƏ İZAHLARI

Taha surəsi, 39. Şeytandan Allaha sığınıram. “Onu” -yəni hz. Musa (ə.s)-ı “sandığın içinə qoyub, …” Sandıq, su keçirməyən bir sandıqdır. Dördbucaq, taxtadan bir-birinə yaxşıca bərkidilmişdir. “Onu sandığın içinə qoyub, çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan biri onu götürsün. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı məhəbbət oyatdım”. Allah, həmişə hər şeyi, hər yerdə görür. Dünyada bir imtahan vəsiləsi və bir süs kimi gör Allah orada necə bir macəra yaradır. Məsələn, sandığın içinə qoymaq kimi. Qayıq da deyil, sandıqdır. Suyun içində sandıq. Bir dalğa olsa çevrilər, dağılar. “Çaya burax”-yəni təvəkkül etməlidir. “Həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Allah, əvvəla “Mənim düşmənim” -deyir. Allahın düşmənidirsə peyğəmbərin də düşməni olur.

Peyğəmbərin düşmənidirsə Allahın da düşməni olur. Bu, bir qanundur. Məsələn, hz. Mehdi (ə.s)-a düşmən olan Allaha da düşməndir. “Gözlərim önündə boya-başa çatdırılasan deyə” –yəni hamı, hər şey həmişə Allahın gözü qabağındadır, eləcə də o sandıq və o sandığın yaradılması da. “Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı məhəbbət oyatdım”. Sevgini verən də Allahdır. İnsan bacardığı qədər sevilmək istəsə də, Allah, sevdirməsə sevilə bilməz. Sevilməyi yaradan… Continue reading

 

TÖVRATDAN AXIRZAMANLA ƏLAQƏDAR İZAHLAR

 

Tövratda Axırzamanla əlaqədar məlumatlar var. Yeşaya 19-da; “RƏB deyir ki, “Misirliləri Misirlilərə qarşı qiyama qaldırdıracağam”. Misirdə indi xalq bir-birinə qarşı qiyam qalxdı. “Qardaş qardaşa, qonşu qonşuya, şəhər şəhərə, ölkə ölkəyə qarşı döyüşəcək”. “Misirliləri mərhəmətsiz bir əfəndiyə təslim edəcəyəm”. Bu, Sisiyə işarə edən bir ifadədir. “Misirliləri mərhəmətsiz bir əfəndiyə təslim edəcəyəm”. Həqiqətən çox qəddardır. “Daş ürəkli bir kral onlara hökmranlıq edəcək”. İndi elə oldu.

Yeşaya 17-də də; “Şam şəhər olmaqdan çıxacaq, dağıntı yığınına dönəcək”. Bunlar, hz. Mehdi (ə.s) dövrünü izah edən Tövrat hökmləridir. “Şamın suverenliyi yox olacaq”.

 

HÖRMƏTLİ ADNAN OKTARIN YUNUS SURƏSİ VƏ NİSA SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Yunus surəsi, 82-ci ayə

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”.

“Günahkarlar istəməsələr də ..”. Baxın, cinayət törətmiş günahkar adam haqqı istəmir. Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”. Yəni İslamı hakim edəcək, Mehdi (ə.s)-ı çıxaracaq, İsa Məsihi endirəcək. Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”. Yəni Allahın istədiyi, doğru olan, gözəl olan hər şeyi Öz sözləriylə reallaşdıracaq. Günahkarlar istəməsə də Allah hal-hazırda Öz sözləriylə haqqı reallaşdırır.

 

Yunus surəsi, 83-cü ayə

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi”.

 “Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq” – o zamanki dövlətin azğın təzyiqi səbəbiylə iman edən olmadı. Çox az bir gənc birliyi iman etmişdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi”. Həddi aşmaqdan, küfr və azğınlıq etməkdən, təkəbbürlənməkdən Allaha sığınmaq lazımdır. Təkəbbür göstərdikdə, azğınlaşdıqda, həddi aşdıqda Allah yerlə bir edər. Bunu unutmamaq lazımdır. Baxın, o zaman bir ovuc gənc azğın Firon sisteminə qarşı… Continue reading

 

HÖRMƏTLİ ADNAN OKTARIN FATİR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

Fatir surəsi, 25-ci ayə

Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.

 “Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər.” Peyğəmbərimiz (s.ə.v) üçün. İnsanlar hər dövrdə sevgisiz, heyrət vericidir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) əcaib şirindir, çox nurludur, şəkər kimi yəni. O qədər gözəl, keyfiyyətli bir insanı sən necə yalançılıqla ittiham edərsən? Sırf vicdansızlıq, murdarlıq; başqa bir şey deyil. Əxlaqsızlıqlarından. Əlindən, üzündən nur axır, fövqəladə dərəcədə əfəndi və çox tərbiyəli bir insandır. Heç bir sözündə şişirtmə olmur… Ömrü boyunca yalan söyləməmiş bir insana, “Yalan söyləyirsən.” deyir. Niyə yalan söyləsin? Sırf sevgisizlik, başqa bir şey deyil. “Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.” Hamısında eyni reaksiya olur. İnsandır nəticədə, ayədə deyir Allah, “İnsan, zalım və cahildir.” deyir. “Zaluma və cəhula” deyir Allah. Əsrimizdə də insanların böyük bir qismi zalım və cahillər.

 

Fatir surəsi, 26-cı ayə

Sonra Mən haqqı inkar edənləri yaxaladım. Görəydin Mənim onları həlak etməyim necə oldu!

Ya o məmləkəti məhv edir Allah, ya daxili qarışıqlıq çıxarır,… Continue reading

 

SEVGİ İNTENSİV BİR ƏMƏK VƏ AĞIL TƏLƏB EDİR

 

Sevgi çox ləzzətli, bədənin ən çox həzz aldığı, ən çox xoşbəxt olduğu, Allahdan gəlmiş ən gözəl zövq və nemətdir. Sevgiyə müqavimət göstərilməsi başa düşüləcək kimi deyil. Sevgini müdafiə edənlər təkidlə, mehriban üslubla sevgini müdafiə etməlidirlər. Çünki sevgi tez zədələnər, tez yıxıla bilər. Qəzəb tez yıxılmaz. Qəzəbin zəmini çox möhkəmdir, kinin və nifrətin zəmini çox möhkəmdir, çox asan inkişaf edər. Bir az əməklə nifrət çox asan əldə edilə bilər. Bir az nifrət çox böyük bir nifrətə çevrilə bilər. Amma sevgidə səbir lazımdır, iradə lazımdır, ağıl lazımdır, nəzakət lazımdır, təmizlik lazımdır, hörmət lazımdır. Yəni intensiv olaraq ağıldan istifadə edilməlidir. Qəddarlıqda, əxlaqsızlıqda, psixopatlıqda, zalımlıqda, sevgisizlikdə, mərhəmətsizlikdə ağıldan istifadə etməyə ehtiyac yoxdur. Yəni heyvani instinktlər kifayətdir, heyvan kimi davranmaq kifayətdir, heyvan kimi hərəkətlər kifayətdir. Ona görə də sevgisizlik, mərhəmətsizlik daha üstün olur. Çünki sevgidə ağıl çox lazımdır.

 

Sevgi keyfiyyətli insanların xüsusiyyətidir. Çünki bir də sevgini apara bilmək var. Sevgi tez devrilər, həssas bir şeydir. Məsələn, yüz metr apararsan, devrilməyə başlayar; dərhal düzəldəcəksən. Bir yerə dəyər; asan çevirməlisən, döngələri asan aşmalısan. Yəni təhlükəli bir vasitə istifadə edirsən kimi. Vasitənin içində bir uşaq olduğunu düşün… Continue reading

1 2 3 7