Kitab Əhli və Peyğəmbərlər

 

HÖRMƏTLİ ADNAN OKTARIN ƏNFAL SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

(Ənfal surəsi, 5)

Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda Bədrə getmək üçün evindən çıxartdı. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi.

Niyə? Qorxur. Niyə? Ailəsini-uşağını düşünür, işini gücünü düşünür. Ölüm gəlib çatmadığı üçün bir rahatlıq var üstündə. Ölüm yaxasına yapışsa elə etməz. Ölümü uzaq görür. Ən çox uşaq, ailə, gələr. Allah bir şeydən razı deyilsə, bu, cəhənnəm mənasına gəlir. Peyğəmbər (s.ə.v) evdən çıxır, onun övladı yoxdur? O da bir insan, o da yorulur, o da yuxusuz qalır. O da çıxır, sən niyə çıxmırsan? Peyğəmbər bu, insan. Və “Sənin nurundan yaratdım dünyanı” deyir Allah. Bu qədər sevir, “Sevgilim” deyir. Sən kimsən çıxmırsan? Özünü müqayisə et.

 

(Ənfal surəsi, 6)

Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər.

Bax, peyğəmbər ilə mübahisə edirlər. Allah “Sevgilim” deyir. “Sənin nurundan kainatı yaratdım” deyir, ulul əzm peyğəmbər, son peyğəmbər, seçkin peyğəmbər. Hər hansı bir insan oradakı; peyğəmbərə ağıl verir. “Bir bildiyi vardır” desənə, “Vəhylə hərəkət edir” desənə. “Allah qəlbinə vəhy edir” desənə. Ağıl verir. “sanki özləri, göz görə-görə ölümə sürüklənirlərmiş kimi, səninlə haqq mövzusunda mübahisə edirdilər.” O qədər azğın və o qədər tərs bir üslub ilə mübahisə edirlərki. Nur Peyğəmbər (s.ə.v)-ə etdiklərinə baxın. İddia da çox qəribə, “ölümə sürüklənirlərmiş kimi”. “səninlə haqq mövzusunda mübahisə edirdilər.” Bir də dayanmırlar, həmişə.

 

 

 

HÖRMƏTLİ ADNAN OKTARIN NAZİAT SURƏSİ VƏ YUNİS SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

Naziat surəsi, 18-ci ayə

(Firona) De: “Günahlardan xilas olmaq istəyirsənmi?

İlk söylədiyi bu. Maddi və mənəvi cəhətdən təmizlənməlidir. Pis adam. Həm maddi, həm mənəvi. “Səni Rəbbinə yönəldim” deyirlər musəvilər, “Biz sadəcə bəlli bir qövmə təbliğ edirik, sadəcə İsrailoğullarına.” Elə bir şey yoxdur.

 

Naziat surəsi, 19-cu ayə

“Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”.”

Səni Rəbbinə yönəldim,” Kopt qövmündən bu adam. Bəni İsrail deyil. Amma onu İslama, müsəlmançılığa çağırır hz. Musa (ə.s). Musəvilikdə təbliğ hər kəsə istiqamətlidir. Hər kəsə edilə bilər. Əlbəttə, hazırda İslam, müsəlmançılıq haqq din olduğu üçün müsəlmanlıq dövrədədir. O dövrdə musəvilik haqq din. Amma həqiqi İslam dinidir musəvilik. Dəyişikliyə uğramışdır o ayrı, amma bir musəvi Məhəmmədi olsa, həqiqi musəvi olmuş olur. Onsuz da müsəlmanlar Tövratın haqq hissələrinə tabe olmaqla mükəlləfdir. Haqq olan hissəsini Tövratın, bir müsəlman rədd etməz. İncilin də haqq olan hissələrinə uyar. Beləcə (Ondan) qorxmuş olarsan.” İlk istənilən şey Allah qorxusu. “Rəbbinə yönəldim” deyir əvvəlcə; “Allaha yaxınlaşdırım, Allaha sevgini artırım, amma, Allahdan qorxmanı hədəfləyirəm” deyir.

 

Naziat surəsi, 20-ci ayə

Musa ən böyük möcüzəni Firona göstərdi.… ardı...

 

 

A9 TV, 19 may 2015 Xoş Söhbətlər

 

Hədisə görə məscidlərdə Mehdidən, Dəccaldan bəhs edilməməsi Mehdinin və Dəccalın çıxdığının əlamətidir

Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə çəkindirən bir peyğəmbər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Fatir surəsi, 42)

Allahdan xəbərdar edən, yol göstərən istəyir insanlar. And da içirlər, “Əgər gələrsə çox yaxşı olacağıq, mükəmməl olacağıq”. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı”. Bir vaxt Mehdi gözləyirdilər bütün dünya səviyyəsində İslam aləmində sünni olsun, şiə olsun, vəhhabi olsun hər kəs gözləyirdi, bilirsiniz 1980-ci illərə qədər, hətta 82-83-lərə qədər. Sonra birdən az qala hamısı, yəni çox az bir qismi istisna olmaqla Mehdiyyətə ciddi şəkildə qarşı çıxdılar. Nə gördülər, nəyi fərq etdilər, kimi gördülər, bu çox əsrarəngizdir. Bu səfər dəccaldan da bəhs etməməyə başladılar. Yəni heç bir şəkildə məscidlərdə dəccallardan bəhs edilmir. Məhz o Mehdi (ə.s) və dəccalın çıxdığının əlamətidir. “Çıxmadan əvvəl bəhs edəcəklər” -deyir Peyğəmbərimiz (s.ə.v); amma Mehdi (ə.s) və dəccal çıxdığı vaxt artıq bəhs etməyəcəklər deyir, dünya səviyyəsində.

 

İnsanlar hər dövrdə bir Mehdi gözləmiş, amma gəldiyi vaxt bu onların ancaq nifrətini artırmışdır

Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq… ardı...

 

 

A9 TV, 16 iyun 2015 Xoş Söhbətlər

 

Küfrün gücə olan heyranlığı haqqında Qurandan izahlar

O dövrdə bütlər dövlətin birliyini təmsil edirdi. Yəni dövlət xalqı o bütlərin ətrafında yığırdı. Yəni klub kimi. O bütə inandıqlarından deyil, amma klub kimi. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in zamanında da 4 məşhur büt vardı. Onlar dövlətin rəsmi bütləri idi. Yəni dövlətin dəstəklədiyi bütlər idi. O bütü müdafiə edənlər dövləti də müdafiə etmiş olurdular. Dövlət bərabərdir büt, büt bərabərdir dövlət idi. Dövlətlə iç-içəydi.

Müasir dövlətlərin də hər vaxt bir bütə ehtiyacı olur. Müxtəlif bütlər meydana gətirərlər, bəzi ölkələrdə xalq o bütlərin ətrafında toplanarlar. Yəni o dövlətə birlik hissi verər, birlik duyğusunu gücləndirər. Yəni insanların ətrafında toplanması lazım olan bir şeydir. Tamamilə dinsiz bir cəmiyyətdir, müşrik bir cəmiyyətdir, amma bir inanca da sahib olması lazımdır, bir fəlsəfə olması lazımdır. Onun ətrafında toplanırlar, klub kimi. “Sən hansı bütə tapınırsan?” deyir, cavab verir, o birisi də soruşur “hansı bütə tapınırsan?” O da eyni bütə tapındığını söyləyir, o zaman bir həmyerlilik bağı kimi bir şey olur. O bir dostluq və zəmanət olmuş olur, parol kimi.

Beləcə o bütə tapınmayanlar da dövlətə üsyan edənlər olmuş olur. Dövləti tanımayanlar olmuş olur. Büt tək olsa, onlar üçün dəyərsiz olar. Yalnız daşdan büt olsa,… ardı...

 

 

A9 TV, 23 iyun 2015 Xoş Söhbətlər

 

İnkar edənlər dəlil tapa bilmədikləri üçün deyil, təkəbbür hissindən ötrü inkar edirlər

Şeytandan Allaha sığınıram. “Bizə qovuşmağı ümid etməyənlər” yəni axirəti yox sayanlar, olmaz deyənlər “Bizə mələklərin endirilməsi, ya da Rəbbimizi görməyimiz lazım deyildimi?” –dedilər. And olsun, onlar öz nəfslərində təkəbbürə qapıldılar və böyük bir azğınlıqla baş qaldırdılar”. [Furqan surəsi, 21] Yəni Allah əsas mövzunun nə olduğunu söyləyir. Biz zənn edirik ki, adam dəlil tapa bilmədiyi üçün, ağlında saxlaya bilmədiyi, ağılı çatmadığı üçün zənn edirik. Halbuki Allah deyir bax, təkəbbür hissi deyir. Yəni amansız bir təkəbbür hissi.

 

Təkəbbürlük hissi araşdırılmalı olan möcüzəvi bir vəziyyətdir

Onsuz da təkəbbürlük hissi çox böyük bir möcüzədir. Yəni insanın olduğu vəziyyət təkəbbür etməyə uyğun deyil. Çox aciz bir varlıqdır. Təbii ehtiyacları var, fanidir. İnsan acizdən acizdir. Amma buna baxmayaraq, haşa özünü Allahdan böyük görəcək qədər ağlasığmaz bir əzəmətlə təkəbbür göstərir. Nə qədər insan? Hardasa dünyanın 99%-i. Afrikaya gedirsən, eynidir; Asiyaya gedirsən, eynidir. Çox böyük təkəbbürlük hissidir. Bu, onsuz da, bir möcüzədir, Allahın varlığına dəlildir.

Təkəbbürlük hissi araşdırılmalı olan möcüzəvi bir vəziyyətdir. Bu, insanda necə yaranır, bunun ruhu, fəlsəfəsi necədir, dərin tədqiq etmək lazımdır. Bu möcüzə necə meydana gəlir? Bu, əllə tutulan bir möcüzədir. Çünki normalda… ardı...