İslam və başqa dinlər

A9 TV, 24 aprel 2015 xoş söhbətlər

Quranın hökmünə, Allahın qanunlarına görə PKK məğlubiyyətə məhkumdur.

PKK məğlub olmağa məhkumdur. (Əhzab surəsi, 25) “Allah, inkar edənləri” PKK inkarçı mı? İnkarçı. Küfr, tağut və dəccaliyyət. “Kin və qəzəbləri ilə geri çevirdi– deyir, Allah. Bunlar kinli mi? Kinli. Qəzəbli mi? Qəzəbli. Amma, Allah geri çevirdi. Onlar heç bir xeyirə nail ola bilmədilər Allah: ”Müvəffəqiyyətli ola bilməyəcəklər”-deyir. Döyüşdə Allah (köməkçi və zəfər nəsib edici olaraq) möminlərə kifayət etdi.” Demək ki, Türk ordusu qalib gələcək. “Allah ən güclü, üstün və qalib olandır.” Bu ayəyə görə açıqdır. O qədər çox elə ayə var ki. Möminlərin daima qalib gələcəyinə dair, inananların. Küfrün də ziyana uğrayacağına dair.

(Nisa surəsi, 141) “…Allah, kafirlərə möminlərin əleyhinə qətiyyən yol verməz.” Bu ayəyə görə də PKK-nın qalib olması imkansızdır.… Continue reading

R0313İranda keçmişdə məşhur olan və Hind-Avropa mədəniyyətinə aid bütpərəst bir inanc halına gələnzərdüştlük təxminən 3500 il əvvələ söykənir. Pozulduğu və zamanlaəslindən tamamilə yönləndirildiyi açıqca görülən bu din ehtimal edildiyinə görə haqq bir dinin təhrif edilmiş halıdır. Bu təhrif edilmiş din araşdırıldıqda haqq dinlərdə olan inanc əsaslarına rast gəlinir, Allaha, Onun mələklərinə və qiyamət gününə iman, cin və şeytanların varlığı kimi haqq dinlərə məxsus olan inancların bu dində də olduğu görünür.

Zərdüştlük inancında olan mövzulardan biri də insanların dünyada gözəl bir həyat yaşamalarına vəsilə olacaq, zühur etdiyi vaxt dünyaya gözəllik, fayda, dinclik və sülh gətirəcək bir xilaskarın, yəni hz.Mehdi (ə.s)-ın varlığıdır.

Zərdüşt inancına görə, Sauşyant (dünyanın xilaskarı) adında biri (hz.Mehdi (ə.s.)) zühur edəcək və Əhrimanı, yəni şeytanı fikirlə məğlub edərək dünyanı şeytanın təsirindən qurtaracaq. Sauşyant olaraq tanıdılan adam hz. Mehdi (ə.s)-dır və Axırzamanda dünyanı şeytandan və onun təsirindən, yəni dinsiz fəlsəfələrdən və ideologiyalardan təmizləyəcək. Hz. Mehdi (ə.s)-ın təsiri bütün dünyaya yayılacaq, dünyanın hər yeri Allaha iman edən insanlarla dolacaq. Bu inanc zərdüşt kitablarında açıq bir şəkildə ifadə edilmişdir.

 

Peyğəmbərimiz (s.ə.v.)-in bir hədisində hz.Mehdi (ə.s) haqqında belə ifadə edilir:

Əbu Basir belə deyir: İmam Cəfər Sadiq (ə.s)-a “Ey Rəsulullahın övladı! Siz Əhli-beytin qaimi kimdir?” deyə soruşanda belə cavab verdi:… HZ. MEHDİ… Continue reading

Quranı-Kərim, təhrif olunmuş Tövrat və İncil araşdırıldıqda və Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl rəvayət etdiyi hədislərə baxıldıqda hamısında həzrəti Mehdi (ə.s)-ın zühurunun müjdələndiyi açıq-aşkar görünür.

Hz. Məhəmməd (s.ə.v)-in dövründə də, hz. İbrahim, hz. Musa və hz. İsa dövrlərində də inananlar üzərində həmişə hz. Mehdi (ə.s)-ın mənəvi varlığı və mənəvi təsiri hiss edilmişdir. Müsəlmanların üzərində onun bir gün zühur edəcəyinin sevinci və həyəcanlı intizarı hakim olmuşdur. Hz. Mehdi (ə.s), digər elçilərdən minlərlə il sonra zühur edəcəyinə baxmayaraq, Allahın, qövmləri xəbərdar edib qorxutmaq üçün göndərdiyi elçiləri və səmimi, qəlbləri Allaha yönəlmiş olan iman sahibləri üzərində onun şəxsi mənəvisinin bəxş etdiyi istək, həyəcan və müjdə həmişə hiss edilmişdir.

Allah dünyanın qədərini hz. Mehdi (ə.s)-ın zühuruna görə nizamlamışdır. Belə ki, dünya və peyğəmbərlər tarixində baş verən bir çox hadisə həmişə hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildəki zühurunu dəstəklənmişdir, bu zühuru zəruri olan bir əlamətə çevrilmişdir, bu hadisələrdə həmişə hz. Mehdi (ə.s)-ın şəxsi mənəvisinin varlığı müsəlmanlar və səmimi dindarlar tərəfindən həmişə hiss edilmişdir.

 

ALLAH DÜNYANIN TALEYİNƏ HZ. MEHDİ (Ə.S)-IZÜHURUNU LAZIMLI ŞƏKİLDƏ YARATMIŞDIR

Dünya tarixində yaranan müharibələr, fəthlər, xüsusilə 19-cu əsrdə… Continue reading

Savaşların sona çatması:

… Xalq xalqa qılınc qaldırmayacaq, döyüş təlimi verməyəcəklər artıq. (Yeşaya, 2:4; Mika, 4:3)

Döyüş arabalarını Əfrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş yayları sınacaq… (Zekeriya, 9:10)

O dövrdə aclıq ya da savaş, həsəd ya da düşmənçilik olmayacaq… (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)

Silahlanmanın sona çatması:

… silahları yandıracaqlar. Böyük, kiçik qalxanları, yayları, oxları, çubuqları, mizraqları alova atacaqlar… Yandırmaq üçün silahları istifadə edəcəklər… (Hezekiel, 39: 9-10)

… İnsanlar qılınclarını çəkiclə döyüb şum dəmiri, mizraqlarını bağban bıçağı edəcəklər… (Yeşaya, 2:4; Mika, 4:3)

Sülh və təhlükəsizlik mühitinin olması:

Hər kəs öz üzüm, əncir ağacının altında oturacaq. Kimsə bir-birini qorxutmayacaq… (Mika, 4:4)

… Doğruluğun bəhrəsi əmin-amanlıq, nəticəsi, daimi rahatlıq və təhlükəsizlik olacaq… əmin-amanlıq dolu evlərdə, etibarlı və rahat yerlərdə yaşayacaq. (Yeşaya, 32:16-18)

Onun dövründə canavarla quzu bir yerdə yaşayacaq, bəbirlə oğlaq birlikdə yatacaq, buzov, gənc aslan və bəslənmiş mal-qara yan-yana dayanacaq, onları kiçik bir uşaq güdəcək. İnəklə ayı birlikdə otlayacaq, balaları bir yerdə yatacaq… Əmzikdəki körpə kobra dəliyi üzərində oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzə yuvasına salacaq… heç kəs zərər verməyəcək, yox etməyəcək… (Yeşaya 11:6-9)

… onları qorxudan olmayacaq. (Sefenya, 3:13)

… Onu hər yandan əhatə edən düşmənlərindən xilas edib rahatlıq verəcəyəm. (1. Tarixlər, 22:9)

… fəlakətə məruz qalan uşaqlar doğmayacaqlar… (Yeşaya,… Continue reading

FARAKLİD SÖZÜNÜN MƏNASI: KÖMƏKÇİ, HƏQİQƏT RUHU, TƏSƏLLİ MƏNASINI VERİR.

Əgər məni sevirsinizsə, əmrlərimə tabe olarsınız. Mən də Allaha yalvaracağam və O sizə başqa bir “Faraklid” göndərəcək. (Yuhanna, 14:15-16)

 

Faraklid elə bir həqiqət ruhudur ki, Rəbb onu mənim adımla göndərəcək. O, sizə hər şeyi öyrədəcək və mənim sizə söylədiklərimi də təkrar xatırladacaq. (Yuhanna , 14:26)

 

0302Faraklid gələndə mənim üçün şahidlik edəcək və siz də mənə şahidlik edərsiniz. ( Yuhanna , 15:26-27)

 

Mən sizə haqqı söyləyirəm. Mənim getməyim sizin üçün xeyirlidir. Çünki mən getməsəm, Faraklid sizə gəlməz. Amma mən getsəm, onu sizə göndərərəm. (Yuhanna , 16:7)

 

Faraklid gələndə bütün aləmi səhvlərinə görə qınayar və onları tərbiyə edər. (Yuhanna , 16:8)

 

Günah üçün, çünki mənə iman etməzlər. Sülh üçün, çünki Allaha gedirəm və artıq məni görə bilməzsiniz və hökm üçün. Çünki bu dünyanın rəisində hökm edilmişdir. Sizə söyləyəcək daha çox sözlərim var. Lakin indi dözə bilməzsiniz. Lakin o həqiqət ruhu gəldiyində sizə hər həqiqətə yol göstərəcək. Çünki, özbaşına söyləməyəcək, lakin hər nə eşidərsə  söyləyəcək və gələcək şeyləri sizə bildirəcək. (Yuhanna , 16:9-13)

 

Məsih belə dedi: Artıq mən sizinlə çox danışmayacağam. Çünki bu aləmin rəisi gəlir. Məndə əsla onun nəsnəsi yoxdur. (Yuhanna , 14:30)