İman həqiqətləri və yaradılış möcüzələri

Həyat qaynağı olan ulduz-günəş

Ulduzların ətrafında gəzən planetlər, səmada süzülüb gedən meteoritlər, nəhəng qaz , toz buludları və milyardlarla ulduz saxlayan qalaktikalar. Kosmos insanın hələ çox qədimlərdən marağına səbəb olan ucsuz-bucaqsız boşluqdur. İçində yasadığımız kainat hələ həll edilməmiş sirlərlə doludur. Böyük sirləri olan göy cisimlərindən biri də dünyanın həyat qaynağı olan günəşdir. Bu filmdə sonsuz güc sahibi olan Allahın günəşdəki ehtişamlı yaradılışının nümunələrinə şahid olacağıq. Müasir dövrümüzdə inkişaf edən texnologiya ilə kainatın bilinməyən istiqamətləri bir-bir üzə çıxır. Ədədləri yüz milyarddan çox olan qalaktikaların daxilində yer üzündəki bütün qum dənələrindən daha çox ulduz saxlayarlar.

Qalaktikalar eynilə planetlər kimi bir orbit üzərində hərəkət edirlər. Məsələn dünyanın da daxil olduğu samanyolu qalaktikası tam bir dövrünü 250 milyon ildə tamamladığı bir orbitdə hərəkət edir. Qalaktikamız kainatın içində saniyədə 225 milyon km-ə qədər fövqəladə bir sürətlə hərəkət edir. Samanyolu kimi digər qalaktikalar da sürətlə hərəkət halındadır. Qalaktikalar bu hərəkətləri əsnasında zaman keçdikcə bir-birinə yaxınlaşır, hətta toqquşurlar.

Ancaq bu toqquşma əsnasında bir dağıntı baş vermir. Hər biri bir nizam içində işləyən iki nəhəng sistem qarşılaşsa, sistemlər zamanla birləşər, beləcə ortaya yeni bir nizam içində işləyən qalaktika çıxar. Bunun səbəbi qalaktikalarda iştirak edən göy cisimlərinin arasındakı məsafələrin son dərəcə yaxşı nizamlanmış olmasıdır. Kainatdakı bütün göy cisimlərinin tənzimlənən… ardı...

 

İman Həqiqətləri İmanı Dərinləşdirər

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura Surəsi- 29)    

İman həqiqətlərini yalnız Allaha inancı olmayan kəslərin deyil, eyni zamanda iman edən insanların öyrənməsi və dərindən düşünməsi son dərəcə əhəmiyyətlidir. Allah Quranda möminlərə, kainatda yaratdığı dəlillər üzərində dərin-dərin düşünmələrini əmr edərək iman həqiqətlərinin əhəmiyyətini vurğulamışdır.

 

iman_hakikatleri-pervin32

İman etmiş bir mömin namaz qılmaq, oruc tutmaq və digər ibadətləri  yerinə yetirməklə bərabər dərin bir təfəkkürə də sahib olmalıdır. Quranda diqqət edilən “göylərdəki və yerdəki” yaradılış dəlilləri üzərində dərin təfəkkür etmək, möminin imanının artmasına, qəti bir məlumatla iman etməsinə vəsilə olar. Bir Quran ayəsində Allahın yer üzündəki dəlillərinin qəti əlamətlərlə iman etməyə yönəltdiyi belə bildirilir:

Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?  (Zəriyət Surəsi, 20-21)

Ayədə açıq bir şəkildə ifadə edilmişdir ki, insanın öz nəfsindəki və yer üzündəki iman həqiqətləri insanlara dəqiq bir əlamətlərlə inanmağa vəsilə olacaq. Dəqiq məlumata söykənən bir iman da insanda Allah qorxusunun artmasına, bu səbəbdən Allahın əmr və qadağalarını daha şüurlu və diqqətli yerinə yetirməsini təmin edəcək.

Yaradılış dəlilləri üzərində dərin təfəkkürə sahib olan insanlar, ibadətlərini huşu içərisində yerinə yetirərkən, etdiklərinin artıq… ardı...

 

images”İlk nəfəs” geni

ABŞ-ın Cincinnati Uşaq Xəstəxanasının mütəxəssisləri ana bətnində ağciyərin inkişafını və doğum zamanı körpənin nəfəs almasını təmin edən “Foxa2” adlı geni kəşf etdilər. Buna görə ana bətnindəki təhlükəsiz mühitdən çətinliklərlə dolu dünya həyatına qədəm qoyduğu ilk anda alınan ilk nəfəsin də bir gen tərəfindən idarə edildiyi müəyyənləşdirilmiş oldu.

 

Vaxtından əvvəl doğumlarda ümid

 

Cincinnati Uşaq Xəstəxanasının həkimləri “Foxa2” adı verilən genin kəşf olunmasını ağciyər qüsuru ilə dünyaya gələn yarımçıq körpələrin müalicəsində mühüm bir addım olacağını düşünürlər.

Hamiləliyin ilk altı ayında ağciyərlər hələ tamamilə inkişaf etmir. Buna görə də erkən doğulan körpələr tənəffüs çətinlikləri yaşayırlar. Bu genin kəşf olunması həm erkən doğulan körpələrin, həm də ağciyər qüsurlu uşaq və böyüklərin daha yaxşı müalicə olunmasına imkanı verir.

 

Kifayət qədər hava almağı təmin edir

 

Dr. Jeffrey Whitsett mövzuyla əlaqədar olaraq, “ “Foxa2”-nin doğumdan sonra ciyərlərdəki kiçik hava yollarının təhrif olmasının qarşısını alaraq kifayət qədər hava almağı təmin edən və ciyərləri xəstəliklərdən qoruyan bir gen qrupuna nəzarət etdiyini təyin etdik. Bunun sayəsində ağciyər xəstəliklərinə qarşı yeni müalicə üsulları tapıla bilər” -dedi.

 

Genetik quruluşun qüsursuzluğu

 

İnkişafda olan elmin ortaya qoyduğu nəticə bunu göstərir ki, canlılar əsla təsadüflərlə mövcud ola bilməyəcək dərəcədə qüsursuz bir nizama və son dərəcə kompleks… ardı...

 
arkuuhakkndabilgiler
“Məgər onlar (Allah`a) tabe olub havada uçan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır.” (Nəhl surəsi, 79)

Necə olur ki, bu kiçik quş şiddətli küləkdə belə hədəfinə asanlıqla çatır, havada durur və hətta qidalana bilir?

Bu, uca Allah`ın saysız möcüzələrinə, bənzərsiz yaradılış sənətinə bir nümunədir. Arıquşlarının çəkisi ən çox 20 qram olur. Bu qədər kiçik olmaqlarına baxmayaraq, havada asılı qalma xüsusiyyətlərinə görə dünyanın ən bacarıqlı canlılarından biri hesab olunurlar. Bu quşların özünəməxsus uçuş tərzi var. Digər quşlardan fərqli olaraq arıquşu qanadlarını aşağı-yuxarı deyil, “8” formasında hərəkət etdirir. Ümumiyyətlə, qanadların aşağı-yuxarı hərəkəti nəticəsində qaldırma qüvvəsi meydana gəlir. Havada asılı uçuş zamanı arıquşunun qanadlarının kənarında hava axını yaranır və əlavə qaldırma qüvvəsi ortaya çıxır. Lakin qısa müddət ərzində bu hava axını itir.

Arıquşları bu problemi mükəmməl bir sistem vasitəsilə aradan qaldırırlar.  Qanadlarının böyük bucaq altında aşağı hərəkəti zamanı hava axını yaranır. Yuxarı hərəkət etdirdikdə isə bir hava axını bitir, qanadın digər üzündə yeni hava axını meydana gəlir. Beləliklə, qanadların “8” formasında hərəkəti fasiləsiz hava axınını təmin edir. Şiddətli külək belə bu həssas tarazlığa təsir göstərə bilmir.

Arıquşları böyük enerji tələbatlarını necə ödəyirlər?

Arıquşunun enerji istehlakı özlüyündə möcüzədir. İnsanlar idmanla məşğul olarkən enerji… ardı...