Hz. Mehdi və Hz. İsa

HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİS İZAHI

“Qaim Mehdi zühur etdiyində, o (Mehdi) dünyanın hər şəhərinə bir tələbəsini təyin edəcək, onlara belə deyəcək:” Əgər başa düşə bilmədiyin və ya necə bir hökm verilməli olduğunu bilmədiyin bir vəziyyətdə qalsan, ovucunun içinə bax və orada deyilənə görə hərəkət et.”

Allah Allah. Telefondan demək ki, Mehdi (ə.s)-ın söhbətlərini tələbələri izləyəcək, telefondan sual soruşacaqlar. Telefonla yayın olduğu üçün, oradan dərhal cavabı alacaqlar. Heyrətlidir, televiziya yayımı telefonla mümkün olur. Televiziya yayımının xaricində bir də telefondan canlı yayın edə bilir. Bu onu görür, o da bunu görür. Bizim üçün bir xəyal idi bu, indi çox fövqəladə bir şey oldu.

 

Eyni hədisin davamında;

“Və Konstantinopolda (İstanbulda) tələbələrini vəzifələndirər. Körfəzə gəldiklərində, ayaqlarıyla bir şey yazarlar və suyun üzərində gəzərlər. Konstantinopol xalqı belə deyir: “Onlar suyun üzərində gəzən səhabələrdir.” O anda şəhərin qapılarını onlar üçün açarlar.”

“Ayaqlarıyla bir şey yazacaqlar” Körpünün ayağıyla nə yazacaq görəsən? Bir hərfmi olacaq, bir şeymi olacaq? Baxacağıq. “A” hərfi nəyə işarədir? Axırzamana, Allaha işarə, inşaAllah. Əhməd Məhəmməd Mehdi (ə.s)-a işarə. “A” hərfi əhəmiyyətlidir. İncildə də keçər; alfa və omeqa.

HÖRMƏTLİ ADNAN OKTARIN DABBƏT-ÜL ƏRZ İLƏ ƏLAQƏLİ HƏDİS İZAHI

 

Dabbət-ül Ərz üçün Quranda qadın və ya kişidir deyə ifadə edilən bir şey yoxdur. Yəni, elə bir şey olduqda, Allah onu açıq şəkildə vurğulayar. Belə eyhamla Qurandan hökm çıxmaz. Nə deyir Allah, “Axırzamanda insanların dini unutduğu, darvinizm və materializmin yayıldığı, dinsizliyin yayıldığı, insanları inandırmağın çətin olduğu bir vaxtda, dinin qəribələşdiyi bir dövrdə yerdən məmulat” deyir bax, “bir varlıq çıxararıq” Bir dabbə, “Tərpənən şey çıxararıq”. Məsələn, almanın çürüdüyündə, o çürüyün kif atıb çoxalması, ona dabbə deyilir. İçkinin bədəndə yayılmasına da dabbə deyilir. Yəni gözlə görülməsi çətin olub hərəkət edən şeylərə də, belə xırda-xırda tərpənən şeylərə də dabbə deyilir. Debi, məsələn, qarışqanın hərəkəti və ya bir maşının, cihazın hərəkəti. Debabe, debbe, yəni, çırpınan, hərəkət edən, qımıldayan bir şey mənasındadır.

 

Peyğəmbərimiz (s.ə.v) izah edir Dabbət-ül Ərzi: “Dabbə danışanda bütün dünya eyni anda eşidər” deyir. Sırf bu izahdan başa düşülür internet olduğu, kompyuter olduğu, dərhal başa düşülür. Çünki bax,

 

“Bir yerdə danışar, bütün dünya eşidər” deyir. Bu necə olar? Bu şəkildə olar.

 

“Üzü insan üzü kimidir” deyir. Açdığın zaman insan üzü görürsən orada. İnsan üzü, yəqin ki, Mehdi (ə.s)-ın üzü görüləcək Dabbədə. Çünki;

 

“Saqqallı bir insandır” … Continue reading

HÖRMƏTLİ ADNAN OKTARIN NİSA SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Nisa surəsi, 172-ci ayə

 

Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.

 

“Məsih” hz. İsa Məsih (ə.s), İbni Məryəm “Allaha yaxın olan mələklər,” Cəbrayıl, Mikayıl həmişə bərabərdirlər. Onun üçün xüsusilə bildirir Allah. Eyni yerdədirlər. “Allahın qulu olmağı özlərinə ar bilməzlər.” Hz. İsa Məsih (ə.s) ibadətə davam edir. Ölən bir insan ibadətə davam edə bilərmi? Eyni məkandadırlar. İbadət bitir, amma hz. İsa Məsih (ə.s)-ın ibadətə davam etdiyini söyləyir Allah. “Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.”

 

Nisa surəsi, 174-cü ayə

 

Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik.

“Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi” Yəni, mehdiyyət, başda Quran, amma ikinci işarəli mənası hz. Mehdi (ə.s).  “və Biz sizə parlaq bir nur (Quran) nazil etdik” Yenə Qurana işarə, Quran nəzərdə tutulur, amma mehdiyyətə də ikinci dərəcədən işarə var.

HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHLARI

 

Məhəmməd ibn Əlidən buyurdu ki, Peyğəmbərimiz (s.ə.v) deyir ki, bir məlum səsdən bəhs edir. “Ramazan ayında, Cümə gecəsində hz. Mehdi (ə.s) ilə əlaqəli bir xəbər gələcəyini” söyləyir, Ramazan ayında və cümə gecəsində. Bunu əhəmiyyətli olduğu üçün ayrıca bildirmiş Peyğəmbərimiz (s.ə.v).

Axırzamandakı fitnələrdə dinsizlərin, mehdiyyətə qarşı olanların, bəzi zalımların edəcəyi bir taktikadan bəhs edir Peyğəmbərimiz (s.ə.v), deyir ki; “O məlun iblis” deyir, şeytan “Filankəs məzlum olaraq öldürüldü şəklində bir xəbər yayar.” deyir, şəhərdə. “Bu səsin məqsədi;” deyir Peyğəmbərimiz (s.ə.v), “İnsanları şübhə və fitnəyə salmaqdır. O gün də neçə nəfəri tərəddüd və təəccüb içində qalacaqdır.” İndi deyirlər, “Filankəsi öldürdü” məhz “Polis öldürdü, xüsusi sui-qəsd ilə edildi, məhv etmək üçün etdilər.” Məqsəd xalqı təhrik etmək olur. Zülm altında insanların öldürüldüyünü vurğulamaq üçün. Bu tərz oyunlar ediləcəyinə Peyğəmbərimiz (s.ə.v) diqqət çəkir. “Gündüzün sonunda” deyir xüsusi olaraq. Yəni, hadisələr sonundadır. “Filankəs məzlum olaraq öldürüldü şəklində nidası olacaqdır.” deyir şeytanın. Bir oyundur. “Bu səsin məqsədi insanları şübhə və fitnəyə salmaqdır. O gün də neçə nəfəri tərəddüd və təəccüb içində qalacaqdır.”

“Digər Ramazanda eşidiləcək söhbətdə ondan şübhələnməyin” deyir, “Çünki Cəbrayılın səsidir.” Yəni, vəhylə gəlmiş, hədis olan məlumatdır. “Bunun əlaməti Mehdinin və atasının adının zikr edilməsidir.” “Atasının adı da eşidiləcək.” deyir televizorlarda, radiolarda, havadan yaxud internetdən. “Mehdinin adı da eşidiləcək.” deyir.

HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏLİ HƏDİS İZAHI

 

Mehdi zühur edəndə; O (Mehdi), Peyğəmbər (s.ə.v)-in İslamdan əvvəlki dövrdə cahillərin etdiyi pislikdən daha çoxuna və şiddətlisinə məruz qalacaq. Dedim ki; “Bu necə olur”? Belə dedi; “Peyğəmbərimiz insanlara gəldikdə onlar daşa və taxtaya tapınırdılar. Halbuki, Mehdi gələndə insanlar Mehdiyə öz arzularına görə izah etdikləri Allahın Kitabına qarşı çıxacaqlar. Allahın diləməsi ilə Mehdi isti və soyuğun girişi kimi evlərinə ədalətini yerləşdirəcək”.

Demək ki, xurafatçılar Quranı yanlış şərh edərək Mehdi (ə.s) ilə mübarizə aparmağa çalışacaqlar. Saxta hədislərlə, mövhumatçı fikirlərlə, xurafatçı uydurmaları ilə hz. Mehdi (ə.s)-a qarşı mübarizə aparmağa çalışacaqlar. Amma polad bükülməz. Allahın izniylə hz. Mehdi (ə.s) hamısını zərərsizləşdirəcək.