Ayə təfsiri

Zuxruf surəsi, 28, 29-cu ayələrinin təfsiri

ADNAN OKTAR: Xeyr, Mən bunlara da, atalarına da haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.” Əbcədi 2015-ci il. “O bunu (“lə ilahə illəllah” kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi.” Hz.İbrahim (ə.s)-ın sonu Mehdi (ə.s) ilə nəticələnmirmi? Əbcədi 1999-cu il tarixini verir. Baxın, Allah, “ardında (öz nəsli arasında) daimi qalıcı bir kəlimə etdi” deyir. Tövhid inancını, Allah birdir deyilməsini, Allahın kitabına  uymasını və “bu soyda bu inanc davam edəcək” Allah Təala deyir. Əbcədi 1999-cu il tarixini verir, inşaAllah. Bu əbcədlər,  Bədiüzzamanın tələbələriylə birlikdə hazırladığı və Bədiüzzamanın təsdiq etdiyi əbcədlərin bir qismidir. Onları da ayrıca ifadə edəcəm.

images (5)

 

Ənkəbut surəsi, 24-cü ayəsinin təfsiri

ADNAN OKTAR: “Qövmünün cavabı isə ona (İbrahimə) ancaq: “Ya onu öldürün, ya da yandırın!” – demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət var”  Mehdi (ə.s)-ı da yandırmağa çalışacaqlar, amma yandıra bilməzlər. Özləri yanacaqlar. Mehdi (ə.s) şeytanları yaxşı yandırar, inşaAllah.

images (5)

 

İsra surəsi, 80, 82-ci ayələrinin təfsiri

ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınıram. “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”. Şeytandan Allaha sığınıram. Baxın çox əhəmiyyətlidir “. Biz Quranda möminlər üçün şəfa”, yəni fiziki və mənəvi şəfa, xəstəliklərə şəfa, Quran müalicəvidir. Allah deyir ki, dünyadakı bütün xəstəliklərin, dərdlərin, bəlaların kökünə enəndə, stressidir, gərginlikdir, qorxudur, məsuliyyətsizlikdir. Bunların hamısını Quran həll edir, inşaAllah. “Mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır.

 

“De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver””. Quranda “yardım edən bir dəlil”, yəni sultan ver. “Və sultanla məni dəstəklə” deyir, inşaAllah. Bunu əvvəl də söyləmişdik. Mənəvi dərinliyə girərkən, mənəvi cəzbə halına girərkən birinin köməkçisi olması əhəmiyyətlidir. Bir adamın köməkçi olması əhəmiyyətlidir. Tək başına girsə bəzən çətinlik çəkə bilər. Ona görə mütləq bir köməkçi olması lazımdır, inşaAllah.

 

 “Müşriklər səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqlar”. Məsələn, biz Mehdi (ə.s)-dan, Türk-İslam Birliyindən bəhs etməsək, darvinizmi, materializmi, əhəmiyyətsiz hesab etsək və desək ki, darvinizm, materializm varmı, haradadır? Onsuz da rahatıq elə bir şey yoxdur, (haşa) desək, nə olacağını Allah ayədə bildirir: “Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar”. “Mehdi (ə.s) gəlmədi, gəlməsin, istəmirik, İsa Məsih (ə.s) da gəlməsin” desək, adam gəlib “əziz qardaşım” deyib söhbət edəcək. Biz belə bir dostluq istəmirik.

images (5)

 

Hud surəsi, 109-cu ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Onların nəyə ibadət etdiklərinə şübhə etmə”. Bəzən müsəlmanlar küfrü araşdırdıqlarında şübhəyə düşərlər. Məsələn, adam darvinizmi araşdırır, “görəsən varmı?” deyir. Bu dəfə də “Allah varmı?” düşünərək şübhəyə düşür (haşa). İmanı bir gəlir bir gedir, bir gəlir bir gedir. Müsəlman belə olmaz. Müsəlman bir dəfə iman edər, son nəfəsinə qədər o imanla gedər. İman dəyişməyən bir şeydir. İnkişaf edər, böyüyər. İman mübahisə, müzakirə edilməz. Əvvəlcədən ağıllı, səmimi olaraq iman edərsən. Ekranda ellips şəklində üç ölçülü bir görünüş görürsən. Bu dəlil kifayətdir. Bu Allahın varlığının dəqiq 100% dəlilidir və ikinci bir ehtimal sonsuza qədər də yoxdur, inşaAllah.

“Onların nəyə ibadət etdiklərinə şübhə etmə”. Şumerlər maddəyə necə ibadət edirdi? “Hər şeyi maddə etdi” deyirdilər. Qədim Misir nə deyirdi? Onlar da “maddə təsadüflər nəticəsində hər şeyi etdi” deyirdilər. Darvinist, materialist və təkamülçü idilər. Allah:“Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əksiltmədən tam verəcəyik” deyir. Cəhənnəmdə onlara deyiləcək: “Madam portağallar, limonlar, albalılar, vişnələr, kahılar, hər cür tərəvəz, meyvə, badımcan, pomidor, bibər, madam onların hamısı  özbaşına təsadüfən yaranmış, təsadüf sizin dediyiniz kimi deyil, belə olar” deyəcək, inşaAllah. “İndi ye baxım yeyə bilirsən” kimi bir mövqe olacaq, inşaAllah. Təbii ki, Allah Təalanın necə xitab edəcəyini mən bilə bilmərəm. Mən bir bəşər olaraq məntiqlə söyləyirəm, inşaAllah.

images (5)

 

 

ADNAN OKTAR: “İçlərində zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl olan bir tərzdə mücadilə edin!” Cübbəliyə baxırıq, bizə tam fərqli bir şey deyir. İndi Cübbəliyə inanacağıq, ya Allaha? Təbii ki, Allaha inanacağıq.“İçlərində zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl olan bir tərzdə mücadilə edin. Və deyin ki: “Bizə və sizə endirilənə iman etdik.” Qurana da, İncilə də iman etdik. “Bizim İlahımız da, sizin İlahınız da birdir və biz Ona təslim olmuşuq.” Allah “Bunu söyləyin” deyir. İnsan “Allah birdir” deyəndə Allaha dostluğunu elan etmiş olur. Bu ayəni söylədim deyə, bu ayəni tətbiq etdim deyə adam məni mürtəd (müsəlman olduqdan sonra İslam dinindən çıxan) elan etdi. Mürtədin həyat haqqı yoxdur.Yəni adam mürtədin qətli vacibdir deyə fətva verir. Sanki bütün Türkiyənin fətva əmini kimi, padşah kimi öz aləmindədir, öz dünyasında qərar verir. Allah Təala isə belə deyir: “İçlərində zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl olan bir tərzdə mücadilə edin!” Yəni xristian və yəhudilərlə. “Və deyin ki, bizə və sizə endirilənə iman etdik.” Yəni İncilə, Qurana, Tövrata iman etdik. “Bizim İlahımız da, sizin İlahınız da birdir”. Eyni Allaha inanırıq. “Və biz Ona təslim olmuşuq”. “Bunu söyləyin” deyir, “təbliğ edin” deyir. Adam bunun nəticəsində də “La ilahə illəllah” deyir və Qurandakı əmri yerinə yetirir. Bu nədir? Bu boş bir şey deyil. Allaha dostluğunu elan edir. Allah qəbul edər ya yox o ayrı məsələdir. Allahın bizim də ibadətlərimizi qəbul edib, etmədiyini bilmirik.

images (5)