Ayə təfsiri

Nəhl surəsi, 125-128-ci ayələrinin təfsiri

“İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.

Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir.

Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.

Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir.

 

ADNAN OKTAR: “Rəbbinin yoluna” Rəbbinin yolu nədir? Quran, İslamdır, “hikmətlə” hikmət nədir? Qısa, köklü, kəsici və doğru sözdür, insanın ağlı kəsən, qənaətbəxş, yadında qalan, təsir edici gözəl sözdür. “hikmətlə və gözəl öyüd-nəsihət” ―öyüdün gözəl olanı, yəni aydın olan, ürəyə rahatlıq verən, razı salan, gözəl nəsihətlə çağır, İslama dəvət et. “Və onlarla ən gözəl surətdə mübahisə et”―yəni  elmlə, sənətlə, ağılla, fitnə çıxarmadan, çaxnaşma salmadan, hadisələri bir-birinə dolaşdırmadan, “və onlarla ən gözəl surətdə mübahisə et. Rəbbin azğınlığa düşənləri də daha yaxşı tanıyır!”―yəni dəccalı biləndir. “Doğru yolda olanları da daha yaxşı tanıyır”―yəni Mehdi (ə.s)-ı da biləndir. Mehdi (ə.s)-ın mənası hidayətə çatan deməkdir. Azğın, haqq yoldan çıxaran dəccaldır.

Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz… ardı...

 

ADNAN OKTAR: Nur surəsinin 55-ci ayəsi mehdiyyəti izah edir.

 

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi …”

 

ADNAN OKTAR: “Özlərindən əvvəlkiləri varislər etdiyi kimi”, Ya Rəbbim, biz bunun nə olduğunu öyrənmək istəyirik deyirik. Allah Təala da deyir ki, aç Quranı bax. Quranda cavab yoxdur? Biz haradan öyrənə bilərik, başqa haradan biləcəyik? Daha əvvəlkilər haqqında məlumatı haradan öyrənə bilərik? Saf və həqiqi məlumatları Qurandan öyrənə bilərik. Quranı açarkən iki dünya hakimiyyəti görürük. Biri Süleyman (ə.s), digəri Zülqərneyn (ə.s)-dır. İkisi də dünya hakimi olmuşlar. Quranda hakimiyyətdən necə bəhs olunur? Siyasi, ictimai, iqtisadi, siyasi, istiqamətdə hakim olmuş, qorxu aradan götürülmüş, din Allahın olmuş, fitnə yer üzündən qalxmışdır. Texnologiya, sənət, elm hamısı Allahın olmuşdur. Allahın, İslamın, müsəlmanların əmrinə girmişdir. Onsuz da Allahın əmrindədir, müsəlmanların əmrinə girməsini vurğulamaq üçün söyləyirəm. Davam et.

 

ALTUĞ BERKER: ” Onları da yer üzünün varisləri edəcək”.

 

ADNAN OKTAR: Baxın “Onları da yer üzündə” yer üzü nə deməkdir? Dünya deməkdir. Allah  istisna verib müəyyən bir bölgə deyirmi? “Güc və iqtidar sahibi” iqtidar nə deməkdir? Allah ictimai, siyasi, hərbi, hər cəhətdən hakim olacaqsınız deyir.

 

ALTUĞ BERKER: “Möminlər… ardı...

 

Saff surəsi, 9-cu ayəsinin təfsiri

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. “Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.”

 

ADNAN OKTAR: Bütün dinlərə üstün etməsi nə deməkdir? Yəni dünyada İslamdan başqa din qalmayacaq. Bunu Allah Təala hz.İsa Məsih (ə.s) ilə edəcəyini söyləyir, ayə var: “Sənə inananları, səni sevənləri qiyamətə qədər dünyaya hakim edəcəyəm”. “Qiyamətə qədər dünyaya hakim edəcəyəm” deyir. Hakimiyyət nədir bilirsənmi? Siyasi, hərbi hər tərəfli hakim etmək mənasını verir. Dünya hakimiyyətidir.

 

ALTUĞ BERKER: Əbcədi 2021-ci il.

 

ADNAN OKTAR: Əbcədi 2021-ci il. Cübbəli bunları oxumur. Bunları oxutmağa çalışırıq.

images (5)

 

Məryəm surəsi, 77-84, 94-95-ci ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Ayələrimizi inkar edib: mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” – deyən adamı  gördünmü? “ Həm Allahı inkar edir, həm də mən mal qazanacağam, uşaqlarım da olacaq, dünya mənim olacaq deyir. “Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vəd almışdır?! Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq”. Allah əzabının artması üçün onlara imkan verəcəyik deyir, inşaAllah. “Onun dediyi şeylər Bizə qalacaq”, yəni onun ifadəsini Biz alacağıq deyir Allah. “hüzurumuza tək-tənha gələcəkdir”.

Yəni malını -mülkünü, uşağını hamısını buraxacaq, hesab vermək üçün Mənə tək başına gələcəklər, deyir Allah. “Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar”. Budur, məsələn, bir şəxsi ilah hesab edir, hər hansı qrup özünü ilah hesab edir, darvinizmi ilah hesab edir. Xeyr! Qiyamət günü o bütlər onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar”. Məsələn, Darvin axirətdə onların sözünü qəbul etməyəcək. Hamısı pərişan olurlar, o dəhşət anını yaşayırlar və “ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar” deyir Allah. Yəni bir-biriləri ilə ziddiyyət təşkil edəcəklər. İnkarçıların dediklərini qəbul etməyəcəklər. “Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?”

Darvinistlərə, materialistlərə, ateistlərə şeytanlar müsəllət olacaqlar. Axırzamanda dəccaliyyətin törətdiyi hadisə budur.… ardı...

 

Taha surəsi, 8-10-cu ayələrinin təfsiri

ADNAN OKTAR: “Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır! Musanın əhvalatı sənə gəlib çatdımı? O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” Deməli, diqqət yetirən insan atəşi görə bilir, bir hadisəni görə bilir. Diqqət yetirməyən görə bilmir. Baxın, digərləri görə bilmir. İmanın nuru iti olduğu üçün hz.Musa (ə.s) görür. İlk atəşi o görür. Deməli, mehdiyyətlə əlaqədar atəşi görmək də imanın nuru ilə olur. Mehdiyyətin əlamətlərini, axırzamanın əlamətlərini də görmək imanın nuru ilə olur, təkcə Mehdi (ə.s)-ı deyil, Mehdi (ə.s)-ın çıxış əlamətlərini görmək də imanın nuru ilə olur.

Məsələn, Kəbədə qan axıdılmasını milyonlarla insan görə bilmədi. Amma mehdiyyət və Mehdi (ə.s) tələbələri imanın nuru ilə gördülər. Məsələn, 15 gün ara verməklə Ay və Günəş tutulmalarını insanlar görə bilmədi. Amma Mehdi (ə.s) və tələbələri imanın nuru ilə gördülər. Firatın suyunun kəsilməsini milyonlarla insan görə bilmədi. Amma Mehdi (ə.s), mehdiyyət və Mehdi (ə.s) tələbələri gördülər. Ona görə də bütün mehdiyyət əlamətləri yalnız imanın nuru ilə görülər. Mehdi (ə.s) da imanın nuru ilə görülər. İsa (ə.s), dəccal imanın nuru ilə görülər. Dəccalın əlamətlərini… ardı...