Ayə təfsiri

Həcc surəsi, 11-ci ayəsinin təfsiri

ADNAN OKTAR: Həcc surəsi 11-ci ayə, şeytandan Allaha sığınıram. Allah Təala belə buyurur: “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edər”. Namazını qılır, gecə zikrlərini edir, sünnədə olan qovun, plov və s. onları yeyir, amma cihad etməyə gələndə belə deyir: “İnsanıq, o qədərinə gücümüz çatmaz ki”. Mənafeylərinə uyğun gələn ibadətləri edərlər. Yəni özünə maddi problem yaradan hadisələrə girişmir, yaxud ictimai təhlükə yaradan, sıxıldığı hadisələrə girişmir. Baxın Allah da bunu vurğulayır “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir”. Sıxılanda sarıqla, cübbə ilə camaatla namaz qılmağa, dəstəmaz almağa gedirəm deyir. Bu cür düşüncədə olan çoxlu sayda insan var. Baxın, Allah Təala deyir ki: “Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar” (Xeyirinədirsə onunla rahatlıq tapar).

images (5)

 

 

İsra surəsi, 7-ci ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Allah Təala deyir: “Əgər yaxşılıq etsəniz özünüzə yaxşılıq etmiş olarsınız”. Yəni yaxşılıq etsəniz yalnız özünüzə yaxşılıq etmiş olarsınız. Taleyinizdədir və axirətiniz üçün, özünüz üçün xeyirli olar.  “Əgər pislik etsəniz o da sizin əleyhinizədir”, yəni pislik onu edəni əhatə edir, çünki psixoloji olaraq çökər, Allah içinə çətinlik salar, canını yandırar, axirətdə pərişan edər, üzərindən bərəkət gedər, iztirab çəkər. İndi Allah həlli söyləyir: “Sonda vəd gəldiyi zaman” sonda, son nədir? Zamanın sonu, axırzamanda. “Vəd”  Allahın vədi, yəni Mehdi (ə.s) gəldiyi vaxt, inşaAllah. Bunu qiyamət olaraq da axırzaman əlaməti, hz. İsa Məsih (ə.s)-ın enişi, Mehdi (ə.s)-ın zühuru olaraq da qəbul edə bilərik. “Üzlərinizi qara etsinlər”. Darvinizm, materializm, küfr yıxılınca buna deyir “üzlərinizi qara etsinlər”. Adamın üzü necə olur ? İztirab əlamətləri olur. Mehdi (ə.s) çıxdı, Mehdi (ə.s) gəldi desən, adamda nə olar? Mehdi (ə.s) düşmənidirsə, Mehdi (ə.s)-a ziddirsə, ağzı-burnu əyilir. Özlərinə görə pis xəbərdir. Nə oldu deyə soruşarsan, halsızlaşar, qanı qaralar. Bax ayədə deyir ki: “Sonda vəd gəldiyi zaman üzünüzü qara (sizi xəcil) etmək”.  Mehdi (ə.s)-ın edəcəyi budur. Onların (inkarçıların) Mehdi (ə.s) müjdəsindən, İsa Məsih (ə.s)-ın gəlişindən qanları qaralar.“Birincisində girdikləri kimi məscidə (Qüdsə) girsinlər və ələ keçərdiklərini darmadağın… ardı...

 

İsra surəsi, 1-15-ci ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (peyğəmbər əleyhissəlamı) bir gecə Məscid-ül Haramdan ətrafını mübarək etdiyimiz Məscid-ül Əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”. Bu, peyğəmbər (s.ə.v)-in dəqiq olan möcüzələrindən biridir. Peyğəmbərimiz (s.ə.v) axşam qısa müddətdə Qüdsə getdi. Hətta xanımı deyir ki,”qalxarkən yatağı boş idi”. Bir müddət sonra peyğəmbərimiz (s.ə.v)-in yatağında olduğunu gördü. “Biz Musaya kitab (Tövrat) verdik və “Məndən başqa heç bir vəkil tutmayın”―deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər təyin etdik”.

O dövrdə  Allah Təala yalnız İsrailoğlullarına peyğəmbər göndərmişdir. Amma bizim peyğəmbərimiz (s.ə.v) bütün aləmlərə peyğəmbər olaraq gəlmişdir. “Ey Nuhla birlikdə gəmidə daşıdıqlarımızın nəsli!Allah Təala bizlərə, bütün dünyaya səslənir. “Şübhəsiz o, şükür edən bir bəndə idi”. Dayanmadan Allaha şükür etmək lazımdır, məsələn, uşaqlarınla yemək yeyirsən dərhal şükür etmək lazımdır, elə deyilmi?

 

Pınar Eliçe: Əlbəttə ki, hə.

 

ADNAN OKTAR: “Şükür edən bir bəndə idi.” Allah İsrailoğullarının qarşılaşacağı hadisələri də ifadə edir. “Biz Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz” – deyə xəbər verdik”, bu onların taleyidir, talelərində var. “Və… ardı...

 

Rad surəsi, 1-2-ci ayələrinin təfsiri

ADNAN OKTAR: Bismillahir-Rəhmanir-Rəhim. Şeytandan Allaha sığınıram. “Əlif, Lam, Mim, Ra.” Bunlar şifrədir. Bunlar hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) dövründə ortaya çıxacaq. Bir çox dərinliklərini biləcəyik. Bir qismini izah edə bilərik. Amma hələ vaxtı deyil, inşaAllah Allahualəm. “Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil olan (Quran) həqiqətdir”―yəni Quran qəti olaraq doğrudur. “Ancaq insanların çoxu iman etməzlər”. İnsanların çoxu  iman etməyəcək ki, imanlı və ağıllı olanların dəyəri bilinsin. Yəni hər kəs imanlı və hər kəs ağıllı olsa, o zaman onlar itərlər. Yəni ağıllılar, ağlı və imanı zəif olanların içərisində dəyərli olur.“Allah Odur ki, göyləri dirəksiz olaraq yüksəltdi”. Normal halda buludlar aşağıya çökər. Dirəksiz, asılı vəziyyətdə qalması qeyri-mümkündür. Bir yerdə tüstü olanda tüstü məhəlləni bürüyür. Normal halda səmada  dirəksiz olaraq qala bilməz.“Allah Odur ki, göyləri dirəksiz olaraq yüksəltdi; onları görürsünüz. Sonra ərşi yaradıb hökmü altına alan”, yəni hər yer Onun idarəsi altındadır.“Günəşi və ayı əmrinə tabe edən Allahdır”. Məsələn, Günəş Allahın əmri ilə fırlanır. İndi məsələn, günəş batdı, səhər bir də baxırsınız dərhal şirin-şirin çıxır. Yavaş-yavaş hər yeri işıqlandırır. Heç bir çətinlik yaratmır. Halbuki, Günəş qaynayan bir atəş yığınıdır. Normal halda dağılıb, partlayıb, çox böyük fəlakətlər çıxarmalıdır. Elə bir atəş yığımının bir yerdə dayanması, dağılmaması çox böyük bir möcüzədir.

images (5)

 

 

Fussilət surəsi 21, 22, 26, 30, 36-cı ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Yəni düz istiqamət tutdurur, Allaha bağlanır. Düz yolda gedirlər. “Düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Onların üzərinə mələklər enər və deyər ki: Qorxmayın, kədərlənməyin”. “Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. ”

İndi əgər biz bu dünyada məsələn, sürət mühərriklərini, musiqi alətlərini, avtomobilləri, vasitələri görməsək onda cənnətdə Allahdan  biz nə istəyəcəyik? Nə istəyəcəyimizi bilməyəcəyik, yəni modeli bilməmiş olacağıq. Allah bizə modeli öyrətmək üçün dünyada qısa bir kurs keçirir. Məsələn insan: “Mənim sürətlə maşın sürməkdən xoşum gəlir” deyir. Bu dünyada onu bilməsə, cənnətdə də bilə bilməz. Burada öyrənəcək ki, orada onunla qarşılaşsın. Baxın Allah nə deyir: “Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır“, yəni ağlınızdan keçməsi kifayətdir. Məsələn, Allah onsuz da bu gücü bizim ruhumuza qoyub. Məsələn, biz limonu düşünürük, dərhal ağızımız sulanır. Limon ağlımıza gəlir.

 

Pınar Eliçe: Qoxusunu belə hiss edirsən.

 

ADNAN OKTAR: Qoxusunu… ardı...