Ayə təfsiri

Cənnətlə Əlaqədar Ayələr

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram.

“Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən. (İnsan surəsi, 20)

“Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır. (Rəhman surəsi, 54)

“Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir”…(Muhəmməd surəsi, 15)

“İkisində də iki axar bulaq vardır. (Rahmən surəsi, 50)

“İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)

 

ADNAN OKTAR: İndi istini, soyuğu bilməyən adam sərinliyin, mülayim bir iqlimin ləzzətini bilərmi? Bilməz. İstidən, soyuqdan narahat olacaq. Qiyamətə qədər mülayim bir iqlimin, mühitin dadını biləcək. Yoxsa ona qeyri-adi gələr. Yəni həqiqətən, heç bunları görmədən gedərsə ona qeyri-adi gələr. Kreslo heç bir şeyi ifadə etmir. Kürəyini söykəmək, yataq, çadır bir şeyi ifadə etməz. Mütləq burada bu kursu görəcək, bu təhsili alacaq, inşaAllah.

 

ALTUĞ BERKER: “Orada taxtlar üzərində söykənmişlər. Orada nə (yandırıcı) bir günəş, nə də dondurucu bir soyuq görərlər”. “(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş… ardı...

 

Tövbə surəsi 87, 88, 89, 94-cü ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Tövbə surəsi, 94-cü ayədə Allahu Təala buyurur: “Yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər”. Münafiqlər bolluca üzr istəyərlər. Buna çox diqqət yetirmək və aldanmamaq lazımdır. “De ki: “üzr istəməyin, onsuz da sizə inanmayacağıq”. Münafiqlərə qəti şəkildə inanmaq olmaz. Münafiqlər yalançı və saxtakardırlar. “Allah sizin işlərinizdən bizi xəbərdar etmişdir”. Təbii ki, Allah peyğəmbərimiz (s.ə.v)-ə vəhylə bildirir. “Sonrakı əməllərinizi Allah da görəcək, Onun Elçisi də”. Sonra isə qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız”, yəni açığı, gizlini, hər şeyi bilənin hüzuruna qaytarılacaqsınız. “O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”. Baxın nə gözəldir, əlhəmdülillah.

Allahın hər şeyin intiqamını alınacağını bilmək müsəlmanlar üçün çox gözəldir. Ən hiyləgər, ən gizli rəftarın belə mütləq intiqamı alınar, Allah heç kəsi özbaşına buraxmır. Allah hər anormal, haqsız, hiyləgər rəftarın qarşılığını verər. Onun üçün müsəlmanın ürəyi çox rahat olmalıdır. İçində bir narahatlıq olmamalıdır.  Allah “axirətdə intiqam alacağını” söyləyir, lakin heç kimin bilmədiyi bir sirr verir: Allah küfrdən intiqam alarkən müsəlmanların sevinəcəyi şəkildə intiqam alar. “Onlar taxtlarına söykənərək onların hallarına gülür”. Allah onları (münafiqləri, inkarçıları) alçaldır, yəni onları müxtəlif gülünc hallara salır. Allah eqoistləri, özünü böyük sananları müsəlmanların şiddətli gülüşünə səbəb olacaq şəkildə… ardı...

 

Saffat surəsi, 86-113-cü ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Saffat surəsi, 86: Allah Təala Saffat surəsi, 86-cı ayədə buyurur: “Hz.İbrahim (ə.s) deyir ki: “Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?” Adamlardan bəziləri Abdullah Öcalanı özünə ilah hesab edir, bəziləri Stalini, digərləri Lenini ilah hesab edir, o dövrün pozğunları da o cür hərəkət edirdilər.

87-ci ayə: “Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”. Məsələn, “Allaha inanırsınızmı?” soruşarkən o da onda: “Allaha inancınız necədir?” deyə soruşur. Baxın deyir ki, 88-ci ayədə: “O, ulduzlara bir nəzər salaraq”. Bu elmi- ledündür, ledün elmidir. Bunu diqqətli bilən qardaşlarımız məni də anlayaraq çox şeyi həll edəcəklər. Hz.İbrahim (ə.s) göydəki ulduzlara baxır.

89-cu ayədə: ““Mən xəstəyəm!” – dedi”. Bu ledün elmidir. Hz.İbrahim (ə.s) xəstə deyildi. Ulduzlardan da məna çıxartmırdı. Müsəlman ulduzlardan məna çıxartmaz, elə bir şey yoxdur. Amma onlara elə deyir, ledünün gərəyi olaraq bunu edir.

90-cı ayə: “Onlar ondan üz çevirib çıxıb getdilər”. Ledün elminin nəticəsini əldə etmişdir. Batini elmin nəticəsini əldə etmişdir. Bu ledün elmi hz.Yusif (ə.s)-da da, hz. İbrahim (ə.s)-da da var idi, hz. Mehdi (ə.s)-da da olacaq.

91- ci ayə“(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?”. Baxın ilahlarını, bütlərini nəzakəti ilə lağa qoyur, alçaldır,… ardı...

 

Taha surəsi, 90-91, 93, 97-ci ayələrinin təfsiri

ADNAN OKTAR: “Bundan əvvəl (Musa Tur dağından qayıtmamışdan) Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin! Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!” – dedilər”. Yəni qlobal inanclar, insanların yaratdığı inanclar, “biz bunlara bağlı olacağıq” deyirlər. Bax,  hz. Musa (ə.s) qardaşına deyir ki: “Niyə arxamca gəlmədin? Niyə əmrimdən çıxdın?”. “Dedi ki: Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma”. Buradan aydın olur ki, Harun (ə.s)-ın saqqalı və saçı uzun olub. Saqqallının, saçının uzun olduğu aydın olur.

“Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum”― baxın “İsrailoğulları arasında ayrılıq saldın”, İsrailoğulları kimlərdir? O dövrün müsəlmanları idi. Ayrılıq çıxarmaması üçün nə qədər də ciddi yanaşır, görürsənmi? “Sözümə baxmadın!” – deyəcəyindən qorxdum. Musa dedi: “Məqsədin nə idi, ey Samiri?”. “Dedi ki: “Mən onların görmədiklərini gördüm”. “Müsəlmanların görmədiklərini gördüm” deyir. “O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydum).”

Yəni Allahın hökmünü dəyişdirir… ardı...

 

Yusuf surəsi, 7-9-cu ayələrinin təfsiri

ADNAN OKTAR: “Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır“. Hz.Yusif (ə.s) surəsi Mehdi (ə.s)-ı izah edən bir surədir. “Yusif və qardaşlarında “―yəni Mehdi (ə.s) və qardaşlarında soruşanlar üçün ayələr vardır. Əbcədi 2019-cu il tarixini göstərir. “Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin”. Baxın, o dövrdəki müsəlmanlar ona həsəd aparırlar, qısqanırlar, öldürməyi belə fikirləşirlər. Həsəddən, paxıllıqdan onu öldürməyi belə gözə almışlar.

images (5)