Ayə təfsiri

Məryəm surəsi, 84-cü ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.

 

 “Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə”. Tələsmək Quran əxlaqına uyğun davranış deyil. Müsəlman tələsik davranmamalıdır, səbirli olmalıdır.“Biz onların günlərini bir-bir sayırıq”. Yəni Allah “davamlı onların günahlarını təsbit edirik, onları həlaka yaxınlaşdırırıq, müsəlmanları da dayanmadan bərəkətə, bolluğa, zəfərə yaxınlaşdırırıq” deyir.

images (5)

 

Nisa surəsi, 19-cu ayəsinin təfsiri

ADNAN OKTAR: Baxın, hər hansı bir ayə açdım, Nisa surəsi çıxdı. Şeytandan Allaha sığınıram. “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir!”. Allah qadınlara güc tətbiq etməyin, təzyiq etməyin deyir. Baxın, qadın haqlarını qoruyan bir hökmdür.“Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün), ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuş olsun.”

images (5)

 

Nəhl surəsi, 31-ci ayəsinin təfsiri

ADNAN OKTAR: “Ədn cənnətləri; ora girərlər, onun altından çaylar axar, içində onların hər dilədikləri şey vardır”. Baxın, bu ayə çox mənalıdır. “Hər dilədikləri şey”, yəni nə istəyirlərsə, inşaAllah.

images (5)

 

Maidə surəsi, 52-56-cı ayələrinin təfsiri

ADNAN OKTAR: Ya Allah bismillah. İndi hər hansı bir səhifə açaq. Maidə surəsi, 56-cı ayə: “Kim Allahı, Onun peyğəmbərlərini və iman gətirənləri özünə dost tutsa” Deməli, Allahı, rəsulunu və iman edənləri sevəcəyik. “Şübhəsiz ki, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır (firqəsidir)”. Bu da 2007-ci il tarixini verir. Baxın, Allah “Şübhəsiz ki” deyir, şübhə etməyin, “Şübhəsiz ki, qalib gələnlər” yəni dünyaya hakim olanlar “Allah tərəfdarlarıdır”, Allahı sevənlər müsəlmanlardır. 2007-ci il tarixini verir.

 

“Ola bilsin ki, Allah, bir zəfər və ya Qatından bir əmr versin” (Maidə surəsi, 52). Yəni bir lider, bir Mehdi (ə.s)-ı gətirəcək, əbcədi 1996-cı il tarixini verir. Hər kəs baxa bilər. Yəni əbcədi bilən qardaşlarımız araşdırsınlar.

images (5)

 

 

Zumər surəsi, 22- ci ayəsinin təfsiri

ADNAN OKTAR: Zumər Surəsi 22: “Allah, kimin köksünü (qəlbini) İslama açmışsa artıq o, Rəbbindən bir nur üzərinədir, elə deyilmi?”. Şəddəsiz 1990-cı il, şəddəli 2022-ci il tarixini verir. “Allah kimin köksünü İslama açmışsa”, Allah kimə hidayət vermişsə “artıq o, Rəbbindən bir nur üzərinədir”. Eyni zamanda Risaləi-Nur Külliyyatına da işarə edir―“nur üzərinədir”. “Qəlbləri Allahın zikrinə qarşı sərt olanların vay halına!” Yəni Dəccal tərəfdarlarının vay halına.“Onlar (haqq-yoldan) açıq-aydın azmışlar”. Düzü Taha Akyolun xoşuna gəlməyəcək, amma Quranın həqiqətidir.

 

ALTUĞ BERKER: inşaAllah.

images (5)