Axırzaman və qiyamət

QİYAMƏTİN MƏQSƏDİ, MAL SEVGİSİ, DÜNYA SEVGİSİ OLAN TİPLƏRƏ BÖYÜK BİR ÜMİDSİZLİK VERMƏKDİR. Böyük bir həsrət iztirabı verməkdir və o əzabın ürəyinə yerləşməsini təmin etməkdir. Necə ki, belə də olur. Qiyamət ani gəlir əlbəttə. Amma qiyamət hiss edilər.

 

HƏR YERDƏ MÖMİNLƏR, MÜSƏLMANLAR VARKƏN QİYAMƏT QOPMAZ.

Ayə var, təbliğ edilərkən bəla gəlməz. Allah xatırlanmadıqda, müsəlmanlıq yaşanmadıqda qiyamət qopar. “Birdən qopacaq” demək, bunun mənasını itirməz. Adamlar onsuz da ümid etmirlər.

 

HÖRMƏTLİ ADNAN OKTARIN TAHA SURƏSİNDƏN AYƏ İZAHLARI

 

 

Taha surəsi, 15-ci ayə

“Həmin Saat yaxınlaşaraq gəlməkdədir! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm”.

Allah deyir ki, “Həmin Saat yaxınlaşaraq gəlməkdədir!” Niyə belə deyir Allah? Çünki adam dünyaya bağlı olur. Necə? Məsələn, deyir ki, “bizim ailə qəbiristanlığımız var. Amma dünya durur” deyir. Amma Allah: “Ailə qəbiristanlığın da dağılacaq, fabriklərin də dağılacaq, sən də dağılacaqsan, heç bir şeyin qalmayacaq” -deyir. O vaxt gücü qırılır. Diqqət edin, “…yaxınlaşaraq gəlməkdədir”. Yəni insanlıq burada sona çatır, qiyamət yaxınlaşır. Sürətlə bir avtomobilin gəldiyi kimi. Gəlib vurduqda qiyamət qopar.

 

 

Taha surəsi, 25-26-27-ci ayələr

 

Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç”.

Peyğəmbərlərin necə imtahan olduğuna aid ayələrdir. Bax, “Köksümü açıb genişlət!” Peyğəmbərlərə heç çətin olmadığını zənn edir insanlar. Baxın, danışa bilməyəcək qədər çətin vəziyyətdə olur. “Köksümü açıb genişlət” –deyir. Yəni “sıxılıram”deyir. İmtahandır. “İşimi yüngülləşdir! Dilimdəki düyünü aç!” İnsanın dilinin tutulması çox çətin bir şeydir.

HÖRMƏTLİ ADNAN OKTARIN MAİDƏ SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Maidə surəsi, 25-ci ayə

O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”

“Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm”. Bax, o dövrün şiddətini görürsünüz? O dövrdəki dəccaliyətin gücünə baxın. “Yalnız özümə və qardaşıma hökm edə bilərəm”-deyir. “Başqa heç kimə hökm edə bilmirəm”. “Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”-dedi. Böyük bir fasiq qrupu vardır. Yəni guya müsəlmandırlar amma əslində İslamı yaşamırlar. Allahın hökmlərinə haşa arxa çevirmişlər. “Yalnız özümə və qardaşıma”-deyir. Bax, minlərlə adam var, amma heç kim Allahın hökmlərini tətbiq etmir. Fasiq cəmiyyət yaranmışdır o dövrdə. Yəni dəcalliyətin gücünə görə o dövrdə bu çox məna kəsb edirdi. Bir tərəfdən firon tamamilə dinsiz, o biri tərəfdən də müsəlmanlar var, lakin sözə qulaq asmırlar. Fıska (harama) girmişlər, halala-harama diqqət etmirlər.

Maidə surəsi, 26-cı ayə

(Allah) dedi: “Artıq ora (o müqəddəs yer) onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa­ üçün heyfslənmə”. Dəccaliyətin ömrü hədislərdə 40 il deyə keçər. 40 ildir dəccaliyətin ömrü. “Onlar yer üzündə sərgərdan gəzəcəklər”. Hal-hazırda insanların böyük hissəsi sərgərdan vəziyyətdədir. Yer üzündə sərgərdan gəzirlər.… Continue reading

NOSTRADAMUSUN KƏHANƏTLƏRİNDƏ MEHDİ (Ə.S)

 

Nostradamus deyir: “Dustaq Şahzadə, İtaliyanı fəth edəcək”. Yəni həbs olunan, əvvəllər həbsə girən. Onu şahzadə olaraq qəbul edir. “İtaliyanı fəth edəcəkdir”. Peyğəmbərimiz (s.ə.v) belə buyurur: “Dənizi keçib”, dəniz yolu ilə gələcəyini bildirir. “Cenevizdən Marsilyaya qədər hər yeri alacaq” –deyir. Əcnəbilərin öhdəsindən gələrək, böyük səylə heç bir mərmi istifadə etmədən”, qan axıtmadan alacağını bildirir. MaşaAllah, maşaAllah. Rəsulullah (s.ə.v)-in hədislərinə eynilə uyğun gəlir. “Heç bir mərmidən istifadə etməyəcək” –deyir. “Əcnəbilərin öhdəsindən gələcək” -deyir. Yəni öyrədərək, izah edərək, danışaraq başa salar. “Böyük səy göstərəcək” -deyir. “Dənizi keçəcək” –deyir. “Dəniz yolu ilı gələcək” -deyir. “Cenevizdən Marsilyaya qədər öz təsirini göstərəcək. ltaliyanı fəth edəcək, amma əvvəl həbs olunacaq” -deyir. Çox dəqiqdir. Aydın olmayacaq kimi deyil, maşaAllah. Eynilə hədislərə uyğundur.

 

HÖRMƏTLİ ADNAN OKTARIN TÖVRATDAN İZAHLARI

 

Amos 6:11: “Çünki RƏB buyurur, Böyük ev toza, Kiçik ev külə dönəcək”. Diqqət edin, Amos-11-11 Sentyabrı dəqiq izah edən bir ifadədir. Toz və külə çevrildi həqiqətən. İki yer var idi, ikisi birdən çökdü. Yəni yanındakı böyük evlər çökdü, sonra kiçik evlər də onunla birlikdə batdı. Onlar da yandı, kül oldular.

Tövratda belə çox möcüzəli izahlar var. Elə bir dəfə baxdım, baxar-baxmaz bunu gördüm. Misirdən, Misirdəki hadisələr haqqında bəhs edilir. Tövrat Suriyadakı hadisələri,… Continue reading

 

HÖRMƏTLİ ADNAN OKTARIN HİCR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

Hicr surəsi, 56-cı ayə

“Dedi: “(Doğru yol­­dan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?” Peyğəmbər deyir: “(Doğru yol­­dan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər? Bir çox insan görürük ki, Allahın rəhmətindən ümidini kəsir. Halbuki, Allah bunu azğınlıq olduğunu deyir. Allah, hər şeyə güc yetirəndir.” Qədərdə necədirsə, elə də olar.

 

Hicr surəsi, 57-60-cı ayələr.

Dedi ki: “Ey elçilər, vəzifəniz nədir?” Dedilər: “Biz, günahkar bir tayfaya göndərilmişik. Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısını xilas edəcəyik!. Zövcəsindən başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik.”

Peyğəmbər olmağına baxmayaraq arvadının münafiq olduğunu bilmir.

 

Hicr surəsi, 61-62-ci ayələr

“Elçilər Lut əhlinin yanına gəldikdə, o dedi: “Siz yad adamlarsınız!”

Yəni “Sizi tanımıram” deyir.

 

Hicr surəsi, 63-68-ci ayələr

Xeyr” dedilər. Xeyr, biz sənin yanına onların şübhə etdiyi (əzab) ilə gəlmişik. 

Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq. Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə… Continue reading

 

HÖRMƏTLİ ADNAN OKTARIN NƏFS İLƏ ƏLAQƏDAR ŞƏRHLƏRİ

 

Maidə surəsi, 80-ci ayə.

“Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görərsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir. (Buna görə də) Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar.”

 “Onların çoxunun kafirlərlə dostluq etdiyini görürsən.” Yəni Allahı inkar edənlərlə. “Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir.” Nə təqdim edir? Nəfs. Nəfsə insanlar əhəmiyyət vermirlər. Halbuki nəfs, insanın içinə qoyulmuş xüsusi bir gücdür. Mənfi bir gücdür. Allah göstərməsin, insanı dəli edər, cinayətə sövq edə bilər, intihara sövq edə bilər, bütün bu fəlakətlər, bəlalar həmişə nəfsin təsiriylə olar. Heç bir şey olmayacağını zənn edir. Olar, səni alıb sürüyər, boğar nəfs.

 

Yusif surəsi, 53-cü ayə

“Mən nəfsimi (özümü) təmizə çıxarmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

“Mən nəfsimi təmizə çıxarmıram.” Nəfsə haqq qazandırmaq olmaz. Nəfz, təmizə çıxarılmaz. “Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər.” Yəni pisliyi əmr edən bir güc insanın ruhunda kəsilməz, aktiv olaraq hərəkət edər.

 

Şəms surəsi, 7-ci ayə

“And olsun nəfsə, onu yaradana və ona (nizamla) biçim verənə.”

 “Nəfsə”-nəfsi Allah yaradır “və… Continue reading