Axırzaman, Hz. Mehdi və Hz. İsa

Hz. Mehdi (ə.s)-ın alnı parlaq olacaq

Əbu Səid əl-Hudri, Allahın Elçisi (s.ə.v)-dən nəql edir : “Şübhəsiz Uca Allah mənim nəslimdən və Əhli Beytimdən … parlaq alınlı birini çıxardacaq, beləcə o da yer üzünü ədalət, rifah və iqtisadi bərabərlik ilə dolduracaq.

(İkdüd Dürer fi Əkbər-i Muntazar, səh. 101)

32a

 

Hz. Mehdi (ə.s)-ın çiyinləri arasında tünd rəng bir ləkə (xal) olacaqdır

… İmam Məhəmməd Bəkir (ə.s) və ya İmam Cəfər-i Sadiq (ə.s) demişdir ki: Hz. Mehdi (ə.s)-ın iki əlamət vardır, Qaim (ə.s) başında bir ləkə (xal) olacaq, çiyinlərinin arasında reyhan yarpağına oxşar tünd rəngdə bir ləkə (xal) olacaq.”

[Qeybəti-ül Numani]

 

41

Bir başqa hədisdə Həzrəti Əli (ə.s) təkrar İmam Mehdi (ə.s)-dan bu sözlərlə bəhs edir: “… SAĞ DİZİNDƏ BİR XAL VARDIR. “

[Yenabi-ül Məvəddə, s. 423]

 

 

 

Hz. Mehdi (ə.s) xasiyyəti və əxlaqı ilə Peyğəmbərimiz (s.ə.v)-ə oxşayacaq

Əbu Saleh Saib, Əl-Fitan adlı əsərində Həzrəti Möminlərin Əmiri  (s.ə.v)-dən nəql etmişdir: “Həzrəti Mehdi (ə.s) görünüş, əxlaq, xasiyyət və üstün fəziləti ilə Allahın elçisi (s.ə.v)-ə çox oxşayacaq.”

[Əl-Melahim və Əl-Fitan, hissə 79]

54abmf

 

Hz. Mehdi (ə.s) dövründə dünya üzərinə dinclik, rahatlıq və güvən hakim olacaq

Əbu Səid əl-Hudri,  Peyğəmbər (s.ə.v)-dən nəql etmişdir : Axır zamanda dövrün hakimləri tərəfindən xalqıma bənzəri heç görülməmiş dəhşətli zülmlərin tətbiqi elə şiddətli olacaq ki, dünya onlara dar gələcək, yer üzü ədalətsizlik və zülmlə dolub daşacaq, dindar xalqların heç bir sığınacağı qalmayacaq. Elə bu zamanda Uca Allah mənim nəslimdən birini çıxardacaq, əvvəldən ədalətsizlik və zülmlə dolduğu kimi, yer üzünü ədalət və bərabərlik ilə dolduracaq. Dünya sevinəcək, ilahi nemət yer üzünə enəcək və bir neçə il boyunca bu dövrdə yaşayanlar “ kaş ki, ölənlər də bu həyatda olub bu yaşananları görərdilər.” deyəcəklər.

[Yenabiül Məvəddə, səh. 448; Əl-Burhan fi Əlamət-i Axır Zaman, Bölüm 2; Muntakhabul ATHAR, səh. 149]

A0070

 

Hz. Mehdi (ə.s)-ın mükəmməl elmindən və müvəffəqiyyətlərindən bəhs edilərkən, belə araşdırılmışdır ki: “O zühur edib ortaya çıxdığında, izah etdiyi xüsusları Yəhudilər ilə Tövratın əsasına görə mübahisə edərək isbatlayacaqdır, bunun nəticəsində böyük bir qismi islam dinini qəbul edəcəkdir.”

[Biharül Envar]

 

A0060