Axırzaman, Hz. Mehdi və Hz. İsa

Hz. Mehdini gözləmək ibadətdir

“Qaimimiz Mehdinin yoldaşları arasında olmağı ümid edən kəslər onu gözləməli, şəfqətli və yaxşı davranışları mənimsəməlidir.” (Remembrance of The Beloved, Questions and Answers About Imam Mahdi (p. b. u. h), By Seyed Husain Husaini)

header-resim1

 

Hz. Mehdinin zühuru gözlənilmədən olacaq

Kumaitdən: İmam Baqirdən soruşdum: “Qaim Məhəmməd Mehdi nə vaxt zühur edəcək?” Belə cavab verdi: “Eyni sual Allahın elçisinin qarşısında da soruşulmuşdu və o belə demişdi: “Onun çıxışı gözlənilmədən olan yenidən diriliş anına bənzər”.  (Remembrance of The Beloved, Questions and Answers About Imam Mahdi (p.b.u.h) , By Seyed Husain Husaini)

clip_image002

 

Hz. Mehdinin İslam Birliyini qurmasını gözləmək

İmam Sadiqdən: “Gizlənən Mehdinin rəhbərliyini qurması ümidiylə yaşayanlar ona xidmət edənlər kimidirlər ya da Mehdinin heyətindəki cəhd yoldaşları kimidirlər. Allaha and içərəm ki, onlar Peyğəmbərin yanında canlarını tapşıran şəhidlər kimidirlər.” (Bihar ul Anvar, vol. 52, p. 156)

1

 

Hz. Mehdi bidətləri yox edəcək

İmam Sadiqdən: “Allahın Peyğəmbəri nə edibsə Mehdi də onu edəcək, yəni peyğəmbərin bütpərəstliyi yox etməsi kimi o da eyni şəkildə mövcud bidətləri yox edəcək və sonra İslamı yenidən quracaq”. (Bihar ul Anvar, vol. 52, p. 352)

hizir_ahirzaman_05

 

Hz. Mehdinin çıxışı ilə əlaqədar anlaşılmazlıqlar olacaq

On birinci İmam Həsən Əskəri buyurub ki: “Allahın peyğəmbərindən sonrakı imamları qəbul edib, Mehdini inkar edən şəxs, bütün peyğəmbərləri qəbul edib, hz. Məhəmməd (s.ə.v.)-i inkar edən şəxs kimidir. Kim Allahın peyğəmbərindən hz. Məhəmməd (s.ə.v.)-i inkar etsə, Allahın bütün peyğəmbərlərini inkar etmiş kimi olar. Bizim sonuncumuza itaət etməniz birincimizə itaət etməniz kimidir və sonuncumuzu inkar etməniz birincimizi inkar etməniz kimidir. Diqqət yetirin! Doğrusu, Mehdi üçün Allahın hifz etdiklərindən başqa bütün insanların şübhəyə düşəcəyi bir qeyb olacaq.”

(Ithbatul-hudat, Shaikh Hurr al-Amili, vol. vi, p 427)

0036sitelerden