Adnan Oktar deyir ki

Dabbət-ül Ərz kompyuterə işarə edir (doğrusunu Allah bilir)

İbni Abbas (r.ə)-dan: “Üzü insan üzünə bənzər, dimdiyi tüklü …” (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

Üzü insan üzünə bənzər: Üzü insan üzünə bənzər ifadəsiylə Dabbənin insana oxşar xüsusiyyətlərə sahib olacağına işarə edilir. İndiki vaxtda kompyuterlər də eynilə insan kimi kameralar vasitəsiylə görməkdə, qəbuledici sistemləriylə eşitməkdə və birbaşa danışmaqdadır.

Dimdiyi tüklüdür: Bu hədisdə bildirilən “dimdiyi tüklüdür” ifadəsi, kompyuterlərin batareya yığması üçün istifadə edilən və incə tellərdən ibarət elektrik kabelinə işarə edə bilər. Heyvanların dimdiyi plastik kimidir, sanki bir kiristal maddəni xatırladar. İncə kabelləri olan plastik batareya, hədisdə göstərilən bənzətməyə işarə edə bilər.

Hüzeyfə (r.ə)-dan: “… Heç kim ona çatmayacaq, qaçan da qurtulmayacaq.” (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

İndiki vaxtda məlumat mesajında, kompyuterin sürətinə çata bilmək mümkün olmamışdır və Dabbənin çıxdığı dövrdə, Quranı və müsəlmanların təbliğini dinləmək istəməyənlər belə, kompyuterlər evlərinə qədər girdiyindən, Allahın Uca qüdrətini və Quran əxlaqını mütləq öyrənmək məcburiyyətində qalacaqlar, qaça bilməyəcəklər.

Əbu Hureyrə (r.ə)-dan: “Dabbət-ül Ərzdə hər cür rəng mövcuddur …” (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn… ardı...

 

Adnan Oktarın Kaçkar TV – dəki canlı reportajı (29 dekabr, 2010-cu il)

Adnan Oktar: Şeytandan Allaha sığınaram. Allah, Taha surəsi, 114-cü ayədə belə buyurur:Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!” – de Müsəlmanlar da elmlərinin artması üçün Allaha: “Ey Rəbbim! Elmimi artır!”- deyə belə dua etməlidirlər. Biz də Cənabı Allaha belə dua edirik: “Ey Rəbbim! Elmimi artır!”  Quranı oxumağa tələsmə“-deyir Allah. Deməli, Quranı düşünərək, fikirləşərək, yavaş-yavaş və anlayaraq oxumaq lazımdır. 115-ci ayədə isə Allah deyir:  Bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm (qərarlılıq) görmədik“.  Allah, Adəm (ə.s.)-da iki şeyə diqqət çəkir. Birinci, verdiyi sözü unutması, ikincisi isə əzm (qərarlılıq) göstərməməsidir.Əzm görmədik”- deyir Allah. Müsəlmanın yaddaşı çox güclü olmalı, diqqəti çox iti olmalı, bir də qərarlı olmalıdır. Dini yaymaqda, Türk-İslam Birliyini istəməkdə, Allahı sevməkdə, Allah qorxusunda, Qurana xidmətdə qərarlı olmalı, heç bir şəkildə diqqəti dağılmamalıdır, inşaAllah.

1

 
Hz. Mehdiyə, aralarında qadınların da olduğu 314 nəfər beyət edəcək və hər zalım onun qarşısında məğlub olacaq. Zamanı o qədər ədalətli olacaq ki, qəbirdəki ölülər dirilərə qibtə edəcək. Bu vəziyyət 7 il davam etdikdən sonra  yerin altı yerin üstündən xeyirli olacaq.

(Əl-kavlul muhatasar fi əlamət-əl mehdiyy-il muntazar, Hədis nömrə 27)

 risalei-nur

Adnan Oktar: Demək ki, Mehdi (ə.s)-ın tələbələri içində qadınlar da  olacaq. Peyğəmbərimiz (s.ə.v) söyləyir: “Aralarında qadınların da olduğu 314 nəfərdirlər.”  İndi bu bir nifrət və ya hirs olmadan  camaatın belə az olması mümkün olarmı? Ən az  camaatın belə  yüz min, iki yüz min, minlərlə, on minlərlə tərəfdarı olur.  Demək ki, Hz. Mehdi (ə.s)-a qarşı həddən artıq  bir hirs, bir reaksiya olacaq. Dəccal insanların gözündə onu tam fərqli göstərməyə çalışacaq. Dinsiz, mürtəd kimi göstərəcək. Hətta, Peyğəmbərimiz (s.ə.v)  deyir ki; “Şəhərdəki böyük alimləri, o dövrün xurafatçıları (haqq dəlili inkar edənlər) xalqa açıqlamalar edəcək ki, “bu mürtəddir, dinsizdir, bizim dinimizi dəyişdirməyə çalışır, fitnəçidir, diqqətli olun və ondan uzaq durun” -deyə xalqı xəbərdar edəcək” . İmam Rəbbani Məktubatında  bu hədisi uzun-uzun  ifadə edir.

Peyğəmbərimiz (s.ə.v)  deyir ki, “Hər zalım onun qarşısında məğlub olacaq.”  Zalımların, dəccal tərəfdarlarının… ardı...

 

Allah qiyaməti hz. Mehdi (ə.s.)-a görə dayandırır

Hədisdə, ‘Dünyadan bir gün belə qalsa, Allahu Təala o günü uzadıb mənim əhli-beytimdən birini (hz. Mehdi (ə.s.)-ı), dünyaya hakim etmək üçün göndərəcək.’ buyrulmuşdur. (Əl-kavlul muhatasar fi əlamət-el mehdiyy-il muntazar, hədis nömrə 37)

 

ADNAN OKTAR: Rəsulullah  (s.ə.v.) fərman etdi, “Dünyadan bir gün belə qalsa, qiyamət qopmağa bir gün belə qalsa, Allahu Təala qiyaməti dayandırıb, o günü uzadıb mənim əhli beytimdən Məhəmməd Mehdi (ə.s.)-ı dünyaya hakim etmək üçün göndərəcək” buyurmuşdur. Allah,  Mehdi (ə.s.) üçün qiyaməti dayandırır. Qiyamətin təxirə salınmasına vəsilə olan bir insana insanlar düşmən olur, qəbul edənlərsə 313 nəfərdir. Həbs edilir, əziyyət edilir, təhqir görür, 313 adam qalır. Başqa tələbəsi yoxdur. Amma, qiyamət də onun səbəbiylə dayandırılır. Dünyanın ondan daha xəbəri yoxdur. Allah dünyanı onun hörmətinə davam etdirir, dünyanın ondan xəbəri olmadığı kimi birdə düşmənçilik edirlər.

1301068881_cennet-bahcesi-gibi

 

Hz. Mehdinin elmi mübarizəsi

Ötən ay Hörmətli Adnan Oktarın izah etdiyi mövzulardan birini, Hz. Mehdi (ə.s.)-ın üstün əxlaqını və fiziki xüsusiyyətlərini yayımlamışdıq. Bu ay isə, Hz. Mehdi (ə.s.)-ın elmi mübarizəsinin və mübarizə mühitinin xırdalıqlarını hörmətli Adnan Oktarın dəyərli izahlarından topladığımız məlumatlarla yayımlayırıq.

Hz. Mehdi (ə.s.)-ın elmi mübarizəsi

Hz. Mehdi (ə.s.)-ın əbcəd elmini bilməsi

1

Daşköprülüzadə Əhməd Əfəndi “Mevzuatul – Ulum” adlı əsərində (11/246) Hz. Mehdi (ə.s.)-ın cifr (Hərfləri ədədlə qiymətləndirərək  gələcəkdən xəbər vermək.) elminə vəqf olacağını qeyd etmişdi.

“Bəziləri dedilər ki, bu kitabı kamal-i vüqüf axır zamanda hurucu muntazar hz. Mehdi (ə.s.)-ın hurucuna həbs olunmuşdur ki, onlar cifr (əbcəd) elminə vəqf və sirlərinə arif olarlar. Kitab-ı ənbiyada illər öncədən  bu elm gəlib çatmışdır. (Mehdilik və İmamıya, İbrahim Süleymanoğlu, səh. 252)

“Qurandakı əbcədləri biləcəyini bir şərhindəki izahda görürük. Mehdi (ə.s.) Quranın sirlərini, Qurandakı hərf kimi ifadə edilən əbcəd elmini biləcək. Yəni axır zamanda hadisələrə əsaslanaraq  bu elmi insanlara göstərəcək, izah edəcək inşAllah.”

Hz. Mehdi (ə.s.) Nur tələbəsi olmayacaq

Bədiüzzaman- “Hz. Mehdi (ə.s.) Nur tələbəsi olmayacaq” deyir. Bunu Sunqur qardaş da demişdir.  Qılınc Əli Paşa Məscidində mən, Sunqur qardaş, bizim uşaqlar hər kəs oturmuşdular. Biz o vaxtlar sarıqla namaz qılırdıq. Hər kəsin başında sarıq olurdu və bel xəttindən kürəyimizin… ardı...