Adnan Oktar deyir ki

Hörmətli Adnan Oktarın yeni aşıqlamaları (5 Sentyabr 2012-ci il)

İbn  Əbu Şeybə, Mücahiddən etdiyi rəvayətə görə, Peyğəmbərin (s.ə.v) səhabələrindən bir nəfər ona belə buyurur: “Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz.” Bu terrordur. “Günahsızlar öldürülür, onları öldürənlərə yer və göy əhli nifrət edərlər.” Əxlaqsızlıqla, vicdansızlıqla zülm etdikləri üçün bütün Türk Milləti də nifrət edir. Yer əhli, yəni insanlar terrorist anarxist komandasına nifrət etdiyi kimi, göy əhli də (mələklər) onlara nifrət edirlər.

 

“Mehdi  insanların yanına gələndə, onu eşq və məhəbbətlə alqışlayarlar.” Bu  hədisin ifadəsinə görə, əvvəllər terror, ölümlər yox idi, terror, anarxiya sonra başlayıb. 

“O  yer üzünü haqq-ədalətlə və gözəlliklə doldurar.” Deməli, dünyada əvvəlllər haqq-ədalət və gözəllik yox idi.

“Ərz nəbatını çıxardar” Yəni, hz. Mehdi (ə.s) dövründən əvvəl gözəl bitkilər çox qalmayacaq.  Meşələr yanacaq, quraqlıq olan sahələr olacaq, yaşıllıq çox olmayacaq. Hz. Mehdi (ə.s) çıxdıqdan sonra olacaq. “Göy də yağışını yağdırar.”– deyilir hədisdə. Yəni yağış, hz.Mehdi (ə.s)-ın zühurundan əvvəl az yağacaq (quraqlıqlar olacaq), zühurundan sonra isə çoxalacaq.

 

“Ümmətim əvvəllər heç görünməmiş şəkildə nemətlənər.” Deməli, əvvəllər insanlarda kasıbçılıq çoxluq təşkil edəcək. Hal-hazırda, bütün İslam aləmi kasıbdır. Ümmətin kasıb olmağı hz. Mehdi (ə.s)-ın çıxış əlamətidir.
“Günahsız insanlar qətl edildiyi zaman səmadan bir münadi –… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (6 Sentyabr 2012-ci il)

O kəslər ki, xalq onlara: “Camaat  sizə qarşı qüvvə toplamışdır, onlardan qorxun” – dedikdə (bu söz) onların imanını daha da artırdı və: “Allah bizə yetər, O nə gözəl vəkildir!”-deyə cavab verdilər. (Ali İmran surəsi, 173)

 “O kəslər ki, xalq onlara: “Camaat  sizə qarşı qüvvə toplamışdır” – deyir Allah. Burada, terroristlər, anarxistlər, kommunistlər, Allahsızlar, kitabsızlar nəzərdə tutulur. “Onlardan qorxun” –deyilir. Əvvəllər də bizə: “PKK qiyam qaldıracaq, onu edəcək, bunu edəcək, onlardan qorxun” -deyirdilər. “(Bu söz) onların  imanını daha da artırdı və: “Allah bizə yetər, O nə gözəl vəkildir!”-deyə cavab verdilər.”- Müsəlmanlar da- “Allah bizə yetər, O nə gözəl vəkildir” –deyirlər maşaAllah.

quran11

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (7 Sentyabr 2012-ci il)

“Dünyadan bir gün belə qalsa, Allahu Təala o günü uzadar.” Yəni, qiyamət gəlmiş olsa belə Allah qiyaməti gecikdirər. “Ta ki, bu ümmətin ümid etdiyi olana qədər.” Deməli, ümmət 1400 ildən bəri dünya hakimiyyətini ümid edir. “Ancaq ondan əvvəl fitnələr görünəcək.” 

 Rəsulullah (s.ə.v): “Adam səhər qalxanda kafir olaraq qalxar” – deyir. Hal-hazırda imansızlıq fitnəsi var. Axır zamanın, hz. Mehdi dövrünün ən böyük problemi imansızlıq fitnəsidir. İnsanlar, Darvinist, materialist inancın təsiri ilə küfrə düşürlər. Mömin olaraq yatıb, kafir olaraq oyanarlar. Ya da kafir olaraq oyanır, axşama isə mömin olur. İmanı tez-tez gedib-gəlir. Televiziyanın təsiri, radionun təsiri, yoldaşlarının təsiri, məktəblərin təsiri, Darvinist, materialist təhsilin ən başda böyük dağıdıcı təsiriylə imanları gedib-gəlir. Hz. Mehdi (ə.s) da həmişə iman həqiqətlərinə üstünlük verdiyi üçün, bu xəstəliyi aradan qaldırar. Yəni, insanlarda böyük bir iman sarsıntısı olan bu bəlanı aradan qaldırar.

72286_hz_mehdi_as_dunyanin_her_yerini_gunes_gibi_aydinlatacak_1

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (8 Sentyabr 2012-ci il)

Əbu Hureyrədən, Naim ibn Hammadın rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurdu: “Rükun  və Məqam arasında (məqamını qəbul edərək ) Mehdiyə beyət edilər və Mehdinin dövründə nə yuxuda olan oyandırılar, nə də qan axıdılar.” Heç bir şəkildə qan axıdılmayacaq. Yəni, insanlara o qədər həssas davranar ki, məsələn, bir adam yatsa, deyər ki, “aman-aman, dəymə, qoy yatsın, dincəlsin, aman toxunma, kədərlənməsin, aman yormayın və s.” Hz. Mehdi (ə.s) hamıya, müsəlmanlara, xristianlara, yəhudilərə, dinsizlərə qarşı da çox şəfqətli və mehribandır.

 sqr05eft0

Həmçinin, Keza Naim ibn Hammadın, ibn Abbasdan etdiyi rəvayətə əsasən, Rəsulullah (s.ə.v) belə buyurur: “İnsanların ümidsiz olduğu, “batdıq, məhv olduq  və heç Mehdi filan yox imiş” dediyi bir vaxtda Allah Mehdini göndərər. Bir çox insan ümidsizdir, din alimlərinə də baxsanız onların da ümidsiz olduğunu görərsiniz, eləcə də mətbuatda da bunu görə bilərsiz, oxuyursunuz və görürsünüz ki, ümidsizlik çox yayılıb.  Bir çoxları: “batdıq, məhv olduq, artıq bundan sonra qiyamətdir, bundan sonra daha düzəlməz, bu vətən (Allah qorusun haşa) parçalanacaq, daha bezmişik”- söhbətlər edirlər. Bir çox insan belədir. Hamı olmasa da, əksəriyyəti elədir. “İnsanların ümidsiz olduğu və “heç Mehdi filan yox imiş” dediyi bir vaxtda Mehdi çıxar

Məsələn, hal-hazırda… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (10 Sentyabr 2012-ci il)

“Mehdi malı bərabər şəkildə insanlara paylayacaq.” Əvvəllər necə idi? Kapitalizm var idi. Vəhşi kapitalizmdə bərabərlik olmayıb. Bərabərlik olsaydı, bərabərliyə yenidən bərabərlik gətirilməzdi. Deməli, bir natarazlıq, uçurum olacaq, kasıblarla varlılar arasında böyük bir uçurum (fərq) olacaq. Bəs, hz. Mehdi (ə.s) nə edəcək? İnsanlara malı bərabər şəkildə paylayacaq.

“Məhəmməd ümmətinin qəlbi zənginliklə dolacaq.” Deməli, əvvəllər insanların qəlbi zəngin olmayacaq. Acgöz, ehtiraslı olacaqlar. Bir çox insanlar var ki, gözü doymaq bilmir. Hətta insanlar belələrinə “Gözün doysun” deyərlər. Hz. Mehdi (ə.s) dövründə qəlblər zənginliklə dolacaq. Yəni, həm maddi cəhətdən zənginləşəcək, həm də qəlbi (mənəvi cəhətdən) zəngin olacaq. Qəlbi zəngin olacaqlarına görə də paylayan, comərdlikdən (əliaçıqlıqdan) zövq alan bir ruh içində olacaqlar.

“Onun ədaləti hər yeri bürüyəcək.” Bu hədisdən başa düşülür ki, ədalət hər yerdə eyni olmayacaq. Bəzi yerlərdə çox, bəzi yerlərdə az olacaq. Hz. Mehdi (ə.s) nə edəcək?  Ədaləti hər yeri əhatə edəcək şəkildə yayacaq.

“İnsanlar hz. Peyğəmbər (s.ə.v)-in sünnə-i səniyyəsiylə (sünnəti ilə) rəftar edəcək.” Yəni, Rəsulullah (s.ə.v) nə edirdi? Vəhyə tabe olurdu, Qurana tabe olurdu. O nə edəcək? O da, Quranla insanlara tətbiqini, üsulunu göstərəcək.

“Hətta birindən, mala ehtiyacı olan kim varsa, çağırmağını istəyəcək” “Mehdinin sözünü yerinə  yetirəndə yalnız bir adam gələcək.… ardı...