Adnan Oktar deyir ki

Tövbə surəsi, 85-ci ayə

 

Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istəyər.

“Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın ” Onsuz da insanların çoxu həmişə mal və övlad arxasınca qaçarlar. Hər kəs “Rahatlığımıza baxaq” deyir. “Çoxlu pul qazanaq, ticarətimizdə olaq.” Allah, İslam Birliyini və Ona aşiq olmamızı istəyir. Onlar isə: “Yox. Biz belə rahatıq” deyirlər. İslam Birliyini, Allaha aşiq olmağı istəmədikdə bu halda, sürünəcəksən. “ Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək ” Yəni, malına görə dərdə düşür. Ay çek ödənmədi, sənəd ödənmədi, mallar gəlmədi və.s kimi şeylərə görə  əsəbləri pozulur. Övladı olur, övladı gərgin həyat yaşayır. Nə bilim məktəbdən dönmədi, bunu etmədi, onu etmədi, dərsləri necə olacaq, məktəbə daxil olacaqmı? Bu mövzulardan əsəbləri pozulub, xəstə olarlar. Ürək xəstəsi olar, dəli olar. Allah bunları əlbəttə ki, küfr edənlər üçün deyir.

 

Tövbə surəsi, 91-ci ayə

Allaha və Onun Peyğəmbərinə sadiq qalıb xeyrə çağıranlar olmaları (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə)… ardı...

 

“Naim İbn Hammad Xalid İbn Səid təxric etdi və dedi ki; “Süfyan, dəccal vurduğu adamı öldürəcək. Üç tərəfdən çıxar”.  Yəni dəccal insanlara havadan, qurudan, dənizdən insanlara hücum edər, qan tökər.

 

İbni Abbas (r.ə)-dan rəvayət edilmişdir. Peyğəmbər (s.ə.v) Vida həccini yerinə yetirdikdən sonra Kəbənin qapısının halqasını tutaraq belə buyurdu : “Ey insanlar! Sizə qiyamət əlamətlərini bildirimmi?” Səlman ayağa qalxaraq: “Anam, atam sənə fəda olsun ey Allahın elçisi, bildir” dedi. “Namazın tərki, nəfsə tabe olunması, varlılara hörmət edilməsi qiyamət əlamətlərindəndir.” “Ey Allahın elçisi bunların hamısı  olacaqmı?” “Bəli, Məhəmmədin Canı yeddi qüdrətində olan Allaha and içirəm ki, ey Səlman, o zaman zəkat, altından qalxıla bilməyəcəkmiş kimi bir borc, tamamilə kasıblara məxsus olan hərbi gəlirlər talan olacaq, yalançı adam doğru, doğru adam da yalançı hesab ediləcək. Xain təhlükəsiz sayılacaq, təhlükəsiz adam da  xain sayılacaqdır…”

Bax, Peyğəmbərimiz (s.ə.v) deyir ki: “Peyğəmbər (s.ə.v) Vida həccini yerinə yetirdikdən sonra Kəbənin qapısının halqasını tutaraq oradakı ümmətə deyir ki: “Ey insanlar! Sizə qiyamət əlamətlərini bildirimmi?”  Səhabələrin az qala nəfəsləri kəsilə. Səlman ayağa qalxaraq: “Anam, atam sənə fəda olsun ey Allahın elçisi, Allah rizası üçün bildir”  deyir. Peyğəmbərimiz (s.ə.v): “Namazın tərki, nəfsə tabe olunması (uymaq), zənginlərə zənginliyindən ötəri hörmət edilməsi qiyamət əlamətlərindəndir.” deyir.… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (22 Noyabr 2012; 22:00)

Rəsulullah (s.ə.v) belə buyurdu: “Ümmətimdə, Mehdi (ə.s) ilə mübarizə etmək üçün 30-a yaxın dəccal zühur etmədikcə qiyamət qopmaz“. İçlərində qadınların da olduğu dəccallar vardır. “Axrıncısı çəp olan 30 yalançı dəccal çıxmadıqca qiyamət qopmaz”. Mehdi (ə.s) dövründə ən son çıxan dəccal, ən böyüyü olar. “30 və ya 30-dan çox yalançı dəccal çıxacaqdır. Əlamətləri nədir? deyildiyində, əlamətləri sizə üzərində olmadığınız bir yol göstərəcəkldirlər”. Yəni xurafatçılıq yolunu, Quranın xaricində olan yollar, xurafatlar göstərəcəklər. “Yolunuzu dəyişdirməyə çalışacaqlar”. Yəni sizi Qurandan uzaqlaşdırmağa çalışacaqlar. Quranın xaricində uydurma inanclara (xurafatlara) çəkməyə çalışacaqlardır. Peyğəmbərimiz (s.ə.v) : “Onları gördüyünüz zaman oradan uzaqlaşın”. deyir.

 

Peyğəmbərimiz (s.ə.v) buyurur:  “Allah İstanbulu çox sevdiyi dostlarının əliylə fəth etdirəcəkdir.” “Çox sevdiyi”, yəni Mehdi (ə.s) və tələbələrinin hörməti xatirinə, İstanbul mənəvi olaraq fəth olunacaq. Hər yer imanla coşacaq. “Onlardan xəstəliyi və kədəri aradan  qaldıracaqlar.” Deməli, Mehdi (ə.s) dövründə xəstəliklər çoxalacaq və Mehdi (ə.s) tələbələri, müsəlmanlar sıx olaraq xəstəlik və kədərlə imtahan olunacaqlar. Mehdi (ə.s) dövründə bir bəla və imtahan olaraq asma və bir çox xəstəlik artar.”və kədər”, insanlar, axırzamanda terror hadisələrinin, iqtisadi böhranın, həyat bahalılığının artmasına görə  kədərlənirlər. “Xəstəliyi və kədəri aradan qaldıracaqlar”.  Allah : “Mehdi (ə.s)… ardı...

 

Furqan surəsi, 56-cı ayə

“Biz səni yalnız (möminlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.”

“Biz səni yalnız müjdə verici” Müjdə vermək, insanları cənnətlə müjdələmək, Allahın varlığıyla müjdələmək müsəlmanın xüsusiyyətidir. Allahın varlığı ən böyük müjdədir. Adam yox olacağını zənn edərkən əbədi, sonsuz yaşayacağını anlayır. Bu necədə böyük bir sevincdir! Hər şey Allah tərəfindən hazırlanmış bir sistemdir. Təbii ki, imtahan gərəyi üçün bəzi şeylərin, ağılı, imanı zəif olan insanları o istiqamətə çəkməsi lazımdır. Belə olmasa, o zaman imtahan olmaz. Onlar hadisənin yalnız dar qisminə baxırlar. (DNT) 2 % texniki məlumatla əlaqədar qisim, 98 % də ruh məlumatıyla əlaqədar texniki məlumatdır.

Yoxsa əzələ, göz, beyin əmri necə alar, işləyər, beyindəki sinirlər haralara getdiyində hansı fəaliyyətləri göstərəcək, rəngi gördüyündə, qoxunu aldığında, məlumatı götürdüyündə necə qiymətləndirəcək, necə güləcək, necə oynayacaq, necə qaçacaq? İnsanda  bu məlumatların hamısı ayrıca kodludur. Onu araşdırdıqlarında  98 % olduğunu görəcəklər. Onlar yalnız bir qisminə baxırlar. Məsələn, insan beyninin də çox az bir qismi işləyir. Digər qisim işləmir. Amma insan qabiliyyətini, ruhi güclərini inkişaf etdirdiyində müdhiş möcüzələrə məzhər olmağa başlayır. Digər insanların görə bilmədiyi hadisələri görməyə başlayır, eşidə bilmədiklərini eşitməyə başlayır, fərq edə bilmədiklərini fərq etməyə başlayır, bilmədikləri ölçüləri görməyə başlayır. Elm adamları,… ardı...

 

Tövbə surəsi, 48-ci ayə

“Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir olub üstünlük təmin etdi.”

“Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış ” Bir qisim insanlar həmişə fitnə, rüsvayçılıq axtararlar. Yəni sevgini, barışı, qardaşlığı axtarmaz, amma fitnə olduğu halda öndə gedər. Döyüş, iki adamın arasını vurmaq, əxlaqsızlıq etmək, oyun oynamaq, tələ qurmaqdır. Bu cürə tiplər vardır.  “və sənin əleyhinə hiylələr qurmuşdular.” Yəni tələ kimi oyunlar qurmuşlar. Peyğəmbər (s.ə.v)- ə də bu cür oyun oynanmış, hiylələr qurulmuş,  Mehdi (ə.s)-a da bu cür oyunlar, hiylələr qurulacaq.  “Nəhayət, onlar istəmədikləri halda” yəni Mehdi (ə.s)-ın çıxmasını, İsa Məsihin enməsini istəmədikləri halda “haqq gəldi” Mehdi (ə.s), İsa Məsih gəldi. “və Allahın əmri zahir olub ” Allahın əmri nədir? Dünya hakimiyyəti, İslam Birliyi. Əbcədi 2025-ci il tarixini verir. Dünya hakimiyyətinin hakim olduğu ildir, inşaAllah. Bax, “Allahın əmri zahir olub ” yəni görünər hala gəlib “üstünlük təmin etdi” hakim oldu, digər gücləri təsirsiz hala gətirdi. Bütünlüklə, Mehdi (ə.s)-ı izah edən bir ayədir. Eyni zamanda, Peyğəmbərimiz (s.ə.v)- ə də işarə edir.

 

 

Tövbə surəsi, 50-ci ayə

 

“Sənə yaxşılıq toxunsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi… ardı...