Adnan Oktar deyir ki

Ənfal surəsi, 9-cu ayə

 

“O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Şübhəsiz ki, Mən, sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” – deyə duanızı qəbul etmişdi.”

 

“O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz”, yəni çətin vəziyyətdə idiniz, kömək tələb edirdiniz. O da: “Şübhəsiz ki, Mən, sizə bir-biri ardınca gələn min mələk ilə yardım edəcəyəm” deyə duanızı qəbul etmişdi. Bir-birinin ardınca 1000 mələk, onun ardından min mələk daha iki min. Görəsən 2000-ci illərə işarəmi var? Bir də 9-cu ayədir.

Görəsən 2009-cu iləmi işarə edir?

 

 

Yusif surəsi, 111-ci ayə

 

“And olsun onların (peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!

“And olsun, onların hekayələrində təmiz ağıl sahibləri üçün ibrətlər vardır.” Əbcədi 2015-ci ili verir. Bu qissələri, hekayətləri axırzamanda araşdırın. Bu hekayətlərdə təmiz ağıl sahibləri üçün, dərin düşünən, ağıllı insanlar üçün ibrətlər vardır. İşarələr, istiqamətlər, axırzamanı izah edən həqiqətlər, əlamətlər vardır. O mənanı verir.

 

 

Rad surəsi, 7-ci ayə

 

“Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?”… ardı...

 

“Allahın Kitabı utanılacaq şey, islam yöndəmsiz bir hala gəlmədikcə qiyamət qopmaz.”

 

İbni Əbi Dünya və Tabərinin rəvayət etdiyi bir hədisdən. “Allahın Kitabı”, məsələn, adam Quranı göstərməyə çəkinir. Hədisdə: “Allahın Kitabı utanılacaq şey halına gəlmədikcə,” deyir. Məsələn, Quranı evində görünməyən bir yerdə saxlayır, kitabxanasında və yaxud iş yerində, lüks bir restoranda, lüks bir yerdə Quranın görünməməsinə diqqət göstərir. Haşa, onu hörmətdən salan bir şey olaraq görür. “Allahın Kitabı utanılacaq şey, islam yöndəmsiz bir hala gəlmədikcə qiyamət qopmaz.” Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir.

 

“İnsanlar heyvanların bir-birlərini yollarda buynuzladıqları kimi boynuzlamadıqca qiyamət qopmaz.”

Yəni təcavüzkarlıq, anarxiya, döyüş olmadıqca qiyamət qopmaz. Bəziləri avtomobillərdən enib bir-birlərinə  şillə, yumruq vurub, kəllə atırlar, hədisdəki buynuzlama odur. Bax, Rəsulullah (s.ə.v)  axırzamandakı insanların etdikləri döyüşün növünə qədər izah etmiş. Bu hədis məşhur hədislərdən biridir.

 

“Ürəklər bir-birindən nifrət etmədikcə, fikirlər ayrılmadıqca, doğma qardaşlar dində ixtilafa düşmədikcə qiyamət qopmaz..” 

 1352144204_nibirucollisionplanetxendofworld2012

“Ürəklər bir-birindən nifrət etmədikcə”. Məsələn, o onu sevmir, bu bunu sevmir.  Çölə çıxıb baxdığımızda bir-birini sevən insanların  çox nadir olduğunu görərik. İnsanlar bir-birinin üzünə baxmır, salam vermir, hal-əhval soruşmur. Halbuki Allahın qulları nə gözəldir, hamısına salam vermək, sevgi göstərmək, söhbət etmək lazımdır. “Nifrət etmədikcə” deyir. Yəni, sən bu partiyadansan, mən bu partiyadanam,… ardı...

 

Haqqə surəsi, 6-cı ayə

“Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.”

Deməli, Allah insanları qasırğa ilə  hədə-qorxu gəlir. Həqiqətən də qasırğa  böyük bir möcüzədir. Sürətli və dağıdıcı gücə sahib olan külək, Allah tərəfindən dünyada bir imtahan gərəyi olaraq yaradılmışdır.

 

Haqqə surəsi, 7-ci ayə

 

“Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.”

“Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin”. Qalıq (fosil) necə olur? Xarici (çölü) qalır, içi boş olur. Ayədə də, xarici (çölü) qalıb, içi yox olmuş bir qalıqdan (fosildən)  bəhs edilir.

 

 

Haqqə surəsi, 8-ci ayə

 

“Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?”

Yəni axtarsan, araşdırsan görərsən. Allah araşdırmağa diqqət çəkir. Allah: “Belə bir şey qalacaq və görəcəksən” deyir. Amma içi boş, qabığı qalmış (yəni fosil) halını  görəcəksən. Allah: “Canlı olaraq görə bilməzsən” deyir.

 

Qələm surəsi, 1-ci ayə

 

“Nun. And olsun, qələmə və sətir-sətir yazdıqlarına!”

“Nun.” Ola bilsin ki, Nun, nura işarə edir. “And olsun, qələmə və sətir-sətir yazdıqlarına.”  Deməli, axırzamanda qələm və sətir-sətir yazılar, yaxşı yazan, yaxşı izah edən, yaxşı… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (17 Noyabr 2012; 15:00)

UŞAĞA ÇOX DƏYƏR VERMƏK, ÇOX HÖRMƏT ETMƏK LAZIMDIR. UŞAQ  ADAM YERİNƏ QOYULMADIĞINDA  XƏSTƏ KİMİ OLAR. HÖRMƏT EDİLƏN, DƏYƏR VERİLƏN UŞAQ ÇOX YAXŞI OLAR. XEYLİ AĞILLI OLAR. UŞAQDIR DEYƏ AĞILI YERİNDƏ DEYİL RƏFTARI EDİLSƏ, UŞAQ ONU HİSS EDƏR. ƏKSİNƏ AĞLI YERİNDƏ OLDUĞUNU, MƏQBUL BİR İNSAN OLDUĞUNU, HƏTTA MÜŞAVİRƏ EDİLƏCƏK, DANIŞILACAQ BİR İNSAN OLDUĞUNU GÖSTƏRMƏK LAZIMDIR.

 wWw.Eylence.Az_baby_15_September_2008_1

 

Tövbə surəsi, 88-ci ayə

 

“Lakin Allahın elçisi və onunla birlikdə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır.”

Rəsul, yəni o dövrün mehdisi olan Peyğəmbər (s.ə.v) və onunla birlikdə olan möminlər, mallarıyla və canlarıyla cihad edirdilər.İnsanların bir çoxu mal-dövlətə çox qiymət verərlər. Ona görə də Allah, malın Onun yolunda xərclənməsini dəyərləndirir. “Məhz onlar uğur qazananlardır ”. Xeyir, bərəkət, gözəllik onlarındır və qurtuluşa çatanlar da onlardır. Yəni dünya hakimiyyəti onlarındır.

 

 

Tövbə surəsi, 98-ci ayə

 

“Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcəkdir. Allah Eşidəndir, Biləndir.” 

“Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır”. Bir az pul verər. Məsələn, beş-on qəpik pul verər, sonra peşman olub… ardı...

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (18 Noyabr 2012; 13:00)

SÜLHÜN XÜSUSİ BİR DİLİ VARDIR. SÜLHÜN DİLİNDƏ ƏSƏBLƏŞDİRMƏK, HİRSƏ TƏHRİK ETMƏK OLMAZ. QURANIN CİDDİ, YETKİN, NƏCİB ÜSLUBUYLA YAXINLAŞMAQ LAZIMDIR.

 (Yeşaya 65:25)

 

Rəbb belə deyir: “Qurdla quzu birlikdə otlayacaq, Aslan mal kimi saman yeyəcək. İlanın yeməyi isə torpaq olacaq. Müqəddəs dağımın heç bir yerində kimsə zərər verməyəcək, yox etməyəcəkdir.”.

 

“Qurdla, quzu birlikdə otlayacaq.” Yəni ən zalım insan belə quzu kimi olacaq, onlarla birlikdə olacaq mənasını verir. “Aslan mal kimi saman yeyəcək.” Yəni  parçalayıcı xüsusiyyətini itirər, məqbul, zərərsiz hala gələr. Tövratın çox gözəl bir dili vardır. Cənabı Allah belə bir gözəl dillə izah etmişdir. “İlanın yeməyi isə torpaq olacaq.” Yəni, heyvan udmaz, zərər verməz. Sistem dəyişər. Küçələrdə əzən və əzilən sistemi var, bu əzən və əzilən sistem, vəhşi kapitalist sistemin tənqididir. Necə ki, böyük balıq kiçik balığı udar deyərlər. Allah, bu sistemin ortadan qalxacağını deyir.

222_223_happiness