Əraf surəsi, 59-72

Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”. Qiyamətin qopmasını nəzərdə tutur. “Xalqının zadəganları”. Bax, öndə gələnləri. Hər dövrdə belə olmuşdur. Əsl mətbuata hakim olan güclərin, orada insanlara, ictimai quruluşa hakim olan güclərin bir qisimi. “… dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində görürük!”. Peyğəmbərlərə, yaxşı insanlara, təbliğçilərə, mehdilərə nə edirlər? Nə deyirlərmiş? “Sən azğınlıq içindəsən” -deyir. Azğınlıq. Mehdi (ə.s)-ı nə ilə ittiham edəcəklər? Azğınlıqla ittiham edəcəklər. Hz. Nuh (ə.s)-ı nə ilə günahlandırırlar? Azğınlıqla günahlandırırlar.

Zaman dəyişir, insanlar dəyişir, amma üslub həmişə eynidir. Kim edir? Öndə gələnlər (zadəganlar). Məsələn bax, mövhumatçıların öndə gələnləri hazırda Mehdi (ə.s)-ə qarşıdırlar, mehdiyyətə qarşıdırlar. Əksəriyyəti İslam Birliyinə qarşı rəftar sərgiləyirlər. “O dedi: “Ey qövmüm!”” Hər kəsə istiqamətli təbliğ edir. Bütün birlik, hər kəsə qarşı. “Mən heç də azmamışam”. Özünün normal, ağlı yerində, doğru bir insan olduğunu izah edir. Bu bir öyünmə deyil. Mehdiyyətin də edəcəyi budur.

Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm”. Allah üçün İslamı yayan, təbliğ edən, izah edən bir insanam. “Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayəsində sizin bilmədiklərinizi bilirəm”. Qeyb məlumatları, bir çox məlumat vəhylə bildirilir. “Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə”. Qorxub yəni halala, harama diqqət yetirdikdən sonra nə olur? Rəhmətə qovuşur. Rəhmət nə deməkdir? Hər cür nemət, hər cür gözəllik. “… sizi qorxutmaq üçün öz aranızdan olan”, Allah qorxusunu onların ürəklərinə gətirəcək şəkildə təbliğ edən, “bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?”

Bir kitab gəlməsinəmi təəcübləndiniz? Allahın hökmlərinin gəlməsinəmi təəccübləndiniz? “Kafirlər onu yalançı hesab etdilər”. Mehdi (ə.s)-ı inkar edib yalançı hesab decəklərmi? Mehdi (ə.s)-ı da yalançı hesab decəklər. “Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik”. Mehdi (ə.s)-ı, o dövrün Mehdisi kimdir? Hz. Nuh (ə.s)-ı. Gəmidə birlikdə olanlar kimlərdir? Tələbələridir. “Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik”. İndi dəccaliyyət mənən bir boğulma içindədir və getdikcə gücünü itirir.

“Doğrudan da, onlar kor adamlar idilər”. Dəccaliyyətin təsirində olan bir qövmdür. Axırzaman dəccalı nədir? O da kordur. Onun da gözü görmür. O dövrün dəccalı necədir? Onun da gözü kordur. Həqiqəti, gerçəyi anlatsan da anlamazlıqdan gəlirdilər. “Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm!”” Həmişə birliyə xitab var. “Allaha ibadət edin”. Allahın hökmlərini yerinə yetirin, gözəl bir sistem meydana gətirin. “Sizin Ondan başqa məbudunuz yoxdur”. Təkamüllə, onunla-bununla yaradılmamısınız. Yalnız Allah sizi yaratdı. “Yoxsa qorxmursunuz?” Allahdan qorxub, halala-harama diqqət yetirib, gözəl bir quruluş içərisinə girməyəcəksinizmi? “Qövmünün kafir zadəganları dedilər”.

Dünya tarixində həmişə belə olmuşdur. Onlar həmişə haqqa, həqiqətə qarşı onlar mübarizə aparıblar. Əlbəttə, öndə gələnlərdən bir qisimi, hamısı deyil. “Biz səni səfeh sayırıq”. Yəni “əqli tarazlığın yerində deyil, dəlisən” -deyirlər. “… və həqiqətən də, səni yalançılardan hesab edirik!”. Həm də “yalan söyləyirsən, doğru bir hökm söyləmirsən” -deyirlər. Qurandan eyni şeyi Mehdi (ə.s)-a da edəcəklərini anlayırıq. Yenə kor insanlarla qarşılaşacağını, yəni Mehdi (ə.s)-ın dəccalla qarşılaşacağını, ağıl xəstəliyiylə ittiham ediləcəyini, yalançılıqla ittiham ediləcəyini anlayırıq. “O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm””.

“Mən dəli deyiləm” -deyir. Sübut edir. Mehdi (ə.s)-ın da eyni şeyi edəcəyini Qurandan anlayırıq. “Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm”. “Təbliğçiyəm” -deyir. “Mən Rəbbimin vəhy etdiyi hökmlərini sizə təbliğ edirəm”. Allahın bildirdiyi hər cür şərhi sizə bildirirəm. “Mən sizin etibarlı nəsihətçinizəm”. Təbliğdə insanlarla tanış olarkən ən əsas məsələ etibarlı olmasıdır. “Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?” “Allahdan sizə bir məlumat gəldi” -deyir. “Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”.

Allahın nemətini xatırlamaq, qurtuluş vəsiləsi olaraq göstərilir. Çünki nankor olan Allahın nemətini xatırlamaz, mömin Allahın nemətini xatırlayar. Onsuz da Allahın nemətini xatırlayan ağıllı bir insandır, səmimi bir insandır. Səmimi bir insanda dinin gərəyini edər. “Onlar dedilər: “Yanımıza gəlmisən ki, atalarımızın ibadət etdiklərini buraxıb tək Allaha ibadət edək?”” Mehdi (ə.s)-a nə deyəcəklər? “Biz atalarımızın bizə göstərdiyi formada dini yaşayırıq”. “Biz atalarımız nə dedisə ona uyuruq”. Hud (ə.s)-a da eyni şeyi söyləyirlər. “Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”. Mehdi (ə.s)-a nə deyəcəklər?

“Madam vəd etdiyin elə bir şey var, gətir görək. Qiyamət çox uzaqdır” -deyəcəklər. Mehdi (ə.s)-ın əlamətləri haradadır? İsa Məsih (ə.s) haradadır? “Madam vəd edilmiş, Allah vəd etmiş, görək” -deyəcəklər. “Gözümüzlə görmək istəyirik” -deyəcəklər. “Hud dedi: “Artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi””. İyrənc bir əzab gəlir və Allahın qəzəbi gəlir. “Siz özünüzün və atalarınızın uydurduqları adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir”. Darvinizm, materializm, ateist inanclar. Əsrimizə görə tətbiqi belədir. “Gözləyin!” Allahın vədini görəcəksiniz. “Şübhəsiz mən də sizinlə birlikdə gözləyənlərdənəm”. Mehdi (ə.s) nə deyəcək? “Gözləyin” -deyəcək. “Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər”. Hazırda küfrün, dəlalətin kökü elmlə, mədəniyyətlə quruyur.

 

 

“Dəccal bütün yer üzünü 40 gündə gəzəcək”. (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 216)

Təyyarə ilə 40 gündə bütün dünyanı gəzmək mümkün olur. Hazırda da turlar təşkil edirlər, qısa müddətdə dünyanı başdan-başa gəzirlər. Amma əvvəllər insanlar dünyanı gəzmək üçün 40 il keçir, yenə gəzə bilmirdilər. Amma hazırda 40 gündə dünyanı gəzmək mümkündür. Dəccaliyyətin dövründə hava vasitələrinin, nəqliyyatın nə qədər sürətli olacağını Peyğəmbərimiz (s.ə.v) bizə kəşfindən, meydana gəlməsindən 1400 il əvvəl bildirir.

 

 

“Dəccal elə bir nərə çəkəcək ki yerlə göy arasındakıların hamısı eşidəcək”. (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 219)

Yəni radiolardan, televiziyalardan, hər yerdən səsi eşidilə biləcək, dünyanın hər tərəfində səs ünsiyyəti, görünüş ünsiyyəti mümkün olacaq, buna işarə edir.

 

 

“Dəccalın şərq və qərb əhlinin rahatlıqla eşidə biləcəyi şiddətdə üç sayhası (nərəsi) vardır”. (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 216)

Radio, televiziya, internet. Bu tərz texniki alətlərə diqqət çəkilir.

 

 

“(Dəccal) O, “Mən aləmlərin Rəbbiyəm” dediyi zaman (Allahı tənzih edərik)…” (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 218)

Darvinizm, materializm nə deyir? Allah bizik deyirlər, maddə deyirlər, haşa. Bütün kainat maddənin hamısı Allahdır deyirlər, haşa. İnsanları Allahdan uzaqlaşdıracaq, ateizmə çəkəcək bir rəftar göstərirlər. Bu da dünyanın 99%-ni əhatə etdi. Darvinist, materialist sistem.

 

 

“Dəccal “Gedin insanlara onların Rəbbi olduğumu söyləyin”” (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 218)

İndi də darvinist materialist sistemdə insanların dünyaya yayılıb Allaha qarşı inancsızlığı müdafiə etmələrini təlqin etdilər. Və dünyada geniş miqyaslı darvinist, materialist, ateist bir təşkilatlanma meydana gəldi. Bu dəccaliyyətdir.

 

“Dəccal çox bilikli olmayacaq, lakin hər kəsi aldatmağı bacaracaq”. (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 216)

Həqiqətən, dəccaliyyət dünyanın 99%-ni rahatlıqla aldatdı. Darvinist, materialist inancla onları Allah inancından başqa tərəfə çəkdi. Dəccaliyyətdən nəzərdə tutulan budur.

 

“Dəccal bir çaya gələcək, axmasını əmr edəcək, axacaq, sonra yuxarıya qayıdıb axmasını əmr edəcək, axacaq, qurumasını əmr edəcək, quruyacaq…” (Hammadoğlu Nuaym) (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 213)

Yəni bu an Axırzamandakı texnologiyaya işarə edir. Məsələn, bir anbarın suyu istənildiyində kəsilir, çayın bütün axını dayanır. Çay yatağı tamamilə qurudulur. Amma əvvəllər belə bir anbar sistemi olmadığı üçün, belə bir texnologiya da olmadığı üçün belə bir şey olmurdu. Amma Axırzamanda olur. Bu qədər geniş miqyaslı ilk dəfə bu əsrdə olur. Anbarlar qurulduqca çay yataqları quruduldu. Çay yataqları başqa tərəflərə çəkildi. Bunu Axırzamanda dəccal dövründə olacağını Peyğəmbərimiz (s.ə.v) ifadə edir. Əlbəttə, insanların böyük hissəsi dəccala bilərək deyil, bilmədən əlinə düşmüş olacaqlar.

 

Məsələn, bax, o dövrdəki texnologiyanı necə izah edir, dəccaliyyətin dövründə. Dəccalın havadakı halı izah edilir.

“(Dəccalın) Qarşısında duman, arxasında yaşıl dağ olacaq…” (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 219)

Buludların içərisində təyyarə nə olur? Dumanın içində gedir. Aşağıya baxanda yaşıl dağları görür. Dağları, düzənlikləri görür. Peyğəmbərimiz (s.ə.v) o dövrü çox dəqiq izah edib.

 

“(Dəccal) Buludları sağ əliylə tutacaq, Günəşi batdığı yerə qədər əhatə edəcək…” (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 219)

Təyyarə buludların içindən getdiyi üçün sağ əliylə, yəni sağ əl demək güc deməkdir. Buludların içindən keçəcək. İnsanlar dəccaliyyət dövründə buludların içində səyahət edəcək. Həm mehdiyyət, həm dəccaliyyət dövrünün texnologiyası izah edilir. “Günəşi batdığı yerə qədər əhatə edəcək…” Təyyarə ilə gedərkən günəş batmır. Təyyarə günəşin batdığı tərəfdə irəliləyir. Təyyarənin sürətinə işarə edilmiş olur.

 

“Dəccal hər kəsi aldatmaq üçün əvvəla iki dağı yanına alıb gedəcək; dağların birində bol ağac və meyvə var, digərində isə tüstü və od vardır;” (Hakim, ile İbni Asakir İbni Ömer) (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 213)

Burada bir qatarın izahatını görürük. Tüstü və od. O kömürlü qatarlardan tüstü çıxdığını bilirsiniz. Tüstülər saçaraq gedər. İçində də atəş vardır. Yəni həmişə kömür tökürlər. Kömür atdıqca da tüstü çıxar. O köhnə dəmiryollarına diqqət çəkilir. Digər qatarda da yeməklər var deyir. Qatarlarda da yemək verilir. İçinə meyvələr, tərəvəzlər doldurulur. İki hissədən ibarətdir. Bir odlu, tüstülü başı var. Amma digər tərəflərində də meyvə və yeməklə doludur. Hədis adamlarına, öz tərəfdarlarına bu şəkildə yemək daşıyacağını söyləyir. Amma bu eyni zamanda mehdiyyətin də istifadə edəcəyi vasitələrdir. O dövrün texnologiyası izah edilir.

 

“Dəccalın yanında çörəkdən bir dağ vardır”. (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 214)

İndi çörək fabriklərində dağ şəklində çörəklər bişirirlər. Kassalara doldurulur. O dövrün çörək istehsalına diqqət çəkilir. Daha əvvəlki dövrlərdə elə bir çörək istehsalı yoxdur. Məsələn, buğda dağları var. Anbarlara doldurulur. Tam mənasıyla dağ şəklindədir. Buğdanı yığırlar, baxan bir dağ ilə qarşılaşdığını zənn edir. Buğda dağları o dərəcədə böyük olar.

 

Dəccal “bu cənnət, bu da cəhənnəmdir” deyib hər kəsi aldatmağa çalışacaq. (Hakim, ile İbni Asakir İbni Ömer) (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 213)

Məsələn, faşistlər faşist olmayanları məhv etdilər. Kommunistlər kommunist olmayanları məhv etdilər. Onları öz cəhənnəmlərində yandırdılar. Öldürdülər, qətl etdilər. Amma öz tərəfdarlarını lüks villalarda yaşatdılar. Çox rəngli ziyafətlər verdilər. Əyləncələr etdilər. O filmləri, o dövrləri bilənlər bilərlər.

 

“Yanında çörək və ət dağları, su çayları olacaq” (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 214)

Məsələn, su butulkalarını bir yerə yığırlar. Bir dağ kimi olur, yığılır. Tırlarla daşınır. Dağ kimi. Ət də dağlar kimi olur. O dövrdə belə kütləvi qida daşımaları, qida anbarlarına diqqət çəkilmiş olur. Təkcə Axırzamanda elə oldu. Daha əvvəl belə bir anbar yox idi. Olduğu yerdə istehlak edilir. Su varsa, dərhal oradan mənbəyindən götürüb paylayırlar, ət varsa, kəsib orada paylayırlar, dağlar kimi yığılma yoxdur. Dağlar kimi yığılma ancaq Axırzamanda bu dövrdə oldu. Yəni bu əsrdə oldu.

 

“Dəccal hər tərəfi bu qədər qısa bir müddət ərzində gəzməyə müqtədir olduğu halda Məkkə ilə Mədinəyə girə bilməyəcək” (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 216)

Səudiyyə Ərəbistanı, Məkkə və Mədinədə Darvinizm qadağandır. Darvinizm təhsili bütün dünyada məcburidir. Təkcə Məkkə və Mədinədə məktəblərdə Darvinizm təhsili yoxdur. Səudiyyə Ərəbistanında yoxdur. Onlardan başqa hər yerdə var. İran daxil olmaqla, Türkiyə daxil olmaqla hər yerdə var.

 

Dəccal “Bu Günəş mənim icazəmlə hərəkət edər, istəsəniz onu həbs edim” -deyəcək… bundan sonra Günəşi həbs edəcək… (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 219-220)

Bu hava bombardmanlarında buludla süni sis meydana gətirib Günəşin qarşısı kəsilirdi. Yəni şəhərin hamısı hava hücumunun qarşısını almaq üçün sislə örtülürdü. Günəşi tamamilə görünməz hala gətirirdilər. Havanı tamamilə bağlayırdılar. Dəccalın edəcəyi fəaliyyətlərdəndir. O dövrün texnologiyasına diqqət çəkilir.

 

Dəccalın zühurundan üç il əvvəl, son dərəcə böhranlı günlər olacaq, aclıq hökm sürəcək. (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 220)

Faşistlər və kommunistlər ortaya çıxmazdan əvvəl İtaliyada da, İspaniyada da böyük bir aclıq və qıtlıq başlamışdı. Rusiyada da elə aclıq və qıtlıq oldu. Çində də dəccalın zühurundan əvvəl elə oldu. Sonra dəccal ortaya çıxdı. Ona da Peyğəmbərimiz (s.ə.v) hədisdə diqqət çəkmişdir.

 

 

Dəccal bir adama müsəllət olub öldürəcək onu ikiyə ayıracaq… Sonra aralarından keçib “Gördünüz, indi mən onu dirildəcəyəm…” deyəcək. (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, s. 220)

Axırzamanda dəccaliyyət dövründə insanın parçalara ayrılacağı, lakin sonra o parçaların birləşdirilib yenidən insanın dirildiləcəyi deyilir. Məsələn, adamın ürəyini çıxarırlar, daxili orqanlarını çıxarırlar, ayrı masanın üstünə qoyurlar. Əməliyyat davam edir. Sonra ürəyini yerinə taxırlar. Adam ayağa qalxır. Bu nə vaxt oldu? Axırzamanda oldu. Daha əvvəl belə bir texnologiya yox idi. Məsələn, qaraciyərini dəyişdirirlər. Daxili orqanların hamısını çıxardırlar. Yenidən yerinə yerləşdirirlər. Sanki insanları iki hissəyə ayırırlar. Hədisdə bu texnologiyanın, yəni orqanları çıxarıb yenidən yerinə qoymaq texnologiyasının Axırzamanda olacağına diqqət çəkilir. Əlbəttə, çox möcüzəvi bir üslubla izah edilir, bağlı bir üslubla izah edilir.