Kəhf surəsi, 79-cu ayə

Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi”.

Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi”. Gəmi var, dəniz var. İşləyənlər var. Yoxsul olan var. Məsələn, axırzamanda kəndli qardaşlarımız, işçi qardaşlarımız çox işləmələrinə baxmayaraq, əksəriyyəti yoxsuldurlar. Axırzamanın bir xüsusiyyətidir. Çünki zəkat, fitrə, sədəqə, ictimai köməkləşmə zəiflədiyi üçün zənginlərlə kasıblar arasında bir fərq meydana gəlmiş oldu. Bəzi yerlərdə uçurum tərzində bir fərq var. Bilirsiniz, Mehdi (ə.s) bu fərqi ortadan qaldıran bir insandır. Mehdi (ə.s) ictimai uçurumu, maddi fərqlilikləri, zənginlikləri tarazlayacaq, inşaAllah. Mənim onu korlamağımın səbəbi”.

Deməli, hz. Xızır bəzən belə şeylər edir. Bəlkə bir müharibə törədir, bəlkə bir binanın çökməsinə vəsilə olur, bəlkə çox böyük bir hadisə meydana gətirə bilir. “… onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi”. Deməli, o dövrdə axırzamanda zorba insanlar olacaq. Rəhbərliklər sanki krallığı xatırladacaq. Diktatorlar olacaq, Suriyada hələ də vəzifədə bir diktator var. Liviyada diktator vardı və İslam ölkələrinin böyük bir hissəsi diktatorlar tərəfindən idarə olunurdu. Quranda da ona diqqət çəkilir. Zorba kral; zorba, qəsb edən. Amma deyir ki; “hər gəmini zorla ələ keçərən” Kommunist zehniyyətdə dövlət mala əl qoyar. Orada da dövlət mala əl qoyur. Xüsusi mülkiyyət yoxdur, yəni şəxslərin özünə aid mal əldə etmə gücü olmur. Dövlətçi kommunist bir sistem var.

 

Kəhf surəsi, 80-ci ayə

 

Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq”.

Anarxiyanın, terrorun, darvinist, materialist düşüncənin iki meyvəsi var, zəhərli meyvəsi. Onlar nədir? Azğınlıq, təcavüzkarlıq, terror, anarxiya və Allahın varlığını, peyğəmbərin varlığını inkar. Çünki materialist, darvinist olduğunda marksist, leninist olur. Leninist olunca da stalinist olur. Yəni praktik tətbiq edicisi olur və anarxiyaya, terrora meyilli, hətta şəxsən tətbiq edən bir quruluş yaradırlar. “Narahat olub, qorxduq” deməli, şübhə üstünə əgər bir fəlakət gələcəksə, bu hiss edilirsə, tədbir alına bilər. Quranda Allah buna diqqət çəkir.

 

Kəhf surəsi, 81-ci ayə

 

Beləcə, onlara Rəblərinin ondan daha xeyirli, daha mərhəmətli olanını verməsini dilədik.

“Beləcə, onlara Rəblərinin ondan daha xeyirli” İlk növbədə xeyirli. Hz. Mehdi (ə.s)-ə işarə edir. “… daha mərhəmətli olanını”. Hz. Mehdi (ə.s) çox mərhəmətlidir, yenə hz. Mehdi (ə.s)-ə işarə edir. “… verməsini dilədik”. Harada? 81; 1981-ə işarədir, inşaAllah.

 

Kəhf surəsi, 82-ci ayə

 

“Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”

 

“Divar isə, şəhərdə iki yetim uşağın idi,” Hz. Süleyman (ə.s)-in sarayının çökmüş divarını hz. Mehdi (ə.s) ilə hz. İsa Məsih düzəldəcək, hər ikisi də yetimdir. “Altında onlara aid bir xəzinə vardı”. Deməli, o divarın olduğu yerdə xəzinə var. Quran ona işarə edir. Orada əhəmiyyətli əlamətlər var, qazdıqca çıxır. Amma hələ tapa bilmədilər. O onların heç bilmədiyi dəhlizdədir, təxmin edə bilmədikləri bir dəhlizdədir. “Ataları saleh biriydi” Hamısının ortaq atası hz. İbrahim (ə.s)-dır, hz. İbrahim (ə.s)-ın da saleh olduğu Quranda keçir. “Rəbbin onların həddi-buluğa çatmalarını”. Hz. Mehdi (ə.s) da, hz. İsa Məsih (ə.s) da vaxtı gəldikdə müəyyən bir vaxtda ortaya çıxırlar. “… və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi”. Hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s) zamanında bütün xəzinələr ortaya çıxacaq, hədisdə var. “Rəbbindən bir mərhəmət olaraq”. Allah rəhməti ilə bu nemətlə təmin edir. Hz. Xızır “Mən bunları öz ixtiyarımla etmirdim” –deyir. “Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur”. Deməli, Mehdiyyət dövründə hz. Xızır (ə.s) iş başındadır; xəzinənin tapılmasında, döyüşlərdə, bəzi binaların dağılmasında.

 

 

 

Kəhf surəsi, 83-cü ayə

 

Səndən Zülqərneyn barəsində soruşurlar. De: “Onun barəsində sizə bir əhvalat danışacağam”

Səndən Zülqərneyn barəsində soruşurlar”. İki zamanlı, iki zamana aid yəni, 1900-ləri bitirir, birinci min il, ikinci min ilə girir. Hz. Mehdi (ə.s) hansı dövrdədir? Həm 1900-cü illərin insanıdır, həm 2000-ci illərin insanıdır, iki çağın insanıdır, iki böyük çağın; yəni birinci minilliyin və ikinci minilliyin insanıdır. Tam min və iki minin ortasında vəzifəyə gəlir, inşaAllah. Yəni 1900-cü illərdən 2000-ci illərə, başqa bir deyişlə də ikinci minilliyi bitirib üçüncü minillik içərisində fəaliyyət göstərir. “Soruşarlar” -deyir, deməli, insanlar çox soruşacaq; Zülqərneyni soruşacaqlar, Əshab-i Kəhfi soruşacaqlar.

Onsuz da, Kəhf surəsi soruşduqlarına görə nazil olunur; Əshabi Kəhfi soruşurlar, Zülqərneyni soruşurlar, hz. Mehdi (ə.s)-ı soruşurlar, hz. İsa Məsih (ə.s)-ı soruşurlar. Rəsulullah (s.ə.v) hamısına cavab verir. Amma dəccal dövründə, “Dəccal çıxdı, nə edəcəyik, ya Resullulah?” -deyirlər, “Kəhf surəsini oxuyun” -deyir. “Əshab-i Kəhf hz. Mehdi (ə.s)-in köməkçiləridir” .Yəni Peyğəmbərimiz (s.ə.v) bu surə ilə mehdiyyəti əlaqəli göstərir, iç-içə olduğunu göstərir. “Kəhf surəsi mehdiyyəti izah edir” -deyir, qısaca bunu anlayırıq. Ona güclü şəkildə işarə etdiyini anlayırıq. Səndən Zülqərneyn barəsində soruşurlar. De:” -Bax, Allah vəhylə- bildirir. “Onun barəsində sizə (öyüd və xatırlatma olaraq) bir əhvalat danışacağam”. Deməli, bütün müsəlmanlara öyüd var və müsəlmanlar bu öyüdə əməl etməklə mükəlləfdirlər, bu öyüd fərzdir. Çünki Allah “öyüd” –deyir. “Öyüd və xatırlatma”, buna tabe olmaq fərzdir. Buradakı hökmlər Axırzamanla da əlaqədar olduğu üçün çox əhəmiyyətlidir.

 

 

Kəhf surəsi, 84-cü ayə

 

Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik.

Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik”. Bu, ancaq mehdiyyət dövründə olacaq bir şeydir, “hökmranlıq”. Bütün iqtidarlar hər an gedəcək kimidir. Təkcə hz. Mehdi (ə.s)-in iqtidarı çox sağlamdır. Yəni yıxılması mümkün deyil, inşaAllah. Kəhf surəsi 110-cu ayədir. Bədiüzzaman da ona işarə olaraq “2010” deyir. Bax, mehdiyyətin ən güclü hücuma keçdiyi tarixdir, hökumət belə dörd il əvvəl verdiyimiz tarixi verir; “2023-də evvelAllah tamam” -deyir. 1071 Malazgird, 2071 dümdüz dünya hakimiyyəti, inşaAllah.