HÖRMƏTLİ ADNAN OKTARIN QAF SURƏSİ, QƏDR SURƏSİ VƏ MÜRSƏLAT SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

Qaf surəsi, 16-cı ayə

 İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Çünki vəsvəsəni də yaradan Allahdır. Allah “Mən bilirəm” deyir “nə vəsvəsələr verdiyimi”. Biz ona şah damarından da yaxınıq. Şah damarı insanın içindədir, “Mən ondan daha yaxınam” deyir Allah. Məhz “Allah harada?” deyənlərə buradan cavab. Allah hər yerdə, inşaAllah.

 

Qaf surəsi, 17-ci ayə

Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır.

“Oturan.” Hərəkət halında yox yəni. Dünyanın mövqeyini buradan daha yaxşı başa düşürük. “Sağında və solunda oturan” deyir.

 

Qaf surəsi, 18-ci ayə

Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.

Hal-hazırda da bizi izləyirlər. Yəni, hər insanın yanında var.

 

Qaf surəsi, 19-cu ayə

Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.

Ölümdən əvvəl sərxoşluq halı olur, hər insan bunu görür. Müsəlmanda ölüm sərxoşluğu sevinclidir, kafirdə çox əzablıdır.

 

Qaf surəsi, 20-ci ayə

Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.

Sur bəlkə də bütün insanların ruhlarının birdən sovrulduğu bir sistemdir, bəlkə borunu xatırladan bir sistemdir. Çünki bax, “Üzdükcə üzərək gedənlərə” deyir Allah.

 

Qaf surəsi, 21-ci ayə

Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir.

Hər kəs onu qova-qova məhşərə gətirənlə. Demək ki, bir vasitə ilə gedəcək möminlər axirətdə. Çünki sürücü olması üçün vasitə olmalıdır. və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. Müsəlman, yanında onu dəstəkləyən sürücü dost. Şahid də dost. Çünki möminin elə bir dəstəyə ehtiyacı olur. Allah onu təmin edir. Narahat olmasınlar, rahat olsunlar deyə.

 

Qaf surəsi, 22-ci ayə

Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”

Sən bunun (bu günün) haqqında qəflət içində idin; Yəni “bunun fərqində deyildin” deyir Allah, qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Demək ki, bizim sistemimiz bir pərdəyə əsaslanır, örtüklər var demək ki. Pərdələr içərisində yaşayır insanlar, aləmlər içində yaşayırlar. Pərdəni açıb-qaldırdıq. Yəni, o aləmi qaldırdıq. Artıq bugün görüş-gücün kəskindir.” “Yəni, bir aləm içindəsən” deyir Allah. Görüş-gücün kəskindir. Yəni, hal-hazırkı bulanıqlıq orada yoxdur. Daha çox kəskin, daha üçölçülü və daha dəqiq. Səsləri daha kəskin eşidir. Görüntünü, qoxunu daha kəskin hiss edir. Toxunma hissi daha kəskin. Ölümdə bu yaranır. Onun üçün qalxanlar axirətdə, “Bizi yatdığımız yerdən kim qaldırdı?” deyirlər. Hər kəs yuxudan qalxdığı qənaətində olur. Yəni, dəqiq yuxu olduğuna inanır, amma səmimi olaraq inanır. Çünki qalxdığı vaxt kəskinliklə müqayisədə bu həyat dəqiq yuxudur.

 

Qaf surəsi, 23-cü ayə

Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”

Bu küfr əhlini də yanında mələk aparır. Bax, “Olan şey” deyir yəni, insan olaraq da qəbul etmir onu, cisimdən bəhs edər kimi bəhs edir. Yanımda hazır olan şey. Yəni, imansızlığının verdiyi diksinmə ilə, mələk onun imansızlığından çox narahat olur. Onun üçün ona “Şey” deyə xitab edir. “Mömin” demir, “İnsan” da demir, “Şey” deyir yəni cisim, bir varlıq.

 

Qaf surəsi, 24-cü ayə

Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri, 

Cəhənnəmin içinə atılarkən iki mələyin köməyi ilə olur. Mələklər qolundan tutub atır, o özü getmir. Mələklər də, onlara Allah xüsusi güc verdiyi üçün müqavimət göstəriləcək kimi deyil. Bir insanın tab gətirə biləcəyi kimi deyil, yəni çox acı qüvvələri var. Yoxsa, müqavimət göstərirlər, getmək istəmirlər, onlar sürüyərək aparır.

 

Qaf surəsi, 25-ci ayə

Xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,

Sırf küfr deyil bax, Allah nə deyir? Xeyirə mane olması. Xeyir olan hər şeyə mane olur, bir. İki, təcavüzkar; Terrorist, qan tökür, insanları öldürür, amansızlıq edir. Üç, hər şeydən şübhələnən; Səmimi iman edə biləcəkkən şübhələnmək seçimi olur. “Bunları götürüb atın” deyir Allah. Amma, bu şərtlər lazımdır; Xeyirə mane olması, təcavüzkar olması və hər şeydən şübhələnməsi.

 

Qaf surəsi, 26-cı ayə

Başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”

Başqa bir məbudu Allaha tay tutanı. Müşrik, şirk əhli. Mövhumatçılar, müşriklər Allahdan başqa məbudlar qəbul edirlər. Atın onu şiddətli əzabın içinə!”. Möminləri Allah qoruyarkən bu mələklər şiddətli əzabın içinə onları atırlar. Amma, mömin onu gördüyündə cənnətə olan sevgisi daha da artır, Allaha olan sevgisi daha da artmış olur. Bu, möminlər üçün ehtiyacları olan bir şeydir, yəni, Allahın intiqam aldığını görmək, imanla küfrün arasındakı fərqi görmək, özünün mükafatlandırıldığını görmək, əksini edənin cəhənnəmə getdiyini görmək. Çünki əksini edənə heç bir şey olmazsa, yenə o yaraşmaz Allahın ədalətinə. Onun üçün Allah etmir onu. Doğrusu nə? Doğrusunu Allah bilir, biz bilmərik. Yəni, o cəhənnəmə atılanların ruhu necədir, şüuru necədir, dərrakəsi necədir, biz bunu bilməyəcəyik. Yəni, necə bir görüntüdür, necə bir varlıqdır, necə bir cisimdir onlar, biz bilmirik. Biz baxdığımızda görəcəyik, amma gerçəyi Allah Qatında olacaq. Bu da bir ledun elmi.

 

Qaf surəsi, 31-ci ayə

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır.

Demək ki, uzaqda deyil cənnət. Uzaqda deyil nə demək? Çox yaxın deməkdir. Bu da zaman-məkan dəyişməsinin insandakı təzahürləridir. Yaxınlaşdırılmışdır. Nə demək? Aləmi qaldırdınmı iç-içə olarsan. Amma onsuz da uzaq deyil, deyir Allah. Çünki məsafə yoxdur. Aləm qalxdımı iç-içə olursan. Yaxınlaşdırılmışdır bu. İnşaAllah.

 

Qaf surəsi, 32-33-cü ayələr

Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən, Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.

Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən. Onlar üçündür deyir. Görmədiyi halda Rəhmana qarşı “içi titrəyərək qorxan” və “səmimi olaraq Allaha yönəlmiş” bir qəlb ilə gələn üçündür. Qəlbən, səmimi Allaha yönəlmək lazımdır.

 

Qədr surəsi, 1-ci ayə

“Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!” 

Qurani Kərimi. Amma Allah, “Onu” deməklə hz. İsa Məsihin də Qədr gecəsi enəcəyinə də işarə etmiş olur. Yoxsa açıq-açıq deyərdi məsələn, Allah, “Quranı” deyərdi, amma sırf Quranı deməmiş, “Onu” deyir. Buradan da başa düşürük ki, hz. İsa Məsihə də işarə var.

 

Qədr surəsi, 2-ci ayə

“Sən haradan biləsən ki, Qədr gecəsi nədir?” 

Yəni, o məlumatı haradan aldın deyir Allah. Bütün məlumatın Allahdan gəldiyini Allah yenə xatırladır. Çünki vəhy ilə gələn məlumat, Peyğəmbərimiz (s.ə.v)-ə Allah tərəfindən gəlir.

 

Qədr surəsi, 3-cü ayə

“Qədr gecəsi min aydan xeyirlidir.” 

Min rəqəminə Allah xüsusilə diqqət çəkmişdir. Üçüncü ayə olduğuna görə; ikinci min bitdiyinə görə. Biz üçüncü minə girdik indi. Üçüncü mindəyik. Bir rəqəm var orada; 3, bir də 1000 var. Birləşdirdiyimizdə 3000 edir. Üçüncü mində İsa Məsihin gələcəyini başa düşürük inşaAllah, yəni bu əsrdə. İnşaAllah. Mələklər tək-tək gəlir.

 

Qədr surəsi, 4-cü ayə

O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrayıl) hər işə görə yerə enirlər. 

“Mələklər və ruh,” Allahdan ruh. Ruh milyonlarca, milyardlarca yerdə birdən eyni anda ola bilər. Cibrilin (Cəbrayıl əleyhissəlamın) xüsusiyyəti ruhdur. Hz. İsa Məsihə də Allah deyir, “Ruhumdan üfürdüm” deyir. Allah onu həmişə ruh deyə keçirir. “O gecə Rəbbinin izni ilə hər işə görə yerə enirlər.” Məsələn, bir insanın nə edəcəyi, digər bir insanın nə edəcəyi, bir dövlətin yıxılacağı, bir dövlətin qurulacağı, o dövrdə ediləcək hər mövzu ilə əlaqəli məlumat endirirlər. Amma bunu sadəcə oradakı hazirun, əlaqəli mələklər, dünya idarəçiləri bilir. Başqa kimsə bilmir. Allahın dünyanı idarə etməkdə vəzifələndirdiyi varlıqlar bilirlər. Onlara bu məlumat verilir. “Hər bir iş üçün də enərlər.” deyir, ayrı-ayrı.

 

Qədr surəsi, 5-ci ayə

“O gecə sübh açılanadək əmin-amanlıq olur.” 

Yəni, Günəş doğana qədər, Günəş bəlli olana qədər. Amma ondan sonrası üçün Allah bir zəmanət vermir. O gecəyə məxsusdur, sadəcə bu hadisələr olarkən, mələklər və ruh enərkən, çünki şeytanlar geri çəkilirlər. Ortalıq təmizlənir. Mənfi heç bir şey buraxılmır, hadisə olmur, dava olmur. Çünki sağlam bir ortam olmalıdır, sakit bir ortam olmalıdır, hüzurlu bir ortam olmalıdır. Ona görə o gecə, olduğu gecə heç bir hadisə meydana gətirmir Allah. Yəni, anormal bir hadisə olmur. Amma gecə təbii ki, bu, müəyyən bir coğrafi bölgədə olur. Gecə olmalıdır. Yəni, məsələn, Qədr gecəsinə girdik deyir, amma o biri tərəfdə gündüz olmuş olur. O biri tərəfdə ikindi vaxtı olur, başqa vaxt olur. Müəyyən bir yerdə sadəcə olmuş olur. O zaman müəyyən bir bölgədə enmə, müəyyən bir bölgədəki hadisədən bəhs edildiyini başa düşürük. Peyğəmbərimiz (s.ə.v)-in olduğu yerdəki hadisə başa düşülür, inşaAllah.

 

Mürsəlat surəsi, 1-ci ayə

And olsun xeyirlə göndərilənlərə; 

Nədir? Peyğəmbərlər. Nədir? Hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s). Birbirinin ardınca gəlirlər, ard-arda gəlirlər.

 

Mürsəlat surəsi, 2-ci ayə

və şiddətlə əsənlərə!

Hz. Mehdi (ə.s) nə edəcək? Dəccaliyyəti fikrən kökündən qoparıb, sovurub atacaq. İnşaAllah.

 

Mürsəlat surəsi, 3-cü ayə

And olsun Allahın əmrini yaydıqca yayanlara.

İslamı bacara bildiyi qədər yayacaq hz. Mehdi (ə.s), bütün dünyaya yaydıqca yayacaq. Allah ona bu imkanı verəcək. Televizor, internet, hər cür imkan.

 

Mürsəlat surəsi, 4-cü ayə

Haqqı nahaqdan ayırdıqca ayıranlara, 

Darvinizm və materializm ilə, imanın fərqini Allah yaxşıca hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə göstərir və ayrım çox güclü olur. Allah ayırdıqca ayırır. Küfr ilə, İslamı; nurla, qaranlığı bir-birindən yaxşıca ayırır Allah.

 

Mürsəlat surəsi, 5-ci ayə

və zikri çatdıranlara –

Öyüd çatdıranlara. Hz. Mehdi (ə.s) nə edəcək? Zikr çatdıracaq, öyüd çatdıracaq. Hər yerə təbliğ edəcək. Allahı zikr edəcək gecə-gündüz.

 

Mürsəlat surəsi, 6-cı ayə

Üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara! 

Hz. Mehdi (ə.s) da gecə-gündüz insanları xəbərdar edəcək. Günahı və əksikliyi də ortadan qaldırmağa çalışacaq. Üzr yəni, zədələnmiş olanlar. Məsələn, nə var? Sevgisizlik var, mərhəmətsizlik var, ədalətsizlik var, terror var. Bunlar həmişə üzr. Hz. Mehdi (ə.s) nə edəcək? Bu üzrləri ortadan qaldıracaq və xəbərdar edəcək insanları, Haqqı və gözəlliyi göstərəcək.

 

Mürsəlat surəsi, 7-ci ayə

Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır. 

Nədir? İslam Birliyi. Nədir? Hz. Mehdi (ə.s)-ın zühuru. Nədir? Hz. İsa Məsih (ə.s)-ın zühuru.

 

Mürsəlat surəsi, 8-ci ayə

Ulduzlar sönəcəyi zaman; 

Bax, dərhal qiyamət əlamətlərinə keçir. Demək ki, hadisə qiyamət ilə, qiyamət əlamətləri ilə əlaqəli.

 

Mürsəlat surəsi, 9-cu ayə

Göy yarılacağı zaman;

Bax, dərhal hz. Mehdi (ə.s)-dan sonra bunlar olacaq onsuz da, dərhal ardından. Dərhal ardından qiyamətin əlamətləri başlayır bax. “Göy yarılacağı zaman.”