A9 TV, 14 iyun 2015

 

(Akçakale sərhəd məntəqəində gözləyən qardaşlarımızın Türkiyəyə giriş icazəsi verildi. Keçən həftə təxminən on min qardaşımızı Türkiyəyə almışdıq. Bu gün də gələn digər qardaşlarımız alındı.)

Mehdi (ə.s) haradadırsa, mərhəmət də, şəfqət də oradadır. Bütün Yaxın Şərqin ən şəfqətli dövlətiyik. Bölgələrdə zülm hər tərəfi bürüdü. burada da mərhəmət hər tərəfi bürüdü. Bunlar tarixi, çox böyük hadisələrdir.

(Beynəlxalq Amnistiya Təşkilatı, terror təşkilatı PKK-nın İraqda işlədiyi müharibə cinayətlərini hesabatlaşdırdı. Hesabatda, Sincar hesabatında terror təşkilatı PKK-nın asayiş adı altında qurduğu polis qüvvələriylə Ərəb kəndlərinə girdiyi, İslam Dövlətinə dəstək verməklə ittiham etdiyi kəndliləri qadın və uşaq demədən öldürdüyü ifadə edildi.)

PYD dəhşət saçır. O kommunist, stalinist PKK-lılar dəccallıq etməyə davam edir. Təbii ki, Türkiyə passivdir, müdaxilə edə bilir. TRT-də baxıram “Kürd müqavimətçilər” -deyir. Allahsız, Kitabsız, stalinist, kommunist PKK-lılar desənə. Onlar haradan Kürd sayılır? Kürd elə bir şey edərmi? Kürd nurdur. Kürd əfəndidir. Kürd adını ləkələmiş olurlar. Kürdlüyə təhqirdir. Sən necə PKK-lı olan adama Kürd deyirsən? O Kürdlüyünü də itirib, insanlıqdan da çıxıb. Heyvan olmaqdan da çıxıb. Bir məxluqatdır.

“Təl-Əbyaddakı hadisələri də İŞİD-in üzərinə yıxırlar”.

İŞİD ağılalmaz bir səylə orada müsəlmanları bəsləməyə çalışır. Onları yeməklə təmin edir. Amma PKK-lıları da həqiqətən qaz doğran kimi doğrayır. Təbii ki, doğraması doğru bir hərəkət deyil. Fikirlə mübarizə aparmalıdır.

PKK-lılar müxtəlif adlar taxır. Məsələn “PYD” deyir. “Bu başqa imiş” -deyir. Bunların hamısı eynidir. Stalinist kommunist PKK. Orada müdhiş müsəlman qırğınına girdilər. Ağılalmaz bir qırğın tətbiq olunur. Bütün islam aləmi də seyr edir. Halbuki bu daha əvvəl yaradılan birlikdir, əslində bu birlikdən PKK-ya qarşı yaradılması lazımdır. Müsəlman ölkələrin şiələrə qarşı qurduğu o birlik var, sən gedib bu birliyi PKK-ya qursana. Var gücünlə onlara etiraz et, müdaxilə et.

(CHP həmsədr köməkçisi Haluk Koç MHP-yə istiqamətli bir çağırış edərək; “Hər kəsə qarşı çıxmaqla Türkiyə bir yerə çata bilməz. Məqbul bir müddət üçün məqbul və möhkəm bir protokolla Ak Partiya təxribatını aradan qaldıracaq bir bərpa dövrü üçün bir araya gələ bilməliyik” -dedi.)

Necə birlikdə olmağı istəyir? CHP ilə ikisinin sayı çatmır. Onsuz da Ak Partiya ilə ikisinin sayı yetərli olur. Ak Partiya – MHP koalisiyası yaxşıdır. Yalnız Daxili İşlər Nazirliyini istəsin, mövzunu da bitirsin. PKK-ya aman verməsin. Bu YPG-ni qanunla hüquqla təxribata uğratsın.

(Devlet Bahçeli bu gün etdiyi açıqlamada; “Liderlərlə tək-tək görüşmək Respublika başçısının işi deyil. Biz belə bir dəvəti uyğun görmürük. Yalnız Respublika başçısının vəzifə verəcəyi adla görüşərəm” -dedi.)

Ak Partiya – MHP dərhal koalisiya qursun. Şərtini açıq şəkildə ortaya qoysunlar. Tək şərtimiz “PKK-nı hüquqla təmizləməkdir. Başqa bir şərtimiz yoxdur” desinlər. Bu qədər.

“CHP – MHP koalisiyasını HDP kənardan dəstəkləyəcək fikirləri dilə gətirilir”.

Bu heç olacaq işdir? Onsuz da PKK-ya istiqamətli hücum edəcəyinə görə, bir nömrəli vəzifəsi, əsl vəzifəsi PKK-nı qırmaq olduğuna görə, HDP-nin dəstəkləməyəcəyi məlumdur. Bu səbəbdən bu olmaz. Ak Partiya – MHP koalisiyası olmalıdır. MHP təklif etsin. Olarsa olar, olmazsa olmaz. Ayrı məsələ. Amma tək bir şərtim var desin. Çox uzatmasın. O zaman onu bəhanə edə bilərlər. “Yoldaş, mənim bir şərtim var, o da ki, PKK-nı qanun-hüquqla yox edəcəm, varsınızmı?” desin. “Bir də Daxili işlər Nazirliyini verin, başqa nazirlik də istəmirik. PKK-nı sizinlə elmlə, fikirlə, hüquqla darma-dağın edəcəyik”.

 

Türk gəncliyinin milli mənəvi dəyərlərlə yetişməsi çox əhəmiyyətlidir

Hər şeyi boş verən gənclik, kobud ifadə ilə desək asan yoldan pul qazanma gənclik siyasəti ara bir tətbiq olunsa bu olmaz. Çünki PKK elə deyil. PKK yetişdirdiyi bütün gəncləri birbaşa hədəfə istiqamətli öyrədir. Həyatın bütün ictimai istiqamətlərindən çəkilmiş vəziyyətdədirlər. Bir tək hədəfə kilidlənmiş vəziyyətdədirlər. Türk gəncliyi də elə olmalıdır. Milli mənəvi hədəflərə kilidlənməlidir. Əks halda müxtəlif fəlakət gələr, Allah əsirgəsin.

(Suriya üçün təhlükəsizlik zirvəsindən çıxan nəticələrin davamı bu şəkildədir: “Son on gün içində Türkiyəyə sığınanların on üç minə çatdığı, iki yüz min əhalinin Türkiyə sərhədinə doğru hərəkət edə biləcəyi bildirildi”. Suriya sərhədinin cənubunda PKK əraziləri arasında olan Ərəb və Türkmənlər İŞİD-ə qarşı əməliyyat bəhanəsiylə Türkiyəyə köç etməyə məcbur edilirlər.)

Mən açıq şəkildə söyləyim, İŞİD hamısını qaz kimi doğrayacaq. PKK-lılar çox böyük axmaqlıq edirlər. Böyük bir PKK-lı qırğını olacaq. Əvvəlcədən söyləyirəm. Ağıllarını başlarına alsınlar, bölgəni tərk etsinlər.

(Ankarada təşkil edilən təhlükəsizlik zirvəsində Suriyadakı problemlə əlaqədar bu təməl nöqtələrə diqqət çəkildi: “Koalisiya bombaladıqca PYD bölgəyə daha çox yerləşir. Amerikanın vurduğu, PKK-nın yerləşdiyi bölgələrdəki məqsəd PYD-nin Afrin, Kobani və Cəzirə əraziləri arasındakı boşluqları ortadan qaldırmaqdır. PYD bu üç ərazini birləşdirə bilsə, Hataydan Şimali İraqa qədər olan bölgədə PYD nəzarəti altında bir bufer dövlət meydana gətirəcək.)

Hal-hazırda onları qaz boğan kimi boğacaqlar. Çünki boş evlər, boş binalar var. Oraya üç-beş nəfər orası-burası qırıq PKK-lı yerləşir. İŞİD-in onları təmizləməsi ən çox 5-6 saatlarını alar. Xüsusilə səs çıxartmırlar. Çünki orada mühüm olan insanlardır, xalqdır. Binaların əhəmiyyəti yoxdir. Onsuz da binaları Amerikaya yerlə bir etdirəcəklər. PYD və PKK-nın oraya yerləşdiyini deyirlər. Orada 15-20 çaqqal var. Onları it kimi boğarlar, mən söyləyim. Darmadağın edərlər. Tez qaçsınlar oradan. Əsaslı bir PKK qırğını olar. Düşüncəsizliklərindən əl çəksinlər. Hal-hazırda İŞİD əhəmiyyət vermir. Bunları təmizləməyə bir qərar versə, bir gündə hamısını doğrayar. Çox ağılsızdırlar. Oradan çəkilsinlər ki, boğulmaqdan, kəsilməkdən xilas olsunlar.

(HDP mitinqinə bomba qoyulması və ardından Diyarbəkirdə baş verən hadisələrdən sonra Demirtaşa iki qoruma verildi.)

Təbii ki, elə olmalıdır. Gecikmədən olmalı idi. Çox vaxt keçdi.

(ABŞ Xarici İşlər Nazirliyi Spikeri Jeff Rathke (Cef Ratke), PYD milislərinin ölkənin şimal-şərqini boşaltdığı və xalqın yurdlarından qaçmasına səbəb olduğuna bağlı suala cavab olaraq; “Bölgədəki hava hücumlarımızın məqsədi İŞİD ilə mübarizədir. Başqa hər hansı bir məqsədi yoxdur” -dedi.)

Yaxşı, İŞİD-lə mübarizə aparırsan, yerinə PYD oturur, PYD ilə, PKK ilə niyə mübarizə aparmırsa? Amerika PKK-dan qorxurmu? Buna niyə əhəmiyət vermədikərini anlamıram. Onların yaltaqlığına inanmaq istəyirlər deyəsən. Onların bir hesabı vardırsa, Allahın da bir hesabı vardır. Onlar bir tələ qurursa, Allah da bir tələ qurur. Allahın tələsi daha çətindir. Gözləsələr görərlər. Nə demək istədiyimi anlayarlar. Bu dediyimi bir yerə yazsınlar.