BƏDİÜZZAMAN AXIRZAMAN DƏCCALINI VƏ SÜFYANI ƏTRAFLI ŞƏKİLDƏ İZAH ETMİŞDİR

 

“Rəvayətlər dəccalın dəhşətli fitnəsi islam aləmində olacağını göstərir ki, bütün ümmət Allaha sığınmışdır. Allahualəm bunun bir şərhi budur ki, İslam aləminin dəccalı ayrıdır. Hətta bir qisim təhqiq əhli (araşdırmacılar), İmamı Əli (r.ə)-ın dediyi kimi demişlər: “Onların dəccalı Süfyandır”. (Şüalar, 585) Yəni dəccal, müxtəlif dəccallara vəzifə verir. Məsələn: “Sən get Türkiyədə vəzifə yerinə yetir, sən get Malayziyada vəzifə yerinə yetir” deyir. Müsəlmanların dəccalı da süfyandır. Yəni Məsih Dəccal müxtəlif dəccalları vəzifələndirir. Amma bütün dünyaya Allahı inkar etməyi məcbur buraxmışdır. İbtidai məktəb, orta məktəb, lisey və universitetlərdə Allah açıq şəkildə inkar edilir. Və heç kim də bir şey deyə bilmir. Dəccalın vəzifələndirdiyi dəccallardan biri olan süfyan, müsəlmanlar üçün vəzifələndirilmişdir.

Məsələn deyir ki; “Axırzamanın dəhşətli şəxsi səhərə doğru qalxdığında alınında münkir (kafir) yazılmış olaraq qalxar” deyir. Yəni bir gecə içində şeytanın dostu olmuş olur. Baxın! “Səhər qalxar, alınında kafirliyi yazılar” deyir. Kafir. Yəni, küfrə düşər. Gecə nə olursa olur, səhər qalxdığında kafirliyi aydın olmuş olur.

“Rəvayətdə vardır ki: Axırzamanda dəccal kimi bir qisim şəxslər,” Yəni dəccal, süfyan kimi dəccalın əmrində olan şəxslər. “…üluhiyyət iddia edəcəklər” Allah olduqlarını iddia edəcəklər. “…və özlərinə səcdə etdirəcəklər”. Yəni özlərini Allah kimi göstərəcəklər. Yəni məsələn öldür əmri verdiyində öldürəcəklər. Boğ dedikdə boğacaqlar. Parçala dedikdə parçalayacaqlar. Niyə? Çünki dəccalın bu əmrini Allahın əmri olaraq görəcəklər. Dəccalı Allahı olaraq gördüyü üçün Allah söyləyir deyəcək.

“Rəvayətdə var: Süfyan böyük bir alim olacaq,” Süfyan, yəni islam aləminin dəccalı. “…elm ilə dəlalətə düşəcək”. Öz öyrəndiyi məlumatla dəlalətə düşəcək. “Və çox alimlər ona tabe olacaqlar”. Bir çox alim, din müəllimləri ona tabe olacaq. “Layalamu qeybə illaAllah, bunun bir şərhi budur ki: “Qüvvət, qüdrət, qəbilə, tayfa və ya cəsarət və sərvət sahibi olmadığı halda, zəkasıyla, fənniylə…”. Demək ki, siyasətlə maraqlanır. Yəni dövlətlərə, hökumətlərə müsəllət olur. Və yaxud bir dövlətə, hökumətə müsəllət olur. “…mövqe qazanar və ağılıyla çox alimlərin ağıllarını tabeliyi altına salar, ətrafına fətva verər. Və çox din müəllimlərini özünə tərəfdar edər və din dərslərindən bəhs etməkdən çəkinən maarifləri” Yəni darvinizmi, materializmi öyrədən maarifi. “…rəhbər edib şiddətlə çalışar”.

Yəni darvinizmin, materializmin hakim olduğu təhsil sistemi içərisində fəaliyyətlərini inkişaf etdirər. Baxın, din dərslərindən bəhs etməkdən çəkinən deyir. Çünki hal-hazırda darvinist, materialist təhsil var. “Rəvayətlər, dəccalın dəhşətli fitnəsi islamda olacağını göstərir ki, bütün ümmət Allaha sığınmışdır. Bunun bir şərhi budur ki: İslamın dəccalı ayrıdır”. Yəni, məsələn dərin dövlət, Məsih Dəccalın İslam aləmiylə əlaqədar baş dəccalı ayrıdır. Ona bağlı başqa dəccallar da meydana gətirir. “Hətta bir qisim təhqiq əhli (araşdırmacı) imamı Əli (r.ə.)-ın dediyi kimi demişlər ki: Onların dəccalı Süfyandır. İslam içində çıxacaq, aldatmaqla iş görəcək. Kafirlərin böyük dəccalı ayrıdır”. Məhz əsl əsas dəccal budur. Hal-hazırda vəzifə başındadırlar. İnsanlar dəccalla bacara bilməzlər. Ancaq Mehdi (ə.s) və Seyidinə İsa Məsih (ə.s) vəsiləsiylə dəccalı məhv etmək mümkündür, başqa yolu yoxdur.

“Rəvayətlərdə, vukuat-ı Süfyaniyə (süfyanın çıxışı) və hadisat-ı istiqbaliyə (baş vrəcək böyük hadisələr) Şamın ətrafında və Ərəbistanda təsvir edilmiş. Allahu aləm, bunun bir şərhi budur ki: Mərkəzi xilafət keçmiş zamanda İraqda və Şamda və Mədinədə olduğundan, ravilər öz ictihadlarıyla -daimi elə qalacaq kimi- məna verib “mərkəzi hökuməti İslamiyə” yaxınlarında təsvir etmişlər,” Yəni bu hadisələrin İstanbulda olacağını deyir. Onsuz da dəccal buranı əsas götürür. “İstanbulu mərkəz edəcəyik” deyir. Və İstanbulu işğal etməyə hazırlanırlar. Və hadisələrdə əsas mərkəz, hədəf olaraq bura görülür.

“Dəccalın birinci günü bir ildir, ikinci günü bir ay, üçüncü günü bir həftə, dördüncü günü bir gündür”. Bu hədisin izah etdiyi mənada: “Böyük Dəccalın şimal qütb dairəsində və şimal tərəfində zühur edəcəyinə kinayə və işarədir” deyir. Onsuz da rəvayətdə dəccalın adada olduğu deyilir. Şimal tərəfindən çıxacağı, İngiltərənin olduğu bölgədən. “Demək ki, böyük dəccal, şimaldan bu tərəfə (İstanbul tərəfinə) təcavüz edəcəyini (hücum edəcəyini) möcüzə bir xəbərdir” deyir. Yəni oradan bura hücum edəcək. “Həm böyük dəccalın, həm İslam dəccalının üç günü var. “Bir günü; bir dövrəyi hökumətində elə böyük iş görər ki, üç yüz il edilməz”.

Onsuz da bu üç yüz illik bir işdir. Quranda da Kəhf surəsində üç yüz ildən bəhs edilir. “İkinci günü, yəni ikinci dövrəsi, bir il içərisində otuz ildə edilə bilməyəcək işlər etdirər. Üçüncü günü və dövrəsi, bir ildə etdiyi dəyişiklər on ildə edilə bilməz. Dördüncü günü və dövrəsi adiləşər, bir şey edə bilməz, tək vəziyyəti mühafizəyə çalışar”. deyə, çox yüksək bir bəlağətlə ümmətinə xəbər vermiş” deyir. Bədiüzzaman hekayə izah etmir.

İndi dəccalın xüsusiyyətini izah edir, bu çox əhəmiyyətlidir, məhz ona görə bacara bilmirlər. “Qəti və səhih rəvayətdə var ki: “İsa əleyhissalam böyük Dəccalı öldürər”. Bunun da iki vəchi var: Bir vəchi budur ki: “Sehr və təlqin” Bədiüzzaman bunu zarafat olaraq söyləmir. Adam sehr edir və təlqin, hipnoz edir. Bir tək o deyil; “və ispritizma kimi istidraci möcüzələriylə (kafirdə görülən möcüzəyə istidraç deyilir) özünü mühafizə edən və hər kəsi tabeliyi altına salan”. Məsələn adamı oturdur, danışdırır; tabeliyi altına salır. Hətta deyirlər, “Biz səni aparıb şəxsən özüylə danışdıraq”. Adam gedib danışır, o anda şeytanın təsirinə girir. Şeytan, yəni Məsih dəccal təsiri altına salır.

Və öz dəccallarına da bu gücü verir. Yəni əl verir. Məsələn adam gəlir, “Əfəndim sizə tabe ola bilərəm?” “Təbii ki, övladım”. deyir, adamın üzünü sığallayır, adama (əlbəttə ki, Allahın diləməsiylə) şeytanla əlaqəyə keçmə gücü verir. Yəni sehr və hipnoz gücü verir. Adam o gücü alır, ondan sonra fəaliyyətə başlayır. “Hər kəsi öz tabeliyi altına salan o dəhşətli dəccalı öldürə biləcək, peşəsini dəyişdirəcək” öldürmək və peşəsini dəyişdirmək; bunu hökumətlər edə bilmir. “…dəyişdirəcək, ancaq möcüzələr göstərən və bütün insanların məqbulu bir şəxs ola bilər ki, o şəxs, ən çox əlaqədar və əksər insanların -dünyanın demək olar ki, yarısından çoxunun- peyğəmbəri olan Hz. İsa əleyhissalamdır”. İndi həll aydındır, elə deyil?

“Şəxsi İsa əleyhissalamın qılıncı ilə maktul olan (öldürülmüş olan) şəxsi dəccalın təşkil etdiyi dəhşətli materializm və dinsizliyin (darvinist-materialist sistemin) əzəmətli heykəli (bütün dünyaya hakimiyyəti) və şəxsi mənəvisini öldürəcək və inkarı üluhiyyət olan küfür fikrini sünü məhv edəcək (darvinist materialist təhsili tamamilə kökdən qaldıracaq) ancaq İsəvi ruhaniləridir ki, o ruhanilər dini İsəvinin (xristianlığın) həqiqətini (özünü, gerçək xristianlığı, gerçək isəviliyi) həqiqəti islamiyə (islamiyyətin həqiqəti) ilə birləşdirərək o qüvvətlə onu dağıdacaq, mənəvi cəhətdən öldürəcək”. Qılıncla öldürmək deyil, mənəvicəhətdən öldürəcək. “Hətta, “Hz. İsa əleyhissalam gəlib hz Mehdiyə namazda tabe olar” deyə rəvayəti, bu ittifaqa (xristianlarla müsəlmanların ittifaqına) və həqiqəti Quraniyyənin (Quranın həqiqətinin) üstünlüyünə və hakimiyyətinə işarə edir”. [13. Məsələ]

Bədiüzzaman: “İsa əleyhissalamın camaatı kiçik olacaq” -deyir. Dəccala görə çox kiçik olacaq. “La yaləmül qeybə illaAllah”. Bunun şərhi bu olmalıdır ki: İsa Əleyhissalamı imanın nuruyla (imanın işığı ilə) tanıyan və tabe olan camaatı ruhaniyəsi mücahidinin (ruhani mücahid camaatının) kəmiyyəti (sayı), dəccalın məktəb tərəfindən və əsgər tərəfindən -burada çox əhəmiyyətli bir şeydən bəhs edir- məktəb tərəfindən və əsgər tərəfindən elmi və maddi ordularına nisbətən çox az və kiçik olmasına işarə edir”. (5. Şüa, səh. 464, Şüalar, səh. 495.) Çox kiçik bir qrupla məsələni həll edir.

“La yaləmül qeybə illaAllah” (Qeybi Allahdan başqası bilə bilməz) deyir. Bədiüzzaman rəvayəti ərəbcəsindən söyləyir. Bunları ərəbcə orijinalından izah edir. “Böyük Mehdinin çox vəzifələri var”. Yəni daha əvvəl kiçik mehdilər, gəlib keçmiş mehdilər var. Amma Böyük Mehdi məhz axır zamanda gələcək əsl olan mehdidir. “Böyük Mehdinin çox vəzifələri var. Və siyasət, diyanət, səltənət aləmində, cihad aləmindəki çox dairələrdə işləri olduğu kimi, hər bir əsr, ümidsizlik zamanında mənəvi gücünü qüvvətləndirəcək bir növ mehdiyə və yaxud mehdinin onların imdadına o vaxtda gəlmək ehtimalına möhtac olduğundan, rəhməti İlahiyyə ilə hər dövrdə, bəlkə də hər əsrdə bir növ mehdi Ali-Beytdən çıxmış, cəddinin şəriətini mühafizə və sünnəsini canlandırmışdır” -deyir. Hər vaxt mehdilər çıxmışdır. Yəni boş yerə inkar edirlər. Onsuz da mehdilər silsilə olaraq davamlı çıxır, Quranda da var. Allah, “O Mehdilərə uyun” -deyir, “muhtədun” -deyir.

“Təkəmmül edən (inkişaf edən) Ali-Beyt [Peyğəmbərimiz (s.ə.v)-ın soyu], əlbəttə axırzamanda, şəriəti Muhammədiyəni (islamı) və həqiqəti Furqaniyəni (Quranın həqiqətini; təhrif edilmiş deyil, hədislərlə dəyişdirilmiş islamı deyil; Quranın özünü, əslini, gerçəyini yəni dəyişdirilməmiş halıyla Quranı; hədislərlə dəyişdirilməmiş islamı) və sünnəni Əhmədiyəni [Peyğəmbərimiz (s.ə.v)-ın Qurana tam tabe olma ruhunu] əhya ilə elan ilə, (əvvəl canlandırır, inkişaf etdirir; elan edir, eşitdirir) icra (tətbiq) ilə, baş komandanları olan (Mehdi (ə.s)-in bir xüsusiyyəti də baş komandan) Böyük Mehdinin kamalı ədalətini (böyük ədalətini) və haqqaniyyətini (haqqaniyyət; ədalətdən qaynaqlanan hər şeyi haqqla qiymətləndirmək) dünyaya göstərmələri çox məqbul olmaqla birlikdə, (bütün dünyaya göstərəcək) çox lazım və zəruri və həyatı ictimaiyəsi insaniyədəki düsturların vacibiyyətidir”. Yəni mütləq olacaq deyir.

Quranda digər əlamətləri izah edərkən “amma” deyir: “Amma “dəbbətül-ərz”: Quranda, çox qısa bir işarə və dili halından qısacıq bir ifadə var”. Quranda qısaca izah edildiyini deyir. “Təfsili isə, mən hələlik, başqa məsələlər kimi qəti bir qənaətlə bilmirəm”. Digər məsələləri necə bilirmiş? “Qəti qənaətlə bilirəm. Amma onu qəti qənaətlə bilmirəm”. deyir. “Tək bu qədər deyə bilərəm, La yaləmül qebə illaAllah (qeybi Allahdan başqası bilə bilməz)” deyir və Dabbətül ərzi açıqlayır.

Hal-hazırda dünyada Mehdi (ə.s)-in xaricində İngilis dərin dövlətinin meydana gətirdiyi dəccaliyyət sistemini yıxacaq bir güc mövcud deyil. Adamlar dəccaliyyətin fəlsəfəsi olan darvinizmi inkar edə bilmirlər. Və dəccaliyyətin fəlsəfəsi olduğundan xəbərləri belə yoxdur. İftixarla, sevə-sevə şagirdlərə öyrədirlər və açıq şəkildə Allah inkar edilir.

Axırzamanın böyük dəccalıyla otuz yalançı dəccalın gələcəyi Buxaridə, Menakıpda, Müslimdə, Fitəndə və Əbu Davud Fitəndə var. Dəccalla birlikdə otuz ayrı dəccal gəlir. Otuz dəccala qarşı üç igid çıxır, hz. Xızır (ə.s), hz. Mehdi (ə.s), İsa Məsih. Cəmi neçə edir? Otuz üç. Masonluqda ən yüksək dərəcədir. O yüksək dərəcəni məhz təmin edənlər İsa Məsih, hz. Mehdi (ə.s) və hz. Xızır (ə.s)-dır. Onlar sirlərini söyləmədən mən onlara söyləyirəm.