Zürarə İmam Cəfəri Sadiq əleyhissalama belə ifadə etdiyini dedi: Səs haqdırmı? O da belə buyurdu: “BƏLİ, ALLAHA AND OLSUN Kİ, HƏR QÖVM ONU ÖZ DİLİ İLƏ EŞİDƏCƏK”…” (Qeybəti Numanı, 14-cü Hissə, Qaim Əleyhissalamın qiyamından əvvəl baş verəcək əlamətlər)

İmam Cəfər ibn Məhəmməd (ə.s.) Həzrətləri, hz. Hüseyn (r.ə.)-ın nəvəsidir. Digər adıyla İmam Cəfəri Sadiq Həzrətləri hz. Mehdi (ə.s.) ilə əlaqədar bir sıra əhəmiyyətli məlumatlar vermiş, hz. Mehdi (ə.s.)-ın Quran ayələri və Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə edəcəyi izahatların dünya səviyyəsində, insanlar tərəfindən dinləniləcəyini bildirmişdir. Hətta, insanların hz. Mehdi (ə.s.)-ın söhbətlərini dinlədikləri zaman inkişaf edən telekommunikasiya texnologiyasından faydalanacaqları da İmam Cəfəri Sadiq Həzrətlərinin bu şərhindən dəqiq bir şəkildə aydın olur. Çünki, Cəfəri Sadiq Həzrətlərinin ifadə etdiyi kimi, insanların hz. Mehdi (ə.s.)-ın söhbətlərini öz dillərində eşitmələri üçün əvvəlcə internet texnologiyasını istifadə etmələri və eyni zamanda da televiziya, internet yayınları vasitəsilə öz dillərinə çevirmək lazımdır. Dünyanın dörd bir tərəfindəki insanlar bu yolla hz. Mehdi (ə.s.)-ın söhbətlərini öz dillərində dinləyə biləcəklər. (Doğrusunu Allah bilir).

 3 (2)