A9 TV, 13 may 2015-ci il

 

(Ötən gün Səlahəddin Dəmirtaşın Diyarbəkirdəki evinə, evində yoldaşı və uşaqları da olduğu halda yanacaq qaçaqmalçılığıyla əlaqədar bir adamın axtarılması səbəbiylə polis basqını təşkil edildi. Dəmirtaş hadisəni belə izah etdi:

“Əvvəlcə yoldaşım həmsöhbət oldu. Özlərini polis olaraq tanıdırlar ancaq şəxsiyyət vəsiqəsi göstərmirlər. Əgər həqiqətən polissinizsə bu qapının arxasında kimin olduğunu bilməlisiniz. Təsadüfən gəlmiş olmazsınız. Onlar da təkidlə “siz qapını bir açın, tanış olarıq” şəklində bir neçə dəqiqəlik bir dialoq keçdi aramızda”.

Dəmirtaş daha sonra icra başçısına zəng vurmuş və bir səhv olduğu aydın olmuşdur. Polis çağrı mərkəzindəki qeyddə ünvan verilərkən Dəmirtaşın evinin yanındakı bina deyə verildiyi ancaq, çağrı mərkəzindəki polisin bu məlumatı əməliyyata gedən polislərə vermediyi ortaya çıxmışdır.)

Amma bu fövqəladə dərəcədə diqqətsizlik, müdhiş bir nalayiqlikdir. Provokasiya kimi də görünür. Belə nəzakətsizliyi edənlər dərhal vəzifədən azad edilməlidir və üzr istəməlidir. Çox qıcıqlandırıcı bir hərəkətdir. Üslub da çox qıcıqlandırıcıdır. O məlumat verməyən, vəzifədən azad edilib. Kim səbəb oldusa hamısını vəzifədən azad etmək lazımdır.

 

“Mühafizəçilər gəldiyində də bir qalmaqal yaşanmış”.

Şəxsiyyət vəsiqəsini göstərməməkdə israr etmişlər. Məsələn, bu şəxsiyyət vəsiqəsini göstərməməkdə israr edən bütün polislər aləmə ibrət üçün vəzifədən azad edilsin. Bu igidlikdir? Evi bilinəndir. Sən belə igid gəncsənsə, PKK ilə məşğul ol. Uşaq-muşağın üstünə niyə gedirsən? Məzlum bir qadının üstünə niyə gedirsən? Orada qadın deyir: “Şəxsiyyət vəsiqənizi göstərin, kim olduğunuzu söyləyin”. Söyləmir. Yersiz izahlar edir. Bu adam artıq vəzifəsində qala bilməz. Aləmə ibrət üçün hamısı vəzifəsindən azad edilməlidir. Bir daha bax gör olacaq? Əgər bu ərköyün üslub yayılsa bu çox təhlükəli olar. İndi polisi, buradakı polisləri bu etdiyindən ötrü peşman etmək lazımdır.

Əgər peşman edilməzsə bu ərköyünlük Türkiyədə yayılar. Aləmə ibrət üçün qanunla, hüquqla peşman etsinlər. Şəxsiyyət vəsiqəsini göstərməmək nə deməkdir? Sən quldur da ola bilərsən. Mafiya da ola bilərsən, qatil də ola bilərsən. Sən necə şəxsiyyət vəsiqəni göstərməzsən? Bir də ki, adi bir insanın evi də deyil. Sən dəfələrlə prokurordan soruşmalıydın. Məhkəmədən soruşmalıydın. “Doğru edirik, səhv edirik?” Kobudca bir insanın evinə girmək olar? Dəmirtaş adi bir insan deyil. Bir partiya lideridir. Sən onun evinə belə kobudca girirsənsə elə isə hər yerə girə bilərsən. Bu hörmətsizliyi hər yerdə göstərərsən. Hər kəs buna reaksiya göstərməlidir. Bu polislərin hamısı vəzifədən azad edilməlidir. Bir daha da vəzifəyə götürülməməlidir.

 

Səlahəddin Dəmirtaş “Təhdid edilirəm” demişdi.

Əlbəttə. Uşaqlarına da sui-qəsd təşkil edilə bilər. Adam açdırar, avtomatik silahla axtarar. Belə bir şey olarmı? Yeni qanunu belə tətbiq edirlərsə bu fəlakətdir. Hadisənin ilk partlayışı başladı. Dərhal həddini bildirmək lazımdır.

(Haqqındakı kaset iddiası üçün sərt danışan Maral Akşenər məhkəmədən haqqını ala bilməzsə, Lətif Ərdoğanla arasına İslam hüququnun etibarlı olacağını söylədi. “İslama görə böhtandan ötrü adama 80 dəyənək vurmaq lazımdır” -dedi.)

Qanunla, hüquqla həll edər. Biz onun gəncliyinə zaminik. Hər kəs zamindir. Xeyli etibarlı, iffətinə namusuna çox diqqətcildir.